Məhkəmə qərarları › İş №2(011)-3/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3/2024

07.03.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3/2024 07.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ilkin iddia ərizəsi, iddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh qarşı ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.2006-cı ildə tarixdə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış 53 saylı alğı-satqı müqaviləsi ilə ona satılmış mənzilə dair, sonrada, yəni xx.xx.2009-cu il tarixli 263 saylı müqavilə ilə Cavabdeh satılmış Bakı şəhəri, Xətai rayonu, Gəncə prospekti, 2935A ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 1-ci blokunun 11-ci mərtəbəsindəki 59.47 kv.m mənzilə dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişir. İddiaçı Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən İddiaçı adına "xxxx" MMC-nin direktoru K.Ə.Kazımzadənin imzası və cəmiyyətinin möhürü ilə təsdiq olunaraq imzalanmış 05 aprel 2006-cı il tarixli 53 nömrəli müqavilənin etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3006/2020 saylı xx.xx.2020 -ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ilk iddia ərizəsi, iddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddia ərizəsi üzrə 2(011)-3006/2020 nömrəli mülki iş üzrə icraat, Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh X1 qarşı mənzildən çıxarılma və sair tələblərə dair mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək dayandırılmışdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən məhkəmə sorğusu əsasında ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3/2024 nömrəli xx.xx.2024-cü il tarixli müraciətinə cavab olaraq, iddiaçı Cavabdeh X1 qarşı “mənzildən çıxarılma və mənzilin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 05 iyun 2017-ci il tarixli 2(011)-2394/2017 saylı qətnaməsindən iddiaçı Cavabdeh apellyasiya şikayətinə dair, eləcə də mübahisə predmeti barəsində müstəqil tələb irəli sürən üçüncü şəxs X2 iddiaçı Cavabdeh qarşı “müqavilənin etibarsız hesab olunması” və cavabdeh X1 qarşı “mənzilin qanunsuz sahiblikdən geri alınması, mənzildən çıxarılma və s.” tələblərinə dair iddia, həmçinin İddiaçı Cavabdeh qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-114/2023 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə əlavə komission məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş; ekspertiza tədqiqatının aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Bunula əlaqədar mülki iş üzrə icraat dayandırılmışdır, həmçinin İddiaçı qız mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilmişdir. Göründüyü kimi İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız tələbi barədə Bakı Apellyasiya Məhkəməsinin icraatında mülki iş olduğundan hazırkı mülki iş baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” xx.xx.2022-ci il tarixli 02/2022 nömrəli qərardadında qeyd edilmişdir ki, ....Bu səbəbdən Konstitusiya Məhkəməsinin qərarında xüsusi olaraq vurğulanmışdır ki, istər mübahisə edilən, istərsə də əhəmiyyətsiz əqdlərin etibarsızlığı məhkəmə qərarı nəticəsində yaranmır. Mübahisə edilən əqdlərdə tərəfin qanunla müəyyən edilmiş müddətlər çərçivəsində mübahisələndirmə ilə bağlı digər tərəfə yönəlmiş iradə ifadəsinin bəyan edilməsi, əhəmiyyətsiz əqdlərdə isə əqdin bağlandığı andan zəruri etibarlılıq şərtlərinə uyğunsuzluğu əqdi etibarsız edir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Odur ki, ayrıca iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq, məhkəmə işin halları və tərəflərin dəlilləri əsasında əqdin etibarlı olduğunu və ya etibarsızlığını müəyyən etdikdə həmin halı nəzərə almalıdır. Bu məsələdə etibarsızlığın hansı növdə (o cümlədən mübahisə edilən əqd) olmasının fərqi yoxdur. Məhkəmə həmçinin mülki iş materiallarında olan qarşılıqlı iddia ərizəsinə münasibət olaraq bildirir ki, qarşılıqlı iddia ilkin iddia ilə bağlı olduğundan, həmçinin Bakı Apellyasiya Məhkəməsində baxılan mülki iş üzrə qərar qəbul edilən zaman İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2006-cı il tarixli alqı-satqı müqaviləsinin etibarlıetibarsız olması müəyyən edilməli hal olduğundan qarşılıqlı iddia ərizəsi də baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.4-cu maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa mülki iş məhkəmə tərəfindən baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə yenidən məhkəməyə müraciət etməyə haqlıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259-260, 263- 264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: İddiaçı Cavabdeh qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair ilkin iddia ərizəsi, iddiaçı Cavabdeh İddiaçı qarşı müqavilənin etibarsız hesab edilməsinə dair qarşılıqlı iddiasına iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx.xx.2020-ci il tarixdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi:6********) özünə qaytarılsın. Cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hesabına ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu (qəbz nömrəsi:6********) özünə qaytarılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar