Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3005/2023 22.05.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Mükafat oğlunun Cavabdeh İB-nə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Mükafat oğlu Cavabdeh İB-nə qarşı istifadəsində olan Bakı şəhəri,Binəqədi Rayonu, Binəqədi qəsəbəsi, Dön-7, korpus 1 ünvanında yerləşən evinə əsassız olaraq Cavabdeh İB tərəfindən hesablanmış 1164 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2021-ci ildə iddiaçı Cavabdeh İB cavabdeh olaraq İddiaçı Mükafat oğluna qarşı əsassız olaraq Laçın Rayon MƏhkəmsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Dön-7, korpus 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına görə cərimə pulunun alınmasına görə müraciət etmişdir. Cavabdeh olaraq o, Cavabdeh İB-nə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Laçın Rayon Məhkəməsi aidiyyəti üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-108/2022 nömrəli qətnaməsi ilə iddiası təmin edilərək, Cavabdeh İB tərəfindən hesablanmış 5018,4 manat məbləğində borc silinmişdir. Lakin sonradan Cavabdeh İB əsassız olaraq yuxarıda qeyd edilən ünvan üzrə 1164 manat cərimə hesablamışdır. İddiaçı sayğaca müdaxilə etmədiyinə görə cərimə borcları əsassızdır. İddiaçı məhkəməyə teleqram ilə müraciət edərək məhkəmədən iddiaya onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, hesab edir ki, hazırkı iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı barəsində tərtib edilmiş aktlara əsasən 2020-ci ilin yanvar ayından 2022-ci ilin yanvar ayınadək 5018,40 manat məbləğində borc hesablanmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-106/2022 nömrəli qətnaməsi ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, döngə 7, korpus 7 ünvanı (Abonent kodu:**********00012) üzrə İddiaçı hesablanmış 5018,4 manat məbləğində borcun silinməsi qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almışdır. İddiaçı ona Cavabdeh İB tərəfindən əlavə borcun hesablandığını iddia etsə də, məhkəməyə təqdim etdiyi Cavabdeh İB tərəfindən tərtib edilmiş aktların surətlərindən və abonent saldosundan görünür ki, həmin aktlardan bəziləri Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)-106/2022 nömrəli qətnaməsində ayrıca qeyd edilməsə də, həmin aktlara görə hesablanmış borc 5018,40 manat məbləğə daxildır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata aşağıdakı hallarda xitam verir. Belə olan halda, məhkəmə hesab edir ki, hazırkı predmet barəsində tərəflər arasında eyni əsasları üzrə məhkəmə qətnaməsi mövcud olduğundan mülki iş üzrə icraata xitam verilməlidir. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh İB arasında hazırkı iddia tələbinin predmetini təşkil edən borc məbləği ilə bağlı eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, hazırkı iddia tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 263-264 və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Mükafat oğlu Cavabdeh İB-nə qarşı istifadəsində olan Bakı şəhəri,Binəqədi Rayonu, Binəqədi qəsəbəsi, Dön-7, korpus 1 ünvanında yerləşən evinə əsassız olaraq Cavabdeh İB tərəfindən hesablanmış 1164 manat məbləğində borcun silinməsi tələbinə barədə iddia ərizəsinə dair mülki iş icraata xitam verilsin. Qərardaddan, onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3005/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3005/2023
22.05.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver