Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3006/2022 28.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X8 iştirakı ilə İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Sahə-1, 7370 nömrəli fərdi yaşayış evinə (abonent kodu: **********00000) itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 2421,35 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Sahə-1, 7370 nömrəli fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacı X4 nümayəndələri tərəfindən dəyişdiru'.ıkdən sonra ona 2421,35 manat cərimə hesablanmışdır. Təbii qazdan qeyri-qanuni istifadə etmir və sayğacın plastmas borusuna dair cavabdehliyi daşımır. Buna baxmayaraq həmin ünvanda təbii qazdan istifadəyə görə yaranmış borcları ondan əııdəıı əvvəl yaşamış və hazırda vəfat etmiş atası Məmmədov Ramiz. Bəxtiyar oğlu aybaav gecikdirmədən ödəmiş və qaz sayğacına hər hansı kənar müdaxilə etməmişdir. Həmin borc əsassızdır və silinməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan abonent saldosundan görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Sahə-1, 7370 nömrəli fərdi yaşayış evi üzrə **********00000 nömrəli abonent kodu X3 adına qeydiyyatdan keçmişdir. AZ-İ seriyalı, 493833 saylı ölüm haqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. X4 əməkdaşları tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, ******* saylı qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbul edilməsi barədə aktın surətindən görünür ki, X5 məxsus olmuş Bakı şəhəri, Sabunçu rayonu, Yeni Sahə-1, 7370 nömrəli fərdi yaşayış evində sayğacın ekranının söndüyü aşkar edilmiş və yeni sayğacla əvəzlənmişdir. Təqdim edilmiş abonent saldosundan müəyyən olunur ki, Bakı şəhəri, Sabunçu rayonu, Yeni Sahə-1, 7370 nömrəli fərdi yaşayış evinə (abonent kodu: **********00000) 10/2021-ci il tarixdə itirilmiş qazın bərpası üçün hesablanmış borcun məbləği 2093,60 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin araşdırılmış halları ilə iddiaçının yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Sahə-1, 7370 nömrəli fərdi yaşayış evinə (abonent kodu: **********00000) öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra istehlakçıya qarşı qanunsuz və əsassız akt tərtib edib bu akt əsasında qərar qəbul etməklə qanunsuz tələb irəli sürməsi, yəni istehlakçının təqsirini sübuta yetirmədən ondan itirilmiş qaz sərfiyyatına görə 2093,60 manat pul vəsaiti tələb etməsi, həmçinin qalan borcun təbii qazdan istifadə nəticəsində yaranması tam olaraq təsdiq edilmişdir. Ona görə də, iddia tələbi qismən təmin edilərək həmin borcun silinməsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi təmin edildiyinə görə ödənilməli olan 40,90 manat dövlət rüsumu cavabdehdən tutulub Dövlət büdcəsinə keçirilməlidir.. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Sahə-1, 7370 nömrəli fərdi yaşayış evinə (abonent kodu: **********00000) itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 2093,60 (iki min doxsan üç manat 60 qəpik) manat borcun silinməsi Cavabdehnə həvalə edilsin. İddia qalah hissədə təmin edilməsin. X2 dövlət rüsumuna görə 40,90 (qırx manat 90 qəpik) manat tutularaq dövlət büdcəsinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-3006/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3006/2022
28.06.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver