Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-301/2023 02.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. İddiaçı ünvan 1 ünvanında yerləşən yataqxanada **********06000 saylı abonent kodu ilə qeydiyyata alınmış, ünvanda kollektiv qaz sayğğacı quraşdırılmışdır.
2. Qeyd edilən ünvana gələn xx.xx.2019-cu il tarixli bildiriş xəbərdarlıqda qeyd edilən kollektiv sayğac üzrə 772,37 manat məbləğində borcun olması qeyd edilmişdir.
3. İddiaçı uzun müddətdir həmin ünvanda yaşamır.
4. İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
5. İddiaçı ünvan 1 ünvanınına hesablanmış 772,37 manat məbləğində əsassız borcun cavabdeh tərəfindən silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, ünvan 1 ünvanınına olan bir otaqlı mənzildə qeydiyyatda olsa da, 2006-cı ildən həmin ünvanda yaşamır və bu günə kimi qeydiyyatda olduğu mənzildə yaşayış yoxdur. Bakı şəhəri, Nizami rayonu, Ə.Əzimzadə küçəsi, ev 23, yataqxanadır. Qaz sayğacı yataqxanda yaşayan bütün sakinlərin istifadəsində olmuşdur. Yataqxana olduğu üçün qaz axını kollektiv sayğac vasitəsilə verilir. 2018-ci ildə qaz sayğacında nasazlıq olduğu üçün cavabdehin əməkdaşları tərəfindən sökülüb aparılmışdır. Mənzilə hər ay “bildiriş-xəbərdarlıq” gəlir. Orada yaşayış olmadığına görə qonşular ona zəng edib bildirmişlər ki, qeydiyyatda olduğu mənzilə 772,37 manat borc pul yazılıb. Onun mənzildə yaşamamağını 25 saylı MKİS-i tərəfindən verilmiş arayış da bunu sübut edir. Borcun silinməsi ilə bağlı cavabdehə edilən müraciətinə baxmayaraq borc silinməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
7. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
8. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
9. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, qeyd edilən ünvan yataqxanadır, orda neçə nəfər ailə üzvü olmasına və ya yaşayış olub olmamasına baxmayaraq borcu qonşular arasında bölürlər. İddiaçı uzun müddətdir orada yaşamır, qeyd edilənlərə əsasən iddia ərizəsinin təmin edilməsini xahiş etdi.
10. Cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək, iddia tələbinin təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, borcun hansı akt əsasında hesablanmasını təsdiq edən akt tapılmamışdır.
11. Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəllə:
12. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.
13. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
14. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
15. Maddə 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.
16. Maddə 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.
17. Maddə 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.
İşə baxan məhkəmənin mövqeyi:
18. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır.
19. Belə ki, iş materialları ilə müəyyən edilir ki, yuxarıda qeyd edilən ünvan yataqxana tipli yaşayış yeridir və həmin ünvana kollektiv sayğac quraşdırılaraq bir neçə ailənin istifadəsinə verilmişdir. İş materiallarında olan bildiriş-xəbərdarlıqlarla müəyyən edilir ki, son dəfə xx.xx.2019-cu il tarixdə **********06000 saylı abonent koduna 772,37 manat məbləğində borcun olması barədə bildiriş-xəbərdarlıq gəlmişdir.
20. Məhkəmə qeyd edir ki, cavabdeh ilk öncə qeyd olunan borcun məhz iddiaçının təbii qazdan istifadəsi nəticəsində yarandığını eyd etsə də, bunu təsdiq sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.
21. Bundan başqa iş materialları ilə müəyyən olunur ki, qeyd olunan borc məbləği 2018-2019-cu illəri də əhatə etsə də, iş materiallarında olan digər bir sübutla, yəni xx.xx.2019-cu il tarixli, 322 nömrəli arayışla müəyyən olunur ki, qeyd edilən ünvanda 2013-cü il tarixdən heç bir yaşayış yoxdur.
22. Məhkəmə belə qənaətə gəlir edir ki, borcun hansı əsasla hesablanması barədə sübut olunmadığından və sübutetmə vəzifəsi cavabdehə aid olduğundan cavabdehin hesabladığı borcu iddiaçıdan tələb etməsi əsassızdır.
23. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.
24. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci (iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur.
25. Odur ki, məhkəmə hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən yaşayış evinə (abonent kodu: **********06000) dair İddiaçı hesablanmış 772,37 manat məbləğində borc silinsin. 30 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı
-