Məhkəmə qərarları › İş №2(011)-3011/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3011/2024

10.10.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3011/2024 10.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə istifadə hüququna xitam verilməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdehlər X9 və Cavabdeh2 birlikdə 5000 manat məbləğində kompensasiya ödənilməklə onun ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, məhkəmədən 10 000 manat kompensasiya verilməklə cavabdehlərin ona məxsus mənzilə istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai rayonu, Sarayevo küçəsi, ev 15, mənzil 161 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsusdur. Mənzilə dair xx.xx.2010-cu il tarixində DƏDRX tərəfindən ******* saylı çıxarış verilmişdir. Qeyd edilən daşınmaz əmlak iddiaçının mərhum həyat yoldaşı X2 miras əmlak olaraq qalmışdır.X8 xx.xx.1995-ci il tarixində cavabdeh X13 ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların birgə nikahından xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh2 doğulmuşdur. Bir müddət sonra onlara arasında münasibətlər korlanmış və cavabdeh xx.xx.1996-cı il təvəllüdlü Cavabdeh2 götürərək 1999-cu ildə valideynlərinin yaşadığı evə getmişdir. Münasibətlərin bərpası mümkün olmadığından Xətai Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2-1078/2000 saylı, xx.xx.2000-ci il tarixli qətnaməsi ilə X4 və Cavabdeh2 ünvan 2 ünvanında yerləşən mənzilə köçürülmələri qət edilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyul 2008-ci il tarixli, 2(011)-1617/08 saylı qətnaməsi ilə iddiaçılar X5, X6, X10 cavabdeh X9 qarşı azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Sarayevo küçəsi, 15 saylı evin 161 saylı mənzilinə hüququnun itirilməsinə barədə iddia ərizəsi təmin edilməmişdir. Sonradan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququnun itirilməsi”barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 2 ünvanında yerləşən mənzilə cavabdehlər X7 və Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(011)-3956/2023-014 saylı qətnaməsinə əsasən, iddia tələbinin rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 24.01,2024-cü il tarixli 2(103)-1014/2024 saylı qətnaməsinə əsasən, X6 apellyasiya şikayəti təmin edilməmişdir: Tərəflərin izahatları: İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, iş üzrə mütəxəssis rəyi alınmış və müəyyən edilmişdir ki, evlərin aylıq kirayə haqqı 400-500 manatdır. Bu səbəbdən hesab edir ki, iddia tələbinin həcminin artırılmasına zərurət vardır. İddiaçının yaşını, himayəsində xəstə azyaşlının olması və işləməməsini nəzərə alaraq, cavabdehlərə iddiaçı tərəfindən 10000 manat kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclasında bildirmişdir ki, gəlini 1998-ci ildən evdən çıxıb getmişdir, 2000-ci ildə isə oğlu ilə olan nikahları pozulmuşdur.2006 ya 2007-ci ildə əri insult olanda gəlini uşağı ilə 2 saatlıq gəlmişdir. İndi nəvəsini görsə tanımaz belə. O vaxtdan görüşməmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılsa da, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışın surətindən görünür ki, ünvan 4ənzil üzərində İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır. İş materiallarında olan, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3956/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3956/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin iş materiallarından görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri Xətai rayonu icra Hakimiyyəti Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 75 saylı MKİS-İ tərəfindən verilmiş arayışın surətindən görünür ki, X14 ünvan 2 ünvanında yaşayır. Qonşuların verdiyi akta əsasən gəlini Baxşiyeva- Gülər -Eldar qızı,-Cavabdeh2 bu mənzildə 1999-cu ildən qeydiyyatda olsalar da, yaşamırlar. Həmin qətnamənin iş materiallarında olan X12, X3, X16 və X11 tərəfindən verilmiş notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Sarayev küçəsi, ev 15, mənzil 161 saylı mənzilin mülkiyyətçisi - X1 gəlini Cavabdeh1 qizi 1999-cu ilin yanvar ayından heç kəsin xəbəri olmadan övladı Cavabdeh2 götürərək qeyd edilən mənzildən getmişdir və hal-hazırda 24 (iyirmi dörd) ilə yaxındır həmin mənzildə yaşamırlar. Qeyd edilən tarixdən, yəni 1999-cu ildən X13 və övladı Cavabdeh2 Bakı şəhəri, Sarayevo küçəsi, ev 15, mənzil 161 saylı mənzilə gəldiyini orada yaşadığını, qonşularla əlaqə saxlanıldığını görməmişlər. Həmin qətnamənin iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 03 iyul 2008-ci il tarixli, 2(011 )-1617/08 saylı qətnaməsi ilə iddiaçılar X5, X6, X10 cavabdeh X9 qarşı azyaşlı uşağı ilə birlikdə Bakı şəhəri, Sarayevo küçəsi, 15 saylı evin 161 saylı mənzilinə hüququnun itirilməsinə barədə iddia ərizəsi təmin edilməmişdir. Həmin qətnamənin iş materiallarında olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2000-ci il tarixli, 2-1078/2000 saylı qətnaməsi ilə X7 azyaşlı oğlu Kamranla birlikdə Bakı şəhəri, Sarayevo küçəsi, 15 saylı, evin 161 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Həmin qətnamənin iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli, 2(103)-3893/2008 saylı qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1014/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamə ilə İddiaçı Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)- 3956/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti təmin edilməmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 4ənzilinin 2024-cü il tarixə orta aylıq kirayə haqqı 400-500 manat müəyyən edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur və burada kompensasiya tələb yox, yalnız təklif kimi çıxış edir. Odur ki, kompensasiya həmin tələbin obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiya məbləği ilə əlaqədar deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün kompensasiyanın məbləği iddianın predmetinə daxil deyildir. Birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləğin ödənilməsinə dair razılığını nəzərə almalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında qeyd edilmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli Plenumunun Qərarında qeyd edilmişdir ki, kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçı və onun nümayəndəsi və vəkilinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Məhkəmə hazırkı mübahisə ilə bağlı ilkin olaraq onu bildirir ki, cavabdehlər iddiaçının keçmiş gəlini və nəvəsidir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3956/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” barədə iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-1014/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-3956/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti təmin edilməmişdir. Mülki qanunvericilikdə mülkiyyət hüququ ilə yanaşı əmlakdan istifadə hüququ da əmlak hüququ sayılır. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Adətən, mənzildə, evdə və sair müvafiq yerlərdə yaşamaq hüququ kimi göstərilən yaşayış sahəsindən istifadə etmək hüququ mənzil hüququnun bir elementi qismində çıxış edir. Göründüyü kimi, mülkiyyət hüququ yaşayış sahəsindən istifadə etmək hüququndan fərqlənsə də, hər iki hüquq müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin olunmalıdır. Bu baxımdan Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləndirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Eyni hüquqi mövqe “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli Qərarında da ifadə olunub. Buna görə də məhkəmə iddiaçının iddia tələbinin dəlillərini əsaslı sayır və hesab edir ki, iddianın düzgün həlli və hüquqi müəyyənlik prinsipinin təmin olunması üçün, ilk növbədə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın məbləğinin bazar qiymətinə uyğun müəyyən edilməsi məsələsinə aydınlıq gətirilməlidir. Belə ki, məhkəmə tərəfindən ünvan 4ənzilinin orta aylıq kirayə haqqının müəyyən edilməsi ilə bağlı məhkəmə mütəxəssis rəyinin alınmasını zəruri hesab etmiş və "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, ünvan 4ənzilinin 2024-cü il tarixə orta aylıq kirayə haqqı 400-500 manat müəyyən edilmişdir. Məhkəmə hazırkı mülki iş üzrə verilmiş mütəxəssis rəyini mötəbər sübut kimi qiymətləndirərək hesab edir ki, evin orta aylıq kirayə haqqı 400 manatdan hesablanmalıdır. İddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, məhkəmə hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməyə borcludur. Mülki qanunvericilikdə mülkiyyətçinin üzərinə evdən istifadə hüququ olan şəxsi daimi olaraq yaşayış sahəsi ilə təmin etmək öhdəliyi qoyulmayıb. Hətta Konstitusiya Məhkəməsi Plenumunun sözügedən Qərarlarında da bu müddətin nə qədər olması müəyyən edilməyib. Eləcə də mövcud qanunvericilikdə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün istifadəçiyə ödənilməli olan kompensasiyanın məbləğinin həddi barədə də hər hansı norma yoxdur. Qanunvericilikdə, həmin kompensasiya məbləğinin bazar qiymətləri ilə, yalnız məhkəmə tərəfindən tənzimlənməsi nəzərdə tutulub. Məhkəmə onu da qeyd edir ki, sadalanan normaların mənasına görə, tərəflər arasında razılaşma olmadıqda yaşayış binasının tərkib hissəsindən istifadə hüququna bazar qiymətinə uyğun olaraq müvafiq kompensasiya ödənilməsi şərti ilə xitam verilməsini tələb etmək hüququ yalnız mülkiyyətçiyə aid edilsə də, kompensasiyanın məbləğinin yetərli olub-olmamasını müəyyən etmək səlahiyyəti işə baxan məhkəməyə verilib. Belə ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan kompensasiya verilməsi yolu ilə yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi, bir tərəfdən mülkiyyət hüququnun qorunmasına yönəlsə də, digər tərəfdən mülkiyyətçi ilə birgə yaşayan ailə üzvlərinin mənzildən istifadə hüquqlarının itirilməsini tənzimləyir. Hər bir halda qanunverici Mülki Məcəllənin 228.2-ci maddəsində istifadə hüququna xitam verilməsi zamanı kompensasiyanın məhz bazar qiymətinə uyğun ödənilməsini müəyyən edir və mülkiyyətçi istifadə hüququna xitam verilməsi haqqında iddia qaldırarkən öz iddiasında kompensasiya məbləğini ümumiyyətlə göstərməyə borclu deyildir. İddia ərizəsində kompensasiya məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, işə baxan məhkəmələr hər bir halda Mülki Məcəllənin 228.2-ci maddəsinin tələblərinə və Mülki Prosessual Məcəlləyə müvafiq olaraq kompensasiyanın məbləğini bazar qiymətinə uyğun müəyyən etməyə borcludurlar. Bu hüquqi mövqe “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 iyul 2016-cı il tarixli qərarında da ifadə olunub. Həmçinin nəzərə alınmalıdır ki, Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Belə iddia tələblərində kompensasiyanın məbləği tələb kimi yox, yalnız təklif kimi çıxış edir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkilinin 18 000 manat məbləğində kompensasiya məbləğinin müəyyən edilməsi barədə ərizəsinə münasibət olaraq qeyd edir ki, qanunvericiliyin mənasına görə, mülkiyyətçinin ödəməli olduğu kompensasiya mənzil istifadəçisinin itirdiklərinin əvəzi kimi yox, mənzilin tərkib hissəsindən istifadə etmək hüququ kimi çıxış etdiyindən, ödənilən kompensasiya da ayrıca mənzilin mülkiyyət kimi əldə olunmasına deyil, başqa yerdə yaşamaq, yəni yaşayış sahəsindən istifadə etmək hüququnun ağlabatan müddət ərzində təmin olunmasına kifayət etməsini, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanının verilməsi kimi çıxış edir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, cavabdehlər iddiaçıya məxsus mənzildən 20 ildən artıq müddətdir ki, çıxıb getdiklərindən, iddiaçı pensiyaçı olmaqla, onun əlavə gəlir mənbəyi olmadığından, həmçinin mənzilin şəraitini nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 4ənzil ünvanından istifadə hüquqlarına 10000 manat kompensasiya verilməklə xitam verilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 4ənzil ünvanından istifadə hüquqlarına 10000 (on min) manat kompensasiya verilməklə xitam verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar