Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-304/2025 06.03.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, İskəndərova Əlvanə İlham qızının katibliyi ilə, İddiaçı, onun nümayəndəsi X5 və Cavabdeh1 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı maddi ziyanın ödənilməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı xx.xx.2020-ci il tarixindən başlayaraq xx.xx.2024-cü il tarixinədək iddiaçıya məxsus ünvan 1ndə yerləşən 3 saylı evdən istifadə etmələrinə görə 20800 (iyirmi min səkkiz yüz) manat məbləğində kirayə haqqı məbləğinin, hazırkı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 160 (yüz altmış) manat məbləğində dövlət rüsumunun ümumilikdə 21454 (iyirmi bir min dörd yüz əlli dörd) manat məbləğdə pul vəsaitinin Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X2 uşaqlıqdan ömürlük gözdən 1 qrup əlildir. Uzun illər ərzində əllilik pensiyasını toplayıb xx.xx.2012-ci il tarixində hazırda qeydiyyatda olduğu ünvan 1 ünvanında yerləşən 3 saylı evi almışdır. İddiaçının qızı Günay Qaracayeva xx.xx.2013-cü il tarixində Cavabdeh3 ilə ailə qurmuşdur. Sonradan Qurbanın valideynləri - cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddiaçının evinə köçmüşlər. İddiaçının evinə köçməmişdən əvvəl, cavabdehler Cavabdeh1 və Cavabdeh2 Bakı şəhərinin müxtəlif yerlərdə kirayə yaşamış, sonradan iddiaçıdan qızının öz ailəsi ilə yaşadığı evə köçmələrinə icazə verməyini xahiş etmişlər. İddiaçı isə onlara müvəqqəti olaraq evə köçməyə icazə vermişdir. Sonradan ev təmirə ehtiyac olduğundan iddiaçı Cavabdeh1 evi təmir etməyi planlaşdırdığını bildirmiş və ondan usta tapmaqda köməklik göstərməyi xahiş etmişdir. Cavabdeh1 isə ona bildirmişdir ki, o ev təmir ustasıdır və təmiri kirayə haqqının əvəzinə edə bilər. İddiaçı onunla razılaşmış, evin təmiri üçün bütün malmaterialları almış, Cavabdeh1 isə evi təmir etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-260/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə (sədrlik edən, hakim G.Əsədova) iddiaçının qızı iddiaçı X7 Cavabdeh3 qarşı "nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi və sabit aliment məbləğinin tutulması” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh3 ilə X12 arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsində 445 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X10 iddiaçı X7 yanında saxlanması, xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı Cavabdeh3 hər ay 175 (bir yüz yetmiş beş) manat sabit məbləğdə aliment tutulub iddiaçı X9 verilməsi qət edilmişdir. Nikah pozulandan sonra, cavabdehlər iddiaçıya məxsus evdən çıxmaqdan imtina etmişlər. Cavabdehlərin evdən çıxarılması üçün iddiaçı Bakı şəhəri Nərimanov rayon 17 saylı Polis Şöbəsinə müraciət etmişdir. Bakı şəhəri Nərimanov RPİ-nin 17 saylı PŞ tərəfindən cavabdehlər AR İXM-nin 563.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişlər. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-1337/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova) iddiçının cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzildən çıxarılma tələbinə dair” iddia təmin edilmiş, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 İddiaçı məxsus Bakı şəhəri Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən 3 saylı evdən çıxarılması qət edilmişdir. Bakı Apellyasıya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5549/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev, Xəyal Sarıyev) Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-1337/2022 saylı xx.xx.2022-ci ıl tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-727/2023 saylı 27 03.2023-cu ıl tarixli qərarı ilə (hakimlər Zaur Əliyev (sədrlik edən). X8 Hüseynov) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5549/2022 saylı xx.xx.2022-cı i! tarixli qətnaməsi Cavabdeh1 tərəfindən verilmiş kassasıya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5549/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-107/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən), Vahid Sadıqov, Akif İsgəndərov Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-2741/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilmiş, İddiaçı 7027 manat məbləğində vəsait tutularaq iddiaçı Cavabdeh1 ödənilməsi, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-1337/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi Cavabdeh1 aid hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbi ona qarşı təmin edilmişdir. Cavabdeh1 İddiaçı məxsus Bakı şəhəri Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən 3 saylı evdən çıxarılması qǝt edilmişdir. Cavabdehlər iddiaçının evini qanunsuz zəbt etdikləri üçün iddiaçını həmin evi kirayəyə verib gəlir əldə etməkdən məhrum etmişlər. Evi almamışdan əvvəl həmin ev əvvəlki sahiblər tərəfindən ayda 200 manat məbləğində kirayəyə verilmişdir. 2019-cu ildən həmin ərazidə kirayə haqqı 400 manat olmuşdur. İddiaçı hesab edir ki, cavabdehlər xx.xx.2020-ci il tarixindən başlayaraq evində qanunsuz yaşadıqları üçün iddiaçıya hǝr ay üçün 400 manat kirayə haqqı ödəməlidirlər.Cavabdehlərin mənə kirayə haqqı borcu, 2020-ci il üçün - 1600 manat, 2021-2024-cü illər üçün - 19200 manat, ümumilikdə isə 20800 (iyirmi min səkkiz yüz) manat təşkil edir. İddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi ərizəsi ilə müraciət edərək xx.xx.2020ci il tarixindən başlayaraq xx.xx.2024-cü il tarixinədək iddiaçıya məxsus Bakı şəhəri Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən 3 saylı evdən çıxmadıqlarına görə 20800 (iyirmi min səkkiz yüz) manat məbləğində maddi zərər məbləğinin, hazırkı iddia ərizəsinin verilməsinə görə ödənilmiş 160 (yüz altmış) manat məbləğində dövlət rüsumunun, məhkəmə qərardadının icrası ilə əlaqədar "xxxx" MMC-yə (VÖEN: **********) ödədiyi 400 manat, ümumilikdə 21854 manat məbləğində pul vəsaitinin Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin etirazının dəlilləri Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, onun barəsində verilmiş ərizə əsassızdır və böhtandır. Baxmayaraq ki, 3 ildir məhkəmə prosessləri gedir indiyə kimi iddiaçı tərəfində evin 400 manata kirayə verilməsinə dair heç vaxt bildirilməyib. Sadəcə bütün məhkəmə instansiyalarında iddiaları rədd edildiyindən əsassız şəkildə belə bir iddia irəli sürülüb. Hal hazırda iş Ali Məhkəmədə eyni məzmun ilə davam edir. Cavabdeh xahiş etmişdir ki, İddiaçı qızı X11 mülki işə cəlb edilsin. Bildirmişdir ki, 2012-ci ildə evi alandan 8 gün sonra toy edərək Günayı həmin evə gəlin gətirmişdir. Bütün evin pulu isə iddiaçının qızı Günayın əli ilə verilmişdir. Toyda həmin evin açarını oğluna təqdim etmişdir. Belə olan halda iddiaçı bildirə bilərdi ki, onun evini cavabdeh oğluna necə verə bilər. Cavabdeh həmçinin xahiş etmişdir ki, toy çəkilişi iddiaçıdan tələb edilsin, orada bütün sübutlar var. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Digər cavabdehlərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, onlar, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehlərin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-260/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə iddiaçının qızı iddiaçı X7 Cavabdeh3 qarşı "nikahın pozulması, uşağın ananın himayəsinə verilməsi və sabit aliment məbləğinin tutulması” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh3 ilə X12 arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsində 445 nömrəli akt qeyd ilə bağlanmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X10 iddiaçı X7 yanında saxlanması, xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı Cavabdeh3 hər ay 175 (bir yüz yetmiş beş) manat sabit məbləğdə aliment tutulub iddiaçı X9 verilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-1337/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh1 İddiaçı məxsus Bakı şəhəri Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən 3 saylı evdən çıxarılması qǝt edilmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin e-2(005)-2741/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddiaçı Cavabdeh1 xeyrinə 29.500 manatın, həmçinin ödədiyi dövlət rüsumunun tutulması, habelə qətnamənin nəticə hissəsində cavabdeh tərəfindən həmin məbləğin ona ödənilməsi ilə onun həmin evdən çıxarılmasının eyni vaxtda icra edilməsinin göstərilməsi iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5549/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-1337/2022 nömrəli qətnaməsi mübahisələndirilən hisədə dəyişdirilmədən saxlanıması, apellyasiya şikayətinin təmin edilməməsini qət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-727/2023 saylı qərarı ilə Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5549/2022 saylı xx.xx.2022-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)- 2741/2022 nömrəli qətnaməsindən iddiaçı Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsini xahiş etmişdir. Həmçinin, mübahisəli-yararsız köhnə evin otaqlarının sökülüb yerində təxminən 96 kv.m.-ə yaxın 2 yataq otağı, 1 qonaq otağı və 1 mətbəxin tikilib və təmir edilməsinə çəkilən xərcin müəyyən edilməsi üçün müvafiq ekspertizanın təyin edilməsinə dair birinci instansiya məhkəməsi tərəfindən təmin edilməyən xx.xx.2022-ci il tarixli vəsatətin təmin edilməsi xahiş edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(103)- 3701/2023 nömrəli qərardadı ilə mülki işlər baxılması üçün bir icraatda birləşdirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-107/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-2741/2022 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilməsini, Cavabdeh İddiaçı 7.027 manat məbləğində vəsaitin tutularaq iddiaçı Cavabdeh1 ödənilməsini,iddianın qalan hissədə təmin edilməməsini, birləşdirilmiş iş üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(005)-1337/2022 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilməklə iddia tələbinin ona qarşı təmin edilməsini, Cavabdeh1 İddiaçı məxsus Bakı şəhəri Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən 3 saylı evdən çıxarılmasını, Cavabdeh1 7.027 manat məbləğində vəsaitin ödənilməsi ilə onun evdən çıxarılmasının eyni vaxtda icra edilməsini, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği Cavabdeh1 aid edilməsini, ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 manat vəsaitin 50 manatı Cavabdeh1, 50 manatı İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsini qət etmişdir. Qətnamədə birinci işə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, evin 17.000 manata alınmasını, evə görə ödənilmiş vəsaitin İddiaçı tam qaytarıldıqdan sonra evin sənədlərinin Cavabdeh1 adına keçirəcəyi ilə bağlı aralarında razılıq olmasını, İddiaçı evin pulunun hissə-hissə ödənildiyini təsdiq edən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçı yaşamadığı evin təmirinə görə vəsait xərcləməsi ağlabatan deyildir. Bundan başqa, məhkəməyə təqdim olunmuş CD diskdə olan səs yazısından aydın olmuşdur ki, İddiaçı qızının keçmiş qaynatası Cavabdeh1 ilə telefon danışığında Cavabdeh1 evin təmirinə 12.000-13.000 manat məbləğində xərc qoyduğunu, İddiaçı qızı isə onun gözünün qabağında evin təmirinə nağd 7.000 manat pul xərcləndiyini bildirmişdir. Məhkəmə kollegiyası ekspert rəylərinə əsaslanaraq belə qənaətə gəlmişdir ki, təmir xərcinin ödənilməsi hissəsində iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 xeyrinə cavabdeh İddiaçı 7.027 manat məbləğində vəsait tutulmalıdır. Birləşdirilmiş işə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən maddi hüquq normalarının tətbiqində səhvə yol vermişdir. İşdən göründüyü kimi, İddiaçı ona məxsus evi keçmiş qudası Cavabdeh1 əvəzsiz istifadəsinə vermişdir. Tərəflər arasında bununla bağlı hər hansı müddət müəyyən edilməmişdir, çünki qohumluq münasibətlərinin gələcəkdə pozulacağı tərəflərə bəlli deyildir. Mülki qanunvericiliyin tələblərinə görə əgər əvəzsiz istifadə müqaviləsi üzrə kirayə müddəti müəyyənləşdirilməyibsə, kirayə verən əvəzsiz istifadəyə götürülmüş əşyanın qaytarılmasını istənilən vaxt tələb edə bilər. Hazırda tərəflər arasında münasibətlər pozulduqdan sonra İddiaçı Cavabdeh1 evdən çıxarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 2(102)-3167/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “əsassız varlanma nəticəsində yaranmış pulun və təmirə çəkilmiş xərcin tutulması” tələbinə dair, birləşdirilmiş iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-107/2024 nömrəli, 27 may 2024-cü il tarixli qətnaməsindən Cavabdeh1 və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməmişdir, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 may 2024-cü il tarixli 2(103)-107/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. "xxxx" MMC tərəfindən qiymətləndirmə işləri aparılaraq məlum olmuşdur ki, ünvan 1ndə yerləşən 3 saylı fərdi yaşayış evi ilə oxşar şəraiti olan 3 otaqlı evin: 2020-ci ilə aylıq icarə dəyərəi 350 manat, 2021-ci ilə aylıq icarə dəyərəi 400 manat, 2022-ci ilə aylıq icarə dəyərəi 400 manat, 2023-cü ilə aylıq icarə dəyərəi 450 manat, 2024-cü ilə aylıq icarə dəyərəi 450 manat təşkil edir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 157.5. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 1096. Mülki hüquq pozuntuları (deliktlər) anlayışı 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097. Mülki hüquq pozuntuları üçün məsuliyyətin əsasları 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1097.3. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 1097.5. Əgər zərər zərərçəkənin xahişi və ya razılığı ilə vurulmuşsa, onun əvəzini ödəməkdən imtina edilə bilər. Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə iddiaya xx.xx.2020-ci il tarixdən xx.xx.2024-cü il tarixinədək iddiaçıya məxsus Bakı şəhəri Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən 3 saylı evdən istifadə etmələrinə görə 20800 manat məbləğində maddi zərərin müştərək qaydada cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 İddiaçı xeyrinə tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia bu hissədə qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-107/2024 saylı xx.xx.2024-cü il tarixli qərarında da qeyd edildiyi kimi, İddiaçı ona məxsus evi keçmiş qudası Cavabdeh1 əvəzsiz istifadəsinə vermişdir. Tərəflər arasında bununla bağlı hər hansı müddət müəyyən edilməmişdir, çünki qohumluq münasibətlərinin gələcəkdə pozulacağı tərəflərə bəlli deyildir. Lakin, tərəflər arasında qohumluq münasibətləri pozulduğundan sonra İddiaçı Cavabdeh1 evdən çıxmasını tələb etməkdə haqlı olmuşdur. İş materiallarında göründüyü kimi, iddiaçının qızı X12 ilə Cavabdeh3 oğlu Cavabdeh3 arasında xx.xx.2013-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon Qeydiyyat Şöbəsində 445 nömrəli akt qeyd ilə bağlanmış nikah Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-260/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Tərəflər arasında qohumluq münasibətləri pozulduqdan sonra iddiaçı cavabdehin və onun ailə üzvlərinin ona məxsus evdən çıxmaq tələbini irəli sürmüşdür. Lakin Cavabdeh1 və onun ailə üzvləri qanuna zidd olaraq mübahisəli mənzildən çıxmamışlar, bununla da iddiaçının hüquqları pozulmuş, o, mənzili kirayə verərək əldə edə biləcəyi gəlirdən məhrum olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı tərəflərin verdiyi izahatlardan məlum olmuşdur ki, mübahisəli yaşayış sahəsi daha əvvəl də kirayə verilmişdir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı ona məxsus Bakı şəhəri Nərimanov rayonu, X.R.Ulutürk küçəsində yerləşən 3 saylı evdən çıxmadıqlarına görə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ona vurulmuş maddi zərəri tələb etməkdə haqlıdır. Lakin məhkəmə qeyd edir ki, maddi zərərin məbləği iddiada qeyd edildiyi kimi, xx.xx.2020-ci il tarixindən deyil, tərəflər arasında qohumluq münasibətlərinin pozulduğu vaxtdan, yəni Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-260/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi qəbul edildiyi tarixdən hesablanmalı və, 18800 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyinə görə, təmin edilmiş iddia tələbinin həcminə mütənasib olaraq məhkəmə xərcinə daxil olan 146,40 manat məbləğində dövlət rüsumu və 400 manat qiymətləndirmə aparılması üçün xidmət haqqı da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 242-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada 18800 (on səkkiz min səkkiz yüz manat) manat, qiymətləndirmə aparılması üçün xidmət haqqına görə 400 (dörd yüz) manat, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 146.40 (yüz qırx altı manat qırx qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-304/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-304/2025
06.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kirayə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver