Məhkəmə qərarları › İş №2(011)-3043/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3043/2022

28.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3043/2022 28.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh X1rşı “borcun silinməsi və pulun geri qaytarılması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ İddiaçı cavabdeh X1rşı “borcun silinməsi və pulun geri qaytarılması tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4195 ünvanında yerləşən bağ evinə (abonent kodu **********00180) əsassız olaraq hesablanmış 4103,80 manat borcun silinməsi və 2017-ci ilin avqust ayindan 2018-ci ilin avqust ayına kimi əsassız yazılmış cərimələrə görə ödənilmiş 7984,20 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nın Bakı Regional Qazın Satışı Departamentində qeydiyyatda olmaqla təbii qazın alqı- satqı müqaviləsi əsasında istifadəsində olan, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4195 ünvanında yerləşən bağ evində təbii qazdan istifadə edir. Həmin bağ evinə Cavabdeh İB tərəfindən **********00180 nömrəli abonent kodu verilmiş və bağ evini təbii qazla təchiz edən qaz xəttinin üzərində Elster G-25 RVG EK- 220 markalı qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən tərtib olunan və ona məxsus **********00180 nömrəli abonentin saldosunda 2022-ci ilin fevral ayı üçün 6241,80 manat borc göstərilmişdir. Həmin borcun haradan, hansı əsasla yaranması məlum deyil. Abonentin saldosundan görünür ki, hesablanmış 6241,80 manat borcun 4103,80 manatı saldonun “o cümlədən qeyri ödənişlər” qrafasında göstərilib. Həmin məbləğ, 2012-ci ilin aprel ayında “o cümlədən qeyri ödənişlər” qrafasında göstərilib. Bu məbləğ həmçinin saldonun 2012-ci ilin aprel ayının “ödəniş" qrafasındada göstərilmişdir və 2012-ci ilin dekabr ayında “ayın əvvəlinə borc” qrafasında onun həmin tarixə cavabdeh qarşısında heç bir borcunun olmaması görünür. Belə çıxır ki, cavabdeh 10 il sonra 2022-ci ilin fevral ayında həmin məbləği yenidən borc kimi tələb edir. Baxmayaraq ki, saldoya əsasən həmin borc 2012-ci ilin aprel ayında ödənilmişdir. Hətta borc ödənilməmiş olsaydı belə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən 5 il müddətinin keçməsinə görə tələb qüvvəsini itirmiş olur. Bunda başqa, abonentin saldosunan məlum olmuşdur ki, ‘Azəriqaz” İstehsalat Birliyi tərəfindən “qazdan istifadə qaydalarının pozulmasına dair” çoxsaylı aktlar tərtib edilərək cərimələr yazılmışdır. Belə ki, 2017-ci ilin avqust ayında 2826 manat, 2017-ci ilin sentyabr ayında 35,60 manat, 2017-ci ilin oktyabr ayında 447,40 manat, 2017-ci ilin noyabr ayında 1308,20 manat, 2017-ci ilin dekabr ayında 1288,80 manat, 2018-ci ilin yanvar ayında 314 manat, 2018-ci ilin fevral ayında 554 manat, 2018-ci ilin mart ayında 78,60 manat və 2018-ci ilin avqust ayında 1131,60 manat olmaqla, cəmi 7984,20 manat cərimə yazılmışdır. Tərtib olunan aktlardan və əsassız olaraq hesablanmış cərimələrdən xəbəri olmamışdır və yuxarıda qeyd edilən məbləği tam şəkildə Cavabdehnə ödəmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbininmüdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etməyərək, izahatında iddiaçının yaşadığı mənzildə qaz sayğacına müdaxilə olunduğunu, buna görə də itirilmiş qaz sərfiyyatına görə borc hesanlandığını göstərdi və iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan X3 tərəfindən tərtib olunmuş İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4195 ünvanında yerləşən bağ evinə aid olan **********00180 nömrəli abonentin saldosundan görünür ki, “ayın əvvəlinə borc” qrafasında 2012-ci ilin aprel ayına 4103,80 manat borcun olduğu, “ödəniş” və “o cümlədən qeyri ödənişlər” qrafalarında həmin borcun ödənildiyi, 2012-ci ilin dekabr ayında “ayın əvvəlinə borc” qrafasında həmin tarixə heç bir borcun olmaması qeyd edilmişdir. İş materiallarında olan **********00180 nömrəli abonentin saldosundan və xx.xx.2017-ci il tarixli, 2407 saylı, xx.xx.2017-ci il tarixli, 2617 saylı, xx.xx.2017-ci il tarixli, 1588 saylı, xx.xx.2018-ci tarixli, 1640 saylı, xx.xx.2018-ci tarixli, 2039 saylı və xx.xx.2020-ci il tarixli, 2084 saylı “Qaz sayğacının olmadığı və işləmədiyi müddətdə qazın hesablanması haqqında” aktların surətindən müəyyən olunur ki, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4195 ünvanında yerləşən bağ evinə qaz sərfiyyatına görə 2017-ci ilin avqust ayında 2826 manat, 2017-ci ilin sentyabr ayında 35,60 manat, 2017-ci ilin oktyabr ayında 447,40 manat, 2017-ci ilin noyabr ayında 1308,20 manat, 2017-ci ilin dekabr ayında 1288,80 manat, 2018-ci ilin yanvar ayında 314 manat, 2018-ci ilin fevral ayında 554 manat, 2018-ci ilin mart ayında 78,60 manat və 2018-ci ilin avqust ayında 1131,60 manat olmaqla, cəmi 7984,20 manat borc hesablanmmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İşin hallarından göründüyü kimi, İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4195 ünvanında yerləşən bağ evinə 2012-ci ilin aprel ayında qazdan istifadə üzrə 4103,80 manat borc hesablanmış və həmin borc məbləği iddiaçı tərəfindən ödənilmişdir. Buna baxmayaraq, cavabdeh təşkilat tərəfindən heç bir hüquqi əsas olmadan həmin borc məbləği 2022-ci ildə yenidən iddiaçının abonent saldosuna daxil edilməklə əsassız olaraq ondan tələb edilmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 4103,80 manat borcun silinməsi hissəsində əsaslı və qanuni olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.4-cü bəndinə görə qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır. Araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, 2017-ci ildə iddiaçıya məxsus bağ evinə qazdan istifadəyə görə cəmi 2325,40 manat borc hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, qaz sayğacının olmadığı və işləmədiyi müddətdə iddiaçıya məxsus bağ evinə qaz sərfiyyatına görə hesablanmış məbləğ aylıq 387,50 manat olmaqla 9 ay ərzində 3487,50 manat təşkil etməli idi (2325,40/6=387,5x9ay=3487,50 AZN). Halbuki, cavabdeh təşkilat tərəfindən qaz sərfiyyatına görə 7984,20 manat borc hesablanmışdır və həmin borc iddiaçı tərəfindən ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə qismən təmin edilərək, 4496,70 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. (7984,20-3487,50=4496,70 AZN). Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi qismən təmin edildiyinə görə ödənilməli olan 106 manat dövlət rüsumu cavabdehdən tutulub Dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4195 ünvanında yerləşən bağ evinə (abonent kodu **********00180) hesablanmış 4103,80 (dörd min üç manat 80 qəpik) manat borcun silinməsi cavabdeh X2 həvalə edilsin. Cavabdeh X3ndən artıq ödənilmiş 4496,70 (dörd min dörd yüz doxsan altı manat 70 qəpik) manat məbləğində pul vəsaiti alınıb İddiaçı qaytarılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh X3ndən dövlət rüsumuna görə 106 (bir yüz altı) manat tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar