Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-307/2021 03.02.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili X12, Cavabdeh MMC-nin nümayəndəsi X7 iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı 456/X saylı əmrin ləğv edilməsi, əmək kitabçasında qeydlərin dəyişdirilməsi, əmək stajının xx.xx.2010-cu ildən hesablanması, xx.xx.2016-cı ildən xx.xx.2020-ci ilə kimi gecə növbəsi üçün əmək haqqının düzgün hesablanaraq iddiaçıya ödənilməsi və 10000 manat mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh MMCnin xx xxxx 2020-ci il tarixli 456/X nömrəli əmrinin ləğv edilməsi, xx.xx.2010-cu ildən 2013cü il tarixinə kimi əmək stajının əmək kitabçasına qeydi, DSMF-yə xx.xx.2010-cu ildən 2013-cü ilə kimi pul yığımının ödənməsi, x xxxxxxxx 2016-cı il tarixdən xx xxxx 2020-ci il tarixədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəsisi kimi gecə saatları işlədiyi əlavələrin hesablanaraq iddiaçıya ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək fəaliyyətinə xx.xx.2010-cu ildə Badamdar qəsəbəsindəki Cavabdeh adı ilə failiyyət göstərən supermarket şəbəkəsində satıcı kimi əmək müqaviləsi bağlayaraq işə başlamışdır. Faziləsiz olaraq xx.xx.2020-ci ilə kimi Cavabdeh MMC-də müxtəlif vəzifələrdə işləmişdir. Daha sonra xx.xx.2013-cü il tarixdən xx.xx.2016-cı il tarixədək ”Cavabdeh” MMC-də inzibatçı menecer marketinq üzrə mütəxəssis, xx.xx.2016-ci il tarixdən xx.xx.2020-ci il tarixədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəsisi vəzifəsində işləmişdir. Hər ayin sonunda Cavabdeh MMC-nin maliyyə şöbəsində ayın hesablaşmasını aparırmışlar. Bu ilin aprel ayının hesablaşmasını təhvil verdikdən sonra Cavabdeh MMC-də Satınalma departamentinin müdiri Ramin Haciyev ona bildirmişdir ki, növbəti aydan yəni ki, 2020-ci ilin may ayından o və Əliyev Samir, Heydərli Raufu işdən azad edəcəkdir. Cavabdeh MMC-nin sahibkarı Rasim Salmanov onlarla bağlanmış əmək müqaviləsinə xitam vermək istəyir. Gələn aydan meyvə tərəvəzin satın alınması yeni işçilər Salmanov Kamran, Eldəniz tərəfindən aparılacaq. İddiaçı, Cavabdeh MMC-də Satınalma departamentinin müdiri Ramin Haciyevə bildirmişdir ki, onların aqibəti necə olacaq, o ailəlidir, bir az yaşlı övladı, xəstə təqaüdçü anası onun himayəsindədir. Cavabdeh MMC-də Satınalma departamentinin müdiri Ramin Hacıyevdə demişdir ki, o və digər 3 nəfər işçi özü könüllü olaraq işdən çıxmaqla bağlı ərizə verməsələr, onları 70ç maddəsiylə işdən qovacaqlar. İddiaçı və digər işçilər işini davam etdirərək “Meyvəli Bazar”-da gündəlik saat 18:00-dan səhər saat 08:00a kimi iş yerində olmuşlar. xx.xx.2020-ci il tarixində yenidən o, Əliyev Samir, Heydərli Rauf, Heybətzadə Asim, Malışov Sahili Cavabdeh MMC-nin Xətai rayonu, Xudu Məmmədov 1c ünvanında yerləşən ofisində İRD-nin müdiri Dəyanətin qəbuluna gəlmişlər. Onları İRD-nin işçiləri Fuad və Ziyad qəbul etdi, onlara yenidən işdən çıxmaqla bağlı könüllü ərizələrini yazmağı təklif etdilər. Ərizəni yazmadıqları təqdirdə sahibkar onları işdən nə yolla olurolsun qovacağını bildirdi. İddiaçı onlara AR Əmək Məclləsinin 69.7-ci maddəsini xatırladaraq qanunsuz əməllərinə son verməsini bildirmişdir. Onlar ofisdən ayrıldıqdan sonra Əmək Müfəttişliyinin 142- qaynar xəttinə zəng vuraraq, ofisdə olmuş hadisə ilə bağlı məlumat verərək, şikayətlərini bildirmişlər. Şikayətdən sonra bir müddət 20 gün ərzində işdən çıxartmaq məsələsi bağlandı. İddiaçı və digər iş yoldaşları işlərinə davam edərək əmək funksiyalırını yerinə yetirərək əmək haqlarını almışdır. xx.xx.2020-ci il tarixində iddiaçını və Əliyev Samiri yenidən ”Cavabdeh” baş ofisinə dəvət edərək, bildirmişlər ki, barmaq izlərini baş ofisin keçid turnikesində tanıtdırsınlar və əvvəlki kimi də “Meyvəli Bazar”-daki anbarda meyvə-tərəvəz alqı-satqısı işini davam etdirsinlər. İddiaçı 2016-cı il tarixindən meyvə-tərəvəz satın alma mütəxəssisi kimi hər gün saat 18:00-dan səhər saat 08:00-a kimi işləmişdir. Hər kəs bilir ki, meyvə-tərəvəz bazarı topdan satışı gecə saatlarda olur. Onlar bildirdilər ki, onların əmək müqaviləsində iş saatı səhər 09:00-dan axşam saat 18:00-a kimidir. Onu neçə ildir ki, Cavabdeh MMC-nin rəhbərliyi qanunsuz olaraq gecə işlətmiş və əmək haqqına olan əlavələrini ödəməmişdir. İddiaçı xx.xx.2020-ci il tarixinə kimi, əmək müqaviləsində qeyd olunan iş saatı haqqındakı qeydi düzgün bilməmişdir. Bu günə kimi də, onda əmək müqaviləsinin surəti yoxdur və ona rəsmi şəkildə təqdim olunmayıb. xx xxxx 2020-ci ildə o Cavabdeh MMC-yə Əmək müqaviləsini, əlavələr və dəyişiklər, Satın alma mütəxəssisinin vəzifə təlimatını, “Cavabdeh" MMC-nin daxili intizam qaydalari haqqında nizamnamənin məktubla rəsmi qaydada istəmişdir. Bu günə kimi cavab almamışdır. xx.xx.2020-ci il tarixində İRD-nin işçisi Fuad onun cib telefonuna zəng vuraraq onun barəsində verilmiş xəbərdarlıq və töhməti (BM-03/K) məktubu ilə sürətli poçt vasitəsiylə göndərdiyini bildirmişdir. Məktub ona çatdırılmamışdır. İddiaçı xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci ilə kimi səhhəti ilə əlaqədar müalicə almışdır. Bakı Şəhəri Səhiyyə İdarəsinin 34 saylı poliklinikasının əmək failiyyətinin olmamasina dair 802015 sayli sənədi var. xx.xx.2020-ci il tarixində o Baş Ofisdə olan zaman BM-03/K mətkubunu ona rəsmi qaydada təqdim etmişlər. Sənədlərlə tanış olduqda ona məlum olmuşdur ki, xx.xx.2020-ci il tarixində xəbərdarlıq barədə məktubda işə qeydiyyat cihazına uçota düşmədiyi bildirmişdir. Ona xx xxxx 2020-ci ildə verilmiş töhmətlə bağlı sənədi alandan sonra onlara da qalan sənədin surətinə “izahat yazmaqdan imtina etmişdir” yazısının yalan olmasını qeyd etmişdir. Onun xx.xx.2020-ci ildə Baş Ofisə dəvət olunmağı ilə bağlı heç bir məktubun və ya teleqrammın olmasına dair sənəd məktuba əlavədə görməmişdir. O, xx.xx.2020-ci il təxirində qeydiyyat cihazından uçota düşməməklə bağlı, izahatı alınmamışdır. Onun izahat yazmaqdan imtina etməyimlə də, bağlı heç bir akt tərtib olunmamışdır. Cavabdeh MMC-də işlədiyi 10 il ərzində heç vaxt xəbərdarliq və ya töhmət almamışdır. Satıcı kimi əmək fəaliyyəti dövründə işinə məsuliyyət və nizam-intizamına görə vəzifələrə təyin olunmuşdur, nümunəvi işçi kimi “Cavabdeh" MMC-nin Badamdar qəsəbəsindəki supermarketə müdür təyin olunmuşdur. O hüquqlarını tələb edərək ona qarşı qanunsuzluğa son qoymağı tələb etmişdir. Ona Fuad bildirmişdir ki, ona heç bir məzuniyyət düşmür, onu işdən qovurlar. İddiaçı xx.xx.2020-ci il tarixində poçt vasitəsi ilə əmək müqaviləsinə xitam verilməsi ilə bağli məktubu almışdır. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili X17 məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh MMC-nin nümayəndəsi X11 məhkəmədə iddiaya etiraz edərək, bildirmişdir ki, iddia ərizəsinə əlavə edilmiş X10 məxsus əmək kitabçasından görünür ki, X13 xx xxxxxx 2013-cü il tarixində fərdi sahibkar X8 ilə əmək müqaviləsi bağlamış və Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə xx xxxxxx 2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən, tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. xx xxxxxx 2016-cı il tarixdə X13 ilə fərdi sahibkar X14 arasında əmək müqaviləsi bağlanmış, iddiaçı Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. Daha sonra iddiaçı ilə olan əmək müqaviləsinə xx xxxxxx 2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən, tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. İddiaçı xx xxxx 2016-cı il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlamış və Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. xx xxxxxx 2016-cı il tarixdə iddiaçı ilə olan əmək müqaviləsinə dəyişliklər edilmiş və o, satınalma mütəxəssisi vəzifəsinə keçirilmişdir. X3 ilə olan əmək müqaviləsinə xx xxxx 2020-ci i tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Göründüyü kimi, iddiaçı Cavabdeh MMC ilə xx xxxx 2016-cı il tarixdə əmək müqaviləsi bağlamış və Cavabdeh MMC-də əmək fəaliyyətinə həmin tarixdə başlamışdır. Həmin tarixə kimi isə X3 müxtəlif fərdi sahibkarlarla əmək müqaviləsi bağlamışdır. İddiaçının əmək müqaviləsi bağladığı əvvəlki işəgötürənləri (daha dəqiq biri: X14) Cavabdeh MMC-nin təsisçisi olmuşdur və hazırda da Cavabdeh MMC-nin təsisçisidir. Lakin hüquqi şəxs təsisçisinin, təsisçi də hüquqi şəxsin öhdəliklərinə görə məsuliyyət daşımır. X1 xx xxxx 2016-cı il tarixdən etibarən əmək hüquqlarının pozulması, əmək stajının əmək kitabçasında qeyd olunmaması, həmçinin DSMF-yə məcburi dövlət sosial sığorta haqları üzrə ayırmaların edilməməsi üçün məsuliyyət daşıyır və birbaşa cavabdeh şəxsdir, xx xxxx 2016-cı ildən əvvəlki tarixlər üçün Cavabdeh MMC-nin öhdəliyi, məsuliyyəti müəyyən edilə bilməz. İddiaçıya məxsus əmək kitabçasında görünür ki, iddiaçı əmək fəaliyyətinə xx xxxxxx 2013-cü il tarixində başlanmışdır və buna qədər iddiaçının işləməsi barədə əmək kitabçasında qeydiyyat aparılmamışdır. Əmək kitabçasından o da görünür ki, X5 ilə işəgötürən Cavabdeh MMC arasında xx xxxx 2016-cı il tarixdə ilkin əmək müqaviləsi bağlanmış, iddiaçının buna qədər Cavabdeh MMC-nin təsisçisi olmuş X14 ilə olan əmək müqaviləsinə xitam verilmişdir. Yəni, iddiaçının əmək fəaliyyəti bir işəgötürənlə əmək müqaviləsinə xitam verilərək başqa işəgötürənlə əmək müqaviləsinin bağlanması qaydasında davam etdirilmişdir. X5 ilə işəgötürən Cavabdeh MMC arasında əmək münasibətlərinin əsası isə xx xxxx 2016-cı il tarixində qoyulduğundan Cavabdeh MMC yalnız bu tarixdən etibarən işçinin hüquqlarının pozulması üçün cavabdehlik daşıyır. Digər tərəfdən, Cavabdeh MMC xx xxxx 2005-ci il tarixdə ilkin dövlət qeydiyyatına alınmışdır. Hüquqi baxımından o yalnız hüquqi şəxsin yenidən təşkil olunması qaydasında (ayrılma, bölünmə, qoşulma, birləşmə və çevrilmə) qaydasında yaradıldıqda hüquqi sələfi olan hüquqi şəxsin öhdəliklərinə görə ona bölünmə balansı və ya təhvil aktı əsasında keçən əmlak həddində məsuliyyət daşıya bilərdi. Hazırkı mübahisə üzrə isə belə hal mövcud deyildir. xx.xx.2010-cu ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasında qeyd olunması və DSMF-yə xx.xx.2010-cu ildən 2013-cü il tarixinə kimi pul yığımının ödənilməsi tələbləri üzrə Cavabdeh MMC cavabdeh deyildir. Çünki, həmin tarixlərdə X13 Cavabdeh MMC-nin işçisi olmamışdır. Odur ki, X3 Cavabdeh MMC-dən əvvəlki iş yerləri üzrə əmək stajının əmək kitabçasına qeyd olunmasını və DSMF-yə ayırmaların edilməsini tələb edə bilməz. Hesab edirlər ki, X1 Cavabdeh MMC-yə qarşı qaldırdığı iddia bir neçə tələbdən ibarət olduğundan iddia tələbinin “xx.xx.2010-cu ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasında qeyd olunması və DSMF-yə xx.xx.2010-cu ildən 2013-cü il tarixinə kimi pul yığımının ödənilməsi” hissələrinə münasibətdə Cavabdeh MMC-nin iş üzrə əsl cavabdehlə əvəz edilməsi prosessual hüquq baxımından mümkün olmayacaqdır. Bu zaman məhkəmə iddia tələbini parçalamalı və hər iddia tələbi üzrə ayrı cavabdehi müəyyən etməlidir. Odur ki, iddia tələbi xx.xx.2010-cu ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasında qeyd olunması və DSMF-yə xx.xx.2010-cu ildən 2013-cü il tarixinə kimi pul yığımının ödənilməsi” hissələrində iş üzrə əsl cavabdehə yönəldilmədiyindən Cavabdeh MMC-yə münasibətdə rədd edilməli və iddiaçıya həmin iddia tələbləri üzrə əsl cavabdehin müəyyən edilərək ona qarşı yenidən müstəqil iddia qaldırması hüququ izah olunmalıdır. Həmçinin qeyd edir ki, X3 xx.xx.2010-cu ildən 2013cü il tarixinə kimi əmək stajının əmək kitabçasında qeyd olunması və DSMF-yə xx.xx.2010-cu ildən 2013-cü il tarixinə kimi pul yığımının ödənilməsi tələbləri üzrə də iddia müddətini ötürmüş, hüququnun pozulduğunu bilməli olduğu ən yaxın tarix olan 2013-cü ilin avqust ayından həmin halı mübahisələndirməli olduğu halda mübahisələndirməmişdir. Cavabdehin nümayəndəsi X1 Cavabdeh MMC-yə qarşı xx.xx.2010-cu ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasında qeyd olunması və DSMF-yə xx.xx.2010-cu ildən 2013-cü il tarixinə kimi pul yığımının ödənilməsi barədə iddia tələbləri əsl cavabdehə yönəlmədiyindən iddia tələbləri həmin hissədə Cavabdeh MMC-yə münasibətdə rədd edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi həmçinin iddia müddətinin tətbiq olunması barədə ərizə ilə müraciət edərək, İddiaçı Cavabdeh MMC-yə qarşı xx.xx.2020-ci il tarixli 456/X nömrəli əmrinin ləğv edilməsi və sentyabr 2016-cı il tarixindən xx.xx.2020-ci il tarixinədək meyvətərəvəz mallarının alınması üzrə satınalma mütəxəssisi kimi gecə saatları işlədiyi əlavələrin hesablanması barədə iddia tələbləri üzrə iddia müddətinin tətbiq edilməsi və iddia müddəti ötürüldüyündən iddia tələblərini həmin hissələrdə rədd edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia aşağıda göstərilənlərə görə rədd edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı əmək kitabçasının surətindən görünür ki, X10 məxsus əmək kitabçasından görünür ki, X13 xx xxxxxx 2013-cü il tarixində fərdi sahibkar X8 ilə əmək müqaviləsi bağlamış və Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə xx xxxxxx 2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən, tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. xx xxxxxx 2016-cı il tarixdə X13 ilə fərdi sahibkar X14 arasında əmək müqaviləsi bağlanmış, iddiaçı Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. Daha sonra iddiaçı ilə olan əmək müqaviləsinə xx xxxxxx 2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən, tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. İddiaçı xx xxxx 2016-cı il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlamış və Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. xx xxxxxx 2016-cı il tarixdə iddiaçı ilə olan əmək müqaviləsinə dəyişliklər edilmiş və o, satınalma mütəxəssisi vəzifəsinə keçirilmişdir. X3 ilə olan əmək müqaviləsinə xx xxxx 2020-ci i tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli İnsan Resursları meneceri X28, Kateqoriya meneceri X23 və Biznesin inkişafı üzrə baş məsləhətçi Erkalayıcı Nihat tərəfindən imzalanmış Akta əsasən Cavabdeh MMC-nin Satınalma mütəxəssisi vəzifəsində çalışan İddiaçı İyul 11, 2020-ci il və İyun 12, 2020-ci il tarixlərində davamiyyət qaydasını pozması ilə bağlı qeydiyyata düşməməsinə əsasən əmək fəaliyyəti üzrə qaydaları kobud şəkildə pozduğu müəyyən edilmişdir. Əməkdaş İddiaçı əvvəllər də davamiyyət uçotuna düşməməsi ilə bağlı görüş keçirilmiş şifahi xəbərdarlıq edilmişdir, buna baxmayaraq əməkdaş təkrar davranış qaydalarını pozmaqda davam edir. İddiaçı baş verən hadisələrə münasibət bildirilməsi üçün izahat yazılması tələb olunsa da, işçi izahat yazmaqdan imtina etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli xəbərdarlığına əsasən işçi İddiaçı xx.xx.2020-ci il tarixində işə davamiyyət qaydalarını pozaraq qeydiyyat cihazına uçota düşməmişdir; işçi uçota düşməməsi ilə bağlı yazılı izahat yazmaqdan imtina etmişdir; İşçinin uçota düşməməsi səbəbi nəzərə alınıb; İşçinin belə pozuntulara yol verməsi birinci hal deyil; qeyd edilən hallar nəzərə alaraq işçi İddiaçı xəbərdarlıq edilir ki, İşçinin uçota düşməməsi sonuncu hal kimi qəbul olunsun; İşçi İddiaçı müəssisənin nizamintizam qaydaların pozulduğuna görə sonuncu xəbərdarlıq edilsin; İşçi bir daha belə xətalar törədərsə, onda ona qarşı tənbeh tədbirləri tədbiq olunacaq; Xəbərdarlıqla işçi tanış edilsin. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 0361/BM-K nömrəli Əmrinə əsasən işçi İddiaçı Şirkətin Satınalma mütəxəssisi vəzifəsi üzrə çalışanı Davamiyyət qaydasını pozması ilə bağlı qeydiyyata düşməməsi və barəsində əvvəlki xəbərdarlığı nəzərə alaraq və belə halların təkrar olunmaması məqsədi ilə işçiyə xx.xx.2020-ci il tarixdən AR Əmək Məcəlləsinin 186-cı maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli BM-03/K nömrəli Xəbərdarlıq Məktubuna əsasən MMC-nin satınalma mütəxəssisi vəzifəsində çalışan İddiaçı bildirilmişdir ki, xx.xx.2016-ci il tarixində onunla bağlanmış əmək müqaviləsinə əsasən iş saatı nahar fasiləsi daxil olmaqla 09:00-dan 18:00-dək təyin edilmişdir və o qeyd edilən iş vaxtı üzrə qeydiyyat uçotuna düşərək əmək fəaliyyəti üzrə öhdəliklərini icra etməlidir; Lakin o, qeydiyyat uçotuna düşmür və şirkətin təyin etdiyi vacib təlimatı pozur; Sonuncu görüşlərinə əsasən o qeydiyyat uçotuna düşməyin vacibliyi ilə bağlı xəbərdar edilmişdir və işə gəliş və gediş zamanı davamiyyət uçotuna düşməli idi; Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin İİ hissəsinə əsasən - işçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisə daxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbehlərindən birini verə bilər; bu tələbi əsas götürərək ona Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin İİ hissəsinin “a” bəndinə əsasən töhmət verilmişdir; odur ki, 2 gün müddətində davamiyyət uçotuna düşməməyi ilə bağlı iş yerinə gəlməyi və izahat yazaraq baş vermiş intizam pozuntusuna münasibət bildirməyi xahiş olunur. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli İnsan Resursları meneceri X28 və Biznesin inkişafı üzrə baş məsləhətçi Erkalayıcı Nihat tərəfindən imzalanmış Akta əsasən Cavabdeh MMC-nin Satınalma mütəxəssisi vəzifəsində çalışan İddiaçı İyul 01, 2020-ci il tarixlərində davamiyyət qaydasını pozması ilə bağlı qeydiyyata düşməməsinə əsasən əmək fəaliyyəti üzrə qaydaları kobud şəkildə pozduğu müəyyən edilmişdir. Əməkdaş İddiaçı əvvəllər də davamiyyət uçotuna düşməməsi ilə bağlı görüş keçirilmiş şifahi xəbərdarlıq edilmişdir. Həmçinin, xx.xx.2020-ci il tarixində təqdim olunmuş 03 nömrəli xəbərdarlıq məktubu barəsində verilən xx.xx.2020-ci il tarixli 0364 nömrəli töhmət əmrinə baxmayaraq İddiaçı təkrar davranış qaydalarını pozmaqda davam edir. İddiaçı baş verən hadisələrə münasibət bildirilməsi üçün izahat yazılması tələb olunsa da, işçi izahat yazmaqdan imtina etmişdir. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli BM-06/K nömrəli Xəbərdarlıq Məktubuna əsasən MMC-nin satınalma mütəxəssisi vəzifəsində çalışan İddiaçı bildirilmişdir ki, onunla xx.xx.2016-cı il tarixindən bağlanmış əmək müqaviləsinə xx.xx.2020-ci il tarixində xitam verilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Bu tələbi əsas götürərək ona sonuncu iş günü sənədlərinin təhvil alması ilə barədə məlumat verilmişdir. Lakin o son iş günü sənədlərini təhvil götürülməsi üçün iş yerinə gəlməmişdir. Onunla razılığı nəzərə alaraq əmək kitabçası, işdən çıxma barədə əmrin surəti və son haqq-hesab ödəniş cədvəli ona təqdim olunur. Xahiş olunur ki, ona təqdim edilən əmək kitabçasının üzərinə “xxxx” qeydini düşərək MMC-yə geri təqdim etsin. İş materiallarında olan Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 456/X nömrəli Əmrinə əsasən İddiaçı MMC-nin X4 mütəxəssisi xx.xx.2020-ci il tarixdən AR Əmək Məcəlləsinin 72-ci maddəsinin “Ə” bəndinə istinad edərək, 70-ci maddəsinin “Ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsi, İddiaçı xx.xx.2017/2021 iş illəri üçün istifadə etmədiyi məzuniyyət günlərinə görə 88 təqvim günü müqabilində kompensasiya ödənilməsi, İddiaçı iyul ayı üzrə 1 iş günü müqabilində əmək haqqı ödənilməsi əmr edilmişdir. Əsas, İddiaçı haqqında tərtib edilmiş xx.xx.2020-ci il tarixli 03 nömrəli akt, İddiaçı göndərilmiş xx.xx.2020-ci il tarixli 03 nömrəli xəbərdarlıq məktubu olmuşdur. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin xx.xx.2020-ci il tarixli ********** nömrəli məktubuna əsasən, İddiaçı adına Cavabdeh MMC tərəfindən X2 sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumatı təqdim edirlər. Həmçinin məlum edirlər ki, İddiaçı Cavabdeh MMC-də gecə saatlarında işə cəlb edilməsi barədə məlumatlar Dövlət Əmək Müfəttişliyi Xidmətində mövcud olmadığı və “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 oktyabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2021-ci il tarixədək dayandırıldığından qeyd olunan məsələ ilə bağlı yerində araşdırma aparmaq mümkün olmadığı üçün həmin məlumatın təqdim edilməsi, eyni zamanda 2013-cü ilin 27 dekabr tarixinə qədər qüvvədə olan qanunvericiliyə əsasən əmək müqaviləsinin hər hansı dövlət orqanında və ya digər qurumlarda qeydiyyata alınması nəzərdə tutulmadığı üçün adı qeyd olunan şəxsin həmin dövrə qədər əmək fəaliyyəti barədə məlumatların təqdim edilməsi imkan xaricindədir. İş materiallarında olan “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilmiş əmək müqaviləsi bildirişi barədə məlumata əsasən İddiaçı xx.xx.2016-cı il tarixli Müqaviləyə əsasən Cavabdeh MMC-də işləmiş, iş vaxtının rejimi 6 günlük iş həftəsi 09:00-18:00, nahar 13:00-14:00, əmək haqqı 1213 manat olmuş, həmin müqaviləyə xx.xx.2020-ci il tarixdə xitam verilmişdir. İş materiallarında olan İddiaçı 2020-ci ilin İyul ayında son haqq-hesab hesabatına əsasən əmək haqqına görə 47 manat, məzuniyyət üçün (88 gün) 3377 manat, 328,40 SMF-yə, 17,12 işsizlik müavinəti çıxıldıqdan sonra, cəmi 3078,48 manat ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2020-ci il tarixli **********6 nömrəli məktubuna əsasən, sığortaedən Cavabdeh MMC (SUN: **********0) tərəfindən 2007, 2016-cı illər üzrə “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumaflar (Forma B3) və 2017-2019-cu illərin l-İV rübləri, 2020-ci ilin l-lll rübləri üzrə rüblük “Məcburi dövlət sosial sığortası üzrə hesabatlar təqdim edilmişdir. Qeyd olunan sığortaedən tərəfindən 2010-2013-cü illər üzrə “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabatlar (Forma B1) və ona əsasən “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumatlar (Forma B3) təqdim olunmamışdır. Əlavə olaraq bildiririk ki, sığortaedən X8 tərəfindən (SUN: **********6) 2013-cü il üzrə təqdim edilən “Məcburi dövlət sosial sığorta haqqı üzrə sığortaolunanlar haqqında məlumafa (Forma B3) əsasən İddiaçı (SSN: **********054) adı sığortaolunan kimi qeyd olunmuş və məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri, eləcə də xeyrinə ödənilmiş məcburi dövlət sosial sığorta haqqı üzrə məlumatları fərdi şəxsi hesabında əks olunmuşdur. Nazirliyin “X2 Sistemi”nin “Sığorta” (Hesabat) altsisteminin “Sığortaolunanların hesabları” bölməsindən əldə edilən məlumata əsasən 2010-2012-ci illər üzrə hər hansı sığortaedən tərəfindən sığortaolunan İddiaçı xeyrinə məcburi dövlət sosial sığorta haqqı hesablanmamış və ödənilməmişdir. İş üzrə şahid qismində dindirilmiş X24 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o Cavabdeh MMC-nin Badamdar filialında işləmişdir, İddiaçı 2012-ci ildən tanıyır. O işə girəndə Aqşin orada işləyirdi. İddiaçı gecə saatlarında işləyirdi. Buna baxmayaraq ona əlavələr edilmirdi. Aqşin satınalma ilə məşğul idi. Son illədə o Əhmədli filialına mağaza müdiri işləmişdir. Aqşin 2012-ci ildən qabaq işləyib. İş üzrə şahid qismində dindirilmiş X18 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o İddiaçı 2017-ci ildən Meyvəli bazarından tanıyır. Onlar bir yerdə işləmişdir. O birinci fəhlə olaraq işə başlamış. Daha sonra satınalma meneceri olmuşdur. Onlar mal qəbulu ilə məşğul olurdular. Axşam saat 6-da anbar açılırdı, saat 1-ə, 2-yə kimi mal alırdılar, saat 6da da malı düzürdülər. İş üzrə şahid qismində dindirilmiş X25 məhkəmə iclasında ifadə verərək bildirdi ki, İddiaçı 2011-ci ildən tanıyır, son işdən çıxana qədər bir yerdə işləmişlər. İş vaxtları gecə saatlarında olur. Satınalma vəzifəsində işləyirdi. 2009-cu ilin sentyabrından Cavabdeh MMC-nin Badamdar mağazasında işləmişdir. Hal-hazırda işləmir. Eyni maddə ilə onu da çıxardıblar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər; 2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Həmin Məcəllənin 70-ci maddəsinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri və hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi, eyni zamanda, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 187-ci maddəsinə əsasən intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Cavabdeh MMC tərəfindən işçi İddiaçı barəsində daha öncə də intizam tənbeh tədbirlərinin tətbiq edildiyini, xx.xx.2020-ci il tarixində davamiyyət qaydalarını pozduğuna görə “töhmət” intizam tənbehlərinin tətbiq edildiyini nəzərə alaraq, məhkəmə belə qənaət gəlir ki, işəgötürən Cavabdeh MMC tərəfindən cavabdeh barəsində əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğvi intizam tənbehinin tətbiqi işçi İddiaçı hərəkətlərinə mütənasib və əsaslı hesab edilməlidir. İddiaçının barəsində tətbiq edilmiş intizam tənbehi tədbirləri ilə əlaqədar iddiaçı izahat verməkdən imtina etmiş, bu hal Cavabdeh MMC-nin müvafiq vəzifəli şəxsləri tərəfindən tərtib edilmiş aktlarla rəsmiləşdirilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 456/X nömrəli əmrinin ləğv edilməsi ilə bağlı iddia rədd edilməlidir. Məhkəmə iddianın xx.xx.2010-ci ildən 2013-cü il tarixinə kimi əmək stajıının əmək kitabçasında qeydi, DSMF-na xx.xx.2010-cu ildən 2013-cü ilədək pul yığımının ödənilməsi hissəsində nəzərdən keçirərək hesab edir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş X10 məxsus əmək kitabçasından görünür ki, X13 xx xxxxxx 2013-cü il tarixində fərdi sahibkar X8 ilə əmək müqaviləsi bağlamış və Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. İddiaçı ilə olan əmək müqaviləsinə xx xxxxxx 2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-cı maddəsinə əsasən, tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. xx xxxxxx 2016-cı il tarixdə X13 ilə fərdi sahibkar X14 arasında əmək müqaviləsi bağlanmış, iddiaçı Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. Daha sonra iddiaçı ilə olan əmək müqaviləsinə xx xxxxxx 2016-cı il tarixdə Əmək Məcəlləsinin 68-cı maddəsinə əsasən, tərəflərdən birinin təşəbbüsü əsası ilə xitam verilmişdir. İddiaçı xx xxxx 2016-cı il tarixdə Cavabdeh MMC ilə əmək müqaviləsi bağlamış və Cavabdeh mağazasına inzibati menecer vəzifəsinə qəbul edilmişdir. xx xxxxxx 2016-cı il tarixdə iddiaçı ilə olan əmək müqaviləsinə dəyişliklər edilmiş və o, satınalma mütəxəssisi vəzifəsinə keçirilmişdir. X3 ilə olan əmək müqaviləsinə xx xxxx 2020-ci i tarixdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh MMC arasında əmək müqaviləsi xx xxxx 2016-cı il tarixdə bağlanılmış və iddiaçı Cavabdeh MMC-də əmək fəaliyyətinə həmin tarixdə başlamışdır. X6 ilə işəgötürən Cavabdeh MMC arasında əmək münasibətlərinin əsası isə xx xxxx 2016-cı il tarixində qoyulduğundan Cavabdeh MMC yalnız bu tarixdən etibarən işçinin hüquqlarının pozulması üçün cavabdehlik daşıyır. Odur ki, X3 Cavabdeh MMC-dən əvvəlki iş yerləri üzrə əmək stajının əmək kitabçasına qeyd olunmasını və DSMF-na xx.xx.2010-cu ildən 2013-cü ilədək pul yığımının ödənilməsi tələbi ilə bağlı Cavabdeh MMC-yə qarşı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı deyildir. Odur ki, iddia bu hissədə rədd edilməlidir. Məhkəmə iddianın xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəssisi kimi gecə saatları işlədiyi əlavələrin hesablanaraq ödənilməsinə dair iddia tələbinə qiymət verərək belə qənaətə gəlir ki, iddia bu hissədə rədd edilməlidir. Belə ki, mülki işin məhkəmə araşdırması zamanı iddiaçının xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixlərində gecə saatlarında işlədiyinə dair məhkəməyə kifayət gədər mötəbər sübut təqdim edilmədiyinə görə iddia bu hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə xx xxxx 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Məhkəmə iddianın mənəvi zərərə görə 10000 manat məbləğində pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia bu hissədə də təmin edilməməldiri. Belə ki, Azərbaycan Məcəlləsinin Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. ”Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxxxx 2008-ci il tarixli 7 №li qərarının 1-ci bəndində göstərilmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın 41-ci maddəsinə və X27 Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Həmin Qərarın 2-ci bəndinə əsasən Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya»nın müddəaları və X27 Hüquqları Məhkəməsinin prsedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığa xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında deyilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı iztirab verir. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri və əmlak vəziyyəti və sair vacib halların nəzərə alınması zəruridir. Hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən edilməlidir. Göründüyü kimi, şəxsin ziyanı ödəmək vəzifəsi o zaman yaranır ki, ziyan şəxsin törətdiyi təqsirli, hüquqa zidd əməli nəticəsində yaranmışdır. Lakin məhkəmə araşdırması zamanı iddiaçıya cavabdehlərin təqsirli, qanuna zidd hərəkətləri nəticəsində zərərin vurulduğu öz təsdiqini tapmamışdır. Odur ki, iddia bu hissədə də rədd edilməlidir. Məhkəmə Cavabdeh MMC-nin nümayəndəsi tərəfindən təqdim edilmiş iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərdən keçirərək belə qənaətə gəlir ki, hazırkı iddia ilə bağlı iddia müddəti tətbiq edilməməlidir. Belə ki, mülki iş materiallarından görünür ki, iddiaçı Cavabdeh MMC-nin xx.xx.2020-ci il tarixli 456/X nömrəli əmrinin surəti hazırkı iş üzrə İddiaçı xx.xx.2020-ci il tarixdə surətli poçt xidməti vasitəsilə göndərilmiş və sonuncu həmin tarixdə əmrin surətini əldə etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən- iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Beləliklə məhkəmə hesab edir ki, (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar ölkə ərazisində tətbiq edilən məhdudiyyətlər nəzərə alınaraq, İddiaçı hazırki iddia tələbi üzrə iddia müddətini ötürməsi üzürlü hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-nin xx xxxx 2020-ci il tarixli 456/X nömrəli əmrinin ləğv edilməsi, xx.xx.2010-cu ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasına qeydi, DSMF-yə xx.xx.2010-cu ildən 2013-cü ilə kimi pul yığımının ödənməsi, x xxxxxxxx 2016-cı il tarixdən xx xxxx 2020-ci il tarixədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəsisi kimi gecə saatları işlədiyi əlavələrin hesablanaraq iddiaçıya ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddiası əsassız hesab edilərə rədd edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh MMC-yə qarşı Cavabdeh MMC-nin xx xxxx 2020-ci il tarixli 456/X nömrəli əmrinin ləğv edilməsi, xx.xx.2010-cu ildən 2013-cü il tarixinə kimi əmək stajının əmək kitabçasına qeydi, DSMF-yə xx.xx.2010-cu ildən 2013-cü ilə kimi pul yığımının ödənməsi, x xxxxxxxx 2016-cı il tarixdən xx xxxx 2020-ci il tarixədək meyvə-tərəvəz mallarının alınması üzrə satınalma mütəxəsisi kimi gecə saatları işlədiyi əlavələrin hesablanaraq iddiaçıya ödənilməsi, mənəvi zərərin əvəzi olaraq 10.000 (on min) manat pulun cavabdehdən tutularaq iddiaçıya verilməsi barədə iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-307/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-307/2021
03.02.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver