Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3109/2024 30.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi Mirfəttah qızının iştirakı ilə, Ərizəçi Mirfəttah qızının, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası maraqlı şəxs qismində cəlb edilməklə, “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. X3 xx.xx.2004-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Hüseyn Mirmövsümzadənin atası ilə anasının rəsmi nikahı olmadığından doğum haqqında şəhadətnamədə onun atası qrafasında babasının adı - X4 yazılmışdır. Hüseyn Mirmövsümzadənin ərizəçinin qardaşı oğludur. Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 142 nömrəli qərarı ilə valideynləri vəfat etmiş Hüseyn Mirmövsümzadənin üzərində ərizəçi qəyyum təyin edilmişdir. Bakı şəhəri Xətai RİH Başçısının xx.xx.2021-ci il tarixli, 142 saylı sərəncamından çıxarışa əsasən ərizəçi Hüseyn Mirmövsümzadənin üzərində qəyyum edilmişdir. Hüseyn Mirmövsümzadənin atası X5 xx.xx.2007-ci il tarixdə, anası X6 isə xx.xx.2019-cu il tarixdə ölmüşdür.
2. AR Səhiyyə Nazirliyi Respublika Psixatriya Xəstəxanası PHŞ-in Ambulator kitabçadan xx.xx.2023-cü il tarixdə verdiyi çıxarışda Hüseyn Mirmövsümzadəyə təyin edilən əsas diaqnozun ağır dərəcəli əqli gerilik olması və onun qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə müşahidə edildiyi göstərilmişdir.
3. “Tibbi Ərazi İdarələrini X12” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 26 nömrəli Şəhər Poliklinikasının xx.xx.2024-cü tarixli, 45 saylı Arayışa əssən Hüseyn Mirmövsümzadə xx.xx.2022-ci il tarixdən “ağır kəmağıllılıq, kəskin inbesillik, kobud davranış və nitq pozğunluqları” diaqnozu ilə 26 nömrəli Şəhər poliklinikasının ruhi-əsəb kabinetində qeydiyyatdadır və kənar şəxsin himayəsinı ehtiyacı var.
Ərizənin və ona etirazın dəlilləri: a) Ərizənin dəlilləri:
4. Ərizəçi İ qrup əlil olan X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.
5. Ərizəçi ərizəsində qeyd etmişdir ki, Hüseyn Mirmövsümzadə onun bacısı oğludur Hüseyn birinci qrup əlildir, anası vəfat etmişdir, Hüseynə o baxır. Xətai RİH-nin xx.xx.2021-ci il tarixli, 142 nömrəli qərarı ilə valideyn himayəsindən məhrum olmuş Hüseynin üzərində qəyyum təyin edilmişdir. Tibbi sənədlərdə onun ona kənar şəxsin himayəsinə ehtiyacı olması təsdiqlənmişdir. Onun 20 yaşı var və üzərində yenidən qəyyum təyin olunması üçün fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir, çünki Hüseynə birinci qrup əlil olması ilə əlaqədar verilən pensiyanı o alırdı. Lakin həmin pensiyanı yenidən ala bilməsi üçün Hüseyn fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir ki, qəyyumu kimi pensiyanı o ala bilsin.
b) Maraqlı şəxsin ərizəyə etirazının dəlilləri:
6. Maraqlı şəxs ərizəyə etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.
8. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
9. Maddə 28.8 Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
10. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
11. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
12. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
13. Maddə 317.2 Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər.
İşə baxan məhkəmənin mövqeyi:
14. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir.
15. Həmçinin, yuxarıda qeyd edilən tibbi sənədlərlə müəyyən edilir ki, Hüseyn Mövsümzadəyə ağır dərəcəli əqli gerilik, ağır kəmağıllılıq, kəskin inbesillik, kobud davranış və nitq pozğunluqları ilə müşahidə edilən xəstəli diaqnoz təyin edilmiş, o, xx.xx.2022-ci il tarixdən 26 nömrəli Şəhər poliklinikasının ruhi-əsəb kabinetində qeydiyyatdadır və kənar şəxsin himayəsinı ehtiyacı vardır. Xətai Rayon İcra Hakimiyyətinin xx.xx.2021-ci il tarixli, 142 nömrəli qərarından isə görünür ki, valideynləri vəfat etmiş Hüseyn Mövsümzadənin mənafeyi nəzərə alınmaqla ərizəçinin ərizəsi və Xətai RİH-nin “Qəyyumluq və Himayəçilik” Komissiyasının razılığı əsasında onun üzərində ərizəçi qəyyum təyin edilmişdir.
16. Eləcə də, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 xx.xx.2024-cü il tarixli, 1725 saylı rəyində ekspert o qənaətə gəlmişdir ki, xx.xx.2004-cü il təvəllüdlü X2 ağır dərəcəli (inbesillik dərəcəsində) əqli gerilik, davranış pozuntuları ilə müəyyən edilir, X3 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq, öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. Hüseyn Mirmövsümzadə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır.
17. Qeyd edilənlərdən də göründüyü kimi, X3 əqli, ruhi və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə, habelə işin digər halları ilə tam sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, X3 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X3 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir.
18. Göstərilən qanunvericilik normasına əsasən məhkəmə hesab edir ki, ərizəçi X1 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia qaldırmaqda haqlıdır.
19. Qeyd olunanlara əsasən, məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2004-cü il təvəllüdlü X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
20. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,
QƏTETDİ:
Ərizə təmin edilsin. xx.xx.2004-cü il tarixdə Bakı şəhərində doğulmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi təqdim verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı