Məhkəmə qərarları › İş №2(011)-3125/2020

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3125/2020

10.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3125/2020 10.09.2020 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızınınsədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı “xxxxxxxxxxx” MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxxxxxxxxx” MMC Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən İMEİ kod **********71762 Xiaomi Redmi 6 markalı telefon, Xiaomi qoruyucu örtük üçün 230 manat ödənilməmiş hissə, 44 manat dəbbə pulu borcu, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən İMEİ kod **********70189 Huawei P Smart markalı telefon üçün 465 manat ödənilməmiş hissə, 84 manat dəbbə pulu, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən Toshiba markalı kondisiner üçün 429 manat ödənilməmiş hissə, 126 manat dəbbə pulu, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən Hoffmann markalı solo soba üçün 141 manat ödənilməmiş hissə, 35 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən LG LCD markalı televizor üçün 1248 manat ödənilməmiş hissə, 258 manat dəbbə pulu, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən Hoffmann markalı kombi, Philips markalı üzqırxan, Panasonic markalı epilyator üçün 1.264 manat ödənilməmiş hissə, 261 manat dəbbə pulu olmaqla, ümumilikdə 4.585 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun, cəmi 4.615 manat pulun Cavabdeh alınaraq “xxxxxxxxxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxxxxxx” MMC ilə bağlanmış xx xxxxxx 2018-ci il, xx xxxx 2019-cu il, xx xxxxxx 2018-ci il, xx xxxxxx 2018-ci il, xx xxxxxx 2019-cu il, xx xxxxxx 2018-ci il tarixli müqavilələrə əsasən cavabdeh Xiaomi Redmi 6 markalı telefon, Xiaomi qoruyucu örtük, Huawei P Smart markalı telefon, Toshiba markalı kondisioner, Hoffmann markalı solo soba, LG LCD markalı televizor, Hoffmann markalı kombi, Philips markalı üzqırxan, Panasonic markalı epilyatoralmış və nəticədə 4.585 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən alğısatqı qiyməti 522 manat olan Xiaomi Redmi 6 markalı telefon, Xiaomi qoruyucu örtük üçün ümumilikdə 274 manat olmaqla, 230 manat ödənilməmiş hissə, 44 manat cərimə pulu borcu, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 558 manat olan Huawei P Smart markalı telefon üçün ümumilikdə 549 manat olmaqla, 465 manat ödənilməmiş hissə, 84 manat cərimə pulu borcu, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1260 manat olan Toshiba markalı kondisioner üçün ümumilikdə 555 manat olmaqla, 429 manat ödənilməmiş hissə, 126 manat cərimə pulu borcu, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 684 manat olan Hoffmann markalı solo soba üçün ümumilikdə 176 manat olmaqla, 141 manat ödənilməmiş hissə, 35 manat cərimə pulu borcu, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1.404 manat olan LG LCD markalı televizor üçün ümumilikdə 1.506 manat olmaqla, 1.248 manat ödənilməmiş hissə, 258 manat cərimə pulu borcu, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1.501 manat olan Hoffmann markalı kombi, Philips markalı üzqırxan, Panasonic markalı epilyator üçün ümumilikdə 1.525 manat olmaqla, 1.264 manat ödənilməmiş hissə, 261 manat cərimə pulu borcu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2.152 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat daxil olmamışdır. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İş materiallarından görünür ki, tərəflər arasında xx xxxxxx 2018-ci il, xx xxxx 2019-cu il, xx xxxxxx 2018-ci il, xx xxxxxx 2018-ci il, xx xxxxxx 2019-cu il, xx xxxxxx 2018-ci il tarixli alğısatqı müqavilələri bağlanmış, cavabdeh Xiaomi Redmi 6 markalı telefon, Xiaomi qoruyucu örtük, Huawei P Smart markalı telefon, Toshiba markalı kondisioner, Hoffmann markalı solo soba, LG LCD markalı televizor, Hoffmann markalı kombi, Philips markalı üzqırxan, Panasonic markalı epilyator almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən 2020-ci ilin mart ayına xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən 230 manat ödənilməmiş hissə, 44 manat dəbbə pulu borcu, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən 465 manat ödənilməmiş hissə, 84 manat dəbbə pulu, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən 429 manat ödənilməmiş hissə, 126 manat dəbbə pulu, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən 141 manat ödənilməmiş hissə, 35 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən 1.248 manat ödənilməmiş hissə, 258 manat dəbbə pulu, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən 1.264 manat ödənilməmiş hissə, 261 manat dəbbə pulu olmaqla, cəmi 4.585 manat borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, “xxxxxxxxxxx” X1 ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi barəsində hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinəəsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə hesablanmış 44 manat dəbbə məbləği azaldılaraq 4 manat məbləğində, xx xxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 84 manat dəbbə məbləği azaldılaraq 8 manat məbləğində, xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 126 manat dəbbə məbləği azaldılaraq 10 manat məbləğində, xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 35 manat dəbbə məbləği azaldılaraq 3 manat məbləğində, xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsi üzrə 258 manat dəbbə məbləği azaldılaraq 20 manat məbləğində, xx xxxxxx 2018-ci il tarixli kredit müqaviləsi üzrə 261 manat dəbbə məbləği azaldılaraq 20 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbiqismən təmin edilməli, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən 230 manat ödənilməmiş hissə, 4 manat dəbbə pulu borcu, xx xxxx 2019cu il tarixli müqaviləyə əsasən 465 manat ödənilməmiş hissə, 8 manat dəbbə pulu, xx xxxxxx 2018ci il tarixli müqaviləyə əsasən 429 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən 141 manat ödənilməmiş hissə, 3 manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən 1.248 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən 1.264 manat ödənilməmiş hissə, 20 manat dəbbə pulu olmaqla olmaqla, ümumilikdə 3.842 manat Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat 30.00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 30 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən 230 (iki yüz otuz) manat ödənilməmiş hissə, 4 (dörd) manat dəbbə pulu borcu, xx xxxx 2019-cu il tarixli müqaviləyə əsasən 465 (dörd yüz altmış beş) manat ödənilməmiş hissə, 8 (səkkiz) manat dəbbə pulu, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən 429 (dörd yüz iyirmi doqquz) manat ödənilməmiş hissə, 10 (on) manat dəbbə pulu, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən 141 (bir yüz qırx bir) manat ödənilməmiş hissə, 3 (üç) manat dəbbə pulu, xx xxxxxx 2019-cu il tarixli müqaviləyə əsasən 1248 (bir min iki yüz qırx səkkiz) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu, xx xxxxxx 2018-ci il tarixli müqaviləyə əsasən 1264 (bir min iki yüz altmış dörd) manat ödənilməmiş hissə, 20 (iyirmi) manat dəbbə pulu olmaqla olmaqla, ümumilikdə 3.842 (üç min səkkiz yüz qırx iki) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı “xxxxxxxxxxx” MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar