Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3125/2022 29.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xalıq Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus olan **********01710 abonent kodlu “Zenner G-4” markalı mexaniki **********5 saylı qaz sayğacına itirilmiş qaz sərfiyyatına görə qanunsuz olaraq hesablanmış cari 3052,51 (üç min əlli iki manat əlli qəpik) manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. xx.xx.2022-ci il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 2540,16 manat həcmində borcun silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ona məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 2 nömrəli sahədə yerləşən fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacının yoxlanması üçün Cavabdeh İB-nin əməkdaşları “İtron” tipli, “Zenner G-4” markalı mexaniki **********5 saylı qaz sayğacına baxış keçirib, təbii qaz sayğacından kənar qeyri-qanuni olaraq istifadə edildiyi üçün ******* saylı akt tərtib olunub, həmçinin qaz sayğacından qeyri-qanuni olaraq istifadə edilmədiyi halda əsassız olaraq hesablanmış borc məbləğinin maddi ziyanın əvəzi kimi ödənilməsi tələb edilib, Cavabdeh İB-nə müraciət edəndə 3052,51 manat məbləğində borcun hesablandığı bildirilib, məsələnin araşdırılması üçün Cavabdeh İB-yə müraciət zamanı “Zenner G-4” markalı mexaniki **********5 saylı qaz sayğacına baxış keçirilib və sayğacdan düzgün istifadə edilməməsi nəticəsində dəymiş zərərə görə borc hesablanıb, xx.xx.2022-ci il tarixində verilən invertar aktda həyətyanı sahədə istixana olduğu və təbii qazdan qeyriqanuni istifadə edildiyi bildirilib, belə ki cavabdehin əməkdaşlarının qeydə aldığı videoçəkilişlərdən görünür ki, həmin sahədə odun sobaları var və mən təbii qazdan istifadə etmirəm, həmin odun sobalarına taxta qırıntıları atmaqla istilik əldə edir və güllərimi böyüdürəm, uzun illərdir ki, qaz sayğacı quraşdırılıb və tərəfimdən vaxtlı-vaxtında sərf edilmiş qazın dəyəri ödənilib, heç bir vaxt qaz sayğacına hər hansı bir müdaxilə olunmamışdır. Sonda İddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda xx.xx.2022-ci il tarixdə mənzildaxili qaz xətlərinə və cihazlarına baxış keçiriib, həyətyanı sahədə istixana aşkar edilib, mənzildə və istixanada təbii qazdan qeyri-qanuni istifadə edilməsi qənaətinə gəlinərək, inventar akt tərtib olunub, quraşdırılmış mexaniki **********5 saylı qaz sayğacına 28.02.22-ci il tarixində baxış keçirilib və təbii qazdan qeyri-qanuni istifadə aşkar edildiyi üçün ******* saylı akt tərtib olunub. Sonda R.V.Əliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli inventar Aktın surətindən görünür ki, mənzildaxili qaz xətlərinə və cihazlarına baxış keçirilərək, aşkar edilən istixanada və mənzildə təbii qazdan qeyri-qanuni, yəni sayğacdan kənar istifadə edildiyi qeyd edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” Aktın surətindən görünür ki, abonentin təbii qazdan qeyri-qanuni olaraq istifadə etdiyi aşkar edilmiş və dəymiş ziyanın hesablanaraq ödənilməsi qeyd edilmişdir. İş materiallarında olan İddiaçı Abonent Saldosundan (kod:**********01710, tarix xx.xx.2022-ci il) görünür ki, Saldonun “Qalıq və aktlar” bölməsinə 2022/02 tarixə 2540,16 manat borc yazılmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, həmin sayğaca Cavabdeh İB-nin əməkdaşları tərəfindən baxış keçirilmiş, mənzildə və istixanada təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə xx.xx.2022-ci il tarixdə inventar akt tərtib edilmiş, həmçinin xx.xx.2022-ci il tarixdə abonentin sayğacdan kənar qeyri-qanuni olaraq istifadə edilməsi əsası ilə ******* saylı akt tərtib olunmuşdur, 02/2022-ci il tarixdə **********01710 saylı abonent hesabına 2540,16 manat borc yazılmışdır. Bununla belə, iddiaçının qaz sayğacına hər hansı bir formada müdaxilə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi, onun həcmi nəzərə alınmaqla təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********01710) itirilmiş qazın bərpası məqsədilə hesablanmış 2540,16 manat məbləğində borc silinməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia tələbi təmin edildiyindən, cavabdehin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından və təmin olunmuş iddia tələbinin həcmi 1000 manatdan çox olduğundan Cavabdeh İB-dən 45,40 manat alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********01710 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 2540 (iki min beş yüz qırx) manat 16 (on altı) qəpik məbləğində borc silinsin. Cavabdehndən 45 (qırx beş) manat 40 (qırx) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3125/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3125/2022
29.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver