Məhkəmə qərarları › İş №2(011)-3137/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3137/2022

19.08.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3137/2022 19.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili X8 iştirakı ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi’’ barəsində ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1958-ci il təvəllüdlü bacısı X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi xx.xx.1966-cı ildə Almaniya FR, Postdam şəhərində anadan olmuşdur. Hal-hazırda Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 18, mənzil 24 də “Şizopfreniya paranoid forma, paranoid qüsur halı” F-20 xəstəsi olan xx.xx.1958-ci il təvəllüdlü bacısı X5 baxır. xx.xx.1958-ci il təvəllüdlü bacısı X6 uzun illərdir ki, “Şizopfreniya paranoid forma, paranoid qüsur halı” F-20 nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür və özünü idarə edə bilmir. 2-ci qrup əlildir. xx.xx.1958-ci il təvəllüdlü bacısının bu xəstəliyi beyin ilə əlaqədardır və son vaxtlar əlləri də tutmur. Bu səbəbdən də özü öz yeməyini yiyə bilmir, öz hərəkətlərinə rəhbərlik edə bilmir və daim onu nəzarətdə saxlamaq məcburiyyətindədir. Bu səbəbdən də xəstə bacısının tək qoya bilmir. xx.xx.1958-ci il təvəllüdlü bacısı X6 əmək qabiliyyətsizdir və daimi qulluğa və nəzarətə ehtiyacı vardır. xx.xx.1958-ci il təvəllüdlü bacısının 64 yaşı olsa da, heç bir yerdə işləmir və onun bütün tələbatını ərizəçi ödəyir. Ərizəçinin nümayəndəsi X9 məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinın izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1958-ci il tarixdə Gürcustan Respublikası, Batumi şəhərində anadan olmuş, atası X7, anası X3. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.1958-ci il tarixində 1206 № ilə qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı Baş Səhiyyə Mərkəzinin 7 Nömrəli Poliklinikasının xx.xx.2022-ci il tarixli sənədinə əsasən X6 1997-ci ildən psixiatr müşahidəsindədir. Diaqnoz isə “şizopfreniya paranoid forma, paranoid qüsur halı” F-20 xəstəsidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xx.xx.2011-ci il tarixli, 796 saylı ak qeydi ilə qey olunmuş arayışdan görünür ki, X6 2-ci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli 2547 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X1rdaşı olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iş qaldırmaqda haqlıdır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında X4 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1958-ci il tarixdə Gürcustan Respublikası, Batumi şəhərində anadan olmuş, daimi yaşayış ünvanı Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi 18 saylı evin, 24 saylı mənzili olan X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X4 üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar