Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3142/2021 21.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Səfərzadə Kənan Muxtar oğlunun katibliyi İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı lizinq müqaviləsinin ləğv edilməsi və borcun ödənilməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 12.10.2018-ci il tarixli 07/18/0407 saylı “X3” müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 12 oktyabr 2018-ci il tarixli 07/18/0407 saylı “X3” müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 fevral 2021-ci il tarixə 811.13 manat gecikdirilmiş əsas, cərimə üzrə 200 manat, ümumilikdə 1011.13 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı MMC-nin xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC Cavabdeh1 arasında bağlanmış 12 oktyabr 2018-ci il tarixli 07/18/0407 saylı “Daxili lizinq müqaviləsinə” əsasən Cavabdeh1 sifarişi ilə 2018-ci il buraxılışlı, bir ədəd “Korona” markalı divardan asılan məişət qaz qazanı sənəd və ləvazimatları ilə birlikdə 2.580 manat məbləğinə İddiaçı MMCnin mülkiyyətindən alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. Hazırda cavabdeh tərəfindən həmin müqaviləyə əlavə olan lizinq ödənişlərinin qrafikinə əsasən 15.02.2021-ci tarixinədək, lizinq ödənişləri üzrə 811,13 manat, cərimə üzrə 1272,90 manat olmaqla, cəmi 2084,03 manat məbləğində borcu yaranmışdır. Lizinq müqaviləsindən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Lakin buna baxmayaraq, cavabdeh tərəfindən lizinq müqaviləsi üzrə ödənişlər edilməmiş, beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdir. Cavabdeh X3 müqaviləsindən irəli gələn öhdəliyi icra etmədiyinə görə bu, həmin müqavilənin ləğv edilməsi üçün əsas yaradır. Hal-hazırda lizinq müqaviləsinin müddəti də bitib. Əlavə olaraq, Cavabdeh2 12.10.2018-ci il tarixli 07/18/0407-Zi saylı Zaminlik müqaviləsinə əsasən Lizinq müqaviləsi üzrə zaminlik qəbul etmişdir. Bununla da o, həmin müqavilə üzrə mövcud öhdəliklərin icrasının təmin olunmamasına və ya lazımınca icra olunmamasında görə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. İddiaçı MMC-nin baş direktoru X2 məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə gəlməmiş və gəlməməyinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 12 oktyabr 2018-ci il tarixli, 07/18/0407 saylı X3 Müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən tərəflər razılaşmışdır ki: - Lizinq verən Lizinq alan tərəfindən seçilmiş aşağıdakı avadanlığı öz mülkiyyətinə əldə etməyi və lizinq obyekti qismində Lizinq alana müəyyən haqq müqabilində müvəqqəti sahiblik və istifadəyə verməyi, Lizinq alan isə lizinq obyektini bu Lizinq müqaviləsinin şərtləri əsasında lizinqə qəbul etməyi öhdəsinə götürür. -Linzinq obyekti – 1 dəst 2018-ci il buraxılışlı divardan asılan məişət qaz qazanıdır - lizinq obyektinin satıcısı- Cavabdeh2dur - lizinq obyektinin qiyməti -2580,00 manatdır - lizinq ödənişlərinin ümumi məbləği- 3280,97 manat təşkil edir - lizin ödənişlərinin ümumi məbləği 2580,00 manat əsas borc üzrə qalıq, 700,97 manat lizinq verənin mükafatından ibarətdir; - lizinq müqaviləsi imzalandığı tarixdən qüvvəyə minir və tərəflər müqavilə üzrə öhdəliklərini tam icra edənə qədər qüvvədədir - lizinq müddəti 15 aydır. İş materiallarında olan Lizinq obyektinin təhvil-təslim aktının surətindən görünür ki, 2018-cu il buraxılışlı, “Korona” markalı divardan asılı qaz qazanı İddiaçı MMC-ə məxsusdur. İş materiallarında olan 14.02.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh1 sözügedən müqavilə üzrə 811.13 manat əsas borcu, 200 manat cərimə borcu olmaqla, cəmi 1013,03 manat borcu vardır. İş materiallarında olan 21.02.2020-ci il tarixli tələb məktubundan görünür ki, iddiaçı Cavabdeh1 yaranmış borcunu 7 gün ərzində ödəməyi tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh2 arasında imzalanmış 12 oktyabr 2018-ci il tarixli 07/08/0407-Z1 saylı Zaminlik müqaviləsindən görünür ki, hazırki iş üzrə cavabdeh sayılan Cavabdeh2 Cavabdeh1 07/18/0407 nömrəli, 12.10.2018-ci il tarixli Lizinq Müqaviləsi üzrə öhdəliklərinnin icrasına görə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada, həcmdə və şərtlərlə Lizinq verən qarşırında məsuliyyət daşıyır. Bu müqavilə üzrə zaminlik, Lizinq alanın Lizinq müqaviləsi üzrə öhdəliklərin Zamin tərəfindən lizinü və digər ödənişlərin lizinq müqaviləsi ilə müəyyən edilmiş qaydada və müddət ərzində ödənilməsi, lizin müqaviləsinə əsasən dəbbə pulu və cərimələrin ödənilməsi və lizinq müqaviləsi üzrə lizinq alanının öhdəlikləri icra edilməməsi və ya lazımı qaydada icra edilməməsi nəticəsində lizin verənə borcun və vurulmuş zərər və itkilərin tutulması üzrə məhkəmə xərclərinin ödənilməsini təmin edir. Müqavilə zamin tərəfindən lizinq alanın lizinq müqaviləsi üzrə öhdəliklərini tam icra etdikdən sonra, lizinq alan lizinq müqaviləsi üzrə öhdəliklərini tam icra etdikdən sonra, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə, əgər zamin yeni Lizinq alan üçün cavabdeh olmaq barəsində lizinq verənə razılıq verməmişdirsə xitam verdirilir. Məhkəmə iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək müəyyən edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur; Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Məhkəmə yuxarıda istinad edilən qanunun normalarını nəzərə alaraq, belə qənaətə gəlir ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmişdir. bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də sonuncu onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öhdəliyin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşımalı, müqavilə üzrə yaranmış borcunu müqavilədə razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddianın dövlət rüsumunun cavabdehdən tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, dövlət rüsumu ilə bağlı tələb təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə eyni zamanda digər Cavabdeh2 mülki məsuliyyətini araşdıraraq hesab edir ki, sonuncu mübahisələndirilən borc üzrə müqavilədə zamin olduğundan, qeyd edilən məbləğin və digər pul tələblərinin ödənilməsi üçün məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iş materiallarına əlavə olunmuş və qüvvədə olan zaminlik müqaviləsinin şərtlərinə əsasən zamin və borclu lizinq verən qarşısında birgə cavabdehdirlər. Odur ki, təyin olunmuş məbləğ cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin və qarşılıqlı iddialar əsassızdır. Buna görə də ilkin iddia və qarşılıqlı iddia rədd edilməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı MMC ilə Cavabdeh1 arasında bağlanmış 12.10.2018-ci il tarixli, 07/18/0407 nömrəli “X3” müqaviləsi üzrə ödənilməmiş lizinq ödənişləri üzrə 811,13 (səkkiz yüz on bir manat, on üç qəpik) manat, cərimə üzrə 200 (iki yüz) manat , cəmi 1011,13 (bir min on bir manat, on üç qəpik) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3142/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3142/2021
21.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver