Məhkəmə qərarları › İş №2(011)-3193/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3193/2025

12.08.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3193/2025 12.08.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2003cü il təvəllüdlü övladı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri: Ərizə onunla əsaslandırılmışdır ki, 1993-cü ildə X2 ilə evlənib ailə qurmaqla rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından üç qızları vardır. Sonuncu övladları Salayeva ona Mübariz qızı xx.xx.2003-cü li təvəllüdlü olmaqla hazırda onlarla eyni ünvanda və birlikdə yaşayır. Böyük qızları evlənərək öz ailələri ilə birlikdə yaşayırlar. X1 uşaqlıqdan autizm xəstəsidir. Müvafiq komissiyanın 04 noyabr 2024-cü il tarixli qərarı ilə övladı X5 müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin səbəbi ümumi xəstəlik göstərilməklə, ona “Qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu, ağır kəmağıl, kəskin imbesiblik, kobud nitq və davranış pozuntuları ilə, kənar şəxslərin himayəsinə ehtiyac var İQ-24” diaqnozu qovulmuşdur. Həmçinin rəydə orqanizmin funksiyalarının pozulmasının 90 % olduğu, əlilliyin də müddətsiz olduğu müəyyən edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən keçirilmiş müayinə barədə məlumatlardan əlavə bildirmişdir ki, onun övladı X8 anadangəlmə xəstədir. Ona yalnız anası, yəni həyat yoldaşı X2 qulluq göstərir. X12 həm də psixi pozuntular nəticəsində öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə edə bilmir. Hazırda övladı X8 üçün ümumvətəndaş pasportu almaq istəyirlər. Lakin övladının fəaliyyət qabiliyyəti olmadığından ona ümumvətəndaş pasportu ala bilmirlər. Belə ki, qızlarına ümumvətəndaş pasportunun verilməsi o, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdən sonra, eləcə də qanuna müvafiq ona qəyyum təyin edildikdən sonra - qəyyum vasitəsilə mümkün olacaqdır. Tərəflərin izahatları: Ərizəçi məhkəmə iclasında ərizəyə uyğun şəkildə izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Bakı şəhər Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: AZ-İ № 407780 saylı, xx.xx.2003-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2003-cü il tarixdə anadan olmuşdur. Ana adı qrafasında X3, ata adı qrafasında Ərizəçi qeyd edilmişdir. 09 Akt qeydli xx.xx.1993-cü il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X3 nikaha daxil olmuşlar. ********** saylı, xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərkən 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X10 xx.xx.2025-ci il tarixli 2829 saylı məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən belə nəticəyə gəlinmişdir ki, öz psixi vəziyyətinə görə xx.xx.2003-cü il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilə bilər. Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən keçirilmiş müayinə barədə məlumatdan görünür ki, X5 müddətsiz birinci dərəcəli əlillik təyin edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Mülki Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X4 atası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iş qaldırmaqda haqlıdır. Məhkəmə iclasında X4 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.2003-cü il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X4 üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar