Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3198/2021 13.04.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı borcun ödənilməsi tələbi barədə kiçik iddiaya dair işə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı «xxxx» MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********24984 olan Samsung Galaxy A40 markalı telefon üçün 279 manat ödənilməmiş hissə, 27 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********52634 Samsung Galaxy A40 markalı telefon üçün 289 manat ödənilməmiş hissə, 28 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********59187 Samsung Galaxy A6 markalı telefon üçün 75 manat ödənilməmiş hissə, 7 manat cərimə, ümumilikdə 705 manat borc pulun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə “xxxx” MMC arasında bağlanmış xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli müqavilələrə əsasən, cavabdeh İMEİ Kodu **********24984 olan Samsung Galaxy A40 markalı telefon, İMEİ Kodu **********52634 Samsung Galaxy A40 markalı telefon, İMEİ Kodu **********59187 Samsung Galaxy A6 markalı telefon almış və nəticədə 705 manat borcu yaranmışdır, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 672 manat (12 ay x 56 manat + 0 manat ilkin ödəniş) olan İMEİ Kodu **********24984 olan Samsung Galaxy A40 markalı telefon üçün ümumilikdə 306 manat olmaqla ondan 279 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq hesablanmış 27 manat cərimə pulu borcu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 668 manat (12 ay x 55 manat + 8 manat ilkin ödəniş) olan İMEİ Kodu **********52634 Samsung Galaxy A40 markalı telefon üçün ümumilikdə 317 manat olmaqla ondan 289 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq hesablanmış 28 manat cərimə pulu borcu, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən alqı-satqı qiyməti 315 manat (12 ay x 25 manat + 15 manat ilkin ödəniş) olan İMEİ Kodu **********59187 Samsung Galaxy A6 markalı telefon üçün ümumilikdə 82 manat olmaqla ondan 75 manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq hesablanmış 7 manat cərimə pulu borcu, yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1012 manat təşkil edir. Ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehin iddiaçının tələbinə dair əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 00672250 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən “xxxx” İMEİ Kodu **********24984 olan Samsung Galaxy A40 markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 00692201 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən “xxxx” İMEİ Kodu **********52634 Samsung Galaxy A40 markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarından görünür ki, «xxxx» MMC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixdə 00899694 saylı müqavilə bağlanmışdır, müqaviləyə əsasən “xxxx” İMEİ Kodu **********59187 Samsung Galaxy A6 markalı telefonu müştəriyə satmış, o isə malı müqavilədə nəzərdə tutulmuş şərtlərlə qəbul etmişdir. İş materiallarında olan maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli müqavilə üzrə borcu ödənilməmiş məbləğ 279 manat, cərimə borcu 27 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 306 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə borcu ödənilməmiş məbləğ 289 manat, cərimə borcu 28 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 317 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə borcu ödənilməmiş məbləğ 75 manat, cərimə borcu 7 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 82 manat cəmi ödənilməmiş məbləğ 643 manat, cərimə borcu 62 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 705 manat təşkil edir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ Kodu **********24984 olan Samsung Galaxy A40 markalı telefon Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ Kodu **********59187 Samsung Galaxy A6 markalı telefonu Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ Kodu **********52634 Samsung Galaxy A40 markalı telefonu Cavabdeh tam qüsursuz halda təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ********* saylı mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarından görünür ki, iddiaçı tərəfindən cavabdehə borcunu ödəməsinə dair xx.xx.2020-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, «xxxx» MMC ilə Cavabdeh arasında İMEİ Kodu **********24984 olan Samsung Galaxy A40 markalı telefona, İMEİ Kodu **********52634 Samsung Galaxy A40 markalı telefona və İMEİ Kodu **********59187 Samsung Galaxy A6 markalı telefona dair xx.xx.2019-cu il, xx.xx.2019-cu il və xx.xx.2019-cu il tarixli alqı-satqı müqavilələri bağlanmış, müqavilələrə əsasən satıcı müqavilə üzrə nəzərdə tutulmuş öhdəliyini icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı Cavabdeh isə müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilənin şərtlərini pozmuşdur. Hazırda cavabdehin iddiaçıya olan borcu xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 279 manat, cərimə borcu 27 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 289 manat, cərimə borcu 28 manat, xx.xx.2019-cu il tarixli müqavilə üzrə ödənilməmiş məbləğ 75 manat, cərimə orcu 7 manat olmaqla, ümumilikdə ödənilməmiş borcunun məbləği 705 manat təşkil edir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********24984 olan Samsung Galaxy A40 markalı telefon üçün 279 manat ödənilməmiş hissə, 27 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********52634 Samsung Galaxy A40 markalı telefon üçün 289 manat ödənilməmiş hissə, 28 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********59187 Samsung Galaxy A6 markalı telefon üçün 75 manat ödənilməmiş hissə, 7 manat cərimə, ümumilikdə 705 manat borc Cavabdeh alınaraq “xxxx” MMC-yə ödənilməlidir. Ödənilmiş dövlət rüsumuna münasibətdə isə məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, iddia təmin edildiyindən və cavabdehin dövlət rüsumu ödəməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadığından 30 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsininin Plenumunun 24 .11.2005-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qətnamənin əsaslandırıcı hissəsində məhkəmənin mübahisə edilən hüquq münasibəti barədə gəldiyi nəticə üçün əsas götürdüyü maddi hüquq normaları, istinad etdiyi qanunun və ya digər normativ aktın adı, maddəsi, abzası, bəndi, zəruri hallarda Konstitusiya Məhkəməsinin və Ali Məhkəmə Plenumunun ayrı-ayrı məsələlər barədə qərarları da göstərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5, 284-6, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********24984 olan Samsung Galaxy A40 markalı telefon üçün 279 manat ödənilməmiş hissə, 27 manat cərimə; xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********52634 olan Samsung Galaxy A40 markalı telefon üçün 289 manat ödənilməmiş hissə, 28 manat cərimə, xx.xx.2019-cu il tarixli müqaviləsinə əsasən, İMEİ Kodu **********59187 olan Samsung Galaxy A6 markalı telefon üçün 75 manat ödənilməmiş hissə, 7 manat cərimə, ümumilikdə 705 (yeddi yüz beş) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3198/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3198/2021
13.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver