Məhkəmə qərarları › İş №2(011)-3266/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3266/2022

06.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3266/2022 06.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X7 iştirakı ilə İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı cavabdeh X1rşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2 saylı evin 35 saylı mənzilində (abonent kodu: **********00351) əsassız olaraq hesablanmış 1645,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh İB-nin əməkdaşları məlumatı olmadan ona məxsus ünvan 1 ünvanına gəlmiş, qazdan qeyri-qanuni istifadə etdiyini aşkar etmiş, buna görə də ayrı-ayrı vaxtlarda akt tərtib edərək, itirilmiş qaz sərfıyyatının bərpa edilməsi məqsədi ilə ümumilikdə 1645,20 manat məbləğində əsassız borc yazmışdırlar. Sözügedən aktlar iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Əlavə olunmuş fotoşəkillər isə həmin ünvana məxsus deyildir. Ona məxsus evdə təbii qazdan qeyri-qanuni istifadə halı olmamışdır. Sözügedən ünvanda əsasən yay aylarında fasilələrlə qısa müddət yaşadığı üçün həmin ünvanda istilik cihazlarından istifadə etmək üçün zərurət yoxdur. Cavabdeh İB tərəfindən tərtib olunmuş dəymiş ziyanın bərpasına dair xx.xx.2019-cu il tarixli və xx.xx.2019-cu il tarixli tələbnamələrdə guya ona məxsus ünvanda PQ-4 tipli qaz peçinin və Kombi isitmə sisteminin olmasını, xx.xx.2020-ci il tarxli, xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli tələbnamələrdə isə həmin ünvanda PQ-4 tipli qaz plitəsinin, QSQ adlı qaz cihazının və dəmir sobanın olduğu qeyd edilmişdir. xx.xx.2019cu il tarixli tələbnamədə PQ-4 tipli qaz cihazınının maksimal saatlıq sərfıyyatı 1,2 kub metr, orta günlük iş rejimi 4 saat, kombinin maksimal saatlıq sərfıyyatı 2,6 kub metr, orta günlük iş rejimi 4 saat olmaqla hər iki cihaz üçün hesabat müddəti 90 gün götürülmüşdür. xx.xx.2019cu il tarixli tələbnamədə PQ-4 tipli qaz cihazınının saatlıq sərfıyyatı 1,2 kub metr, orta günlük iş rejimi 24 saat, Kombinin saatlı sərfıyyatı 2,6 kub metr, orta iş rejimi 24 saat olmaqla hər iki cihaz üçün hesabat müddəti 30 gün götürülmüşdür. xx.xx.2020-ci il tarxli, xx.xx.2020-ci il tarixli və 30 mart 2020-ci il tarixli tələbnamələrdə kombi deyil, guya başqa iki qaz cihazının (dəmir sobanını və QSQ-nin) olması qeyd edilmişdir. PQ-4 tipli qaz cihazının maksimal saatlıq qaz sərfıyyatı 1,2 kub metr, QSQ-nin maksimal saatlı qaz sərfıyyatı 1,5 kub metr, dəmir sobanın maksimal saatlıq qaz sərfıyyatı 1,4 kub metr olmaqla hər üç cihaz üçün orta günlük iş rejimi 24 saat götürülmüş, hesabat müddəti 30 gün qəbul olunmuşdur. Həmin ünvanda əsasən ilin isti vaxtlarında yaşadığı üçün istilik cihazı quraşdırılmamışdır. Təbii qaz ilə işləyən cihazlardan yalnız 1 ədəd PQ-4 tipli qaz plitəsi vardır. Cavabdeh Birlik mövcud olmayan cihaza görə sərfıyyat hesablamış və əsassız borc yükləmişdir. Tələbnamələrdə göstərilən qaz sərfıyyatının, bu sərfıyyat əsasında hesablanmış borc məbləğinin heç bir hüquqi əsası olmadığı üçün bununla razı deyil. 90 günlük müddət üçün yalnız PQ-4 tipli qaz cihazına görə 2592 kub metr sərfıyyatın, bu sərfıyyata görə 259,20 manat məbləğində borcun (PQ-4 tipli qaz peçi heç bir halda bir gün üçün 2,88 manat ekvivalentində qaz sərf edə bilməz) hesablanması heç bir halda ağlabatan ola bilməz. Yalnız PQ-4 tipli qaz peçinin bir aylıq qaz sərfıyyatının 5 manat ekvivalentindən artıq olmaması heç kimə sirr deyildir. xx.xx.2019-cu il tarixli tələbnamədə hesabalama da düzgün aparılmamışdır. Belə ki, PQ-4 tipli qaz cihazına görə (maksimal saatlıq qaz sərfıyyatı 1,2 kub metr, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 90 gün olmaqla) 648 kub metr, Kombiyə (maksimal saatlıq qaz sərfıyyatı 1,2 kub metr, orta günlük iş rejimi 4 saat, hesabat müddəti 90 gün olmaqla) 4212 kub metr sərfıyyat hesablamışdır. Komisiyyanın rəyində qeyd olanları adi riyazi hesablamar ilə hesablayanda hesablamanın düzgün aparılmaması açıq-aydın görünür Belə ki, komissiyanın rəyində göstərilən rəqəmlərlə hesablama aparılarkən PQ-4-də görə hesablamanın nəticəsi 432 kub metr (1,2x4x90=432) olmasına baxmayaraq rəydə bu nəticə 648 kub metr kimi, Kombiyə görə hesablamanın nəticəsi 936 kub metr (2,6x4x90=936) olduğu halda rəydə bu nəticə 4212 kub metr kimi qeyd olunmuşdur. Yalnız buna görə Birlik 3492 kub metr artıq sərfıyyat hesablamışdır ki, bunu özünün tərtib etdiyi sənədlərlə belə əsaslandıra bilməmişdir. Bu ondan irəli gəlir ki, Birlik sözügedən ünvana qaz sərfıyyatına görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələrə əsaslanmışdır. Belə ki, Birliyin əməkdaşlarından ibarət təşkil olunmuş komissiyanın rəyində ona məxsus evdə istifadədə olan məişət qaz cihazları və onların saatlıq sərfıyyatı qeyd edilmişdir. Lakin həmin cihazların reallıqda mövcud olması və qaz sərfıyyatmın komissiyanın rəylərində göstərildiyi kimi olmasına dair hər hansı bir sübut göstərilməmişdir. Komissiyanın sırf Cavabdeh İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Azəriqaz İB-nin nümayəndəsi X8 iddia ərizəsini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan X3 əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2 saylı evin 35 saylı mənzilində sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. Azəriqaz İB Bakı Regional Qazın Satışı Departamentinin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2019-cu il tarixli tələbnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2 saylı evin 35 saylı mənzilində sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edildiyinə görə itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 4860 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan X3 əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2 saylı evin 35 saylı mənzilində sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. Azəriqaz İB Bakı Regional Qazın Satışı Departamentinin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2019-cu il tarixli tələbnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2 saylı evin 35 saylı mənzilində sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edildiyinə görə itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 2736 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan X3 əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2 saylı evin 35 saylı mənzilində sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. Azəriqaz İB Bakı Regional Qazın Satışı Departamentinin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2020-ci il tarixli tələbnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2 saylı evin 35 saylı mənzilində sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edildiyinə görə itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 2952 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan X3 əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2 saylı evin 35 saylı mənzilində sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. Azəriqaz İB Bakı Regional Qazın Satışı Departamentinin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2020-ci il tarixli tələbnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2 saylı evin 35 saylı mənzilində sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edildiyinə görə itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 2952 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan X3 əməkdaşları tərəfindən tərtib olunmuş “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli, ******* saylı aktın surətindən müəyyən olunur ki, İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2 saylı evin 35 saylı mənzilində sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edildiyindən dəymiş ziyanın hesablanması qərara alınmışdır. Azəriqaz İB Bakı Regional Qazın Satışı Departamentinin İtirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının xx.xx.2020-ci il tarixli tələbnaməsinin surətindən müəyyən olunur ki, İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2 saylı evin 35 saylı mənzilində sayğacdan kənar qeyri-qanuni olaraq təbii qazdan istifadə edildiyinə görə itirilmiş qazın bərpası üçün hesabat apanlmış, hesablanmış 2952 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. X6 tərəfindən məhkəməyə təqdim olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı aktlar üzrə tələb olunan qaz sərfiyyatına görə hesablanmış borc 1645,20 manat təşkil edir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2 saylı evin 35 saylı mənzilində (abonent kodu: **********00351) yerləşən qaz sayğacının üzərində hər hansı müdaxilə izinin olub-olmaması, müdaxilə izi olmuşdursa, izlərin yaradılma üsulu, səbəbi və xarakterinin müəyyən edilməsi məqsədi ilə iş üzrə məhkəmə-trasoloji ekspertizası təyin edilmişdir xx.xx.2022-ci il tarixli, 3/1241 saylı ekspertiza rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilən qaz xətti olan borunun üzərində qaynaq nəticəsində yaranmağa xarakterik iz vardır. Rəyin tədqiqi hissəsində qeyd edlənə əsasən, askar edilmiş izin müdaxilə nəticəsində yaranmasını, izin yaranma mexanizmini və müddətini müəyyən etmək mümkün deyil. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə görə hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 72-ci maddəsinə əsasən dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 9cu hissəsinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin qaydaların 4.9-cu bəndinə görə isə istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 6.5-ci maddəsinə görə isə qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Beləliklə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, işin araşdırılmış halları ilə İddiaçı məxsus Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2 saylı evin 35 saylı mənzilində qazdan qanunsuz istifadə halının aşkar edən qazpaylayıcı (cavabdeh X6) qanunla nəzərdə tutulmuş qaydada qazın verilməsini dayandıraraq, dəymiş ziyanın ödənilməsini tələb etmək, bundan sonra qazın verilməsini bərpa etmək əvəzinə, hər dəfə yeni akt tərtib etməklə kifayətlənmişdir. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, xx.xx.2019-cu il tarixli, ******* saylı akta əsasən hesablanmış 486 manat cərimə istisna olunmaqla, qalan aktlar üzrə hesablanmış cəmi 1159,20 manat borcun silinməsi cavabdehə həvalə edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. xx.xx.2022-ci il tarixli, 3/1241 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 64 manat təşkil etməklə Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ekspertiza tədqiqatının dəyəri iddiaçıya aid edilməklə ondan tutulub dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Yeni Ramana qəsəbəsi, 2 saylı evin 35 saylı mənzilində (abonent kodu: **********00351) hesablanmış 1159,20 (bir min bir yüz əlli doqquz manat 20 qəpik) manat borcun silinməsi cavabdeh X5 həvalə edilsin. İddia qalan hissədə təmin edilməsin. X2 dövlət rüsumuna görə 31,59 (otuz bir manat 59 qəpik) manat tutularaq dövlət büdcəsinin hesabına köçürülsün. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat cavabdeh X2 tutularaq X4, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar