Məhkəmə qərarları › İş №2(011)-3271/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3271/2024

03.07.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3271/2024 03.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, Ağcabədi rayonunun Hindarx qəsəbəsində yerləşən ona məxsus fərdi yaşayış evinin abonent hesabına 2023-cü il tarixində Cavabdeh İB heç bir normativ hüquqi akta əsaslanmadan 1555,20 manat məbləğində borc yazmışdır. xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən müəyyən edilmişdir ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən istehlakçı İddiaçı məxsus ünvandan Elster tipli, G-4 markalı, ******* nömrəli qaz sayğacı açılaraq növbədənkənar dövlət yoxlamasına göndərilmişdir. xx.xx.2023-cü il tarixli Dövlət yoxlamasının rəyinə əsasən müəyyən edilmişdir ki, ******* nömrəli sayğaca baxış keçirilmiş, sayğacın plastmas qapağı, zavod qurğuşun plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövbə gövdənin üzərində aşkar olunmamış, sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. xx.xx.2023-cü il tarixli ******* nömrəli akta əsasən müəyyən edilmişdir ki, Cavabdeh İB-nin Metrologiya Departmentinin AKT MSK-14-2-2/3-5- 6938/Q001 saylı xx.xx.2023-cü il tarixli rəyinə əsasən sayğaca baxış keçirilmişdir. Sayğacın plastmas qapağı, zavod qurğuşun plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar olunmamışdır. xx.xx.2023-cü il tarixli tələbnaməyə əsasən müəyyən edilmişdir ki, G-4 markalı ******* nömrəli sayğacın plastmas qapağı, zavod qurğuşun plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə aşkar olunmamışdır. İddiaçı qaz sayğacına müdaxilə etməmiş, təbii qazdan hər zaman istifadəsində olan qaz sayğacı üzrə istifadə etmiş, ödənişlərini də vaxtlı-vaxtında etmişdir. Qaz sayğacının texniki vəziyyətində nasazlıq və s. qüsurlar aşkar edilmişdirsə, eləcə də qaz sayğacı istismara yararsız hala düşmüşdürsə, bu hal iddiaçının təsqiri ucbatından baş verməmişdir. Qaz sayğacında yaranmış texniki nasazlığa və digər qüsurlara görə istehlakçı qismində ona 12960 m3 əlavə sərfiyyat hesablanmasının qanuni əsası olduğunu sübut etmək öhdəliyi cavabdehin üzərinə düşdüyündən, belə olan halda abonent hesabına yazılmış 1555,20 manat məbləğində borcun qanuni əsasını göstərmək öhdəliyi də Cavabdeh İB-nin üzərinə düşür.İddiaçı ona məxsus olan ünvanın abonent hesabına yazılmış 1555,20 manat məbləğində borcun qanunsuz və əsassız şəkildə hesablanıb yazıldığını hesab etmişdir. Bu səbəbdən həmin borc məbləğinin abonent hesabından silinməsini xahiş edir. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh İB tərəfindən ona məxsus Ağcabədi rayonunun Hindarx qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə (abonent hesab nömrəsi: **********00540) hesablanmış 1555,20 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası barədə tərəflərə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onlar hazırki məhkəmə iclasına gəlməmiş və ya nümayəndələrinin iştiraklarını təmin etməmişlər. Lakin İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, iddianın təmin edilməsini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin və cavabdehin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən verilmiş abonentin saldosundan məlum olur ki, İddiaçı (abonent kodu: **********00540) 2023-cü ilin iyun ayı üçün 1555,20 manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş “Təbii X2nın pozulması haqqında” 11 iyul 2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, İddiaçı Ağcabədi rayonunun Hindarx qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “sayğacın plastmas qapağı zavod qurğuşun plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar edilmədi” kimi qeyd edilmişdir. İş materiallarında olan Dəymiş ziyanın bərpasına dair 30 iyun 2023-cü il tarixli tələbnamənin surətindən görünür ki, İddiaçı istifadəsində olan Ağcabədi rayonunun Hindarx qəsəbəsi ünvanında qaz sayğacının nominal qaz sərfi 6 m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və dəymiş ziyan “6x24x90=12960 m3” kimi müəyyən edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5035/2023 saylı 01 avqust 2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilmiş, Ağcabədi rayonunun Hindarx qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evi üzrə İddiaçı (abonent kodu: **********00540) hesablanmış 4147.20 manat məbləğində borcun silinməsi qət edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin etiraz ərizəsindən görünür ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh Tərtər Qaz İstismar İdarəsinin “Təbii X2nın pozulması haqqında” 11 iyun 2023-cü il tarixli, ******* nömrəli aktı əsasında hesablanmış 1555.20 manat cərimənin silinməsi barədə sadələşdirilmiş icraat qaydasında kiçik iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı Cavabdehnə qarşı iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı Cavabdehnə qarşı iddia tələbi təmin edilməməli, əksinə tərəfindən verilmiş etiraz ərizəsi isə təmin edilməlidir. Çünki, iddiaçı Müqavilənin 2.3.2-ci yarımbəndinin (bu Müqavilənin və “X2”nın tələblərinə əməl etmək) və “X2”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanununsuz qoşulma) tələblərini pozaraq, sayğaca müdaxil edərək təbii qazı talamışdır. İddiaçı Cavabdeh Tərtər X3 İdarəsinin Ağcabədi Xidmət Sahəsinin abonenti olmaqla **********00540 nömrəli hesabla qeydiyyatdadır. İddiaçı **********00540 saylı qaz hesabında 2177.28 manat 19 aprel 2023cü il tarixli, ******* nömrəli təbii X2nın pozulması ilə bağlı tərtib edilmiş akta əsasən hesablanmış məbləğdir. Belə ki, Cavabdeh İB-nin mütəxəssisləri tərəfindən Ağcabədi rayonu, Hindarx qəsəbəsində yaşayan İddiaçı məxsus fərdi evinə quraşdırılmış G-4 markalı ******* nömrəli qaz sayğacına xx.xx.2023-cü il tarixdə baxış keçirilən zamanı sayğaca müdaxilə edərək sayğacın hesablayıcı mexanizmini və üzərindəki plombu olmayan sayğacı şəbəkəyə qoşaraq təbii qazdan qeyri-qanuni istifadə etmiş, qonşularında bir neçə evindən qaz xəttinə qoşmuş və qutunun içərsinə olan sayğacın qapısını zəngirlə sarıyaraq qıfıla bağlamışdır. Bu da sayğaca baxışın keçirilməsini əngələyir. İddiaçının təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmış və bu halı təsbitləyən foto və video çəklişlər aparılmışdır. Qeyd olunan faktı abonentin iştirakı ilə Birliyin işçiləri tərəfindən “Təbii X2n pozulması haqqında” akt tərtib edilərək təsdiq edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “X2”nın 4.2.-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii X2nın pozulması haqqında 11 iyul 2023-cü il tarixli, ******* saylı aktın surətində “sayğacın plastmas qapağı zavod qurğuşun plombu, hesablayıcı mexanizmi və zavod nömrəsi olan lövhə gövdənin üzərində aşkar edilmədi” qeyd edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 1555,20 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, Ağcabədi rayonu, Hindarx qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00540) ünvanına dair hesablanmış 1555,20 manat məbləğində borc silinməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 35,55 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Ağcabədi rayonu, Hindarx qəsəbəsi ünvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00540) hesablanmış 1555,20 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 35,55 manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar