Məhkəmə qərarları › İş №2(011)-329/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-329/2025

24.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-329/2025 24.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi’’ barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1998-ci il təvəllüdlü X4 və xx.xx.1987-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilmələri barədə qətnamənin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1998-ci il təvəllüdlü X12 ərizəçinin övladıdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X22 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 11149 nömrəli arayışdan da göründüyü kimi, övladı xx.xx.2021-ci il tarixində tibb elmləri doktoru, professor Fuad İsmayılov tərəfindən müayinə olunmuş, ona “yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları ilə “F70.1” diaqnozu qoyulmuşdur. Bundan başqa, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim edilmiş “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatın verilməsi” barədə arayışdan da göründüyü kimi, qızı İİİ dərəcəli əlildir. Övladına “qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu” diaqnozu qoyulmuşdur. Övladı xx.xx.1998-ci il təvəllüdlü X12 öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Daima kənar şəxsin qulluğuna, nəzarətinə ehtiyacı vardır. O, tam fəaliyyət qabiliyyəti olmayan bir şəxsdir. Bundan savayı, xx.xx.1987-ci il təvəllüdlü X13 İİİ dərəcəli əlildir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Xətai Rayon 2 saylı Zona Tibbi Sosial Ekspert Komissiyası tərəfindən təqdim edilmiş “TSE-01” seriyalı, 671257 saylı arayış da bu faktı təsdiq edir. xx.xx.1987-ci il təvəllüdlü X13 ərizəçinin həyat yoldaşı X6 birinci nikahından dünyaya gəlmiş övladıdır. Məhkəmə qətnaməsi ilə xx.xx.1987-ci il təvəllüdlü X5 anası X2 valideynlik hüquqlarından məhrum edilmişdir. Ərizəçi X14 ilə nikaha daxil olduqdan sonra xx.xx.1987-ci il təvəllüdlü X1, baxım xərclərini qarşılamış, daima ona qulluq etmişdir. xx.xx.1987-ci il təvəllüdlü X13 öz hərəkətlərinin mənasını anlaya bilmir və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Daima kənar şəxsin qulluğuna, nəzarətinə ehtiyacı vardır. Bütün bunlar ona dəlalət edir ki, o, tam fəaliyyət qabiliyyəti olmayan bir şəxsdir. xx.xx.1998-ci il təvəllüdlü X9 və xx.xx.1987-ci il təvəllüdlü X8 xəstəliklərinə görə müalicə etdirsə də, lakin heç bir nəticə verməmişdir, çünki bunlar müalicəsi olmayan xəstəliklərdir. Həyat yoldaşı X14 xx.xx.2024-cü il tarixində “dəqiqləşdirilməmiş kəskin miokard infarktı" səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixində 459 nömrə ilə qeyd edilmişdir. Bununla bağlı Azərbaycan Respublikası 5 saylı Bakı “ASAN xidmət" mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2024-cü il tarixində “Ölüm haqqında şəhadətnamə” təqdim edilmişdir. Belə olan təqdirdə övladı xx.xx.1998-ci il təvəllüdlü X4 və xx.xx.1987-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilmələri və onun qəyyum təyin olunması üçün zərurət yaranmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsini müdafiə edərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş maraqlı şəxs Xətai rayon İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik komissiyası məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir və məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək, hesab edir ki, ərizə qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, iş materialında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, anası Ərizəçi, atası X10r. İş materiallarında olan Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.1987-ci il tarixdə anadan olmuşdur. İş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X14 ilə X3 xx.xx.1997-ci il tarixdə nikaha daxil olmuşdurlar. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” X22 tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan və Tibbi Sosial Ekspert Komissiyasının cavabından görünür ki, X11 “yüngül dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən ciddi davranış pozuntuları” diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertizası Mərkəzi” X21 xx.xx.2024-cü il tarixli 3324 saylı ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyinə əsasən X7 “kəskin debillik dərəcəsində oliqofreniya, davranış pozuntuları ilə müəyyən edilir. X12 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyil. X17 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab etməyə əsaslar vardır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasının 571257 nömrəli arayışından görünür ki, X13 3-cü dərəcəli əlildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X4 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iş qaldırmaqda haqlıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi pozuntularına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Mülki-Prosessual Məcəllənin 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə iclasında X4 psixi xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını dərk etməməsi və hərəkətlərinə rəhbərlik edə bilməməsi faktı öz təsdiqini tapdığından məhkəmə hesab edir ki, ərizə qeyd edilən hissədə təmin edilməlidir. Məhkəmə ərizənin xx.xx.1987-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, ərizə qeyd edilən hissədə təmin edilməməlidir. Belə ki, iş materialları ilə ərizəçinin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş edilən şəxsə münasibətdə onun yaxın qohumu olması müəyyən edilmir. Odur ki, məhkəmə hesab edir ki, ərizəçinin xx.xx.1987-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olmamışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə qismən təmin edilsin. xx.xx.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş X12 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X4 üzərində qəyyum təyin edilməsi həvalə edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən (1) bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar