Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3294/2024 26.02.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu - Ərizəçi, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 445 nömrəli sərəncamındakı X6 şəxsiyyət vəsiqəsindəki Ərizəçi ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddianın yolverilməzliyinə görə ərizənin qəbulundan imtina edilməlidir. Ərizəçi ərizəsində qeyd edir ki, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının xx.xx.1998-ci il tarixli, 445 nömrəli sərəncamı (bundan sonra – Sərəncam)ilə ona 7-ci Əhmədli küçəsi 5 saylı evin yaxınlığında, cizgidə göstərilən sahədə m. (20x20) ölçüdə torpaq sahəsinin ayrılması və fərdi evin tikintisinə icazə verilmişdir. Sərəncamda göstərilən torpaq sahəsində ev tikdirmiş və həmin evi 25 aprel 2006-cı il tarixli, ******* nömrəli alqısatqı müqaviləsinə əsasən X1. Ona verilmiş sərəncamdan çıxarışda soyadı olduğu kimi yəni, İsgəndərov kimi göstərilsə də, Milli Arxiv İdarəsində saxlanılan Xətai rayon İcra Hakimiyyəti Başçısının Sərəncamında soyadı səhvən “İsgəndjrov” göstərilmişdir. Bu da hazırda satmış olduğu torpaq sahəsinin üzərində X2 vermə hüquqlarını məhdudlaşdırır. Belə ki, torpaq sahəsi ilə bağlı hər hansı hüquqi əməliyyat aparmaq istədikdə şəxsiyyət vəsiqəsindəki soyadı ilə Xətai rayon İcra Hakimiyyəti Başçısının Sərəncamında yazılan soyadı uyğun gəlmədiyi üçün bundan imtina edilir. Bu səbəbdən də, məhkəmə qaydasında hüquqi faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Ərizənin məzmunundan da göründüyü kimi, ərizəçi Milli Arxiv İdarəsində saxlanılan Xətai rayon İcra Hakimiyyəti Başçısının Sərəncamında soyadının düzgün qeyd edilmədiyini bildirərək, Arxiv çıxarışında qeyd edilmiş X7 ilə Ərizəçi ilə eyni şəxs olması faktının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd edilən müddəadan da görünür ki, məhkəmə həmin norma əsasında hüquq müəyyənedici sənədlərlə şəxsiyyəti təsdiq edən sənəddə onun adı, ata adı və soyadı arasında uyğunsuzluq olduqda, məhz hüquq müəyyənedici sənədlərin eyni şəxsə məxsus olması barədə hüquqi faktı müəyyən edə bilər. Şəxsin adı, soyadı, ata adındakı yanlışlıqların hüquqi əhəmiyyətli fakt kimi müəyyən edilməsi isə MPM-nin 307-ci maddəsində nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsi tələb edir ki, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Ərizəçinin soyadının inzibati orqan tərəfindən verilən qərarda yanlış yazılması əslində yanlışlıqların aradan qaldırılması ilə əlaqədardır ki, bundan ötrü ərizəçi yanlışlıqların aradan qaldırılması ilə bağlı müvafiq inzibati orqana, onların hərəkətlərindən (hərəkətsizliyindən) isə inzibati məhkəməyə müraciət etməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 6-cı bəndində də qeyd edilir ki Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi - həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü - məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. İddia ərizəsinə əlavə edilmiş, Xətai rayon İcra Hakimiyyəti Başçısının Sərəncamından görünür ki, sərəncamda ərizəçinin soyadı düzgün olaraq “İsgəndərov” yazılmışdır. Lakin, Dövlət Arxivi tərəfindən X5 verilmiş Arxiv çıxarışında ərizəçinin soyadı “İsgəndjrov” kimi qeyd edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, ərizəçinin soyadındakı yanlışlığın (səhvin) aradan qaldırılması üçün səhvi etmiş inzibati orqana (Xətai rayon İcra Hakimiyyətinə, yaxud Millli Arxiv İdarəsinə) müraciət edilməli, səhvin düzəldilmsindən imtina edildikdə isə imtinanı vermiş inzibati oarqanın hərəkətlərindən inzibati məhkəməyə müraciət etməlidir. “İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İPM-nin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 nömrəli, 10 aprel 2015-ci il tarixli qərarının 15.4-cü bəndində isə göstərilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, mövcud ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, ərizənin yolverilməzliyinə görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə aidiyyəti üzrə Xətai rayon İcra Hakimiyyətinə, sonuncunun imtina ilə bağlı hərəkətsizliyindən inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim ərizəni qəbul etməkdən imtina edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153, 153.2.1, 263-264, 268ci maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi, Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilsin. Ərizəçiyə aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-3294/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3294/2024
26.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver