Məhkəmə qərarları › İş №2(011)-3333/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3333/2022

06.09.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3333/2022 06.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi xx.xx.1984-cü il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ilə müəyyən edilir ki, X4 xx.xx.1984-cü il tarixdə Bakı şəhəri, Şaumyanovski rayonunda anadan olmuşdur və ərizəçi onun anasıdır. X4 2000-ci ildən psixiatr müşahidəsindədir. Ərizəçinin qızı hazırda müddətsiz, birinci qrup əlildir. Ona təyin olunmuş diqnoz ağır dərəcəli kəmağıllıq (kəskin imbesillik) kobud nitq və davranış pozuntuları ilə bağlıdır. Ərizəçi yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək ərizəsində qeyd etmişdir ki, Lorianna Əhmərova onun qızıdır. O, anadan gəlmə “ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları" ciddi qulluq və müalicə tələb edən pozuntu olmaqla, tez-tez qıcolma tutulmaları ilə nitq artikulyasiyasının spesifik pozuntusu xəstəliyi vardır. Qızının anadan gəlmə xəstəliyi ilə əlaqədar olaraq daimi qulluğa, yardıma ehtiyacı vardır. İllərdir qızı bu xəstəlikdən əziyyət çəkir və onun xəstəliyi getdikcə dərinləşmişdir. X4 xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını anlaya bilmir, lal, kardır, danışa bilmir və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Daima kənar şəxsin qulluğuna, nəzarətinə ehtiyacı vardır. O, tam fəaliyyət qabiliyyəti olmayan bir şəxsdir. Qızına bu xəstəliyə dair müalicələr olunsa da, lakin heç bir nəticə verməmişdir. Qızına verilmiş arayışlara əsasən onun xəstəliklə əlaqədar ciddi pozuntusunun olması faktı öz təsdiqini tapmışdır. Bakı Baş Səhiyyə Mərkəzi 7 nömrəli şəhər Poliklinası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışda da onun 2000-ci ildən psixiatr müşahidəsində olması öz əksini tapmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən verilmiş arayışdan görünür ki, X1 ‘'Ağır kəmağıllıq, kəskin imbesillik, kobud nitq və davranış pozuntuları", qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu olmaqla, tez-tez qıcolma tutumaları ilə nitq artikulyasiyasının spesifik pozuntusu xəstəliyi vardır. O, 1 qrup əlildir. Onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi, onun qəyyumu təyin olunması üçün zərurət yaranmışdır mühakiməsini həyata keçirən məhkəməyə müraciət edir. Məhkəmə iclasında ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan 7 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışa əsasən X4 2000-ci ildən RƏXD-in sənədlərinə əsasən psixiatr müşahidəsindədir. X2 ağır dərəcəli kəmağıllıq, kobud nitq və davranış pozuntuları diaqnozu təyin edilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2 saylı TSEK tərəfindən verilmiş 070628 nömrəli arayışa əsasən X4 uşaqlıqdan İ qrup əlildir, əlillik müddətsiz müəyyən edilib. Həmçinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 xx.xx.2022-ci il tarixli, 1963 saylı rəyində ekspert o qənaətə gəlmişdir ki, xx.xx.1984-cü il təvəllüdlü X3 ağır dərəcəli əqli gerilik qeyd edilir. Müayinə zamanı aşkar olunan əlamətlər: ntiqinin zəif inkişaf etməsi, kəskin nəzərə çarpan ağıl zəifliyi əlamətlərinin biruzə verməsi. X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsas vardır. Qeyd edilənlərdən də göründüyü kimi, X4 əqli, ruhi və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə, tibbi sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi ilə, habelə işin digər halları ilə tam sübuta yetirilir. Buna görə də, məhkəmə hesab edir ki, X4 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X4 fəaliyyət qabiliyyətli olmayan hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası MPM-nin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, Ərizəçi X1 anası olduğundan, onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair iddia qaldırmaqda haqlıdır. Qeyd olunanlara əsasən, məhkəmə iş üzrə tədqiq olunan sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1984-cü il təvəllüdlü X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 317-321 və 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi təqdim verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar