Məhkəmə qərarları › İş №2(011)-334/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-334/2023

01.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-334/2023 01.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İlkin iddia tələbi üzrə İddiaçı, İlkin iddia tələbi üzrə Cavabdeh nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə ilkin iddia tələbi, Cavabdeh İddiaçı qarşı “maddi ziyanın ödənilməsi” barədə qarşılıqlı iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına hesablanmış 682 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixdə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nə vurulmuş zərərin və debitor borcun ümumiliklə 680,78 manat məbləğində pulun cavabdeh İddiaçı məcburi qaydada tutularaq iddiaçı Cavabdeh İB-nin Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı ilkin iddia tələbini müdafiə, qarşılıqlı iddia tələbini qismən qəbul edərək izahatında bildirdi ki, Xətai rayonu, G.Mehmandarov küçəsi 9B ünvanında ailəsi ilə birlikdə yaşayır, həmin evə quraşdırılmış sayğac Cavabdeh İB-nin nümayəndələri tərəfindən sökülmüş, əvəzinə digər sayğac quraşdırılmışdır, sayğac dəyişdirilən zaman heç bir zədəsi olmamışdır, lakin ona 682 manat borc yazılmışdır, əlavə xətt olmuşdur, bunu etiraf edir, müəyyən müddət qaz olmamış, bu zaman məcbur olaraq 5 dəqiqəlik su qızdırıcısından istifadə etmişdir, ancaq ondan yalnız, isti su lazım olan zaman - hamamda istifadə etmişdirlər, lakin həmin qızdırıcı ayda bu həddə borc hesablaya bilməz, gün ərzində 24 saat ondan istifadə edilməsi isə heç mümkün deyildir, hazırda cavabdehin iddia tələbini 112,32 manat hissədə qəbul edir, həmin həddə borcu ödəyə bilər, lakin qalan borcun silinməsini xahiş edir, borcun bu qədər hesablanması əsaslı deyildir, tələbnamədə də səhv hesablanmış, 30 gün qeyd edilsə də, 90 gün götürülmüşdür. Sonda İddiaçı ilkin iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh İB-nin nümayəndəsi R.V.Əliyev qarşılıqlı iddia tələbini müdafiə, ilkin iddia tələbini isə qəbul etməyərək izahatında bildirdi ki, iddiaçının yaşadığı ünvanda Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilərkən təbii qazdan sayğacdan kənar rezin boru vasitəsilə qeyri-qanuni istifadə olunduğu aşkar olunmuşdur, iddiaçı qazı talamışdır, bu səbəbdən akt tərtib olunmuşdur, bununla bağlı qeyri-qanuni istifadəyə görə itirilmiş qaz sərfiyyatı iddiaçının abonent koduna borc kimi hesablanmış və həmin məbləğ də hazırda ondan tələb edilir, iddiaçı özü də qanunsuz xətt olduğunu, qazdan qeyri-qanuni istifadə etdiyini etiraf edir. Sonda Cavabdeh İB-nin nümayəndəsi R.V.Əliyev ilkin iddia tələbinin rədd olunması, qarşılıqlı iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 901083 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X2 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Azəriqaz İB tərəfindən tərtib olunmuş “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli 0326920 saylı aktın surətindən görünür ki, ünvan 2 mənzildə sayğacdan kənar əlavə qaz xəttindən istifadə olunduğu nöqsanı qeyd edilmişdir. İş materiallarında olan 31 yanvar 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına” dair tələbnamədən görünür ki, xx.xx.2022-ci il tarixli 0326920 saylı Akta əsasən aktda itirilmiş Qaz işlədicilərindən QSQ-nin maksimal saatlıq qaz sərfi 2.6 kub.m/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması qeyd olunmuş, hesablama ilə 2.6x24x90=5616 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Abonent saldosu”ndan görünür ki, ünvan 2 ünvanı üzrə **********00000 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında 01/2022-ci il tarixinə 673,92 manat borc yazılmışdır. İş materiallarında olan 98 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş 860 №-li xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, İddiaçı General Mehmandarov küçəsi 2942-2935A fərdi yaşayış evində qeydiyyatsız yaşayır. İş materiallarında olan dövlət rüsumunun ödənilməsi haqqında məlumatdan görünür ki, Cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, İddiaçı, yaşadığı General Mehmandarov küçəsi 2942-2935A, ev 82 ünvanında (abonent kodu: **********00000) təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, həmin ünvanda yerləşən qaz sayğacına Cavabdeh İB tərəfindən baxış keçirilmiş, sayğacdan kənar qeyri-qanuni istifadə edilməsi nöqsanı ilə xx.xx.2022-ci il tarixli 0326920 saylı akt tərtib edilmiş, akt əsasında orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması qeyd olunmuş, lakin hesablama müddəti 90 gün (2.6x24x90=5616 m3) qəbul edilərək hesablanmışdır, nəticədə cəmi 5616 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış, abonent hesabına “Qalıq və aktlar” əsasında 01/2022-ci il tarixinə 673,92 manat borc yazılmışdır, iddiaçı qarşılıqlı iddia tələbini qismən 112,30 manat hissədə qəbul edir. Məhkəmə, iddiaçının abonent koduna xx.xx.2022-ci il tarixli akt əsasında hesablanmış borc məbləğinə münasibətdə qeyd edir ki, əvvəla xx.xx.2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədə hesablaşmanın “orta günlük iş rejimi 24 saat və hesabat müddəti 30 gün qəbul edilməklə” aparılması qeyd edilsə də, hesablama zamanı müddət 30 gün deyil, 90 gün kimi (2.6x24x90=5616 m3) qəbul edilmiş, nəticədə abonentin yaşadığı ünvana 5616 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. Həmçinin məhkəmə, hər gün 24 saat orta günlük iş rejimi barədə gəlimiş nəticə ilə də razılaşmır və hesab edir ki, həmin müddət ağlabatan deyildir. Bununla belə, hesabatın həmin həddə aparılmasına əsas verən sübutlar iş materiallarına əlavə edilməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır. Məhkəmə, itirilmiş təbii qaz sərfiyyatına münasibətdə qeyd edir ki, sayğacsız dövr ərzində təbii qazdan istifadəyə görə hesablaşma, “dəymiş ziyanın bərpasına dair tələbnamə”də göstərilən düstura uyğun olaraq, lakin hesabat müddəti 30 gün, orta günlük iş rejimi 12 saat götürülməklə aparılmalıdır (2.6 x 12 saat x 30 gün = 936 m3 ; 936 m3 x 0,12 manat = 112,32 manat). Belə olan halda məhkəmə hesab edir ki, ümumilikdə qeyriqanuni qazdan istifadə müddətində itirilmiş qaz sərfiyyatı, abonentin bu barəddə etirafı da nəzərə alınmaqla, 112,32 manat həddində müəyyən edilməli və iddia tələbləri qismən təmin edilməklə, İddiaçı abonent hesabına 01/2022-ci il tarixi üzrə yazılmış 673,92 manat borcdan 561,6 (673,92-112,32=561,6) manat silinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilməli, İddiaçı **********00000 saylı abonent hesabına Cavabdeh İB tərəfindən 01/2022-ci il tarixə yazılmış 673,92 manat borcdan, 561,6 manat silinməli, geriyə qalan qazdan istifadəyə görə debitor borcu kimi 112,32 manat İddiaçı tutularaq Cavabdeh İB-yə ödənilməlidir. Məhkəmə, iddia tələbləri üzrə dövlət rüsumuna münasibətdə isə hesab edir ki, ilkin iddia tələbi qismən təmin edildiyindən, istehlakçıların hüquqlarının qorunması barədə iddia üzrə İddiaçı dövlət rüsumu ödənilməsindən azad olduğundan, ilkin iddianın təmin edilmiş hissəsi nəzərə alınmaqla Cavabdeh İB-dən 30 manat məbləğində dövlət rüsumu alınaraq dövlət büdcəsinə ödənilməli, qarşılıq iddia qismən təmin edildiyindən, onun həcmi 1000 manatdan az olduğundan, Azəriqaz” İB tərəfindən ödənilmiş 30 manat İddiaçı aid edilməli və ondan alınaraq Cavabdeh İB-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görı 30 manat dövlət rüsumu ödənilməlidir. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İlkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı ünvan üzrə **********00000 saylı abonent koduna hesablanmış 673,92 manat borcdan 561 (beş yüz altmış bir) manat 60 (altmış) qəpik məbləğində borc silinsin, 112 (yüz on iki) manat 32 (otuz iki) qəpik debitor borc İddiaçı tutularaq Cavabdeh İB-yə ödənilsin. İddiaçı ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat tutularaq Cavabdehnə (Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod: 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) ödənilsin. İlkin və qarşılıqlı iddia tələbləri qalan hissələrdə rədd edilsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar