Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3341/2024 01.08.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi Hüseynli Mehriban Qalib qızının katibliyi ilə Ərizəçi Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları:
1. Ərizəçinin qızı xx.xx.2005-ci il təvəllüdlü X3 debillik dərəcəsində ağıl xəstəliyi (yüngül kəmağıllıq) var və o, danışa bilmir, əqli inkişafdan geri qalmışdır və əlil arabadasındadır. Ərizəçinin qızının daima kənar şəxslərin himayəsinə ehtiyacı vardır.
2. Ərizəçi məhkəmə qətnaməsi olmadığından onun adından rəsmi hərəkətlər edə bilmir və qəyyum kimi çıxış edə bilmir.
Ərizəçinin tələbi:
3. xx.xx.2005-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyətli hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Maraqlı şəxsin etirazı:
4. Maraqlı şəxs tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən, hər hansı sənəd daxil olmamışdır.
İşdə iştirak edən şəxslərin izahatları:
5. Ərizəçi məhkəməyə xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak etməməsini üzrlü hesab etməyi və onun iştirakı olmadan ərizəyə baxılaraq ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
6. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılsa da, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
7. AZ-İ 677339 №-li Doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.2005-ci il təvəllüdlü X4 atası Ərizəçi, anası X5r.
8. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən arayış.
9. AR Səhiyyə Nazirliyi Əfəndiyev Adına Xətai TM PHŞ 38 saylı poliklinikadan verilmiş Ambulator Kitabçadan (xəstəlik tarixindən) Çıxarışa əsasən xx.xx.2005-ci il təvəllüdlü X6 uşaq serebral iflicindən əziyyət çəkir.
10. AR Səhiyyə Nazirliyi Vətəndaşların Respublikadan kənar müalicəyə göndərilməsi məsələləri üzrə komissiyasının 26 fevral 2016-cı il tarixli iclasının 2 saylı protokolundan çıxarışa əsasən 2005-ci il təvəllüdlü X4 “uşaq serebral iflic, spasfik diplegiya” diaqnozu ilə qrup şəklində növbəti kurs reabilitasiya müalicəsi almaq üçün Respublikadan kənara aparılması qərara alınmışdır.
11. AR Səhiyyə Nazirliyi 2 nömrəli X1 verilmiş Həkim Psixiatr Komissiyasının xx.xx.2024-cü il tarixli 165 nömrəli rəyinə əsasən Həkim Psixiatr Komissiyasının qərarı dərin kəmağıllıq, kobud nitq, davranış və dayaq-hərəki aparatın pozuntuları ilə. Daima kənar şəxslərin qulluq və himayəsinə ehtiyacı var. İQ-10. Yanaşı: USİ-nin qalıq əlamətləri. ( F73.1, Z 74.3, G 80,0)
12. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X10 tərəfindən verilmiş ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2024-cü il tarixli, 1616 saylı rəyinə əsasən, İ Motivləşdirici hissə: Yoxlanılan şəxs X3 “ağır dərəcəli əqli gerilik uşaq serebral iflici nəticəsində (F72) aşkar olunur. Bunu anamnestik məlumatlar (körpəlikdən kobud nevroloji əlamətlərin qeyd edilməsi, psixi inkişafda geri qalması, əqli geriliklə əlaqədar təhsil ala bilməməsi, X9, 2 nömrəli X2 müalicədə olması, xəstəliyi ilə əlaqədar İ qrup əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər- ünsiyyətə çətin daxil olması, təfəkkürünün konkret olması, maraq dairəsinin məhdudluğu, iradə və motivasiyalarının zəifləməsi, yaddaş və intellektinin aşağı olması, bilik ehtiyatının kasadlığı, öz vəziyyətinə qarşı tənqidinin olmaması və sair) sübut edir. Bunları nəzərə alaraq belə qərara gəlinmişdir ki, X6 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. İİ Yekun hissəsi: Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.2005-ci il təvəllüdlü X6 ağıl zəifliyindən və ya ruhi xəstəlikdən əziyyət çəkirmi? Cavab: Yoxlanılan şəxs X3 ağır dərəcəli əqli gerilik uşaq serebral iflici nəticəsində (F72) aşkar olunur. 2-ci sual: xx.xx.2005-ci il təvəllüdlü X6 öz hərəkətlərinin mənasını başa düşüb öz hərəkətlərini idarə edə bilirmi? Cavab: X6 ğlu öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını anlamaq və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 317.2 Məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. 321.2. Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır.
Məhkəmənin mövqeyi:
15. Məhkəmə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir.
16. Məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.2005-ci il təvəllüdlü X4 atasıdır və qızının fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ mövcuddur.
17. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, X4 əqli, ruhi və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi tibbi və digər sənədlərlə, iş üzrə təyin edilmiş məhkəmə-psixiatriya ekspertizasının rəyi (§12), habelə işin digər halları ilə tam sübuta yetirilir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, X6 əqli, ruhi və psixi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən onun fəaliyyət qabiliyyətli olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X6 fəaliyyət qabiliyyətli olmayan şəxs hesab edilməlidir.
18. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında, tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi xahiş edilən şəxsin öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığı sübuta yetirildiyindən xx.xx.2005-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir.
Məhkəmə xərcləri:
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizənin verilməsinə görə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
20. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
1. Ərizə təmin edilsin.
2. xx.xx.2005-ci il təvəllüdlü, Bakı şəhərində anadan olmuş X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin.
3. Azərbaycan Respublikasının MPM-nin 321.2-ci maddəsinə əsasən Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasına fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş X4 üzərində qəyyum təyin edilməsi həvalə edilsin.
4. Ərizə verilərkən ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.
5. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova