Məhkəmə qərarları › İş №2(011)-3350/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3350/2024

04.03.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3350/2024 04.03.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən hesablanmış 500 manat məbləğində cərimənin silinməsini barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. ........ .Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və iş materiallarından görünür ki, iddia tələbi əsassız hesablanmış borc məbləğinin silinməsi barədədir, iddaçı İddiaçı öz ünvanı kimi Gəncə şəhəri, Məshəti qəsəbəsi, Forforist (B) 5-ci küçə ünvanı qeyd edilmiş, cavabdeh kimi göstərilmiş Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinin ünvanı qrafasında “X1 İstismar İdarəsi, Həsənli Qardaşlı 35” qeyd edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 51-ci maddəsinə əsasən, hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 35.2-ci maddəsinə əsasən, hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi, ərazi aidiyyət qaydalarına uyğun olaraq iddiaçının ünvanı və cavabdeh kimi göstərilmiş Cavabdeh QSC-nin hüquqi ünvanı kimi qeyd edilmiş “Həsənli Qardaşlı 35” ünvanı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin yurisdiksiyasına daxil olmadığından, onun Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək baxılması da mümkün deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi ərazi aidiyyətinə əməl olunmadan verildiyindən onun Bakı şəhəri Xətai rayon Məhkəməsi tərəfindən icraata qəbul edilərək baxılması mümkün deyildir və ona görə də ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Bununla belə, məhkəmə qeyd edir ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bununla yanaşı, məhkəmə qeyd edir ki, mübahisə istehlakçının hüququnun müdafiəsi barəsində olduğundan, iddiaçı, hazırki iddia ərizəsi ilə öz seçməsinə görə yaşadığı yer, müqavilənin bağlandığı və ya icra edildiyi yer üzrə də aidiyyəti məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən, istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268 maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı hazırki iddia ərizəsi ilə öz seçməsinə görə yaşadığı yer, müqavilənin bağlandığı və ya icra edildiyi yer üzrə də aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar