Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3357/2025 02.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Şövkətli-X1 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(011)-3357/2025 saylı qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təhcizatı Xidməti” X2rşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, 4000 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.03 2025-ci il tarixli, 2(011)-3357/2025 saylı qərardadı ilə iddia ərizəsi geri qaytarılmışdır. İddiaçının nümayəndəsi həmin qərardaddan şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, bu mübahisə sahibkarlrq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı deyildir. Cavabdehin qanunsuz əməli nəticəsində iddiaçıya məxsus su xəttinə qanunsuz qoşulma nəticəsində su sərfiyatının həddindən artıq göstərilməsinin nəticəsidir. Məhkəmə şikayəti və iş materiallarını nəzərdə keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, təbii inhisar subyektləri olmaqla fəaliyyətləri həm də sahibkarlıq elementlərini ehtiva edən “Azəriqaz” İB, "xxxx" ASC, "xxxx" ASC kimi enerji və su təchizatı qurumları ilə digər sahibkarlıq subyektləri arasında öz fəaliyyətlərinin həyata keçirilməsi üçün qaz, su və elektrik enerjisindən istifadədən irəli gələn mübahisələrə kommersiya məhkəmələrində baxılmalıdır. Mülki Proessual Məcəllənin 403-1.1 və 403-1.2-ci maddələrinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13.03 2025-ci il tarixli, 2(011)-3357/2025 saylı qərardadından iddiaçının nümayəndəsi tərəfindən verilmiş şikayət təmin edilməsin. Şikayət işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilsin. Hakim: Leyla Şövkətli-Mənsimli
Məhkəmə qərarları › İş №2(011)-3357/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3357/2025
02.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver