Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-336/2025 13.06.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qıızının sədrliyi, Fərhadzadə Mehri Polad qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində göstərmişdir ki, o, ünvan 1 (abonent kodu: **********00000) mənzildə yaşayır. Həmin mənzildə yerləşən sayğac iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayış evinə yoxlama apararkən akt tərtib edərək sayğacı yoxlanılması üçün laborotoriyaya göndərilmişdir. Laborotoriya rəylərində qeyd edilmişdir ki, guya iddiaçı sayğaca müdaxilə etmişdir və ona görə iddiaçıya haqsız yerə cərimə borcu yazılmışdır. Bir müddət sonra iddiaçı qaz kartına yüklədiyi puldan tutmaların olduğunu görmüşdür. Qeyd edilənlərlə bağlı məhkəməyə iddiaçı tərəfindən iddia qaldırılmış, lakin həmin iddiada 2957,40 manat borcun silinməsi tələb edilmiş və Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiası təmin edilmişdir. Həmin işin baxılması zamanı məlum olmuşdur ki, cavabdeh tərəfindən 2018-ci ildən sonra da aktlar tərtib edilərək borc hesablanmışdır. İddiaçı hesab edir ki, ona yazılmış borc qanunsuz və əsassızdır. İddiaçı yuxarıda göstərilənləri nəzərə alaraq, ünvan 1 (abonent kodu: **********00000) ünvanı üzrə cərimə kimi yazılmış olan 7692,55 manat borcun Cavabdeh İB tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 iddia tələbinə etiraz etməklə yanaşı, məhkəməyə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, bundan əvvəl iddiaçının Xətai Rayon Məhkəməsində 2(011)-3818/2024 nömrəli, xx.xx.2024-cü il tarixli işi üzrə iddia ərizəsinə baxılmış və iddaçının tələbi ilə 2017 ci il və 2018-ci il tarixlərdə tərtib edilmiş dəymiş ziyan aktları 2957,4 manat üzrə iddia təmin edilmişdir. Xətai Rayon Məhkəməsinin 2(011)-3818/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş və qətnamənin tələbləri Cavabdeh İB tərəfindən tam təmin edilmişdir. Bundan əlavə olaraq iddiaçı yenidən barəsində tərtib edilən digər aktlar üzrə 2019 cu il üçün 914,4 manat, 2020-ci il üçün 4418,2 manat və 2021-ci il üçün 396 manat cəmi 5728,6 manat dəymiş ziyan hesablanmışdır. İddiaçı 7692,55 manat borcun silinməsi tələbi ilə Xətai Rayon Məhkəməsinə müraciət etmiş və 2(011)-336/2025 nömrəli mülki iş üzrə işə baxılır. Hal-hazırda iddiaçının dəymiş ziyan aktları ilə bir yerdə 9227,94 (9227,94- 5728,6=3499,34 debitor) manat təşkil edir. Vətəndaş hər dəfə sayğacdankənar qaz xəttindən istifadə edir və ödənişlərdən yayınır. Qeyd olunanlara əsasən iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə tərəflərin nümayəndələrinin çıxışını dinləyərək, işdə olan sübutları, işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən verilən abonentin saldosundan görünür ki, İddiaçı (abonent kodu: **********00000) 2019-cu il üzrə 914,40 manat, 2020-ci il üzrə 4418,20 manat, 2021-ci il üzrə 396 manat, cəmi 5728,60 manat borcu vardır. İş materiallarında olan Cavabdeh tərəfindən tərtib olunmuş 28 fevral 2019-cu il tarixli, ******* nömrəli, 30 aprel 2019-cu il tarixli, ******* nömrəli, 28 iyun 2019-cu il tarixli, ******* nömrəli, 31 yanvar 2020-ci il tarixli, ******* nömrəli, 28 fevral 2020-ci il tarixli, ******* nömrəli, 30 mart 2020-ci il tarixli, ******* nömrəli, 09 aprel 2020-ci il tarixli, ******* nömrəli, 20 iyun 2020-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2020-ci il tarixli, ******* nömrəli, 29 yanvar 2021-ci il tarixli, ******* nömrəli və 26 fevral 2021-ci il tarixli ******* nömrəli Təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktdan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qaz sayğacına baxış keçirilmiş və “abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni sayğacdankənar istifadə edir” kimi qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3818/2024 saylı 17 iyul 2024-cü il tarixli qətnaməsinə əsasən İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu: **********00000) hesablanmış 19 yanvar 2017-ci il tarixli, ******* saylı, 31 may 2017-ci il tarixli, ******* saylı, 16 oktyabr 2017-ci il tarixli, ******* saylı, 20 noyabr 2017-ci il tarixli, ******* saylı, 04 dekabr 2017-ci il tarixli, ******* saylı aktlar üzrə 1644,60 manat, 19 yanvar 2018-ci il tarixli, ******* saylı, 13 fevral 2018-ci il tarixli, ******* saylı, 14 mart 2018-ci il tarixli, ******* saylı, 18 aprel 2018-ci il tarixli, ******* saylı və 18 may 2018-ci il tarixli, ******* saylı aktlar üzrə 1312,80 manat olmaqla, ümumilikdə 2957,40 manat məbləğində borcu silmək vəzifəsinin Cavabdehnə həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5749/2024 saylı 14 oktyabr 2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh İB-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(011)-3818/2024 nömrəli qətnaməsi ləğv edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu: **********00000) hesablanmış 19 yanvar 2017-ci il tarixli, ******* saylı, 31 may 2017-ci il tarixli, ******* saylı, 16 oktyabr 2017-ci il tarixli, ******* saylı, 20 noyabr 2017-ci il tarixli, ******* saylı, 04 dekabr 2017-ci il tarixli, ******* saylı aktlar üzrə 1644,60 manat, 19 yanvar 2018-ci il tarixli, ******* saylı, 13 fevral 2018-ci il tarixli, ******* saylı, 14 mart 2018-ci il tarixli, ******* saylı, 18 aprel 2018-ci il tarixli, ******* saylı və 18 may 2018-ci il tarixli, ******* saylı aktlar üzrə 1312,80 manat olmaqla, ümumilikdə 2957,40 manat məbləğində borcu silmək vəzifəsinin Cavabdehnə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/171 saylı, 14 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sayğacın, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. İş materiallarında olan Ekspertiza Xərclərinə dair bildirişindən görünür ki, məhkəmətrasoloji ekspertizası üzrə aparılmış tədqiqatın dəyəri 64 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 18-ci maddəsinə əsasən, mülki hüquqların müdafiəsi qanunvericilikdə nəzərdə tutulmuş qaydada və qanuna, ictimai qaydaya və əxlaqa zidd olmayan üsullarla həyata keçirilir. «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanunun 3-cü maddəsinə əsasən öz hüquqlarının və qanuni mənafeylərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etməyə istehlakçıların hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafiəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfiyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Qanunun 26-cı maddəsinə görə istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırılan iddialara görə, dövlət rüsumu verməkdən azad edilirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir. (hərəkət və ya hərəkətsizlikdir). Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Beləliklə, mülki-prosessual qanunvericiliyin tələbinə görə hazırki mülki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşdüyü halda, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında 28 fevral 2019-cu il tarixli, ******* nömrəli, 30 aprel 2019-cu il tarixli, ******* nömrəli, 28 iyun 2019-cu il tarixli, ******* nömrəli, 31 yanvar 2020-ci il tarixli, ******* nömrəli, 28 fevral 2020-ci il tarixli, ******* nömrəli, 30 mart 2020-ci il tarixli, ******* nömrəli, 09 aprel 2020-ci il tarixli, ******* nömrəli, 20 iyun 2020-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2020-ci il tarixli, ******* nömrəli, 29 yanvar 2021ci il tarixli, ******* nömrəli və 26 fevral 2021-ci il tarixli ******* nömrəli aktların surətində “abonent təbii qazdan sayğacdan kənar qeyri-qanuni sayğacdankənar istifadə edir” kimi qeydlər edilsə də, cavabdeh həmin qüsurların iddiaçının təqsiri üzündən yaranması, eyni zamanda iddiaçının yaşadığı evinə dair hesablanmış 5728,60 manat məbləğində borcun yaranmasının və hesablanmasının əsasları ilə bağlı sübutları məhkəməyə təqdim etməmişdir. Eyni zamanda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/171 saylı, 14 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş sayğacın, borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən borcun məbləği 7692,55 manat qeyd edilsə də, işdə olan sübutlarla borcun 5728,60 manat hesablandığı təsdiq edilir. Qeyd edilənlər əsasında məhkəmə hesab edir ki, iddia təmin edilməli, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə (Abonent kodu: **********00000) ünvanına hesablanmış 28 fevral 2019-cu il tarixli, ******* nömrəli, 30 aprel 2019-cu il tarixli, ******* nömrəli, 28 iyun 2019-cu il tarixli, ******* nömrəli aktlar üzrə 914,40 manat, 31 yanvar 2020-ci il tarixli, ******* nömrəli, 28 fevral 2020-ci il tarixli, ******* nömrəli, 30 mart 2020-ci il tarixli, ******* nömrəli, 09 aprel 2020-ci il tarixli, ******* nömrəli, 20 iyun 2020-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2020-ci il tarixli, ******* nömrəli aktlar üzrə 4418,20 manat, 29 yanvar 2021-ci il tarixli, ******* nömrəli və 26 fevral 2021-ci il tarixli ******* nömrəli aktlar üzrə 396 manat olmaqla, ümumilikdə 5728,60 manat məbləğində borc silinməlidir. Hazırki iş üzrə çəkilmiş məhkəmə xərcləri MPM-nin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” qanunun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad olunduğundan, eyni zamanda iddia tələbi qismən təmin edildiyindən dövlət rüsumunun əvəzi olaraq 77.28 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus ünvan 1 ünvanına (abonent kodu: **********00000) hesablanmış 28 fevral 2019-cu il tarixli, ******* nömrəli, 30 aprel 2019-cu il tarixli, ******* nömrəli, 28 iyun 2019-cu il tarixli, ******* nömrəli aktlar üzrə 914,40 manat, 31 yanvar 2020-ci il tarixli, ******* nömrəli, 28 fevral 2020-ci il tarixli, ******* nömrəli, 30 mart 2020-ci il tarixli, ******* nömrəli, 09 aprel 2020-ci il tarixli, ******* nömrəli, 20 iyun 2020-ci il tarixli, ******* nömrəli, 30 dekabr 2020-ci il tarixli, ******* nömrəli aktlar üzrə 4418,20 manat, 29 yanvar 2021-ci il tarixli, ******* nömrəli və 26 fevral 2021-ci il tarixli ******* nömrəli aktlar üzrə 396 manat olmaqla, ümumilikdə 5728,60 manat məbləğində borcu silmək vəzifəsi Cavabdehnə həvalə edilsin. Cavabdehndən 77.28 manat dövlət rüsumu tutularaq, dövlət büdcəsinə ödənilsin. Eyni zamanda iddia qismən təmin edildiyindən, 64 manat ekspertiza xərci cavabdehdən tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 hesabına ödənilsin Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-336/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-336/2025
13.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver