Məhkəmə qərarları › İş №2(011)-3369/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3369/2023

12.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3369/2023 12.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Əhmədova Təranə Rafiq qızının katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi barədə” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 1 (abonent kodu: **********00100) üzrə İddiaçı hesablanmış 486 (dörd yüz səksən altı) manat məbləğində borcun silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xüsusi mülkiyyətində olan Nizami rayonu, Mikayıl Əliyev ev 2b ünvamndakı evində yaşayır və istifadə etdiyi qaz sərfıyyatına görə pulu sayğacın göstəricilərinə görə mütəmadi olaraq ödəmişdir. O, smart tipli sayğaca məxsus karta qaz yüklədikdə kartda olan məbləğin dəfələrlə borca çıxıldığını görmüşdür. O, bu barədə qaz idarəsi ilə maraqlandıqda bildirmişlər ki, akt tərtib olunmaqla 30 iyul 2019-cu il tarixində 4.860 m3 qaz sərfıyyatına görə cərimə tətbiq edilmişdir. O, aktı 2023-cü ildə əldə edərkən ona məlum oldu ki, hətta 2019-cu ildə gizli tərtib olunmuş aktı ondan gizlətmişlər və imzası da yoxdur. O qeyd olunan aktın varlığından aktı əldə etdikdən sonra məlumatı olmuşdur. Hər pul ödədikcə bir qismini həmin borca çıxırmışlar. Aktla tanış olarkən qüsur kimi yazıblar ki, sayğacın gövdəsi təzyiq nəticəsində şişib, hava keçirmədiyindən mexanizm işləməmişdir. MSK-29/1710- 01443-1 saylı xx.xx.2019-cu il tarixli məktub əsasında xx.xx.2019-cu il tarixində “Azəriqazın Metrologiya Departamentində sayğaca iştirakları olmadan baxış keçirib akt tərtib etmişdilər. Aktın surətinə nəzər salanda onların iştirakı və xəbəri olmadan əassız və qanunsuz olaraq aktda yazılmışdır ki, sayğacın gövdəsi təzyiq nəticəsində şişib, hava keçirmədiyindən mexanizm işləmir. Bütün bunlar ona dəlalət edir ki. tərtib edilmiş akt tam qanunsuz və əsassızdır. Onun xəbəri və iştirakı olmadan sayğac dəyişdirilir, laboratoriyada açılır, iştirakı təmin olunmur və əsassız və qanunsuz olaraq evinə verilən qazdan ödənişlər çıxılır. Qaz xəttinə təzyiq Azəriqaz tərəfindən verilir. Azəriqaz tərəfindən qaz xəttinə verilmiş təzyiq nəticəsində sayğacın gövdəsi şişib, hava keçirmədiyindən və mexanizm işləmirsə burda onun təsiri ola bilməz. Bundan əlavə tərtib olunmuş aktdan müəyyən edilir ki, iyul ayı yəni yay fəsli olmuşdur. Cavabdeh tərəfindən tərtib olunmuş MSK-29/1710-01443-1 saylı xx.xx.2019- cu il tarixli məktub əsasında xx.xx.2019-cu il tarixində "Azəriqazın Metrologiya Departamentində sayğaca iştirakı olmadan baxış keçirilib hesablanmış cərimənin ödənilməsi ilə razı deyil və borcun silinməsi barədə məhkəmədən qətnamənin çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddianı müdafiə etmişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh nümayəndəsi X2 məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli, ******* nömrəli aktdan görünür ki, sayğacın gövdəsi təzyiq nəticəsində şişib, hava keçirən hesablama mexinizminin işləməməsi aşkarlanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamədən görünür ki, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2023cü il tarixli ******* saylı akta əsasən 4.860 m3 itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır. **********00100 saylı abonentin saldosundan görünür ki, İddiaçı adlı abonentin 2019-cu ilin iyul ayında “qalıq və aktlar” qrafasında 486.00 manat borcu mövcuddur. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 486.00 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 486.00 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, sayğacın düzgün işləməməsinin iddiaçının hərəkətləri nəticəsində baş verməsinə dair sübutlar olmadığından və təbii qazın sərfiyyatı sayğacın göstəricilərinə əsasən hesablamalı olduğundan hesablanmış qazın dəyərinin iddiaçıdan tələb olunması əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericiliyinin müddəalarına əsasən məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi əsassızdır. Buna görə də iddia təmin edilərək, əsassız olaraq qaz sərfinə görə iddiaçıya hesablanmış 486 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia təmin edilsin. ünvan 1 ünvanı üzrə (abonent kodu: **********00100) üzrə İddiaçı 2019-cu ilin iyul ayı üçün hesablanmış 486,00 (dörd yüz səksən altı) manat məbləğində borc silinsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar