Məhkəmə qərarları › İş №2(011)-3371/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3371/2023

21.06.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3371/2023 21.06.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsibova Çinarə Aydın qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı– **********30017 abunə kodlu, **********4M1873034 saylı işıq sayğacına hesablanmış 1975.53 (min doqquz yüz yetmiş manat əlli üç qəpik) manat məbləğində cari borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanda yaşayır. Qeyd edilən iddiaçıya məxsus mənzili xx.xx.2022-ci il tarixdə keçmiş sahibi X1, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Huquqi Şəxsi, Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyesterinin çıxarışı əsasında almışdır. İddiaçıya məxsus həmin mənzildə uzun müddət yaşayış olmamasına baxmayaraq, keçmiş sahibinin adına **********30017 abunə kodu, **********4M1873034 saylı işiq sayğacında əsassız hesablanmış, 290 (iki yüz doxsan) manat tələb olunmayan, 1975.53 (min doqquz yüz yetmiş manat əlli üç qəpik) cari borc yaranmışdır. Mənzili aldığı gündən keçmiş istifadə etmədiyi əsassız hesablanmış borclar səbəbindən, elektrik enerjisinin istifadəsindən yararlana bilmir. 280 (iki yüz səksən) manat ödəyərək kartın məbləğini artırsa da elektrik enerjisinin istifadəsinə nail ola bilməmişdir. Mənə mənzilin keçmiş sahibinin istifadə etməmiş olduğu enerjinin ümumi borcunun ödənilmədiyi təqdirdə mənzilin elektrik enerjisi ilə təmin olunmaması barədə "xxxx" ASC əməkdaşları tərəfindən dəfələrlə xəbərdarlıq edilmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X3 iddia etiraz edərək iddianın rədd edilməsini xahiş etmişdir. O, verdiyi izahatında bildirmişdir ki, mübahisəli borc aktlara əsasən hesablanmışdır. Lakin aktlar arxivləşdirildiyindən məhkəmə sorğusuna əsasən aktların təqdim edilməsi mümkün deyil. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan Abunə Haqqında vərəqdən görünür ki, ünvan 1 ünvanı üzrə 1975.53 manat borc yazılmışdır. Lakin məhkəmə araşdırması zamanı həmin borcun hesablandığına dair aktların tərtib edildiyi müəyyən edilməmişdir. Məhkəmə tərəfindən cavabdeh təşkilata müvafiq sorğu göndərilsə də, "xxxx" ASC aktlar və ona dəymiş ziyanla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, abonent İddiaçı əsassız hesablanmış 1975.53 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.13-cü hissəsinə əsasən məişət abonentləri ilə elektrik enerjisinə görə hesablaşmalar quraşdırıldığı yerdən asılı olmayaraq, hesablaşma yalnız elektrik sayğacının göstərişinə və bu istehlakçı qrupu üçün müəyyən edilmiş tarifə əsasən aparılır. Məişət abonentləri ilə hesablaşmalarda elektrik enerjisi itkiləri (texnoloji sərfiyyat) nəzərə alınmır və ona görə ödəniş tutulmur. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qaydaların 8.16-ci bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Yuxarıda istinad edilən normativ hüquqi aktın tələblərini nəzərə alaraq və mülki işin faktiki hallarını təhlik edərək məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilərək Cavabdeh ASC tərəfindən ünvan 1 ünvanı üzrə hesablanmış 1975.53 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddia təmin edilsin. "xxxx" ASC tərəfindən ünvan 1 ünvanı üzrə (abonent kodu **********30017) elektrik enerjisinin istehlakına görə İddiaçı hesablanmış 1975.53 (min doqquz yüz yetmiş manat əlli üç qəpik) manat məbləğində borc silinsin. 39,75 (otuz manat, yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumu "xxxx" ASCdən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar