Məhkəmə qərarları › İş №2(011)-3372/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3372/2022

27.05.2022 · Müqavilələrin dəyişdirilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3372/2022 27.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" MTK-nə qarşı “müqavilədə dəyişiklər edilməsi” barədə iddiasına dair işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh "xxxx" MTK-nə qarşı “müqavilədə dəyişiklər edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Göstərilən iddia tələbi əsasında mülki iş xx.xx.2022-ci il tarixdə 2(011)-3372/2022 sayda Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. İş üzrə İddiaçı və cavabdehin nümayəndəsi və vəkili X2 vəsatətlə məhkəməyə müraciət edərək, onların Nərimanov Rayon Məhkəməsinin icraatında hazırda baxılan iddiaçı "xxxx" MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilədə dəyişiklər edilməsi” tələbinə dair mülki işlə hazırkı mülki iş üzrə mübahisə predmetlərinin və subyekt tərkibinin eyni olduğunu nəzərə alaraq, hazırkı mülki işin Nərimanov Rayon Məhkəməsində baxılan mülki işlə birləşdirilib bir icraatda baxılması üçün mülki işin Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi və vəkili X2 məhkəmə iclasında vəsatətlərin təmin olunmasını xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan işlə bir icraatda birləşdirililməlidir. Belə ki, iş materiallarından aydın olur ki, iddiaçı "xxxx" MTK cavabdeh İddiaçı qarşı “müqavilədə dəyişiklər edilməsi” barədə iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət etmiş xx.xx.2022-ci il tarixdə 2(005)-1015/2022 sayda mülki iş məhkəmənin icraatına daxil olmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan iş üzrə iddia tələbi Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iş üzrə iddia tələbi ilə əlaqəli olduğundan gələcəkdə ziddiyyətli məhkəmə qərarlarının qəbul edilməsinin qarşısının alınması, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün hazırki iş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan işlə bir icraatda birləşdirilərək, baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 43.1-ci maddəsinə əsasən, əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. Həmin Məcəllənin 43.2-ci maddəsinə əsasən, bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsü ilə həyata keçirilə bilər. Digər tərəfdən, göstərilən mülki işlər arasında səbəbli əlaqə vardır, habelə bu tələblərə birlikdə baxılması mübahisələrə daha tez və düzgün baxılmaqla nəticələnər. Göstərilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, qeyd edilən iddialar əsasında mülki işlər birləşdirilərək, həmin işlərə bir icraatda baxılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 43.1-43.2 və 263-264-cü maddəsini rəhbər tutaraq məhkəmə qəraraaldı: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdeh "xxxx" MTK –nə qarşı “müqavilədə dəyişiklər edilməsi” barədə iddiası əsasında 2(011)- 3372/2022 saylı mülki işlə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" MTK-nın cavabdeh İddiaçı qarşı “müqavilədə dəyişiklər edilməsi” barədə iddiası əsasında 2(005)-1015/2022 saylı mülki iş birləşdirilsinlər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan 2(005)-1015/2022 saylı mülki işlə birləşdirilərək bir icraatda baxılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan 2(011)-3372/2022 saylı mülki iş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar