Məhkəmə qərarları › İş №2(011)-3376/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3376/2022

24.08.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3376/2022 24.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil, İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkili X11 iştirakları ilə İddiaçı Cavabdeh qarşı “xx.xx.2021-ci il tarixli Xətai Rayon Məhkəməsi qətnaməsinin məcburi icra edilməsi ilə bağlı miras əmlakın dəyərinin müəyyən edilməsi, hərraca qoyulması, tərəflər arasında ½ hissəyə məcburi bölünməsi və iddiaçıya cavabdeh tərəfindən ödənilməsi” tələbi barədə ilkin; İddiaçı Cavabdeh İddiaçı qarşı “pul” tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdeh qarşı – Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən cavabdehə verilən xx.xx.2020-ci il tarixli X12 qalan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 8 ünvanında 64 nömrəli, 2 otaqlı, ümumi sahəsi 47,6 kv.metr mənzilinin hərraca çıxarılmaqla satılmasını və dəyərinin ½ hissəsinin iddiaçıya verilməsi, 1998-ci il buraxılışlı “Mercedes E-240” minik markalı ** KT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin bazar qiymətinin müəyyən edilməsi və dəyərinin ½ hissəsinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, X12 miras qalmış: 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl dişi, 6403 ABŞ dolları məbləğində pul, 74 Yuan Çin pulu, 200 rus rublu, 1 ədəd qara rəngli “Samsung” markalı planşeti, 1 ədəd “Samsung” markalı mobil telefonuna dair əmlakının dəyərinin müəyyən edilməsi ilə ½ hissəsinin cavabdeh tərəfindən İddiaçı ödənilməsi, məhkəmə zamanı cavabdeh tərəfinin daşınar miras əmlakına dair iddiaçıya borclu olması və həmin borcu ödəməyinə imkansız olması yaxud onu ödəməkdən açıq şəkildə imtina edilməsi müəyyən edildikdə, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsi, məhkəmə xərclərinə aid iddiaçı tərəfindən vəkilin iştirakı üçün 100 manat vəkil orderinə, dövlət rüsumuna 100 manat, cəmi isə 200 manat məbləğində xərclənmiş pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək, 18 saylı Notariat Kontoru tərəfindən Cavabdeh verilmiş Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47,6 kv.metr, yaşayış sahəsi 28,81 kv.metr, yardımçı sahəsi 18,79 kv.metr olan 2 otaqlı mənzilə dair xx.xx.2020-ci il tarixli, habelə “Mercedes-Benz E 240” minik markalı ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr etibarsız hesab edilmişdir. Həmin qətnamə ilə xx.xx.2019-cu il tarixində iddiaçının vəfat etmiş qardaşı X19 məxsus yuxarıda qeyd edilən miras əmlakının 1/2 hissədə, həmçinin, 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyünün, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyünün, 1 ədəd qızıl boyunbağının, 1 ədəd qızıl qolbağının, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğasının, 7 ədəd qızıl dişin, 1 ədəd qara rəngli “Samsung” markalı planşetin, 1 ədəd “Samsung” markalı mobil telefonun, 6403 ABŞ dolları məbləğində pulun, 74 Yuan Çin pulunun, 200 Rusiya rublunun 1/2 hissədə İddiaçı vərəsə olması tanınmışdır və həmin məhkəmə qətnaməsi qanuni qüvvəyə minəndən sonra, 18 saylı Notariat Kontoru tərəfindən, sonuncuya yeni xx.xx.2021-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Yuxarıda qeyd edilən, məhkəmə işindən məlum olmuşdur ki, X5 qalan: Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 8 ünvanında, 64 №-li 2 otağlı ümumi sahəsi 47,6 m2-li mənzili; 1998-ci il buraxılışı Mercedes E-240 minik markalı ** KT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və ölümü zamanı üstündə qalan: 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl dişi, 1 ədəd qara rəngli “Samsung” markalı planşeti, 1 ədəd “Samsung” markalı mobil telefonu, 6403 ABŞ dolları məbləğində pul, 74 Yuan Çin pulu, 200 rus rublu, Mercedes markalı avtomaşına aid qeydiyyat şəhadətnaməsi və Səfərin sürücülük vəsiqəsi və “SW” bank kartı mövcud olmuşdur və bunların hamısını cavabdeh özünə qanunsuz mənimsəmişdir. Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin könüllü qaydada icrası ilə bağlı icra məmurunun gördüyü bütün tədbirlərinə baxmayaraq, cavabdeh tərəfinin açıq-aşkar imtinaedici mövqeyi bunu qeyri-mümkün etmişdir. Belə ki, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47,6 kv.metr, yaşayış sahəsi 28,81 kv.metr, yardımçı sahəsi 18,79 kv.metr olan 2 otaqlı mənzilə dair cavabdeh giriş qapının açarını dəyişdirmiş və mənzilə qanunsuz yaşamasına kirayəçiləri buraxmışdır. “Mercedes-Benz E 240” minik markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilə dair onun həbs edilməsi barədə qərarına baxmayaraq, cavabdeh maşını qanunsuz olaraq əvvəlcə məhkəmə prosesi zamanı şahid qismində dəvət etdikləri X20 alqı-satqı müqavilə ilə guya satmış, sonuncu isə öz tanışı X2. Qızıl zinət əşyaları, pul məbləğləri və digər miras qalan əşyalara aid: 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl dişi, 6403 ABŞ dolları məbləğində pul, 74 Yuan Çin pulu, 200 rus rublu, 1 ədəd qara rəngli “Samsung” markalı planşeti, 1 ədəd “Samsung” markalı mobil telefonu barədə cavabdeh icra məmuruna bildirmişdir ki, onları istədiyi yerlərə xərclədiyindən iddiaçının ½ hissəsinə aid əmlak dəyərini könüllü qaydada qaytarmaqdan imtina edir. İddiaçı Cavabdeh İddiaçı qarşı – ilkin iddianın rədd edilməsi və qarşılıqlı iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı X6 dəfni, hüzr mərasimi, keçirilən mərasim məclisləri, qəbir kompleksinin hazırlanması, mərhumun evində və avtomaşınında aparılan təmir işləri, mərhumla bağlı görülən digər işlərlə əlaqədar çəkilən xərclərə aid edilməsi, Cavabdeh tərəfindən miras əmlakın pulundan əlavə xərclədiyi 20000 manat pula vərəsə kimi aid edilməsi, X6 mərasim məclislərinə miras əmlakın pulundan əlavə xərclənmiş 20000 manat pulun yarısı olan 10000 manat məbləğində pul, ödənilmiş 130 manat məbləğində dövlət rüsumu və 200 manat ödənilmiş vəkil pulu cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulması barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, nümayəndəsi və vəkili Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil Xətai Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinin məcburi icra edilməsi ilə bağlı miras əmlakın dəyərinin müəyyən edilməsi, hərraca qoyulması, tərəflər arasında ½ hissəyə məcburi bölünməsi və iddiaçıya cavabdeh tərəfindən ödənilməsi barədə xx.xx.2022-ci il tarixli iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən cavabdehə verilən xx.xx.2020-ci il tarixli X12 qalan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 8 ünvanında 64 nömrəli, 2 otaqlı, ümumi sahəsi 47,6 kv.metr olan mənzilin hərraca çıxarılmaqla satılmasını və dəyərinin ½ hissəsinin iddiaçıya verilməsi, 1998-ci il buraxılışı “Mercedes E-240” minik markalı, ** KT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin bazar qiymətinin müəyyən edilməsi və dəyərinin hissəsinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, X12 miras qalmış 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl dişi, 6403 ABŞ dolları məbləğində pul, 74 Yuan Çin pulu, 200 rus rublu, 1 ədəd qara rəngli “Samsung” markalı planşeti, 1 ədəd “Samsung” markalı mobil telefonuna dair əmlakının dəyərinin müəyyən edilməsi ilə ½ hissəsinin cavabdeh tərəfindən İddiaçı ödənilməsi, məhkəmə zamanı cavabdeh tərəfindən daşınar miras əmlakına dair iddiaçıya borclu olması və həmin borcu ödəməsinə imkansız olması, yaxud onu ödəməkdən açıq şəkildə imtina etməsi müəyyən edildikdə, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsini, məhkəmə xərclərinə aid iddiaçı tərəfindən vəkilin iştirakı üçün 100 manat vəkil orderinə, dövlət rüsumuna 100 manat, cəmi isə 200 manat məbləğində xərclənmiş pulun, cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Aşağıda göstərilənlərə əsasən iddiaçı iddia tələbinin “Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən, cavabdehə verilən xx.xx.2020-ci il tarixli X12 qalan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 8 ünvanında 64 №-li 2 otaqlı, ümumi sahəsi 47,6 kv.metr olan mənzilin hərraca çıxarılmaqla satılmasını və dəyərinin ½ hissəsinin iddiaçıya verilməsi” hissəsini qəbul edir. İddiaçı iddianın qalan hissəsi ilə razılaşmır və qəbul etmir. İddiaçı iddia tələbinin 1998-ci il buraxılışı ’’Mercedes E-240” minik markalı, ** KT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin bazar qiymətinin müəyyən edilməsi və dəyərinin ½ hissəsinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, X12 miras qalmış 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl dişi, 6403 ABŞ dolları məbləğində pul, 74 Yuan Çin pulu, 200 rus rublu, 1 ədəd qara rəngli “Samsung” markalı planşeti, 1 ədəd “Samsung” markalı mobil telefonuna dair əmlakının dəyərinin müəyyən edilməsi ilə ½ hissəsinin cavabdeh tərəfindən İddiaçı ödənilməsi, məhkəmə zamanı cavabdeh tərəfindən daşınar miras əmlakına dair iddiaçıya borclu olması və həmin borcu ödəməyinə imkansız olması, yaxud onu ödəməkdən açıq şəkildə, imtina etməsi müəyyən edildikdə, tutmanın borclunun ümumi mülkiyyət hüququndakı payına onun açıq hərracdan satılması yolu ilə yönəldilməsi, məhkəmə xərclərinə aid, iddiaçı tərəfindən vəkilin iştirakı üçün 100 manat vəkil orderinə, dövlət rüsumuna 100 manat, cəmi isə 200 manat məbləğində xərclənmiş pulun, cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsi xahiş etmişdir. Belə ki, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı uzun illər, təxminən 5 ildən artıq ögey qardaşı X25 ilə maraqlanmamış, onunla əlaqə saxlamamış və onlara gedibgəlməmişdir. X30 xəstə olduğu müddətdə də ögey qardaşı kimi onunla əlaqə saxlamamış, müalicəsinə köməklik etməmiş, ona müalicə dərmanı almamış, dərman pulunu verməmiş, qardaşı X19 heç bir maddi və mənəvi qayğı göstərməmişdir. Xəstə olduğu müddətdə X34ə bir stəkan su belə verməmişdir. Onun sağlamlıq durumu və müalicəsi ilə ümumiyyətlə maraqlanmamışdır. Əksinə, ögey qardaşı Məmmədov Səfərin əmlakını ələ keçirmək üçün, tezliklə ölümünü arzulamışdır. Ona görə də X14 dəfn və hüzr məclisində iştirak etməmişdir. Hətta öz anasının vəfat etməsini 5 ildən sonra bilmişdir. Ona görə də X7 Tofiq Balaş oğlu ilə ölənə kimi küsülü vəziyyətdə olmuşdur, danışmamışdır. Həmin səbəbdən də X8 xristian qəbirstanlığında köhnə erməni qəbrində dəfn olunmuşdur. İddiaçı mərhum X1 və ölümündən sonra ona qarşı özünü ləyaqətsiz vərəsə kimi aparmışdır. Əgər belə olmasaydı, X21 erməni xislətli şəxslər Şüvəlan xristian qəbiristanlığında, köhnə bir erməni qəbrində dəfn etməzdilər. Köhnədən qalmış erməni nəşinin (meyidinin) sümüklərini qəbirdən çıxarıb, onun qəbrində Məmmədov Səfəri dəfn etməzdilər. Müsəlman dini şəriət qaydalarına və adətlərinə görə bu hal qəbul edilməzdir və böyük günahdır. Lakin İmanova X17 Səfər Nadir oğlu ilə (ana bir, ata ayrı) ögey bacı-qardaş olsalar da, baxmayaraq ki, İddiaçı ilə doğma bacı-qardaşdırlar, X6 dəfn xərclərini, 3,7,40,1 (bir) ilinin tamam olması məclislərini, ölümündən 40 gününə kimi bütün “cümə axşamı” məclislərini, qəbrin yerinin Şüvəlandan xristian qəbirstanlığından Yasamal müsəlman qəbiristanlığına öz doğmalarının qəbirlərinin yanına dəyişdirilməsini, mərhumə anasının və mərhum qardaşının məzarının yanında dəfn olunmasını, bununla bağlı 10000 manatdan çox xərc çəkilməısini, qara mərmərdən 3 nəfərin birlikdə qəbir üstü kompleksinin, qara mərmərdən məzar daşının və qara mərmərdən baş daşının, qara mərmərdən sinə daşının, qəbrlərin yerinin qara mərmərdən döşənilməsini təmin etmişdir və 9388,77 manat xərc çəkilmişdir. Məmmədov Səfərin qəbir yerinin dəyişdirilməsi məqsədilə dini şəriət qaydalarına, adət-ənənələrinə uyğun axundun və mollanın iştirakı ilə yenidən dəfn, 3, 7, 40, bütün cümə axşamları və il məclislərinin verilməsini, ehsan məclislərinin keçirilməsini təmin etmişdir. Bütün məclislərin xərcləri Səfər Məmmədovun mübahisələndirilən miras əmlakı hesabına halallıqla həyata keçirilmişdir ki, mərhumun ruhu şad olsun. Bu işlərin görülməsində və həyata keçirilməsində İddiaçı vərəsə kimi heç bir zəhməti, əziyyəti olmamış və 1 manat da olsun belə xərci çıxmamışdır. Bu günə kimi bütün çəkilən xərclər mərhum Səfər Məmmədovdan qalmış miras əmlakın hesabına və Cavabdeh şəxsi vəsaiti hesabına ödənilmişdir. X30 sağlığında yaxın dostundan borc olaraq aldığı 15000 ABŞ dolları məbləğində borcu da halallıq naminə mərhumun ruhu şad olsun və qəbri nurla dolsun deyə, həmin mübahisəli miras əmlakın satış pulundan qaytarılmışdır. Mərhum X4, ölümündən əvvəl yaxın dostundan 15000 ABŞ dolları borc aldığını, hazırda qaytarmağa imkanı olduğunu, lakin sonra borc aldığı 15000 ABŞ dollarını həmin dostuna qaytaracağını Cavabdeh şəxsən demişdir. Bu barədə Cavabdeh da ətraflı məlumatı olmuşdur. X28 ölüm haqqında şəhadətnaməsinin alınmasında, vəkilin tutulmasında, hüquqi yardımla bağlı müqavilələrin bağlanmasında, istifadə olunan avtomaşınların yanacaq xərcinə kimi, yol xərcinə kimi, yolda yeyilən yeməklərin puluna kimi, məhkəmə məsrəfləri ilə bağlı ödənilən dövlət rüsumlarına kimi, ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı göstərilən hüquqi xidmətlərin xərcinə kimi, 2-dəfə Neftçala Rayon Məhkəməsində, 1-dəfə Bakı İnzibati Məhkəməsində və 3-dəfə Xətai Rayon Məhkəməsində baxılan mülki işlərlə və cinayət işi ilə bağlı, Xətai RPİ-nin İŞ-də aparılan istintaqla bağlı, Notariat və VVAQ şöbəsində çəkilən bütün məhkəmə, istintaq məsrəflərinə kimi X6 ölümündən sonra qalmış və hazırda mübahisələndirilən miras əmlakların hesabına həyata keçirilmişdir. Bütün bu xərclərin, məsrəflərin çəkilməsi ilə bağlı X5 qalmış miras əmlak olan qızıl əşyaları, 6403 ABŞ dolları, “Mercedes E-240” markalı avtomobilin satış pulundan həyata keçirilmişdir. X5 qalmış qızıl əşyaları 2200 manata lom qiymətinə satılaraq, “Mercedes E-240” markalı avtomaşının 4 ədəd təkərlərinin təzələnməsinə, avtomaşının 2 ilə yaxın işləməməsi səbəbindən mühərrik yağının, yağ fılterinin dəyişdirilməsinə, amortizatorların təmir olunmasına və avtomaşının tez satılması məqsədilə digər təmirlərinə xərclənmişdir. Avtomaşının təmirə aparılması məqsədilə evakuator çağırılmış və xərci də miras əmlakın pulundan ödənilmişdir. X6 miras əmlak kimi mübahisələndirilən ünvan 2 ünvanında yerləşən 2 otaqlı mənzilin bütün pəncərələri dəyişdirilmiş, İddiaçı təqsirindən və müdaxiləsindən sonra, dəfələrlə qapıları dəyişdirilmiş, mənzilin elektrik sistemi yenidən çəkilmiş, mənzil təmir olunmuş, santexnika işləri yenidən qurulmuş, hamamı təmir olunmuş, istilik qazanı təzəsi ilə əvəz olunmuş və digər işlər görülmüşdür. Bu işlərə 10000 manatdan çox xərc çəkilmişdir. Mübahisələndirilən miras əmlakın əldə olunan pulundan əlavə Cavabdeh öz hesabından 20000 manatdan çox pul xərcləmişdir. Bütün bu halları sübut etmək üçün iddiaçının əlində kifayət qədər sübut, sənəd və şahidləri vardır. Həmin şahidlər və sübutlar məhkəməyə təqdim olunacaqdır. İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkili X3 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı X6 dəfni, hüzr mərasimi, keçirilən mərasim məclisləri, qəbir kompleksinin hazırlanması, mərhumun evində və avtomaşınında aparılan təmir işləri, mərhumla bağlı görülən digər işlərlə əlaqədar çəkilən 68000 xərclərə aid edilməsi və həmin 68000 manat pulun yarısı olan 34000 manat pul ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulması, Cavabdeh tərəfindən miras əmlakın pulundan əlavə xərclədiyi 20000 manat pula vərəsə kimi aid edilməsi, X6 mərasim məclislərinə miras əmlakın pulundan əlavə xərclənmiş 20000 manat pulun yarısı olan 10000 manat məbləğində pul, ödənilmiş 130 manat məbləğində dövlət rüsumu və 200 manat ödənilmiş vəkil pulu, cəmi 44330 manat pul cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək məhkəmədən, Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən cavabdehə verilən xx.xx.2020-ci il tarixli X12 qalan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 8 ünvanında, 64 nömrəli, 2 otaqlı, ümumi sahəsi 47,6 kv.metr mənzilinin naturada bölünməsi, bu hal mümkün olmasa hərraca çıxarılmaqla satılması və dəyərinin ½ hissəsinin iddiaçıya verilməsi, 1998-ci il buraxılışı “Mercedes E-240” minik markalı ** KT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin alqı-satqı qiymətinin müəyyən edilməsi və dəyərinin ½ hissəsinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, X12 miras qalmış: 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl dişi, 6403 ABŞ dolları məbləğində pul, 1 ədəd qara rəngli “Samsung” markalı planşeti, 1 ədəd “Samsung’ markalı mobil telefonuna dair əmlakının dəyərinin müəyyən edilməsi ilə ½ hissəsinin cavabdeh tərəfindən İddiaçı ödənilməsi, məhkəmə zamanı cavabdeh tərəfindən iddiaçıya borclu olması və onun həmin borcu digər qayda ilə ödəməkdən imtina etməsi faktı müəyyən edildikdə, tutmanın borcluya aid miras payından çıxarılıb iddiaçının payına birləşdirilməsi yolu ilə yönəldilməsi, məhkəmə xərclərinə aid iddiaçı tərəfindən vəkilin iştirakı üçün 100 manat vəkil orderinə, dövlət rüsumuna 100 manat, cəmi isə 200 manat məbləğində xərclənmiş pulun, cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia ərizəsi üzrə iddiaçı, qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında ilk iddianı müdafiə edərək, qarşılıqlı iddiaya etiraz etdi və məhkəmədən ilkin iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. İlkin iddia ərizəsi üzrə cavabdeh, qarşılıqlı iddia ərizəsi üzrə iddiaçının nümayəndəsi və vəkili X22 məhkəmə iclasında ilkin iddianı qismən qəbul edərək, qarşılıqlı iddianı müdafiə etdi. Məhkəmədən ilkin iddianın qismən təmin edilməsini, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, ilkin iddia qismən əsaslıdır, qarşılıqlı iddia isə əsassızdır. Buna görə də ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə rədd olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 5292/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, ilkin iddianın qismən təmin edilməsi, Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən X10na məxsus Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47,6 kv.metr, yaşayış sahəsi 28,81 kv.metr, yardımçı sahəsi 18,79 kv.metr olan 2 otaqlı mənzilə dair verilmiş xx.xx.2020-ci il tarixli, habelə “Mercedes-Benz E 240” minik markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilə dair verilmiş xx.xx.2020-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, X19 məxsus olmuş miras əmlakların - Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47,6 kv.metr, yaşayış sahəsi 28,81 kv.metr, yardımçı sahəsi 18,79 kv.metr olan 2 otaqlı mənzilin, 1988-ci il buraxılışlı, “Mercedes Benz E 240” minik markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilin, 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyünün, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyünün, 1 ədəd qızıl boyunbağının, 1 ədəd qızıl qolbağının, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğasının, 7 ədəd qızıl dişin, 1 ədəd qara rəngli “Samsung” markalı planşetin, 1 ədəd “Samsung” markalı mobil telefonun, 6403 ABŞ dolları məbləğində pulun, 74 Yuan Çin pulunun, 200 Rusiya rublunun 1\2 hissəsinə İddiaçı vərəsə olmasının tanınması, qarşılıqlı iddianın təmin edilməməsi qət edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 2V-450 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X14 vərəsələri İddiaçı və o, miras əmlakdan ½ hissədə pay almalıdır. Digər vərəsə Cavabdeh ½ hissədə payı açıq qalır. Şəhadətnamədə verilən miras əmlak X19 məxsus olan 1 ədəd üzərində qaşı olan kişi üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl diş, 1 ədəd qara rəngli “Samsung” markalı planşet, 1 ədəd “Samsung” markalı mobil telefon, 6403 ABŞ dolları, 74 Yuan Çin pulu, 200 Rusiya rublunun ½ hissəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 2V-451 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X14 vərəsələri İddiaçı və o miras əmlakdan ½ hissədə pay almalıdır. Digər vərəsə Cavabdeh ½ hissədə payı açıq qalır. Şəhadətnamədə verilən miras əmlak Ağcabədi RQİ və TBŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli BD169346 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WBD2100611A749719, mühərrik nömrəsi **********2477 və buraxılış ili 1998-ci il olan “Mercedes Benz E240” minik markalı ** OS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 2V-452 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X14 vərəsələri İddiaçı və o miras əmlakdan ½ hissədə pay almalıdır. Digər vərəsə Cavabdeh ½ hissədə payı açıq qalır. Şəhadətnamədə verilən miras əmlak Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2015-ci il tarixdə X19 verilmiş **********45-05101-093038 reystr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47.6 kv.metr, yaşayış sahəsi 28.81 kv.metr, yardımçı sahəsi 18.79 kv.metr, 2 otaqlı olan mənzildəki ½ hissədən ibarətdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 2V-161 saylı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, xx.xx.2019-cu il tarixdə vəfat etmiş X14 vərəsələri Cavabdeh və o miras əmlakdan ½ hissədə pay almalıdır. Şəhadətnamədə verilən miras əmlak AR DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2011-ci il tarixli AB565103 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi WDB2100611A749719, mühərrik nömrəsi **********2477 və buraxılış ili 1998-ci il olan “Mercedes Benz E240” minik markalı ** OS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsindən ibarətdir. İş materiallarında olan satıcı Cavabdeh ilə alıcı X26 arasında bağlanılmış xx.xx.2020-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsindən görünür ki, ban nömrəsi WDB2100611A749719, mühərrik nömrəsi **********2477 və buraxılış ili 1998-ci il olan “Mercedes Benz E240” minik markalı ** OS *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi satıcı tərəfindən 11000 manata alıcıya satılmışdır. İş üzrə şahid qismində dindirilmiş X26 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o X10 ilə yaxın dost olmuş, onunla eyni sinifdə oxumuş və qonşu olmuşlar. Mərhumun bütün dəfn və mərasim xərclərini Cavabdeh özü qarşılamışdır. Mərhumdan qalan avtomobili 6000 manata o almış, 5000 manata da dövlət nömrə nişanı alaraq, 11000 manata üçüncü şəxsə satmışdır. Mərhum dəfn olduğu yerdən çıxarılaraq, Yasamal qəbiristanlığında anasının və qardaşının yanında dəfn edilmiş və onların məzarının hazırlanması üçün Cavabdeh tərəfindən 10000 manat pul verilmişdir. Mərhumdan qalan qızıl-zinyət əşyaları isə 2200 manata satılmışdır. Mərhumdan qalan maşının və qızılların satışından əldə olunan pullar evin təmirinə və yas mərasiminin keçirilməsinə xərclənmişdir. Bütün bu proseslərdə o və X22 birlikdə iştirak etmişlər. O, X28 Tofiq adlı qardaşının olmasını yalnız onun dəfnində öyrənmişdir. İş üzrə şahid qismində dindirilmiş X22 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, o, 45 ildir ki, mərhum Səfər Məmmədovu tanıyırdı, onlar eyni məktəbdə oxumuş və qonşu olaraq yaşamışdır. Mütəmadi olaraq mərhumun evinə gediş-gəlişi olmuşdur. Mərhum ilk olaraq xristian qəbiristanlığında dəfn olunan zaman o, iştirak etməmiş, qardaşı İddiaçı orda olmuşdur. Mərhumdan qalan qızıl və maşının satışından qalan pullar evin təmir olunmasına və hüzr mərasiminin keçirilməsinə xərclənmişdir. Mərhum dəfn olduğu yerdən çıxarılaraq, Yasamal qəbiristanlığında anasının və qardaşının yanında dəfn edilmiş və onların məzarının hazırlanması üçün Cavabdeh tərəfindən 10000 manat pul verilmişdir. X28 hüzr mərasimi Cavabdeh tərəfindən ödənilmişdir. İş üzrə şahid qismində dindirilmiş X9 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, Səfər Məmmədov ilə ailəvi yaxın olmuşdur. Mərhumun vəfat etdiyi günün səhəri o, hüzr mərasimində molla olaraq həm ilkin məclisi aparmışdır. Hüzr mərasimində iştrak etdiyinə görə təxminən 700 manat məbləğində pul ona Cavabdeh tərəfindən ödəniş edilmişdir və mərasimdə də digər xərclərin Cavabdeh tərəfindən ödənildiyini eşitmişdir. İş üzrə şahid qismində dindirilmiş X23 məhkəmə iclasında verdiyi ifadəsində göstərmişdir ki, mərhum ilkin olaraq rus qəbiristanlığından dəfn edilmiş, sonradan mərhumun nəşi Yasamal qəbiristanlığına köçürülmüşdür. O, dəfndə iştirak etmişdir. Dəfndə və hüzr mərasimlərinin keçirilməsi üçün pul Cavabdeh tərəfindən ödənilmişdir. İşin Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-5292/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş hallarına əsasən, iddiaçı ilə cavabdeh doğma qardaş bacı, X25 isə onların ögey (ana bir, ata ayrı) qardaşları olmuşdur. X14 mülkiyyətində xx.xx.2015-ci il tarixdə dövlət qeydiyyatına alınmış (Qeydiyyat nömrəsi: **********) Bakı şəhəri Xətai rayonu, Xocalı prospekti, ev 8 ünvanında yerləşən 64 saylı mənzil, “Mercedes Benz E 240” minik markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobil və Azərbaycan Respublikasının DİN-nin Maliyyə-Plan İdarəsinin depozitində saxlanılan qızıl-zinət əşyaları və pul vəsaiti olmuşdur. X25 xx.xx.2019-cu il tarixdə ölmüş və ondan miras qalmış mənzilə dair xx.xx.2020-ci il tarixdə, “Mercedes Benz E 240” minik markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilə dair xx.xx.2020-ci il tarixdə yalnız cavabdehə qanun üzrə vərəsəlik şəhadətnamələri verilmişdir. Qanuni qüvvəsini almış həmin məhkəmə qətnaməsi ilə Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 47,6 kv.metr, yaşayış sahəsi 28,81 kv.metr, yardımçı sahəsi 18,79 kv.metr olan 2 otaqlı mənzilin, 1988-ci il buraxılışlı, “Mercedes Benz E 240” minik markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobilin, 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyünün, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyünün, 1 ədəd qızıl boyunbağının, 1 ədəd qızıl qolbağının, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğasının, 7 ədəd qızıl dişin, 1 ədəd qara rəngli “Samsung” markalı planşetin, 1 ədəd “Samsung” markalı mobil telefonun, 6403 ABŞ dolları məbləğində pulun, 74 Yuan Çin pulunun, 200 Rusiya rublunun 1/2 hissəsinə İddiaçı vərəsə olması tanındıqdan sonra sonuncuya xx.xx.2021-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilmişdir. Qətnamə qanuni qüvvəsini aldığından, məhkəmə hesab edir ki, qətnamə ilə müəyyən edilmiş halların hazırkı iş üzrə preyudisial qüvvəsi vardır. İlk iddianın “Bakı şəhəri 18 saylı Notariat Kontoru tərəfindən cavabdehə verilən xx.xx.2020-ci il tarixli X12 qalan Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 8 ünvanında, 64 nömrəli, 2 otaqlı, ümumi sahəsi 47,6 kv.metr mənzilinin naturada bölünməsi, bu hal mümkün olmasa hərraca çıxarılmaqla satılması və dəyərinin ½ hissəsinin iddiaçıya verilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213-cü maddəsinə görə iki və ya bir neçə şəxsin mülkiyyətində olan əmlak ümumi mülkiyyət, şəxslərin hər birinin mülkiyyətində (hüququnda) olan payı müəyyənləşdirildikdə isə ümumi paylı mülkiyyət hesab olunur. Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Eyni Məcəllənin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Göründüyü kimi, qanunvericilik əmlakın naturada bölünməsini bir sıra şərtlərdən asılı etmişdir. Belə ki, birincisi paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun olaraq paylarının naturada ayrılmasını tələb etmək hüquqları vardır. İkincisi isə mülkiyyətçi olmaq üçün mülkiyyət hüququ dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə araşdırılması zamanı isə müəyyən edilmişdir ki, mübahisəli Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, ev 8, 64 nömrəli mənzilə dair həm ilk İddiaçı, həm də ilk Cavabdeh qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələr verilsə də, lakin həmin mənzil vərəsələrin paylarına uyğun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır. Odur ki, məhkəmə hesab edir ki, nə qədər ki, tərəflərin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmamışdır, mənzilin naturada bölünməsi barədə ilkin iddia tələbi əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin ilkin iddianın ““Mercedes E-240” minik markalı ** KT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin alqı-satqı qiymətinin müəyyən edilməsi və dəyərinin ½ hissəsinin cavabdeh tərəfindən iddiaçıya ödənilməsi, X12 miras qalmış: 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl dişi, 6403 ABŞ dolları məbləğində pulun ½ hissəsinin cavabdeh tərəfindən İddiaçı ödənilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, ilk iddia qeyd edilən hissədə əsaslıdır. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə və həmçinin ilk iddiaçıya xx.xx.2021-ci il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, iddiaçının mübahisəli avtomobilə və 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyünə, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyünə, 1 ədəd qızıl boyunbağıya, 1 ədəd qızıl qolbağa, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğasına, 7 ədəd qızıl dişə, 6403 ABŞ dolları məbləğində pul vəsaitinə ½ hissədə pay hüququ tanınmışdır. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh öz iddia tələblərini əsaslandırarkən qarşılıqlı iddiasında göstərmişdir ki, X6 dəfn və hüzr mərasimlərinin həyata keçirilməsi üçün tərəfindən göstərilən avtomobil, qızıl zinət əşyaları satılmış və satışdan əldə edilən pul vəsaiti və 6403 ABŞ dolları pul vəsaiti hesabına həmin xərclər qarşılanmışdır. Qarşılıqlı iddia ərizəsində sadalanan qızıl zinət əşyalarının ümumilikdə 2200 manata satıldığı qeyd edilmişdir. Həmçinin mülki işin materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin alqı-satqı müqaviləsinin surətindən görünür ki, mübahisəli avtomobil Cavabdeh nümayəndəsi X22 tərəfindən (Cavabdeh X16 verilmiş etibarnamə əsasında) X20 11000 manata satılmışdır. Qarşılıqlı iddiaçı Cavabdeh göstərilən mübahisəli əmlakları satması və pulu xərcləməsi həm özü tərəfindən qarşılıqlı iddia ərizəsində etiraf edilmişdir, həm də iş materialları ilə sübut olunur. Lakin Cavabdeh göstərilən əmlaklardan əldə edilmiş pulu və miras qalmış 6403 ABŞ dollarını miras qoyan X28 dəfn və hüzr mərasimləri üçün xərcləməsi işin heç bir mötəbər sübutu ilə sübuta yetirilmir. Halbuki, Cavabdeh özünün Səfər Məmmədovun tək vərəsəsi olmadığını, özündən başqa digər doğma qardaşının da vərəsə olmalı olduğunu bilirdi. Həmçinin onun göstərilən avtomobili təmir etdirməsi daha sonra satması, yəni avtomobilin dəyərinin yaxşılaşdırılması, X28 dostuna olan borcunu ödəməsi barədə gətirdiyi arqumentlər də işin hər hansı halı ilə sübut olunmur. Beləliklə, sadalanan xüsusatlara və Mülki Prosessual Məcəllənin 191-ci maddəsinə əsasən və məhkəmə hesab edir ki, ilk iddia qeyd edilən hissələrdə təmin edilərək, qızıl zinət əşyalarının qarşılıqlı iddia ərizəsində iddiaçı tərəfindən 2200 manata satılması və həmin qızıl zinət əşyalarında ilk iddiaçının payı nəzərə alınaraq, dəyərinin yarısı olan 1100 manat, mübahisəli avtomobilin 11000 manat dəyərində satılmasından əldə edilən pul vəsaitinin ilk iddiaçının payına mütənasib 5500 manat hissəsi və 6403 ABŞ dolları məbləğində pul vəsaitinin isə yenə ilk iddiaçının payına uyğun olaraq 3201,5 ABŞ dolları hissəsi Cavabdeh alınaraq, İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Məhkəmə ilk iddianın “1 ədəd qara rəngli “Samsung” markalı planşeti, 1 ədəd “Samsung” markalı mobil telefonuna dair əmlakının dəyərinin müəyyən edilməsi ilə ½ hissəsinin cavabdeh tərəfindən İddiaçı ödənilməsi” barədə hissəsini araşdıraraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməməlidir. Belə ki, 1 ədəd qara rəngli “Samsung” markalı planşet və 1 ədəd “Samsung” markalı mobil telefon mövcud olmadığından və ilk iddiaçı tərəfindən mövcudluğu sübuta yetirilmədiyindən dəyərinin müəyyənləşdirilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən qeyd olunan əmlakların dəyərinin müəyyənləşdirilməsi üçün qiymətləndirici cəlb edilmiş, lakin həmin əşyalar mövcud olmadığı üçün dəyərini müəyyən etmək mümkün olmamışdır. İlk iddiaçı tərəfindən təqdim edilən “Samsung” markalı telefon və eyni markalı planşet əks olunan fotoşəkildən isə müəyyən olunur ki, telefon və planşet üzərində cızıqlar vardır. Bu isə istər-istəməz əmlakın qiymətləndirilməsi zamanı onun işlək vəziyyətdə olub-olmamasını şübhə altına alır, həmçinin, işlək vəziyyətdə olsa belə dəyərinin hansı məbləğdə azalmasını müəyyən etməyə maneə olur. Bundan başqa, ilk iddiaçının ½ hissədə payının müəyyən olunduğu qətnamədə də telefonun və planşetin “Samsung” markalı telefon olması qeyd edilsə də, lakin onların modeli və ilinin qeyd edilməməsi vizual olaraq da telefon və planşetin dəyərini müəyyən etməyə imkan vermir. Məhkəmə hesab edir ki, göstərilən hallar ilk iddiaçı tərəfindən verilən sübutlar əsasında müəyyən edilməli olduğundan, belə sübutlar isə onun tərəfindən məhkəməyə təqdim edilmədiyindən, ilk iddia göstərilən hissədə əsassızdır və təmin edilməməlidir. Məhkəmə həmçinin ilk iddianın “məhkəmə zamanı cavabdeh tərəfindən iddiaçıya borclu olması və onun həmin borcu digər qayda ilə ödəməkdən imtina etməsi faktı müəyyən edildikdə, tutmanın borcluya aid miras payından çıxarılıb iddiaçının payına birləşdirilməsi yolu ilə yönəldilməsi” barədə hissəsinə hüquqi qiymət verərək, hesab edir ki, ilk iddia göstərilən hissədə də əsassızdır. Belə ki, Cavabdeh ilk İddiaçı xeyrinə tutulmuş pul vəsaitlərinin ödənilməsindən imtina edilməsi barədə faktın məhkəmədə əvvəlcədən müəyyən edilməsi mümkünsüzdür. Bundan başqa, borcun ödənilməsi üsulu gələcəkdə qətnamənin icrası zamanı müəyyən edilməlidir. Odur ki, ilk iddia göstərilən hissədə də təmin edilməməlidir. Məhkəmə qarşılıqlı iddia tələblərinin “ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı X6 dəfni, hüzr mərasimi, keçirilən mərasim məclisləri, qəbir kompleksinin hazırlanması, mərhumun evində və avtomaşınında aparılan təmir işləri, mərhumla bağlı görülən digər işlərlə əlaqədar çəkilən 68000 xərclərə aid edilməsi və həmin 68000 manat pulun yarısı olan 34000 manat pul ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulması, Cavabdeh tərəfindən miras əmlakın pulundan əlavə xərclədiyi 20000 manat pula vərəsə kimi aid edilməsi, X6 mərasim məclislərinə miras əmlakın pulundan əlavə xərclənmiş 20000 manat pulun yarısı olan 10000 manat məbləğində pulun İddiaçı alınaraq Cavabdeh ödənilməsi barədə hissələrini araşdıraraq hesab edir ki, qarşılıqlı iddia göstərilən hissələrdə qarşılıqlı iddiaçı tərəfindən işin hər hansı mötəbər sübutu ilə sübut olunmadığından, təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ilk iddia tələbi qismən təmin edildiyindən, ilk iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu olan 100 manat ilk cavabdehdən tutularaq ilk iddiaçının xeyrinə ödənilməlidir. Həmçinin hüquqi yardıma görə ilk iddiaçı tərəfindən 200 manat məbləğində pul vəsaitinin ödənilməsi isə iş materialları ilə müəyyən edilmədiyindən, göstərilən hissədə ilk iddia təmin edilməməli, qarşılıqlı iddia tələbləri təmin edilmədiyindən, qarşılıqlı iddiaçı tərəfindən ödənilmiş 130 manat dövlət rüsumu və vəkil xidmətlərindən istifadəyə görə ödənilmiş 200 manat pul vəsaiti qarşılıqlı iddiaçının özünə aid edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yenə həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İlk iddia qismən təmin edilsin. İddiaçı “Mercedes Benz E 240” minik markalı, ** KT *** dövlət qeydiyyat nişanlı avtomobildəki payına uyğun olaraq 5500 (beş min beş yüz) manat, 1 ədəd üzərində qaşı olan kişi qızıl üzüyü, 2 ədəd üzərində qaşı olan qadın qızıl üzüyü, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl qolbağı, 2 ədəd üzərində altı qaşı olan qadın qızıl sırğası, 7 ədəd qızıl dişdə olan payına uyğun olaraq 1100 (min yüz) manat və 6403 ABŞ dolları pul vəsaitində olan payına uyğun olaraq ödəniş gününə qüvvədə olan məzənnə ilə 3201,5 (üç min iki yüz bir dollar əlli sent) ABŞ dolları məbləğində Azərbaycan Respublikası manatı, həmçinin ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı ödənilsin. İlk iddia qalan hissədə təmin edilməsin. İddiaçı Cavabdeh İddiaçı qarşı - ilkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı X6 dəfni, hüzr mərasimi, keçirilən mərasim məclisləri, qəbir kompleksinin hazırlanması, mərhumun evində və avtomaşınında aparılan təmir işləri, mərhumla bağlı görülən digər işlərlə əlaqədar çəkilən 68000 xərclərə aid edilməsi və həmin 68000 manat pulun yarısı olan 34000 manat pul ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulması, Cavabdeh tərəfindən miras əmlakın pulundan əlavə xərclədiyi 20000 manat pula vərəsə kimi aid edilməsi, X6 mərasim məclislərinə miras əmlakın pulundan əlavə xərclənmiş 20000 manat pulun yarısı olan 10000 manat məbləğində pulun, ödənilmiş 130 manat məbləğində dövlət rüsumu və 200 manat ödənilmiş vəkil pulu, cəmi 44330 manat pulun cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh xeyrinə tutulması barədə qarşılıqlı iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar