Məhkəmə qərarları › İş №2(011)-3379/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3379/2022

23.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3379/2022 23.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı (abonent kodu: **********00000) ilə bağlı Cavabdeh əməkdaşları tərəfindən tərtib olunmuş aktlara görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 2124 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı ünvan 1 ünvanında öz ailə üzvləri ilə birlikdə yaşayır, vaxtı-vaxtında ona aid qaz sayğacından qanunauyğun formada istifadə etmiş, evdə quraşdırılmış qaz sayğacı onun adına rəsmiləşdirilmişdir, Cavabdeh İB-nin əməkdaşları iddiaçının məlumatı olmadan sözügedən ünvana gəlmiş, guya həmin ünvana baxış keçirtmiş, iddiaçının guya təbii qazdan qeyri-qanuni istifadə etdiyini aşkar etmişdirlər, buna görə də müxtəlif vaxtlarda akt tərtib edərək itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 3 akt – 30 iyul 2021-ci il tarixdə 583,20 manat, 29 oktyabr 2021-ci il tarixdə 892,80 manat, 30 noyabr 2021-ci ildə 648 manat olmaqla, ümumilikdə 2124 manat məbləğində əsassız borc yazmışdırlar, sözügedən aktlar iddiaçının iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır, Aktlara əlavə olunmuş fotoşəkil isə həmin ünvana məxsus deyildir, yəni həmin aktlara əlavə olunan fotoşəkil iddiaçıya məxsus fərdi yaşayış evində çəkilməmişdir, başqa sözlə sözügedən ünvanda təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır, Birliyin əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında Birliyin əməkdaşlarından ibarət hesablama komissiyası tərəfindən verilmiş 30 iyul 2021-ci il tarixli rəydə iddiaçıya məxsus ünvanda guya mövcud olmuş qaz cihazlarının adı göstərilmişdir, ünvanda “PQ-4” və “QSSQ” qeyd olunmuş, PQ-4 tipli qaz plitəsinin saatlıq qaz sərfiyyatı 1,2 kub metr olmaqla orta günlük iş rejimi 24 saat, “QSSQ-nin saatlıq qaz sərfiyyatı 1,5 kub metr orta günlük iş rejimi 24 saat olmaqla orta günlük iş rejimi 24 saat, hesabat müddəti isə hər iki cihaz üçün 90 gün götürülmüşdür, 30 iyul 2021-ci il tarixli aktda göstərilən 90 günlük müddət ilin isti vaxtlarına (may, iyun və iyul aylarına) təsadüf etdiyindən bu dövrdə qaz sərfiyyatı ən minimum səviyyədə olduğu üçün ilin bu mövsümündə təbii qazdan qeyri-qanuni istifadə edilməsinə heç bir zərurət yaranmır, aktlar göstərilən müddətlər isə əsasən ilin isti vaxtlarını əhatə etdiyi üçün bu dövrdə qaz sərfiyyatınm Birlik tərəfindən tərtib olunan hesablama rəylərində göstərildiyi kimi olmaması açıq aydın görünür, digər tərəfdən rəylərdə göstərilən məişət qaz cihazlarının nəinki may, iyun və iyul alarında, hətta qış aylarında 24 saat fasiləsiz işləməsi heç bir halda ağlabatan ola bilməz, istənilən məişət qaz cihazının 24 saat fasiləsiz işləməsi heç bir halda mümkün deyildir, bu halı onların istifadə qaydasına dair istehsalçı tərəfindən verilmiş təlimatlarında belə qadağan edilir, Cavabdeh İB-nin əməkdaşlarından ibarət hesablama komissiyasının rəyində guya iddiaçıya məxsus ünvanda təbii qaz ilə işləyən “QSSQ” adlı isitmə cihazının mövcud olması qeyd olunmuşdur, əslində bu hal həqiqəti əks etdirmir, Birliyin əməkdaşları tərəfindən aktlarda qeyd olunan cihazlardan yeganə PQ-4 tipli qaz plitəsi və aktlarda qeyd olunmayan su qızdırıcı cihaz (pitminutka) mövcuddur, lakin buna baxmayaraq, Komissiya mövcud olmayan cihaza görə sərfiyyat hesablamış və əsassız borc yükləmişdir, bu onu deməyə əsas verir ki, birliyin əməkdaşları mənə məxsus ünvana baxış keçirtmədən akt tərtib etmiş, akta isə öz fərziyyələrinə uyğun, işin həqiqi hallarından kənar məlumatlar daxil etmişdirlər, aktda göstərilən istilik sistemləri mövcud olmadığı halda buna görə sərfiyyatın hesablanması, bu sərfiyyata görə məndən hər hansı bir məbləğin tələb olunması heç bir halda ədalətli və qanuni ola bilməz, birlik tərəfindən göstərilən cihazların saatlıq sərfiyyatı ilə də razı deyildir, Birlik tərəfindən aparılmış hesablamalarda yalnız PQ-4 tipli qaz cihazına görə mənə bir aylıq dövr üçün 86 manat ekvivalentində sərfiyyat hesablanmışdır ki, bu da ağlabatan deyildir, Birlik sözügedən ünvana qaz sərfiyyatına görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələrə əsaslanmışdır, təşkil olunmuş komissiyanın rəyində iddiaçıya məxsus ünvanda istifadə olunan qaz cihazları və onların saatlıq sərfiyyatı qeyd edilmişdir, lakin həmin cihazların reallıqda mövcud olması və qaz sərfiyyatının komissiyanın rəylərində göstərildiyi kimi olmasına dair hər hansı bir sübut göstərilməmişdir, digər tərəfdən Cavabdeh İB tərəfindən təşkil olunmuş komissiyanın üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə də iş materiallarında hər hansı bir sübut mövcud deyildir, komissiyanın sırf Cavabdeh İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir, belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Həmçinin iddiaçının nümayəndəsi bildirdi ki, cavabdeh təşkilat tərəfindən iddiaçının hesabına 2019-cu ildə də akt əsasında 621 manat borc yazılmış, həmin borc məhkəmə qətnaməsi ilə 2021-ci ildə ləğv olunmuşdur, iddiaçının ünvanında qeyri-qanuni xətt yoxdur, o heç sayğaca əl vurmamışdır, buna görə aktları da imzalamaqdan imtina etmişdir. Sonda iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir, iddiaçının yaşadığı ünvanda yerləşən sayğaca Cavabdeh İB-in əməkdaşları tərəfindən baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə etdiyi aşkar olunmuş, bu barədə 2021-ci ildə aktlar tərtib olunaraq dəymiş ziyanın hesablanması və ödənilməsi qərara alınmışdır, həmin aktlar əsasında iddiaçının abonent hesabına borc hesablanmışdır və hazırda da həmin borc iddiaçıdan tələb olunur, bugün həmin qeyri-qanuni xətlər olmaya bilər, iddiaçı onu ləğv etmiş ola bilər. Sonda R.Əliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, İtron G-4 markalı 1102AQ**********1 nömrəli sayğac yeni nəsil 4 markalı İTGC**********96 nömrəli sayğac ilə əvəz olunmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* saylı akta əsasən, sayğacın plastmas borusunun deşilməsi nöqsan aşkar olunmuş, itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması barədə qeyd əks olunmuşdur. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2019-cu il tarixli tələbnamənin surətindən görünür ki, **********00000 saylı abonent kodu üzrə xx.xx.2019cu il tarixli ******* saylı Akta əsasən itirilmiş qazın bərpası üzrə 6210 metr3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi barədə nöqsan aşkar olunmuş, itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması və ödənilməsi barədə qeyd əks olunmuşdur. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2021-ci il tarixli tələbnamənin surətindən görünür ki, **********00000 saylı abonent kodu üzrə xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən, itirilmiş qazın bərpası üzrə 5832 metr3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi barədə nöqsan aşkar olunmuş, itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması və ödənilməsi barədə qeyd əks olunmuşdur. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2021-ci il tarixli tələbnamənin surətindən görünür ki, **********00000 saylı abonent kodu üzrə xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üçün 8928 metr3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi barədə nöqsan aşkar olunmuş, itirilmiş qazın bərpası üçün dəymiş ziyanın hesablanması və ödənilməsi barədə qeyd əks olunmuşdur. İş materiallarında olan “Dəymiş ziyanın bərpasına dair” xx.xx.2021-ci il tarixli tələbnamənin surətindən görünür ki, **********00000 saylı abonent kodu üzrə xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 5400 metr3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli ******* saylı “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” aktın surətindən görünür ki, Smart G-4 markalı **********6 nömrəli sayğac Smart 4 markalı **********360 nömrəli sayğac ilə əvəz olunmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli abonentin saldosundan görünür ki, İddiaçı **********00000 saylı abonent kodu üzrə 02/2019 tarixinə 621, 07/2021 tarixinə 583,20, 10/2021 tarixinə 892,80, 11/2021 tarixinə 648 manat, 02/2022 tarixinə 518,40 manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Gasrep sənədindən görünür ki, İddiaçı məxsus **********00000 abonent koduna 11/2020 tarixi üzrə 621 manat, 10/2021 tarixi üzrə 562,20 manat, 11/2021 tarixi üzrə 892,8 manat, 1/2022 tarixi üzrə 648 manat borc yazılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli abonentin saldosundan görünür ki, İddiaçı **********00000 saylı abonent kodu üzrə 02/2019 tarixinə 621 manat, 07/2021 tarixinə 583,20, 10/2021 tarixinə 892,80, 11/2021 tarixinə 648 manat, 02/2022 tarixinə 518,40 manat borc hesablanmışdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-2887/2021 saylı Qətnaməsindən görünür ki, ünvan 1 ünvanı üzrə İddiaçı (abonent kodu: **********00000) hesablanmış 621 (altı yüz iyirmi bir) manat məbləğində borc silinməsi qət edilmişdir. Beləliklə, məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, İddiaçı ona məxsus ünvan 1 ünvanında təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, həmin ünvan üzrə cavabdeh tərəfindən “sayğacın plastmas borusunun deşilməsi, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etməsi” nöqsanı qeyd edilməklə xx.xx.2019-cu il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı və xx.xx.2021-ci il tarixli ******* saylı aktlar tərtib olunmuş, həmin aktlar əsasında iddiaçının abonent hesabına müvafiq olaraq 621 manat, 583,20 manat, 892,80 manat, 648 manat borc hesablanmışdır, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 2887/2021 saylı Qətnaməsi ilə ünvan 1 ünvanı üzrə İddiaçı (abonent kodu: **********00000) hesablanmış 621 manat məbləğində borc silinmişdir, iddiaçının mənzilində yerləşən sayğac xx.xx.2022-ci il tarixdə cavabdeh tərəfindən yenisi ilə əvəzləşdirilmişdir, hazırki iddia tələbi iddiaçının abonent koduna hesablanmış 2124 (583,20+892,20+648=2124) manat borcun silinməsi barədədir. Bununla belə, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış 2124 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Məhkəmə, iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddiaçının sayğaca müdaxilə etməsi halları müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, İddiaçı **********00000 saylı abonent kodu üzrə Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 2124 manat silinməlidir. Məhkəmə, məhkəmə xərclərinin kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi təmin olunduğundan, məhkəmə xərcləri cavabdehə aid edilməli, iddia ərizəsinin məhkəməyə verilməsi məqsədilə nəzərdə tutulan 41,24 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan xərclərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00000 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 2124 (iki min yüz iyirmi dörd) manat borc silinsin. Cavabdehndən 41 (qırx bir) manat 24 (iyirmi dörd) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar