Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-341/2025 16.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Hökməli qəsəbəsi ərazisində yerləşən mənzildə **********03280 saylı istehlakçı hesabına hesablanmış 2473,90 manat borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etməklə yanaşı, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı qeyd etmişdir ki, silinməsini tələb etdiyi borc Abşeron Rayon Məhkəməsinin 2(012)-4623/2021 saylı 30 avqust 2021-ci il tarixli qətnaməsinə əsasən silinsə də, cavabdeh təşkilat hələ də ondan tutulmalar apardığı üçün bu iddianı qaldırmaq məcbriyyətində qalıb. İş üzrə Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraatın xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. İş materiallarında olan Abşeron Rayon Məhkəməsinin 2(012)-4623/2021 saylı 30 avqust 2021-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh İddiaçı qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən iddiaçı Cavabdehnə vurulmuş 2898,80 manat zərərin və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 2928,80 manat pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçının "xxxx" ASC-nin Azəriqaz şöbəsi üzrə bank hesabına ödənilməsini xahiş etmiş, iddia tələbi qismən təmin edilmiş, Cavabdeh X1 istifadə qaydalarının pozulması haqqında 12 yanvar 2018-ci il tarixli ******* saylı aktına əsasən İddiaçı təbii qazdan qeyri-qanuni istifadəyə görə 424,90 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 454,90 manat pul vəsaitinin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamədən görünür ki, məhkəmə hesab etmişdir ki, Cavabdeh Bakı X4 Departamentinin X5 qaydalarının pozulması haqqında aktlara əsasən istehlakçıya məxsus qeyri-yaşayış (yaşayış) sahəsində təbii qazın uçotu və X5 Qaydalarına riayət olunması yoxlanılmış və sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə etməsi müəyyən edilmiş, cavabdeh İddiaçı onunla bağlanılmış Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş və onun X5yə görə 2898.80 manat borcu yaranmışdır. Həmin borc hesablanarkən vurulmuş ziyan Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 14 mart 2011-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş İstehlakçılar tərəfindən X5 qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması Qaydaları əsas götürülmüşdür ki, məhkəmə bunu qismən əsaslı hesab edir. Məhkəmə Azəriqaz İstehsalat Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş aktlara münasibətdə qeyd edir ki, birinci xx.xx.2018-ci il tarixli ******* saylı aktdan başqa digər aktlar tərtib edilərkən abonent tərəfindən kənar qoşulmanın ləğv edilməsi və qaz borusunun əvvəlki işlək vəziyyətə gətirilməsi və həqiqətən də hər bir akt tərtib edilməmişdən əvvəl həmin kənar qoşulma əvvəlki qoşulma deyil, yeni qoşulma olmasını təsdiq edən hər hansı sübut Cavabdeh İB tərəfindən məhkəməyə təqdim edilməmişdir. Ona görə də, məhkəmə digər aktları doğruluğu şübhə yaratdığı üçün etibarsız hesab etmişdir. Eyni zamanda, Bakı Regional Qaz Satışı Departamenti itirilmiş təbii qazın dəyərinin hesablanması komissiyasının hesabatından görünür ki, 12.01,2018-ci il tarixli ******* saylı akta əsasən istehlakçı İddiaçı qaz sayğacından kənar xətlə istehlak etdiyi qaz PQ4 cihazı vasitəsi ilə işlətdiyindən həmin cihazlara cəmi 4249 m3 orta sərfiyyat hesablanmışdır. Məhkəmə həmin sərfiyyatı əsas götürərək hesab etmişdir ki, sadə riyazi üsulla hesablanma yolu ilə cavabdehin sərf etdiyi 4249 m3 qaz, hazırkı qaz abunəçiləri üçün müəyyən edilmiş 1 m3 =10 qəpik hesabı ilə hesablanaraq (4249 m3x 0.1 = 424.90) 424.90 manat məbləğində müəyyən olunmuşdur. Beləliklə, iş materiallarından görünür ki, Cavabdeh İddiaçı qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair Abşeron Rayon Məhkəməsinə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-4623/2021 saylı 30 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiası qismən təmin edilmiş, Cavabdeh X1 istifadə qaydalarının pozulması haqqında 12 yanvar 2018-ci il tarixli ******* saylı aktına əsasən İddiaçı təbii qazdan qeyri-qanuni istifadəyə görə 424,90 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 454,90 manat pul vəsaitinin Cavabdeh xeyrinə tutulması qət edilmişdir. Həmin qətnamə ilə xx.xx.2018-ci il tarixli ******* saylı aktdan başqa digər aktlar tərtib edilərkən abonent tərəfindən kənar qoşulmanın ləğv edilməsi və qaz borusunun əvvəlki işlək vəziyyətə gətirilməsi və həqiqətən də hər bir akt tərtib edilməmişdən əvvəl həmin kənar qoşulma əvvəlki qoşulma deyil, yeni qoşulma olmasını təsdiq edən hər hansı sübut Cavabdeh İB tərəfindən məhkəməyə təqdim edilmədiyindən digər aktlar etibarsız hesab edilmişdir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi 2473,90 manat borcun hesablanmasına əsas olan aktlar etibarsız hesab edilmiş, həmin borcun İddiaçı tutulması hissəsində iddia rədd edilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri, həmçinin mülki iş üzrə icraata xitam verilməsi barədə qanuni qüvvəyə minmiş qərardad mövcud olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. MPM-nin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. MPM-nin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: İlahə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-341/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-341/2025
16.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver