Məhkəmə qərarları › İş №2(011)-344/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-344/2022

22.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-344/2022 22.09.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosessində olan İddiaçı2 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi və digər” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin faktiki halları:

1. Ləğv prosessində olan İddiaçı2 ASC ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə ***-*******TK110220-01 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə 48 ay müddətinə, illik faiz dərəcəsi 23% olmaqla 75 000 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında eyni tarixdə bağlanmış ödəniş cədvəlində aylıq ödəniş 2403,86 (sonuncu ay üzrə 2456,59) manat müəyyən edilmişdir.

2. Həmçinin, Ləğv prosessində olan İddiaçı2 ASC ilə Cavabdeh2 arasında xx.xx.2020-cu il tarixdə ***-*******TK110220-ZM-01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə borclunun (Cavabdeh1) öhdəliklərini tam icra etməsi öhdəliyini üzərinə götürmüşdür.

3. Eyni zamanda, Ləğv prosessində olan İddiaçı2 ASC ilə Cavabdeh1 arasında ipoteka müqaviləsi bağlanmış, müqaviləyə əsasən Cavabdeh1 məxsus Mənzil müqavilə üzrə nəzərdə tutulan kreditin təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka yüklülüyü xx.xx.2020-ci il tarixdə dövlət qeydiyyatına alınmaqla, bu barədə Çıxarış verilmişdir.

4. İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

5. İddiaçı 66875.80 manat əsas, 7026.20 manat faiz və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə almması üçün ödənilmiş 40 manat rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 32Q. 12 nömrəli mənzilə (bundan sonra – Mənzil) (Yeni qaydalarla: AZ 1118. Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 200, М3. m5 nömrəli mənzilə) yönəlməsi, Mənzilin ilkin satış qiymətinin müəyyən edilməsi və həmin əmlakın açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin kredit borcuna yönəlməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam bağlanması üçün kifayət etmədiyi halda, qalan borc məbləğinin cavabdehlərdən tutulması, ipoteka predmeti olan əmlaka tutma yönəldikdə və əmlak satıldıqdan sonra həmin mənzilin boşaldılaraq, ləğv prosesində olan İddiaçı2 ASC-yə təhvil verilməsi barədə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, “AmrahBank" Açıq Səhmdar Cəmiyyətinin Azadlıq filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli ***- *******TK11D22Q-01 saylı kredit müqaviləsinə əsasən Cavabdeh1 48 ay müddətinə illik 23 faiz dərəcəsi ilə 75000 manat məbləğində kredit verilmişdir. Həmçinin Cavabdeh2lə bank arasında xx.xx.2020-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Tərəflərin razılığına əsasən verilmiş kreditin təminatı kimi tam mülkiyyət hüququ üzrə Cavabdeh1 məxsus Mənzil ipotekaya qoyulmuşdur. Mənzilin ipoteka qoyulması barədə Bank ilə ipoteka qoyan - borc alan Cavabdeh1 arasında 11 fevral 2020-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Bu müqavilə Dövlət notariat kontoru tərəfindən təsdiq edildikdən sonra mənzilin ipoteka ilə yüklü edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli Çıxarış verilmişdir. Bank tərəfindən cavabdehlərə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına, **********270 saylı 08 may 2021-ci il tarixli bildirişin göndərilməsinə baxmayaraq, borcunun qaytarılmasını təmin etməmişdir. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini Ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilməmişdir.

b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdehlər iddia ərizəsinə etirazlarını yazılı şəkildə təqdim etməmişdir.

7. Məhkəmə iclasında verilən izahatlar:

8. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.

9. Cavabdeh1 məhkəmə baxışı zamanı izahat verərək borcun ödənilməsi ilə bağlı ona güzəşt edilməsini xahiş etdi.

10. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzürlü olması barədə məhkəməyə məlumat vermədiklərindən məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

11. Mülki işə tətbiq edilən hüquq:

12. Maddə 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.

13. Maddə 319.1. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

14. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

15. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

16. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

17. Maddə 470.1 Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

18. Maddə 472.2-ci maddəsinə əsasən, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borcun tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

19. Maddə 739.1. borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

20. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

21. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

22. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

23. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

24. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

25. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

“İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu

26. Maddə 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi

27. Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

İşə baxan məhkəmənin mövqeyi:

28. Məhkəmə iddiaçının nümayəndəsinin və Cavabdeh1 izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

29. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, iddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2020-ci il tarixdə Kredit müqaviləsi, həmin müqavilənin təminatı olaraq, Cavabdeh2 arasında zaminlik müqaviləsi və Cavabdeh1 məxsus Mənzilə dair xx.xx.2020-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır.

30. Borc müqaviləsinə verilən anlayışdan görünür ki, həmin müqavilə, tərəflərin bu barədə razılığa gəldikləri (yazılı bağlandıqda tərəflərin onu imzaladığı) andan bağlanmış sayılır. Müqavilə üzrə borc verənin öhdəliyi razılaşdırılmış borc predmetinin (kredit müqaviləsi üzrə pul vəsaitinin) borc alanın mülkiyyətinə verməkdən ibarətdir və onun bu öhdəliyi müqavilə bağlandığı andan yaranır. Borc alanın aldığını eyni ilə qaytarmaq öhədliyi isə borc prdmetini (kredit müqaviləsi üzrə pul vəsaitini) aldıqdan sonra yaranmış olur.

31. İşin mübahisəsiz halıdır ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit (borc) müqaviləsi bağlanmış, iddiaçı müqavilədə nəzərdə tutulmuş pul vəsaitini həmin cavabdehə verməklə öhdəlyini icra etmişdir. Lakin Cavabdeh1 aldığı pul vəsaitini müqavilənin əlavəsi olan ödəniş qrafikinə uyğun ödəməmiş, bununla da öhdəliyini icra etməmişdir (§ 15).

32. Həmçinin, iddiaçının məhkəməyə təqdim etdiyi Maliyyə arayışında da Cavabdeh1 xx.xx.2021-ci il tarixə, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 66875,80 manat əsas borcu, 13984,40 manat faiz borcu olmaqla, cəmi 80860,20 manat məbləğində borcunun olması qeyd edilmişdir.

33. Məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan müqavilədə göstərilən pul vəsaitini almaqla həmin pulu müqavilədə göstərilən müddətdə, şərtlərlə və hesablanmış faizi ilə birlikdə və eyni məbləğdə qaytarılması ilə bağlı üzərinə öhdəlik götürmüşdür. Cavabdeh1 göstərilən müqavilə əsasında pul vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin onu qaytarmaqla bağlı vəzifəsini isə yerinə yetirməmişdir. Odur ki, iddia tələbi əsas borcun tələb edilməs hissəsində tam təmin edilməklə 66875,80 manat pul iddiaçıdan tutularaq cavabdehə ödənilməlidir.

34. Lakin məhkəmə hesab edir ki, iddia tələbi faiz borcun tələb edilməsi hissəsində qismən əsaslıdır. Belə ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq espertizasının xx.xx.2022-ci il tarixli, 9/101 saylı ekspert rəyi ilə müəyyən edilmişdir ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə Cavabdeh1 Ləğv prosessində olan İddiaçı2 ASC-yə 6720,35 manat məbləğində faiz borcu vardır. Həmçinin iş materiallarında olan hesabdan çıxarış məlumatından görünür ki, Cavabdeh1 xx.xx.2021-ci il tarixində 100 manat, xx.xx.2021-ci il tarixdə 1000 manat, xx.xx.2021-ci il tarixdə isə 1000 manat olmaqla, cəmi 2100 manat məbləğində ödəniş etmiş və həmin ödəniş faiz borcundan çıxılmışdır. Həmçinin, Mülki Məcəllənin 432.4-cü maddəsində də nəzərdə tutulur ki, əgər borclu əsas öhdəliyin icrasından başqa, faizləri və xərcləri də ödəməlidirsə, bütün borcun ödənilməsi üçün yetərli olmayan öhdəliyin icrası əvvəlcə xərclərin hesabına, sonra faizlərin hesabına və nəhayət, əsas öhdəliyin hesabına daxil edilir.

35. Məhkəmə qeyd edir ki, ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, cavabdeh ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir.

36. Odur ki, iddia tələbi həmin hissədə qismən təmin edilərək, 4620,35 (6720,35 – 2100 = 4620,35) manat faiz borcu cavabdehlərdən tutularaq Ləğv prosessində olan İddiaçı2 ASC-yə ödənilməlidir. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, iddiaçı ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

37. Məhkəmə eyni zamanda, iddia tələbinin digər cavabdeh (zamin) Cavabdeh2 aid hissədə araşdıraraq hesab edir ki, o, kredit müqaviləsi üzrə Cavabdeh1 aldığı pul məbləğinin iddiaçıya qaytarmasına dair öhdəliyinin tam icra olunmasına görə zamin olduğundan, borcun ödənilməməsi üçün məsuliyyət daşıyır. Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçıya olan borcu qaytarmamaqla iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də, digər Cavabdeh2 kredit müqaviləsi üzrə alınmış kreditə görə zamin olduğundan, pul öhdəliyi isə icra edilmədiyindən, o, iş üzrə Cavabdeh1 ilə bərabər iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar.

38. Məhkəmə, həmçinin tələbin ipoteka qoyulmuş Mənzilə yönəldilməsinə, əmlakın açıq hərracdan satılması, hərracdan satış hesabına əldə edilmiş vəsaitdən borcun və digər xərclərin ödənilməsi və Mənzilin boşaldılaraq Ləğv prosessində olan İddiaçı2 ASC-yə təhvil verilməsinə dair hissəsələrini də araşdıraraq belə qənaətə gəlir ki, iddia həmin hissələrdə də əsaslıdır. Cavabdeh1 iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini yalnız özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı tələbin ipoteka ilə yüklü edilmiş göstərilən daşınmaz əmlaka yönəldilməsini, əmlakın açıq hərracdan satılmasını və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsini tələb etməkdə haqlıdır.

39. Məhkəmə tələbin ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi qaydasını da müəyyən edərək, belə nəticəyə gəlir ki, iddiaçının tələbinin ipoteka qoyulmuş Mənzilin ipoteka ilə yüklü edilmiş həmin Mənzilin açıq hərracdan satış yolu ilə realizə edilməlidir. Mənzilinin likvid dəyəri isə 190 000 manat müəyyən edilməlidir. Belə ki, "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəsis rəyinə əsasən ipoteka predmeti olan Cavabdeh1 məxsus Mənzilin likvid dəyəri 190.000 manat, bazar qiyməti isə 210 000 manat təşkil edir.

40. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3, 59.3.1 və 59.3.2-ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

41. Göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 iddiaçıya olan pul öhdəliyi ipoteka ilə təmin edildiyindən və borclu iddiaçı qarşısında olan pul öhdəliyini özünün cavabdeh olduğu səbəblərdən icra etmədiyindən, iddiaçı ipoteka predmeti hərracda satıldıqdan 1 ay sonra Mənzilin boşaldılması tələb etməkdə də haqlıdır və iddia həmin hissədə də təmin edilməlidir.

42. Məhkəmə hesab edir ki, cavabdehlərdən müştərək qaydada alınaraq bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat xidmət haqqı və 30 manat dövlət rüsumu iddiaçıya qaytarılmalı, 150 manat ekspertiza xərci dövlət büdcəsinə, 300 manat Mənzilin qiymətləndirmə xərci isə "xxxx" MMC-yə ödənilməlidir (§ 21).

43. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. xx.xx.2020-ci il tarixli kredit müqaviləsi üzrə 67232,20 manat əsas, 4620,35 manat faiz borcu, daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 40 manat xidmət haqqı və 30 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 71852,55 manat pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq Ləğv prosessində olan İddiaçı2 ASC-yə ödənilsin. Tələb Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 32Q, 12 nömrəli mənzilə (Yeni qaydalarla: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi,

200. М3, m3) yönəldilsin. Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 32Q, 12 nömrəli mənzilin (Yeni qaydalarla: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 200. М3, m3) likvid dəyəri 190.000 manat olmaqla açıq hərracdan satılsın və həmin əmlakın satılmasından əldə edilən vəsaitdən Ləğv prosessində olan İddiaçı2 ASC-yə olan, cəmi 71852,55 manat məbləğində pul ödənilsin, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 32Q, 12 nömrəli mənzili (Yeni qaydalarla: AZ 1118, Bakı şəhəri, Nizami rayonu, Nəsimi küçəsi, 200. М3, m3) satıldıqdan sonra bir ay ərzində məcburi boşaldılaraq Ləğv prosessində olan İddiaçı2 ASC-yə təhvil verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri kimi hesablanmış 150 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. İpoteka predmeti olan fərdi yaşayış evinin qiymətləndirilməsi üçün hesablanmış 300 manat mütəxəssis xərci cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar