Azərbaycan Respublikası adından QƏTNAMƏ Xırdalan şəhəri İş № 2(012)-123/2022 04.04.2022 ABŞERON RAYON MƏHKƏMƏSİ Abşeron Rayon Məhkəməsinin hakimi Səfiyeva Cəmilə İbrahim qızının sədrliyi, Kazımlı Cənnət Mahir qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, cavabdeh Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi tələbi barədə iddia ərizəsinə dair mülki işə, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, X5, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcu və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 “Yelo Bank-ın” xeyrinə 2014-cü il 28 noyabr tarixli kredit müqaviləsi üzrə banka 15.065.21 manat əsas, 10988.72 manat faiz, 1554.82 manat cərimə və kredit müqaviləsi üzrə 28.11.2019-cu il tarixdən, 19.01.2021 -ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 862.4 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 28.471.15 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən, 2 otaqlı, 59.6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 25.5 kv.m yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinə və 0.0652 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən, 2 otaqlı, 59.6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 25.5 kv.m yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinin və 0.0652 ha torpaq sahəsinin satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən, 2 otaqlı, 59.6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 25.5 kv.m yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinə və 0.0652 ha torpaq sahəsinə yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən, 2 otaqlı, 59.6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 25.5 kv.m yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinə və 0.0652 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2014-cü il 28 noyabr tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Sumqayıt” filialından illik 25%-lə 60 ay müddətinə 18000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən 2 otaqlı, 59.6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 25.5 kv.m yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evi və 0.0652 ha torpaq sahəsi 2014-cü il 28 noyabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 28 noyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə iddiaçı müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il yanvarın 19-dək Cavabdeh1 2014-cü il 28 noyabr tarixli kredit müqaviləsi üzrə banka 15065.21 manat əsas, 10988.72 manat faiz, 1554.82 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 27608.75 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir.Eyni zamanda, reyestr orqanına ərizə göndərilmiş, həmin ərizə bu orqanda qeydiyyata alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirmir. Məhkəmə iclasında İddiaçı ASC-nin nümayəndəsi X2 iddia tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh Cavabdeh1 iddia tələbini qəbul etmədiyini bildirərək iddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Digər cavabdehlər iclasın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatını dinləyib, işin faktiki hallarını araşdırıb, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28 noyabr 2014-cü il tarixli əsas kredit müqaviləsindən müəyyən edilir ki, kreditor "xxxx" İKB ASC-nin Sumqayıt filialı ilə borcalan Cavabdeh1 arasında bağlanmış həmin müqaviləyə əsasən sonuncuya illik 25%-lə 60 ay müddətinə 18000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının çıxarışından müəyyən edilir ki, "xxxx" İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC adlandırılmışdır. İş materiallarında olan 28 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən edilir ki, Cavabdeh1 götürdüyü kredit məbləğini müvafiq qrafik əsasında aylıq 528.32 manat olaraq ödəməsi nəzərdə tutulmuş və həmin ödəniş planına Cavabdeh1 imza etmişdir. İş materiallarında olan 28.11.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 "xxxx" İKB ASC-dən 18000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan MH seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 11.06.2010-cu il tarixli çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətindədir. İş materiallarında olan 28 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka saxlayan "xxxx" İKB ASC-nin «Sumqayıt» filialı və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən 0.0652 ha torpaq sahəsi və onun üzərindəki 2 otaqlı, 59.6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 25.5 kv.m yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evi ipoteka qoyan tərəfindən ipoteka saxlayan qarşısında kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak 45000 (əlli min) manat olaraq müəyyən edilmişdir. İş materiallarında olan RX seriyalı ******* №-li Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 02.12.2014-cü il tarixli çıxarışdan müəyyən edilir ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən 0.0652 ha torpaq sahəsi və onun üzərindəki 2 otaqlı, 59.6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 25.5 kv.m yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evi "xxxx" İKB ASC-nin «Sumqayıt» filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində 16 nömrəli reyestr kitabının 187 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan arayışın surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən 0.0652 ha torpaq sahəsi və onun üzərindəki 2 otaqlı, 59.6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 25.5 kv.m yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evində Cavabdeh1, X5, X4 və Cavabdeh2 qeydiyyatdadırlar. İş materiallarında olan iddiaçı tərəfindən təqdim edilmiş 19.01.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh1 həmin tarixə olan əsas borcu 15.065,21 manat, 10.988,72 manat faiz borcu, 1554.82 manat cərimə, ümumilikdə 27.608,75 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Cavabdeh1 göndərilən 04.09.2020-ci il tarixli məktubda 5 gün müddətində borcunu ödəməyi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb olunacağı və tutmanın ipoteka predmetinə yönəldiləcəyi əks olunmuşdur. 18.09.2020-ci il tarixli İddiaçı ASC tərəfindən verilən ərizədən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsindən 04.09.2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. İş materiallarında olan iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələrini əks etdirən 27.09.2021-ci il tarixli ekspert rəyindən Cavabdeh1 28.11.2019-cu il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borcunun 15.065.21 manat, faiz borcunun 10.988.72 manat, 19.01.2021-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə illik 5 faizlə) isə əsas borcunun 15.065.21 manat, faiz borcunun 11.851,12 manat olduğu müəyyən edilir. İş materiallarında olan “X6 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş 10.02.2022-ci il tarixli hesabatdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən 0.0652 ha torpaq sahəsi və onun üzərindəki 2 otaqlı, 59.6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 25.5 kv.m yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 55.500 (əlli beş min beş yüz manat), likvid dəyəri isə 49 000 (qırx doqquz min) manat müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 421.1-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür; Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» 24 dekabr 2014-cü il tarixli qərarına əsasən kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Beləliklə, işin müəyyən edilən hallarına hüquqi qiymət verərərk məhkəmə qeyd edir ki, iddia tələbi əsas borc hissəsində təmin edilərək 15 065,21 manat, faiz borcu hissəsində qismən təmin edilərək 10 988.72manat, cərimə borcunun məbləği azaldılaraq 150 manat, müqavilə müddətindən sonrakı dövr üçün 5%-lə 862.4 manat, cəmi 27.066.33manat cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınan əşyanın satılmasını tələb edə bilər. Satış bu Məcəllənin 414-416cı maddələrinə uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci və 319.6-cı maddələrinə müvafiq olaraq, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir. Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. “İpoteka haqqında” Qanunun 59.3 və 59.4-cü maddələrində ipotekaya qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldikdə və o satıldıqda ipoteka qoyan və onun birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olduğu, yaşayış sahəsindən çıxmadıqda həmin şəxslərin evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur. Məhkəmə öhdəliyin cavabdeh tərəfindən icra edilmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi tələbin ipoteka predmetinə yönəldilməsi hissəsində əsaslı olmaqla təmin edilməli, tələb ipoteka predmeti-Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən 0.0652 ha torpaq sahəsi və onun üzərindəki 2 otaqlı, 59.6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 25.5 kv.m yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı və satışdan əldə edilən pul borcun ödənməsinə yönəldilməlidir. Məhkəmə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi ilə əlaqədar qeyd edir ki, tərəflər arasında bağlanan ipoteka müqaviləsində ipoteka predmeti 45 000 manat qiymətləndirilmişdir.İş materiallarında olan qiymətləndiriçilərin rəyinə əsasən ipoteka predmetlərinin likvid dəyəri 46 000 manat və 49 000 manat qiymətləndirilmişdir.Məhkəmə müqayisəli təhlil edərək ipoteka predmetinin likvid dəyərinin 46 000 manat müəyyən edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə iddia tələbinin evdən istifadə hüququnun itirilməsi hissəsinə münasibətdə qeyd edir ki, tələb ipoteka predmetinə yönəldiyindən oradan istifadə hüququ olan cavabdehlərin istifadə hüquqları itirilməli, cavabdeh –ipoteka qoyan mülkiyyətçi olduğundan, mənzildən çıxmaqla bağlı onun razılığı tələb edilmədiyindən ev hərracda satıldıqdan 1 ay sonra evdən çıxarılmalıdır. Mənzil satıldıqdan 1 (bir) ay sonra cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən 0.0652 ha torpaq sahəsi və onun üzərindəki 2 otaqlı, 59.6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 25.5 kv.m yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evindən cıxarılmaları hissəsində iddia təmin edilməməlidir. Belə ki, həmin cavabdehlərin evi boşaltmaları ilə bağlı bank qarşısında yazılı öhdəlikləri barəd işdə sübut yoxdur. İddia tələbinin evin İddiaçı ASC-yə təhvil verilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, evin hərracda kimə satılması müəyyən ediləndən sonra ev ona təhvil verilməli olduğundan iddia bu hissədə əsassız hesab edilməli və təmin edilməməlidir. Belə ki, “İpoteka haqqında Qanun”un 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.2-ci maddəsinə görə yaşayış evinin və ya mənzilin yeni mülkiyyətçisi ilə evin və ya mənzilin keçmiş mülkiyyətçisi arasında həmin evin və ya mənzilin kirayəsi barəsində müqavilə bağlanılır. Yeni mülkiyyətçi kirayə müqaviləsi bağlamaqdan imtina etdikdə keçmiş mülkiyyətçi (ipoteka qoyan) kirayə müqaviləsinin bağlanması üçün məhkəməyə müraciət edə bilər. Həmin Qanunun 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Eləcə də, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən, iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödəmiş olduğu 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu, habelə 20 manat xidməti haqqı olmaqla, ümumilikdə 60 manat məhkəmə xərcinin 30 manat məbləğindəki hissəsi Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməli, qalan hissə isə iddiaçıya aid edilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş qiymətləndirmə ilə əlaqədar 300 (üç yüz) manat xidmət haqqının 150 manatı iddiaçıdan, 150 manatı isə cavabdehdən tutularaq “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin “Paşa Bank” Hesab № AZ82NABZ******************** saylı hesabına köçürülməlidir. Digər qiymətləndiricinin xərci cavabdeh tərəfindən çəkilmişdir.Bu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə təmin edilərək 15 065,21 manat, faiz borcu 10 988.72manat, cərimə borcu 150 manat, müqavilə müddətindən sonrakı dövr üçün 5%-lə 862.4 manat,cəmi 27.066.33manat, 30 manat ödənilmiş dövlət rüsumuna görə pul məbləği Cavabdeh1 tutub iddiaçıya verilməli, tələb Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində .0652 ha torpaq sahəsinin üzərində yerləşən, 2 otaqlı, 59.6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 25.5 kv.m yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərracdan satılmalı, əldə edilən pul borcun ödənilməsinə yönəldilməli, ipoteka predmeti olan həmin əmlakın likvid dəyəri –ilkin satış qiyməti 46 000 (qırx altı min) manat müəyyən edilməli, həmin əmlak açıq hərracdan satılmalı və borc satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməli, satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin evdən cıxarılmalı, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən, 2 otaqlı, 59.6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 25.5 kv.m yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinə istifadə hüquqları itirilmiş hesab edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Eyni zamanda iş üzrə keçirilmiş qiymətləndirmə ilə əlaqədar 300 (üç yüz) manat xidmət haqqının 150 manatı iddiaçıdan, 150 manatı isə cavabdehdən tutularaq “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin “Paşa Bank” Hesab № AZ82NABZ******************** saylı hesabına köçürülməli, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 manat məhkəmə xərcinin 50 manatı iddiaçıdan, 50 manatı isə Cavabdeh1 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 15 065,21 manat, faiz borcu 10 988.72manat, cərimə borcu 150 manat, müqavilə müddətindən sonrakı dövr üçün 5%lə 862.4 manat,cəmi 27.066.33 (iyirmi yeddi min altmış altı manat otuz üç qəpik) manat, 30 manat ödənilmiş dövlət rüsumuna görə pul məbləği tutulsun. Tələb Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində 0.0652 ha torpaq sahəsinin üzərində yerləşən, 2 otaqlı, 59.6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 25.5 kv.m yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinə və yönəldilsin. Həmin əmlak açıq hərracdan satılsın, əldə edilən pul borcun ödənilməsinə yönəldilsin. İpoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində 0.0652 ha torpaq sahəsinin üzərində yerləşən, 2 otaqlı, 59.6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 25.5 kv.m yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evnin likvid dəyəri –ilkin satış qiyməti 46 000 (qırx altı min) manat müəyyən edilsin. Əmlak satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin evdən cıxarılsın. Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən, 2 otaqlı, 59.6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 25.5 kv.m yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinə istifadə hüquqları itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qiymətləndiricinin xərci olaraq 300 (üç yüz) manat xidmət haqqının 150 manatı İddiaçı ASC-dən, 150 manatı isə Cavabdeh1 “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin “Paşa Bank” Hesab № AZ82NABZ******************** saylı hesabına köçürülsün. Məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 manat məhkəmə xərcinin 50 manatı iddiaçıdan, 50 manatı isə Cavabdeh1 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülsün. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Abşeron rayon məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Cəmilə Səfiyeva
Məhkəmə qərarları › İş №2(012)-123/2022
Abşeron Rayon Məhkəməsi Qətnamə — İş №2(012)-123/2022
04.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver