Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(011)-51/2024 11.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova İlahə Namiq Kamal qızının sədrliyi, Osmanova Əfsanə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi X2 barışıq sazişi təqdim edərək barışıq sazişinin təsdiq edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin arasında bağlanmış barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 191.1-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. Azərbaycan Respublikası MPM-nin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Repsublikası MPM-nin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi qanuna uyğun olduğundan və hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261.0.5, 262-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı ləğv prosesində olan İddiaçı ASC ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 arasında 30 oktyabr 2024-cü il tarixdə bağlanmış barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Maddə 2. Sazişin şərtləri: 2.1.Tərəflər təsdiq edirlər ki, cavabdehin 560/E nömrəli kredit müqaviləsi üzrə 30.011,16 (otuz min on bir manat 16 qəpik) manat əsas, 17.496,44 (on yeddi min dörd yüz doxsan altı manat 44 qəpik) manat faiz, 6,68 (altı manat 68 qəpik) manat cərimə, 012- 7274008KK240220-01 nömrəli kredit müqaviləsi üzrə cəmi borcu 14.903,04 (on dörd min doqquz yüz üç manat 04 qəpik) manat - bundan 9.999 (doqquz min doqquz yüz doxsan doqquz) manat əsas, 4.580,17 (dörd min beş yüz səksən manat 17 qəpik) manat faiz, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən illik 5%-lə hesablanmış 323,87 (üç yüz iyirmi üç manat 87 qəpik) manat icra edilməmiş borc öhdəliyi mövcuddur. 2.2. Tərəflər razılaşırlar ki, bu Saziş imzalandıqdan sonra xx.xx.2019-cu il tarixində 35 (otuz beş) ay müddətinə bağlanmış istehlak kredit müqaviləsi üzrə faiz borcundan 4.000 (dörd min) manat, xx.xx.2020-ci il tarixində 24 (iyirmi dörd) ay müddətinə bağlanmış istehlak kredit müqaviləsi üzrə faiz borcundan isə 2.000 (iki min) manat məbləğin 30 (otuz) iş günü müddətində ödənilməsi öhdəliyini Cavabdeh öz üzərinə götürür. 2.3. Bu Sazişin 2.2-ci bəndinin icrası təmin olunduqdan sonra xx.xx.2019-cu il tarixində 35 (otuz beş) ay müddətinə bağlanmış istehlak kredit müqaviləsi üzrə barışıq sazişi imzalanaraq 31.420 (otuz bir min dörd yüz iyirmi) manat məbləğinin 24 (iyirmi dörd) ay müddətində, xx.xx.2020-ci il tarixində 24 (iyirmi dörd) ay müddətinə bağlanmış istehlak kredit müqaviləsi üzrə 10.745 (on min yeddi yüz qırx beş) manat məbləğinin 24 (iyirmi dörd) ay müddətində bərabər hissələrə bölünməklə ödənilməsini Cavabdeh öz üzərinə götürür. 2.4. Cavabdeh bu Sazişin 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə ardıcıl olaraq 2 (iki) dəfə və ya 1 (bir) il ərzində hər hansı ardıcıllıqla 3 (üç) dəfə əməl etmədiyi halda, bu Sazişlə tətbiq edilmiş güzəştlər ləğv edilir. 2.5. İddiaçı bu Sazişin 2.2-ci və 2.3-cü bəndində göstərilən qaydada borcun ödənilməsinə şəraitin yaradılması öhdəliyini öz üzərinə götürür. 2.6. Bu Sazişin 2.3-cü bəndinin şərtləri tam icra olunanadək kredit müqaviləsinin təminatı qismində Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 14 A, 65 saylı mənzili İddiaçı qarşısında ipoteka yüklülüyündə saxlanılmasına Cavabdeh-İpoteka qoyan etiraz etmir. 2.7. Tərəflər razılaşırlar ki, bu Sazişinin 2.3-cü bəndində göstərilən şərtlər Cavabdeh tərəfindən pozulduqda və icra edilmədikdə mövcud kredit borcunun Cavabdeh və Cavabdeh-Zamindən tutulması, eləcə də ipoteka predmetinə yönəldilməsi üçün müvafiq məhkəmə və icra qurumuna müraciət edilməsinə, həmçinin kredit müqaviləsi üzrə öhdəliyin təminatı olan Cavabdeh-İpoteka qoyana məxsus Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 14 A, 65 saylı mənzilə yönəldilməsinə və açıq hərracdan satılmasına, əmlak satıldıqdan sonra ipoteka qoyan ipoteka predmeti olan əmlakın ən geci 1 (bir) ay ərzində boşaldılmasına, əldə olunan pul məbləğinin İddiaçıya ödənilməsinə etiraz etmirlər. 2.8. Tərəflər razılaşırlar ki, Bu Sazişin 2.2 və 2.3-cü bəndində olan öhdəlik tam icra edilərək ödənildikdən sonra Bakı şəhəri, Xətai rayonu, N.Tusi küçəsi, ev 14 A, 65 saylı mənzil Cavabdeh-İpoteka qoyanın müraciəti əsasında ipoteka yüklülüyündən azad olunacaqdır. Maddə 3. Digər şərtlər: 3.1. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq Tərəflər üçün yalnız Sazişin şərtləri etibarlı olur. 3.2. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə Tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. 3.3. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. 3.4. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. 3.5. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. 3.6. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. 3.7. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: 3.7.1. bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə, işçilərinə, nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; 3.7.2. bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqda, vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; 3.7.3. mediasiya və ya hazırkı sazişin hazırlanması zamanı vəkil və ya nümayəndələrin peşə səhlənkarlığı və ya qanun pozuntusu iddialarını əsaslandırmaq məqsədilə müvafiq məhkəmələrə və aidiyyəti qurumlara; 3.7.4. qarşı tərəfin yazılı icazəsi ilə; 3.7.5. yaxın qohumlara; 3.7.6. Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. 3.8. Bu sazişin məzmununun Sazişin 3.7.1 və 3.7.5 bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. Bu Saziş Azərbaycan dilində, 3 (üç) vərəqdə, 4 (dörd) nüsxədə tərtib olunmuşdur, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, tərəflərin imzaladığı və məhkəmənin qərardadla təsdiq etdiyi andan qüvvəyə minir, nüsxələrdən biri iddiaçıda, ikisi cavabdehlərdə, biri isə Bakı şəhəri Xətai Rayon Məhkəməsində iş materiallarında saxlanılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Tərəflərdən hər hansı biri bu saziş ilə üzərilərinə götürdükləri öhdəlikləri icra etmədikdə, öhdəliyin icra edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: İlahə Abbasova
Məhkəmə qərarları › İş №e-2(011)-51/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №e-2(011)-51/2024
11.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver