Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-2433/2022 14.11.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ X9 Tağızadənin sədrliyi və məruzəsi, X3 Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Samirə Zahid qızı Məmmədovanın katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3 və qeyrilərinə qarşı kredit borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi, mənzilin və evin boşaldılması və sair tələblərinə dair iş üzrə Abşeron Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Abşeron Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli qərardadı ilə (hakim C.İ.Səfiyeva) ərizənin təmin edilməsi, Cavabdeh2 nümayəndəsi və vəkili X1 Abşeron Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli 2(012)-2984/2017 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizəsinin təmin edilməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: Abşeron Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(012)-2984/2017 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 22 noyabr 2013-cü il tarixli sm4793 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 22 noyabr 2013 -cü il tarixli sm4793 saylı kredit müqaviləsinə əsasən 79256,17 manat əsas borc, 24526,66 manat faiz borcu, 2000 manat cərimə borcu, cəmi 105782,83 manat (yüz beş min yeddi yüz səksən iki manat səksən üç qəpik) məbləğində kredit borcu, bildirişin qeydə alınması üçün ödənilmiş 60 manat və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, borcun ödənilməsi üçün tutmanın tam mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Abşeron rayonu Ceyranbatan qəsəbəsi N.Nərimanov küçəsi, 29 saylı evin 1 saylı mənzilinə və tam mülkiyyət hüququ ilə X4 məxsus Abşeron rayonu Saray qəsəbəsi Yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, Abşeron rayonu Ceyranbatan qəsəbəsi N.Nərimanov küçəsi, 29 saylı evin 1 saylı mənzili 87200 manat, Abşeron rayonu Saray qəsəbəsi Yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evi 72500 manat ikin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan 105872,83 manat borcunun ödənilməsi, fərdi yaşayış evi və mənzilin açıq hərracda satıldıqdan sonra ən geci 1 ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Nəzərov X6 rayonu Ceyranbatan qəsəbəsi N.Nərimanov küçəsi, 29 saylı evin 1 saylı mənzilindən, cavabdehlər X5 və Cavabdeh2 isə X4 məxsus Abşeron rayonu Saray qəsəbəsi Yeni məhəllə ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evi və mənzilin boşaldılaraq iddiaçı banka təhvil verilməsi, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat pul vəsaitinin 25 manat hissəsinin Cavabdeh1 tutulub İddiaçı ASC-yə ödənilməsi, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsinə sərf olunmuş 80 manat pulun Cavabdeh1 tutulub dövlət nəfinə keçirilməsi qət edilmişdir. Hazırda qətnamədən narazı qalan Cavabdeh2 nümayəndəsi- vəkili X2 tərəfindən apellyasiya şikayəti verilmiş, eyni zamanda, müddətin bərpa edilməsinə dair ərizə verərək, elektron informasiya sistemində apellyasiya şikayətinin texniki problemə görə səhv göstərməsini nəzərə almağı, apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasını və apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ: İddiaçının nümayəndəsi verdiyi şikayəti onunla əsaslandırmışdır ki, 13 iyun 2022-ci il tarixli məhkəmə iclasının bildirişi və ya SMS bildiriş Banka göndərilməmişdir. Məhkəmə qərardadı onunla əsaslandırmışdır ki, qətnamənin surəti cavabdehə poçt vasitəsilə göndərilmiş və ünvan tam deyil səsəbindən poçt tərəfindən geri qaytarılmışdır. Sözügedən iş üzrə məhkəmə qətnaməsi bir dəfə Sumqayıt Apellyasiya Məhkəməsində mübahisələndirilmiş və digər Cavabdeh1 münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 Cavabdeh2 qardaşıdır. Daha sonra qətnamədə qeyd edilmiş ipoteka predmetləri olan Cavabdeh2 əri Davudov Qubada məxsus olmuş və Abşeron rayonu, Saray qəsəbəsi Yeni Məhəllə ünvanında yerləşən fərdi yaşayış evi 13 iyun 2019-cu il tarixdə açıq hərracdan satılmışdır. Məhkəmə bütün bu qeyd edilənləri araşdırmadan 5 il bundan əvvəl çıxarılmış məhkəmə qətnaməsi üzrə apellyasiya şikayəti vermək üçün prosessual müddəti əsassız şəkildə ötürülməmiş hesab edərək, gələcəkdə Cavabdeh2 tərəfindən görülmüş icra tədbirlərinin də mübahisələndirilməsi üçün şərait yaratmışdır. Abşeron Rayon Məhkəməsinin 13 iyun 2022-ci il tarixli 2(012)-2984/2017 saylı qərardadı ləğv edərək, şikayətin təmin edilərək, müddətin bərpa edilməsinə dair ərizənin təmin edilməməsi barədə qərardad qəbul olunmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyərək hesab edir ki, şikayət təmin edilməməli, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Belə ki, Abşeron Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(012)-2984/2017 saylı qətnaməsi tərəflərə rəsmi qaydada göndərilmiş, Cavabdeh2 ünvanlanan qətnamə “Ünvan tam deyil” səbəbindən poçt tərəfindən geri qaytarılmışdır. Cavabdeh2 xx.xx.2021ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(012)-2984/2017 saylı qətnaməsinin ona verilməsini xahiş etmiş, qətnaməni imza etməklə almışdır. Bundan sonra, o, Abşeron Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(012)-2984/2017 saylı qətnaməsindən xx.xx.2021-ci il tarixdə apellyasiya şikayəti vermiş, eyni zamanda müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2(012)- 2984/2017 saylı qərardadı ilə ərizə qismən təmin edilmiş, Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(012)-2984/2017 saylı qətnaməsindən apellyasiya şikayəti vermə müddəti ötürülməmiş hesab edilmiş və onun apellyasiya şikayəti iş materialları baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli, 2(105)-4064/2021 saylı qərardadı ilə onun verdiyi apellyasiya şikayəti (elektron qayda verilmədiyindən) qeyrimümkün hesab edilmişdir. Abşeron Rayon Məhkəməsinin 25 yanvar 2022-ci il tarixli qərardadı ilə Cavabdeh2 Abşeron Rayon Məhkəməsinin 04 may 2017-ci il tarixli, 2(012)- 2984/2017 saylı qətnaməsindən vermiş olduğu apellyasiya şikayəti geri qaytarılmış, cavabdeh N.D.Davudova həmin qərardadı xx.xx.2022-ci il tarixdə məhkəmə qəbzinə imza etməklə almışdır. Onun vəkili kimi X2 elektron qaydada apellyasiya şikayəti ilə xx.xx.2022ci il tarixdə məhkəməyə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 22 aprel 2022-ci il tarixli, 2(012)-2984/2017 saylı qərardadı ilə Abşeron Rayon Məhkəməsinin 04 may 2017ci il tarixli, 2(012)-2984/2017 saylı qətnaməsindən Cavabdeh2 vəkili kimi S.S.Abdullayev tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Onun vəkili S.S.Abdullayev elektron qaydada apellyasiya şikayəti ilə xx.xx.2022-ci il tarixdə məhkəməyə müraciət etmiş, Abşeron Rayon Məhkəməsinin 13 may 2022-ci il tarixli, 2(012)-2984/2017 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda Cavabdeh2 nümayəndəsivəkili S.S.Abdullayev tərəfindən apellyasiya şikayəti, eyni zamanda, müddətin bərpa edilməsinə dair ərizə vermiş, elektron informasiya sistemində apellyasiya şikayətinin texniki problemə görə səhv göstərməsinin nəzərə alınması, apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasını və apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işin müəyyən edilən bu hallarına məcmu qiymət verərək hesab edir ki, müddət yuxarıda qeyd edilənlərdən göründüyü kimi cavabdeh tərəfindən qətnamədən apellyasiya şikayəti verilməsi müddəti qeyd edilən məhkəmə qərardadları və onun vəkilin hüquqi xidməti ilə əlaqədar üzrlü səbəblərdən ötürüldüyündən ərizə əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 tərəfindən qətnamə rəsmi qaydada almamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas olmadığından, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin iş üzrə 13 iyun 2022-ci il tarixli 2(012)-2984/2017 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-2433/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-2433/2022
14.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver