Məhkəmə qərarları › İş №2(105)-1549/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1549/2022

14.09.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1549/2022 14.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 və Cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: borcun tutulması, tələbin ipoteka predmetlərinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması, əmlakların boşaldılması və təhvil verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə Abşeron Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(012)-123/2022 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsiə müraciət edib, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə 28 noyabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 15.065.21 manat əsas borc, 10988.72 manat faiz borcu, 1554.82 manat cərimə və kredit müqaviləsi üzrə xx.xx.2019-cu il tarixdən xx.xx.2021 -ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 862.4 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 28.471,15 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən, 2 otaqlı, 59.6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 25.5 kv.m yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinə və 0.0652 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və borcun Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən, 2 otaqlı, 59.6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 25.5 kv.m yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinin və 0.0652 ha torpaq sahəsinin satışından əldə olunan vəsait hesabına İddiaçı ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən, 2 otaqlı, 59.6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 25.5 kv.m yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinə və 0.0652 ha torpaq sahəsinə yönəldikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən, 2 otaqlı, 59.6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 25.5 kv.m yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinə və 0.0652 ha torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlılmışdır ki, 28 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Sumqayıt” filialından illik 25 faizlə, 60 ay müddətinə 18.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 mülkiyyətindəki Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən 2 otaqlı, 59.6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 25.5 kv.m yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evi və 0.0652 ha torpaq sahəsi 2014-cü il 28 noyabr tarixli ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2014-cü il 28 noyabr tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə bank iddiaçı müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 36 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il yanvarın 19-dək Cavabdeh1 2014-cü il 28 noyabr tarixli kredit müqaviləsi üzrə banka 15065.21 manat əsas borc, 10988.72 manat faiz borcu, 1554.82 manat cərimə borcu olmaqla, ümumilikdə 27608.75 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda, reyestr orqanına ərizə göndərilmiş, həmin ərizə bu orqanda qeydiyyata alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Cavabdehlər tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. Belə ki, iş materiallarında olan 28 noyabr 2014-cü il tarixli əsas kredit müqaviləsindən müəyyən edilir ki, kreditor "xxxx" İKB ASC-nin Sumqayıt filialı və borcalan Cavabdeh1 arasında bağlanmış həmin müqaviləyə əsasən sonuncuya illik 25 faizlə, 60 ay müddətinə 18.000 manat məbləğində kredit verilmişdir. xx.xx.2014-cü il tarixli kassa məxaric orderindən görünür ki, Cavabdeh1 "xxxx" İKB ASC-dən 18.000 manat məbləğində kredit götürmüşdür. 28 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə 1 saylı əlavədən müəyyən edilir ki, Cavabdeh1 götürdüyü kredit məbləğini müvafiq qrafik əsasında aylıq 528.32 manat olaraq ödəməsi nəzərdə tutulmuş və həmin ödəniş planına Cavabdeh1 imza etmişdir. Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatının çıxarışından müəyyən edilir ki, "xxxx" İKB ASC-nin adı dəyişdirilərək İddiaçı ASC adlandırılmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı ******* №-li, ********** qeydiyyat nömrəli, xx.xx.2010-cu il tarixli çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən torpaq sahəsi və onun üzərində yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh1 mülkiyyətindədir. 28 noyabr 2014-cü il tarixli ipoteka müqaviləsindən müəyyən edilir ki, ipoteka saxlayan "xxxx" İKB ASC-nin «Sumqayıt» filialı və ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış həmin müqaviləyə əsasən Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən 0.0652 ha torpaq sahəsi və onun üzərindəki 2 otaqlı, 59.6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 25.5 kv.m yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evi ipoteka qoyan tərəfindən ipoteka saxlayan qarşısında kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmişdir. İpoteka ilə yüklü edilmiş əmlak 45000 (əlli min) manat olaraq müəyyən edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı ******* №-li ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il tarixli çıxarışdan müəyyən edilir ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən 0.0652 ha torpaq sahəsi və onun üzərindəki 2 otaqlı, 59.6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 25.5 kv.m yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evi "xxxx" İKB ASCnin «Sumqayıt» filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində 16 nömrəli reyestr kitabının 187 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS-şöbəsi tərəfindən verilmiş arayışların surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən 0.0652 ha torpaq sahəsi və onun üzərindəki 2 otaqlı, 59.6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 25.5 kv.m yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evində Cavabdeh1, X4, X3 və Cavabdeh2 qeydiyyatdadırlar. xx.xx.2021-ci il tarixli maliyyə arayışından müəyyən edilir ki, Cavabdeh1 həmin tarixə olan əsas borcu 15.065,21 manat, 10.988,72 manat faiz borcu, 1554.82 manat cərimə, ümumilikdə 27.608,75 manat təşkil edir. "xxxx" ASC tərəfindən Cavabdeh1 göndərilən xx.xx.2020-ci il tarixli məktubda 5 gün müddətində borcunu ödəməyi tələb olunmuş, əks təqdirdə borcun məhkəmə qaydasında tələb olunacağı və tutmanın ipoteka predmetinə yönəldiləcəyi əks olunmuşdur. xx.xx.2020ci il tarixli İddiaçı ASC tərəfindən verilən ərizədən müəyyən edilir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsindən xx.xx.2020-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2021-ci il tarixli, 9/5989 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, Cavabdeh1 xx.xx.2019-cu il tarixə (müqavilənin bitdiyi tarixə) əsas borcunun 15.065.21 manat, faiz borcunun 10.988.72 manat, xx.xx.2021-ci il tarixə (maliyyə arayışının verildiyi tarixə illik 5 faizlə) isə əsas borcunun 15.065.21 manat, faiz borcunun 11.851,12 manat olduğu müəyyən edilir. “X6 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli hesabatdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən 0.0652 ha torpaq sahəsi və onun üzərindəki 2 otaqlı, 59.6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 25.5 kv.m yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinin bazar dəyəri 55.500 (əlli beş min beş yüz manat), likvid dəyəri isə 49.000 (qırx doqquz min) manat müəyyən edilir. Abşeron Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(012)-123/2022 nömrəli qətnaməsi ilə (hakim Cəmilə Səfiyeva) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, X4, Cavabdeh3 və Cavabdeh2 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilib, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 15 065,21 manat, faiz borcu 10 988.72 manat, cərimə borcu 150 manat, müqavilə müddətindən sonrakı dövr üçün 5 faizlə 862.4 manat olmaqla, cəmi 27.066.33 (iyirmi yeddi min altmış altı manat otuz üç qəpik) manat, 30 manat ödənilmiş dövlət rüsumuna görə pul məbləğinin tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində 0.0652 ha torpaq sahəsinin üzərində yerləşən, 2 otaqlı, 59.6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 25.5 kv.m yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əldə edilən pul borcun ödənilməsinə yönəldilməsi, ipoteka predmeti olan Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində 0.0652 ha torpaq sahəsinin üzərində yerləşən, 2 otaqlı, 59.6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 25.5 kv.m yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinin likvid dəyərinin –ilkin satış qiyməti 46.000 (qırx altı min) manat müəyyən edilməsi, əmlak satıldıqdan 1 ay sonra Cavabdeh1 həmin evdən çıxarılması, Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 Abşeron rayonu, Saray qəsəbəsi, İ.Hüseynov küçəsində yerləşən, 2 otaqlı, 59.6 kv.m ümumi, 34.1 kv.m yaşayış, 25.5 kv.m yardımçı sahədən ibarət 23 nömrəli fərdi yaşayış evinə istifadə hüquqlarının itirilmiş hesab edilməsi, iddia qalan hissədə təmin edilməməsi, qiymətləndiricinin xərci olaraq 300 (üç yüz) manat xidmət haqqının 150 manatının İddiaçı ASC-dən, 150 manatın isə Cavabdeh1 “Yeni Dövr” Qiymətləndirmə Mərkəzinin “Paşa Bank” Hesab № AZ82NABZ******************** saylı hesabına köçürülməsi, məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı 100 manat məhkəmə xərcinin 50 manatının İddiaçı ASC-dən, 50 manat hissəsinin isə Cavabdeh1 tutulub Məhkəmə Ekspertizası Mərkəzinin dövlət xəzinədarlığı Agentliyinin AZ34 CTRE******************** saylı hesabına köçürülməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlara istinadən müəyyən etmişdir ki, kredit müqaviləsinə əsasən cavabdehin bank qarşısında öhdəliyi yaranmış, cavabdeh öz üzərinə götürmüş olduğu öhdəliyi icra etməmiş və onun bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün məsuliyyət daşıyır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1, 319.6, 385.1, 427.3, 445.1, 448.1, 449.1, 462.1, 465.2, 739.1, 739.2-ci maddələri, «İpoteka haqqında» Azərbaycan Respublikası Qanunun 33, 39.3, 59.2, 59.3, 59.3.1, 59.3.2, 59.4-cü maddələri və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh1 apellyasiya şikayəti verib, Abşeron Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(012)-123/2022 nömrəli qətnaməsinin ləğv edilib, ipoteka predmetinə düzgün qiymət qoyulmaqla yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri: Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən maddi hüquq normalarına əməl etməmiş və istinad etdiyi maddi hüquq normalarını isə düzgün tətbiq etməmişdir. Belə ki, 28 noyabr 2014-cü ildə İddiaçı ASC-dən 18.000 manat kredit götürmüşdür. Kreditin təminatı olaraq ona məxsus ünvan 2 ünvanında yerləşən iki otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İlk vaxtlar kreditin ödənilməsində gecikmələri olmamışdır. Lakin 2015-ci ilin 19 fevral tarixli Azərbaycan manatının ABŞ dolları nisbətində devalvasiyasından sonra maddi vəziyyəti əhəmiyyətli dərəcədə pisləşmiş və bu səbəbdən krediti ödəməkdə çətinlik yaranmışdır. Abşeron Rayon Məhkəməsinin qətnaməsi ilə bankın iddiası qismən təmin olunmuşdur. Məhkəmə prosesi zamanı iki dəfə məhkəmə əmlakın qiymətlədirmə ekspertizası təyin edilmişdir. Birinci ekspert rəyinə görə ipoteka predmetinə 180.000 (yüz sənsən min) manat ikinci ekspertiza rəyi ilə isə 46.000 (qırx altımin) manat müəyyən edilmişdir. Ölkənin daşınmaz əmlak bazarında qiymətlər artmaq tendensiyasi üzrə gedir, məhkəmə tərəfindən qoyulan məbləğ kəskin olaraq aşağıdır. Göründüyü kimi ekspertiza rəyləri bir ildən az müddət ərzində keçirilib, lakin qiymətlər arasında kəskin fərq var. İpoteka qoyulmuş mənzildə əlavə olaraq 3 nəfər da yaşayır və onların razılığı ipoteka qoyarkən alınmammışdır. Bu şəxslərdin biri Rzayeva AyselArif qızı və onun iki azyaşlı uşağı X8 və X5r. Bu şəxslərdən razılıq alınmayıb və əlavə olaraq onlar cavabdeh qismində mülki prosesə cəlb edilməyiblər. Eləcə də əlavə olaraq faiz borcu süni şəkildə şişirdilib. Hesab edir ki, ipiteka predmeti olan əmlak yenidən qiymətləndirilməli və ona günün tələbi olan obyektiv şəkildə qiymət qoyulmalıdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Apellyasiya icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının əvvəlki iclasında Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edib, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdiriımədən saxlanmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada cavabdehlər Cavabdeh3 və Cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə kollegiyası cavabdehlərin iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Maddə 317.1. Əgər borclu təminat vasitəsi ipoteka olan tələbin ödənilməsini ləngidirsə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1. Əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipotekasaxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Maddə 421.2. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər ücün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri ücün kreditor qarşısında məsuliyyət daşıyır. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: öhdəliyin onun icrası ücün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Maddə 467. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanun Maddə 1.0.9. İlkin satış qiyməti - bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. Maddə 34.1. Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması əsasdır. Maddə 39.1. İpoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbinin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Maddələr 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Maddə 39.3.3-cü maddəsində «ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında» ifadəsi mübahisəyə baxılan anda razılaşmanın olmasını nəzərdə tutur. Məhkəmə ipoteka qoyanla ipoteka saxlayanın ilkin satış qiyməti barədə razılığının olub-olmamasını araşdırır, əgər belə bir qiymətləndirici vasitəsi ilə ilkin satış qiymətini müəyyən edir. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Maddə 59.4. bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.1. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında dəyişdirilmədən, apellyasiya şikayətinin isə təmin edilmədən saxlanması üçün əsasdır. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 narazı qalaraq apellyasiya şikayəti vermiş, iddiaçı və digər cavabdehlər isə məhkəmənin qətnaməsini mübahisələndirməmişlər. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını ancaq Cavabdeh1 aid hissədə yoxlayır. İşin araşdırılmış hallarından müəyyən edilir ki, "xxxx" İKB ASC-nin Sumqayıt filialı və borcalan Cavabdeh1 arasında bağlanmış 28 noyabr 2014-cü il tarixli kredit müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və həmin müqavilə üzrə borcu qalmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün iddiaçı müqavilə üzrə əsas, faiz və cərimə borcunun tutulması tələbi ilə çıxış etməkdə haqlı olmuşdur. Cavabdehin kredit borcu işdə olan sübutlarla, maliyyə arayışı və ekspert rəyləri ilə təsdiqini tapır. Apellyant kredit müqaviləsi üzrə mövcud borcun və ipoteka predmetinin qiymətinin qəbul edilməməsi barədə apellyasiya şikayətinin dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmiş və bu hallar Məhkəmə Ekspertizası Mərkəzinin 27 sentyabr 2021-ci il tarixli, 9/5989 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyi və “X6 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli hesabat ilə inkar olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Nəzərə almaq lazımdır ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəlləyə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qanuni və əsaslı qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 2(012)-123/2022 nömrəli qətnaməsi Cavabdeh1 aid hissədə dəyişdirilmədən saxlansın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar