Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3455/2021 22.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək yaşadığı Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Massiv yaşayış massivində yerləşən fərdi yaşayış evinə (abonent kodu:**********05850) 2013-cü ildən bəri hesablanmış borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsi Yeni Massiv yaşayış massivində yerləşən fərdi yaşayış evi ona məxsusdur. Cavabdeh nümayəndələri tərəfındən həmin fərdi yaşayış evində 2013-cü ildə qanunsuz qoşulma aşkar edilərək cərimə yazılmışdır. Həmin vaxtdan sayğaca müdaxilə etməmişdir. Buna baxmayaraq, müxtəlif illərdə onun xəbəri olmadan cərimələr yazılmışdır. Sonuncu dəfə 2020-ci ilin yanvar-mart aylarında yenə cərimə yazılmışdır. Həmin evdə təbii qazdan istifadəyə yaranmış borclar aybaay gecikdirilmədən ödənilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək təmin olunmasını xahiş etdi. Əlavə olaraq, izahatında 1 həftə ərzində qazdan sayğacdan kənar istifadə etdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəməyə təqdim olunan sübutları tədqiq edib, hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan 30.01.2020-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, İddiaçı yaşadığı Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Massiv yaşayış massivində yerləşən fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunduğuna görə dəymiş ziyanını hesablanması qərara alınmışdır. Cavabdeh 30.01.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış 2952 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan 28.02.2020-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Massiv yaşayış massivində yerləşən fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunduğuna görə dəymiş ziyanını hesablanması qərara alınmışdır. Cavabdeh 28.02.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış 2952 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan 30.03.2020-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Massiv yaşayış massivində yerləşən fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunduğuna görə dəymiş ziyanını hesablanması qərara alınmışdır. Cavabdeh 30.03.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış 2952 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. İş materiallarında olan 30.04.2020-ci il tarixli, ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması haqqında aktın surətindən görünür ki, Bakı şəhəri, Abşeron rayonu, Hökməli qəsəbəsi, Yeni Massiv yaşayış massivində yerləşən fərdi yaşayış evində sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsi ilə təbii qazdan istifadə olunduğu aşkar olunduğuna görə dəymiş ziyanını hesablanması qərara alınmışdır. Cavabdeh 30.04.2020-ci il tarixli qərarının surətindən müəyyən olunur ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış, hesablanmış 1944 m3 qazın dəyərinin ödənilməsi qərara alınmışdır. X1 MMC-nin 02.06.2021-ci il tarixli, 289 saylı ekspert rəyi ilə İddiaçı yaşadığı Abşeron rayonu, Hökməli qəsəbəsi Yeni Massiv yaşayış massivində yerləşən fərdi yaşayış evinə (abonent kodu:**********05850) dair “Azərqaz” İstehsalat Birliyinə məxsus təbii qaz xətti üzərində qaynaq edilmiş boru izi olduğu müəyyən edilmişdir. Baxış zamanı iddiaçıya məxsus fərdi yaşayış evinə “Azərqaz” İstehsalat Birliyinə məxsus əsas qaz boru xəttindən bir ədəd 20 mm metal boru vasitəsi ilə qaz xətti çəkilmiş, üzərinə mexaniki qaz sayğacı quraşdırılmışdır. İddiaçının yaşadığı fərdi yaşayış evinə dair “Azərqaz” İstehsalat Birliyinə məxsus təbii qaz xətti üzərində müdaxilə faktı aşkar olunmuş yerdən hansı diametrdə borunun birləşdirilməsi, müdaxilə dövründə borudan təbii qaz axının təziyiqi və evdə quraşdırılmış qaz avdanlıqiarı haqda zəruri məlumatların olmadığı üçün həmin dövrdə istifadə olunan qazın həcmini, bu səbəbdən də “Azərqaz” İB-nə vurulmuş ziyanın məbləğini müəyyən etmək mümkün olmamışdır. Baxış zamanı İddiaçı müdaxilə faktı aşkar olunmuş yerdən məcburiyyət qarşısında qaldığı üçün qış fəslində istifadə etdiyini etiraf etmişdir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı aktlar üzrə 2021-ci ilin yanvar-aprel ayları üzrə müvafiq olaraq, 295,20 manat, 295,20 manat, 295,20 manat və 194,40 manat borc hesablanmışdır. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvanda yoxlama keçirilmiş, təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir. Həmçinin, iddiaçı qanunsuz olduğunu bilə-bilə 1 dəfə, 30.01.2020-ci il tarixdə yaşadığı evdə qaz xəttinə sayğacdan kənar qoşularaq təbii qazdan istifadə etmiş, buna görə, dəymiş zərərin əvəzinin ödənilməsi tələb olunmuşdur. Bu hal iddiaçının özü tərəfindən də etiraf olunmuşdur. Lakin, cavabdeh heç bir əsas olmadan, eyni fotoşəkillərdən istifadə etməklə iddiaçının yaşadığı ünvanda təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlar tərtib etmiş və itirilmiş qazın bərpası üçün hesablanmış məbləğ iddiaçıdan tələb etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1ci bəndinin ikinci hissəsinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinə əsasən Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddiaçının yaşadığı ünvanda qaz xəttinə sayğacdan kənar qoşulmaqla qazdan istifadə etməsi müəyyən edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddia ərizəsi qismən təmin edilərək 28.02.2020-ci, 30.03.2020-ci və 30.04.2020-ci tarixli aktlar üzrə hesablanmış cəmi 784,80 manat borc silinməli, qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 02.06.2021-ci il tarixli, 289 saylı ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən göründüyü kimi, aparılmış tədqiqatların dəyəri 300 manat təşkil etməklə X1” MMCnin hesabına keçirilməlidir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyinə, iddia tələbi təmin edildiyinə görə cavabdehdən ödənilməli olan 30 manat dövlət rüsumu tutulub dövlət büdcəsinə və ekspertiza tədqiqatının dəyəri 300 manat X1” MMC-nin hesabına keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə müvafiq olaraq məhkəmə, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı yaşadığı Abşeron rayonu, Höküməli qəsəbəsi Yeni Massiv yaşayış massivində yerləşən fərdi yaşayış evinə (abonent kodu:**********05850) hesablanmış 784,80 (yeddi yüz səksən dörd manat 80 qəpik) manat borcun silinməsi Cavabdehnə həvalə edilsin. İddia ərizəsi qalan hissədə təmin edilməsin. Cavabdehndən dövlət rüsumuna görə 30 (otuz) manat dövlət nəfinə tutulsun. Cavabdehndən ekspertiza tədqiqatının dəyəri 300 (üç yüz) manat tutularaq “X1” MMCnin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-3455/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3455/2021
22.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver