Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-347/2025 08.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələb: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən hesablanmış 9966,24 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ramana qəsəbəsi, süd./sovxozu ünvanında yerləşən fərdi yaşayış evində yaşayır. Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Ramana qəsəbəsi, süd./sovxozu ünvanında yerləşən fərdi yaşayış evə dair Cavabdeh İB ilə aralarında qazın alqı-satqısına dair müqavilə bağlanılmışdır. Həmin müqavilə nəticəsində mənzilinə Smart tipli, “G-4” markalı qaz sayğacı quraşdırılmışdır. Evində quraşdırılan qaz sayğacının kart vasitəsi ilə müəəyən pul məbləği yükləyərkən kartın blokda olduğunun şahidi olmuşdur. Baki regional qazın satışı departamentinə şifahi olaraq müraciət etdikdə ona bildiriblər ki, sayğac işlək vəziyyətdə deyil. Nəticədə abonent koduna itirilmiş qaz sərfiyyatına görə 9966,24 manat borc yazılmışdır və o pulu ödəməlidir. Evində quraşdırılan qaz sayğacına tərəflərindən heç bir müdaxilə edilməyib. Belə ki, sayğac mənzildən çöldə yerləşir və buna dair məsuliyyəti onlar yox cavabdeh təşkilat özü daşıyır. Cavabdeh təşkilat tərəfindən sayğaca nəzarət edilməli idi. Cavabdeh İB tərəfindən ona akt təqdim edilmişdir. Kart vasitəsi ilə həmişə ödəniş edib və heç bir çətinlik olmayıb. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasını cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları - İddiaçı barəsində xx.xx.2018-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2022-ci il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı, xx.xx.2023cü il tarixli, ******* saylı, xx.xx.2023-cü il tarixli, ******* saylı aktlar tərtib edilmişdir. Həmin aktlarda mənzilə baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni sayğacdan kənar istifadə etdiyi qeyd edilmişdir. - Abonent İddiaçı xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 259,20 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 1620 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 2903,04 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 1468,80 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı, akt əsasında 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 362,88 manat, xx.xx.2023cü il tarixli, ******* saylı akt əsasında 362,88 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 51,84 manat məbləğində borc hesablanmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3/1571 nömrəli xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Ekspertiza tədqiqatının dəyəri 65 manat təşkil etmişdir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyası
4. Qaz sayğaclarının quraşdırılması və istismarı 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.
5. Qazın dəyərinin ödənilməsi şərtləri 5.2. Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 5.4. Qaz sayğacları qaz paylayıcısı tərəfindən bu Qaydaların 4.9-cu bəndində nəzərdə tutulmuş hallarda çıxarıldıqda (götürüldükdə), qaz sayğacının olmadığı müddət ərzində qazın verilməsi dayandırılmır və istifadə edilmiş qazın dəyəri üzrə hesablaşmalar sayğac çıxarıldığı gündən əvvəlki ayın orta gündəlik sərfinə uyğun aparılır.
6. İstehlakçıya qazın verilməsinin dayandırılmasının əsasları və qazın alqı-satqı müqaviləsinin ləğvi 6.5. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir.
“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 01 may 2022-ci il tarixindən sonra qüvvədə olan redaksiyası Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir
9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Cavabdeh İB tərəfindən iddiaçıya xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 259,20 manat və xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 1620 manat borcun silinməsi hissəsində iddianın hüquqi əsasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın xx.xx.2023-cü il tarixinədək qüvvədə olan redaksiyası təşkil edir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus fərdi yaşayış evi üzrə təbii qazdan qeyri-qanuni istifadə edilməsi əsası ilə aktlar tərtib edilmiş, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə 259,20 manat və xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə 1620 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. Lakin, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən qaz sayğacına müdaxilə və ya qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halları öz təsdiqini tapmadı. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcısına məxsus şəbəkəyə qoşularaq sayğacdan kənar qazdan istifadə etdiyi məhkəmədə öz təsdiqini tapmadığından, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Buna görə də iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə 259,20 manat və xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə 1620 manat məbləğində borc silinməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh İB tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 2903,04 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 1468,80 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı, akt üzrə hesablanmış 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 362,88 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 362,88 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 51,84 manat məbləğində borcun silinməsi hissəsində iddianın hüquqi əsasını “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13 maddəsinin 9-cu hissəsinin 01 may 2022-ci il tarixindən sonra qüvvədə olan redaksiyası və “Qazdan istifadə Qaydaları”nın müvafiq müddəalarını təşkil edir. Qeyd edilən qanunvericilik müddəalarına əsasən Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca müdaxilə halları aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər qanunvericiliyin tələblərinə riayət edilmədən istehlakçıdan tələb edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh İB tərəfindən İddiaçı barəsində tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarıın pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 2903,04 manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt əsasında 1468,80 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı, akt əsasında 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 734,40 manat, xx.xx.2023cü il tarixli, ******* saylı akt əsasında 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 734,40 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 362,88 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 362,88 manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt əsasında 51,84 manat məbləğində borcun hesablanması qanunsuz və əsassız olmuşdur. Odur ki, qeyd edilən borc məbləği silinməlidir. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan 119,66 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, eyni zamanda ekspertiza tədqiqatının dəyəri olan 65 manat məbləğində pul vəsaiti də cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 1 ünvanı üzrə abonent İddiaçı (abonent kodu: **********04180) xx.xx.2018-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 259,20 (iki yüz əlli doqquz manat iyirmi qəpik) manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 1620 (min altı yüz iyirmi) manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 2903,04 (iki min doqquz yüz üç manat dörd qəpik) manat, xx.xx.2022-ci il tarixli, ******* saylı akt üzrə hesablanmış 1468,80 (min dörd yüz altmış səkkiz manat səksən qəpik) manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 734,40 (yeddi yüz otuz dörd manat qırx qəpik) manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 734,40 (yeddi yüz otuz dörd manat qırx qəpik) manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 734,40 (yeddi yüz otuz dörd manat qırx qəpik) manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 734,40 (yeddi yüz otuz dörd manat qırx qəpik) manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 362,88 (üç yüz altmış iki manat səksən səkkiz qəpik) manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 362,88 (üç yüz altmış iki manat səksən səkkiz qəpik) manat, xx.xx.2023-cü il tarixli, ******* saylı akt üzrə hesablanmış 51,84 (əlli bir manat səksən dörd qəpik) manat məbləğində borc silinsin. Cavabdeh İB-dən 119,66 (yüz on doqquz manat altmış altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq, dövlət büdcəsinə ödənilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 65 (altmış beş) manat məbləğində pul vəsaiti Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova