Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-348/2023 09.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X4 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsinə dair” iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən qanunsuz olaraq itirilmiş qaz sərfiyyatına görə 8405,28 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə iddia tələbinin 12794,40 manat məbləğində qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, izahatında bildirdi ki, ünvan 1 ünvanında anası, qardaşı və özü yaşayır, anası işləyir, özü tələbədir, qardaşının isə 17 yaşı var işləmir, ev babasının olmuşdur, babası rəhmətə getdikdən sonra həmin ev atasına qalmışdır, atası cəzaçəkmə müəssisəsində olmuş, orada da vəfat etmişdir, həmin evdə uzun müddət heç kim yaşamamışdır, özü və ailəsi nənəsi gildə yaşamış, universitetə daxil olduqdan sonra yaxın olduğundan həmin evə köçmüşdürlər, evə verilən qazı açdırmaq istədikdə cavabdehin əməkdaşları bildirmişlər ki, ünvan üzrə borc vardır, ona bu həddə borc yazılmışdır, yayda qazdan istifadə etmirlər, balondan istifadə edirlər, ev köhnə 2 otaqlı evdir, qaz sayğacı keçən ilin iyun ayında qoyulmuşdur, ondan əvvəl may ayında, təbii qazdan istifadə etmişdirlər, bu zaman sayğac olmamışdır, müqavilə bağlamaq üçün müraciət etmişdir, daha sonra onunla müqavilə bağlanmışdır. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.V.Əliyev izahat verərək bildirdi ki, iddiaçı cavabdeh təşkilata ziyan vurmuşdur, bununla bağlı əməkdaşlar tərəfindən aktlar tərtib edilmiş, dəymiş ziyan hesabatı hazırlanmışdır, iddiaçı sayğac olmadan qazdan istifadə etdiyinə görə, ona borc yazılmış və iddiaçının abonent koduna əlavə edilmişdir, bu barədə fotoşəkillər də iş materiallarında vardır, sayğac olmadan təbii qazdan istifadə nəticəsində hesabat aparılmışdır, sadalananlar və əldə olan əsaslı sənədlər iddiaçının uzun müddət təbii qazı taladığını təsdiq edir, əgər bu həddə borc yazılıbsa, bu o deməkdir ki, qazdan qanunsuz istifadə edilir. Sonda cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının, habelə cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İ seriyalı 726343 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X1 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan AZ-İ seriyalı 951251 nömrəli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X3 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan Xəzər RİHB-nun Binə qəsəbə İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 3502 №-li Arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZ-İİ seriyalı 123905 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdə doğulmuşdur, onun atası X3, anası X2r. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, **********00029 nömrəli abonent hesabına, Binə qəsəbəsi ünvan üzrə “abonentin təbii qazdan qeydiyyatsız qeyriqanuni istifadə etməsi” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ******* saylı Aktın surətindən görünür ki, Binə qəsəbəsi ünvanı üzrə qaz təchizatı qaynaq vasitəsi ilə dayandırılmışdır, akt istehlakçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 17712 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, **********00029 nömrəli abonent hesabına, Binə qəsəbəsi ünvanı üzrə “abonentin təbii qazdan qeydiyyatsız qeyriqanuni istifadə etməsi” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* saylı Aktın surətindən görünür ki, Binə qəsəbəsi ünvanı üzrə qaz təchizatı qaynaq vasitəsi ilə dayandırılmışdır, akt istehlakçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, **********00029 nömrəli abonent hesabına, Binə qəsəbəsi ünvanı üzrə “abonentin təbii qazdan qeydiyyatsız qeyriqanuni istifadə etməsi” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, **********00029 nömrəli abonent hesabına, Binə qəsəbəsi ünvanı üzrə “abonentin təbii qazdan qeydiyyatsız qeyriqanuni istifadə etməsi” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, **********00029 nömrəli abonent hesabına, Binə qəsəbəsi ünvan üzrə “abonentin təbii qazdan qeydiyyatsız qeyriqanuni istifadə etməsi” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, **********00029 nömrəli abonent hesabına, Binə qəsəbəsi, N.Abbasov ünvanı üzrə “abonentin təbii qazdan qeydiyyatsız qeyri-qanuni istifadə etməsi” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, **********00029 nömrəli abonent hesabına, Binə qəsəbəsi, N.Abbasov ünvanı üzrə “abonentin təbii qazdan qeydiyyatsız qeyri-qanuni istifadə etməsi” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, **********00029 nömrəli abonent hesabına, Binə qəsəbəsi, N.Abbasov ünvanı üzrə “abonentin təbii qazdan qeydiyyatsız qeyri-qanuni istifadə etməsi” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* saylı Aktın surətindən görünür ki, Binə qəsəbəsi ünvanı üzrə qaz təchizatı qaynaq vasitəsi ilə dayandırılmışdır, akt istehlakçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 5904 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, **********00029 nömrəli abonent hesabına, Binə qəsəbəsi, N.Abbasov ünvanı üzrə “abonentin təbii qazdan qeydiyyatsız qeyri-qanuni istifadə etməsi” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, **********00029 nömrəli abonent hesabına, Binə qəsəbəsi, N.Abbasov ünvanı üzrə “abonentin təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməsi” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli ******* saylı Aktın surətindən görünür ki, Binə qəsəbəsi ünvanı üzrə qaz təchizatı qaynaq vasitəsi ilə dayandırılmışdır, akt istehlakçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, xx.xx.2021-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 5400 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, **********00029 nömrəli abonent hesabına, Binə qəsəbəsi, N.Abbasov ünvanı üzrə “abonentin təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməsi” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* saylı Aktın surətindən görünür ki, Binə qəsəbəsi ünvanı üzrə qaz təchizatı qaynaq vasitəsi ilə dayandırılmışdır, akt istehlakçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 5400 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, **********00029 nömrəli abonent hesabına, Binə qəsəbəsi, N.Abbasov ünvanı üzrə “abonentin təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməsi” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* saylı Aktın surətindən görünür ki, Binə qəsəbəsi ünvanı üzrə qaz təchizatı qaynaq vasitəsi ilə dayandırılmışdır, akt istehlakçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 5580 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, **********00029 nömrəli abonent hesabına, Binə qəsəbəsi, N.Abbasov ünvanı üzrə “abonentin təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməsi” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* saylı Aktın surətindən görünür ki, Binə qəsəbəsi ünvanı üzrə qaz təchizatı qaynaq vasitəsi ilə dayandırılmışdır, akt istehlakçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 5580 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, **********00029 nömrəli abonent hesabına, Binə qəsəbəsi, N.Abbasov ünvanı üzrə “abonentin təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməsi” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* saylı Aktın surətindən görünür ki, Binə qəsəbəsi ünvanı üzrə qaz təchizatı qaynaq vasitəsi ilə dayandırılmışdır, akt istehlakçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 6120 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, **********00029 nömrəli abonent hesabına, Binə qəsəbəsi, N.Abbasov ünvanı üzrə “abonentin təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməsi” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ******* saylı Aktın surətindən görünür ki, Binə qəsəbəsi ünvanı üzrə qaz təchizatı qaynaq vasitəsi ilə dayandırılmışdır, akt istehlakçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “Dəymiş ziyanın bərpasına dair tələbnamə”-nin surətindən görünür ki, xx.xx.2022-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 3024 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* saylı Aktdan görünür ki, istehlakçı Tağıyev Miryusifə məxsus Binə qəsəbəsində yerləşən fərdi ev üzrə Smart tipli, G-4 markalı, STS **********905 nömrəli qaz sayğacı quraşdırılmışdır. İş materiallarından görünür ki, Cavabdeh İB və İddiaçı arasında 22 noyabr 2022-ci il tarixdə D-9650 nömrəli “Qaz paylayıcısı ilə məişət qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə” müqavilə bağlanmışdır, istismar olunan qaz qurğusu PQ-4 tipli, 4 gözlü qaz plitəsidir. İş materiallarında olan 07 fevral 2023-cü il tarixli “Abonent saldosu”ndan görünür ki, Tağıyev Miryusifin Bakı şəhəri, Xəzər, Binə, N.Abbasov ünvanı üzrə **********00029 nömrəli abonent hesabına “Qalıq və aktlar” əsasında 02/2021 tarixə 295,20 manat, 03/2021 tarixə 295,20 manat, 04/2021 tarixə 295,20 manat, 06/2021 tarixə 388,80 manat, 07/2021 tarixə 194,40 manat, 08/2021 tarixə 194,40 manat, 10/2021 tarixə 590,40 manat, 11/2021 tarixə1 648 manat, 12/2021 tarixə 648 manat, 01/2022 tarixə 648 manat, 02/202 tarixə 669,60 manat, 03/2022 tarixə 669,60 manat, 04/2022 tarixə 734,40 manat, 05/2022 tarixə 362,88 manat, 11/2022 tarixə 2920,32 manat, 01/2023 tarixə 1468,80 manat borc yazılmışdır, 01/2023-cü il tarixə ayın sonuna borc 12794,40 manat təşkil edir, Zenner G4T smart markalı qaz sayğac xx.xx.2022-ci il tarixdə quraşdırılmışdır. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi ünvanında yerləşən ev üzrə xx.xx.2022-ci il tarixdə Zenner G-4 markalı, Smart tipli qaz sayğacı quraşdırılmış, tərəflər arasında xx.xx.2022-ci il tarixdə qazın alqı-satqısı barədə müqavilə bağlanmışdır, ünvanda istismar olunan qaz qurğusu PQ-4-dür, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, cavabdehin əməkdaşları tərəfindən 2020- 2022-ci illər ərzində müxtəlif tarixlərdə baxış keçirilmiş, “abonentin təbii qazdan sayğacsız qeyri-qanuni istifadə etməsi” əsası ilə xx.xx.2020-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2021-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı, xx.xx.2022-ci il tarixli ******* saylı aktlar tərtib edilməklə, həmin aktlar əsasında ünvan üzrə **********00029 saylı abonent koduna 02/2021 tarixə 295,20 manat, 03/2021 tarixə 295,20 manat, 04/2021 tarixə 295,20 manat, 06/2021 tarixə 388,80 manat, 07/2021 tarixə 194,40 manat, 08/2021 tarixə 194,40 manat, 10/2021 tarixə 590,40 manat, 11/2021 tarixə 648 manat, 12/2021 tarixə 648 manat, 01/2022 tarixə 648 manat, 02/202 tarixə 669,60 manat, 03/2022 tarixə 669,60 manat, 04/2022 tarixə 734,40 manat, 05/2022 tarixə 362,88 manat, 11/2022 tarixə 2920,32 manat, 01/2023 tarixə 1468,80 manat borc yazılmışdır, 01/2023-cü il tarixə ayın sonuna borc 12794,40 manat təşkil edir, hazırda həmin məbləğ iddiaçıdan tələb edilir, ünvan üzrə 2022-ci ilin may ayında təbii qazdan sayğacsız istifadə edilmişdir. Məhkəmə, itirilmiş təbii qaz sərfiyyatına münasibətdə qeyd edir ki, sayğacsız dövr ərzində təbii qazdan istifadəyə görə hesablaşma, ziyanın tələb olunan həddə hesablanmasına əsas olmuş mötəbər sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, iddiaçı isə 2022-ci ilin may ayında qazdan sayğacsız istifadə etdiyini etiraf etdiyindən, 2022-ci il mayın 1-dən qüvvəyə minmiş “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli Qanununa əsasən, qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, istehlakçının istifadə etdiyi qaz qurğusunun növü nəzərə alınmaqla, “Dəymiş ziyanın bərpasına dair Tələbnamə”də göstərilən hesablaşmaya uyğun olaraq, lakin orta günlük iş rejimi 8 saat götürülməklə aparılmalıdır (1.2 x 8 saat x 30 gün= 288 m3; 3 x 8 saat x 30 gün= 720 m3; 288+720=1008 m3 ; 1008 m3 x 0,12 manat = 120,96 manat). Belə olan halda məhkəmə hesab edir ki, ümumilikdə qeyriqanuni qazdan istifadə müddətində itirilmiş qaz sərfiyyatı 120,96 manat həddində müəyyən edilməli və iddiaçının abonent hesabına yazılmış 12794,40 manat borcdan 12673,44 (12794,40-120,96=12673,44) manat silinməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli Qanununa əsasən, 13-cü maddə üzrə 8-1-ci hissə əlavə edilmişdir, həmin qanun 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 3.1.2-ci bəndinə əsasən, istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etmək qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısının vəzifəsidir. Həmin Qaydaların 3.1.3-cü bəndinə əsasən, qaz paylayıcısı qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalıdır. Həmin Qaydaların 3.4.1-ci bəndinə əsasən, özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq qadağandır. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********00029) yazılmış 12673,44 manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan və hazırki iddia qismən təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, təmin edilmiş iddianın qiyməti 10.000 manatdan 100.000 manatadək (12673,44 manat) olduğundan, cavabdehdən dövlət mədaxilinə 128,02 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi həddində dövlət rüsumu ödənilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, N.Abbasov küçəsi ünvanı üzrə **********00029 saylı abonent koduna Cavabdeh tərəfindən hesablanmış 12673 (on iki min altı yüz yetmiş üç) manat 44 (qırx dörd) qəpik borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehndən 128 (yüz iyirmi səkkiz) manat 02 (iki) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-348/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-348/2023
09.02.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver