Məhkəmə qərarları › İş №2(011)-351/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-351/2022

19.07.2022 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-351/2022 19.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Mənzil Mülkiyyəçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh qarşı “özbaşına açılmış qapının bağlanması” tələbi barədə qarşılıqlı iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Mənzil Mülkiyyəçilərinin Müştərək Cəmiyyəti Cavabdeh qarşı – ünvan 1 ünvanında birinci mərtəbədə yerləşən Cavabdeh məxsus sahəsi 40 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsində yükdaşıyan divarda layihədən kənar dəyişiklik edərək lift meydançasına doğru özbaşına açılmış qapının onun hesabına mişar daşı ilə hörülərək bağlanması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində 1120-MM7-0169 saylı qeydiyyat nömrəsi ilə qeydiyyatdan keçmişdir. ünvan 2 ünvanında "xxxx" MMC tərəfindən inşa edilmiş 7 mərtəbəli, 8 girişli yaşayış binasının İddiaçı MMMC ilə "xxxx" MMC arasında xx.xx.2020-ci il tarixində bağlanmış əmlakın təhvil-təslim aktına əsasən İddiaçı MMMC tərəfindən idarə olunmasına başlanılmışdır. Həmin binada mülkiyyətçi Cavabdeh şəhərsalma haqqında qanunvericiliyin tələblərini və tikinti normalarını kobud şəkildə pozaraq özünə məxsus, 1-ci mərtəbədə yerləşən və sahəsi 40 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsində yükdaşıyan divarda layihədən kənar dəyişiklik edərək lift meydançasına doğru qanunsuz əlavə qapı açmışdır. Bu hal binanın təhlükəsizliyi baxımından bina sakinlərinin haqlı narazılığına səbəb olmuşdur. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyi tərəfindən tikinti normalarının pozulmasına dair müvalıq rəylər alınmışdır. İddiaçı hesab edir ki, Cavabdeh tərəfindən qeyri-yaşayış sahəsində yükdaşıyan divarda layihədən kənar dəyişiklik edərək lift meydançasına doğru özbaşına açılmış qapı onun hesabına mişar daşı ilə hörülərək bağlanmalıdır. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassızdır. Buna görə də iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Ağ şəhər “Yaşıl Ada” rayonu xx.xx.2013-cü il tarixli, 3d saylı müqavilənin surətindən görünür ki, alıcı Cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin dəyəri tam ödənildikdən sonra "xxxx" MMC-nin Bakı şəhəri, Xətai rayonu, Xaqani Rüstamov küçəsi 6 ünavnında inşa etdiyi 7 mərtəbəli, 8 girişli binada yerləşən giriş 3, 1-ci mərtəbədə C1-D1 aşrımı və 15-17 aşrımı arası yerləşən 40 kv.m qeyriyaşayış sahəsi alıcı Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan İddiaçı Mənzil Mülkiyyəçilərinin Müştərək Cəmiyyətinin Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı şəhəri, Xətai rayon İcra Hakimiyyətinin Başçısına və Bakı şəhəri, Ağ Şəhər Layihəsinin rəhbərliyinə ünvanladığı xx.xx.2020-ci il tarixli 02/20 saylı məktubun surətindən görünür ki, qanunsuz açılmış qapının bağlanması və tikinti layihəsinə uyğun bərpasının təmin edilməsi xahiş edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən İddiaçı MMMC-nin sədri Nümayəndə ünvanlanmış 1075 saylı, xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, ona payçılar və mülkiyyətçilər arasında yaranmış problemlərlə əlaqədar mövcud qanunvericiliyə uyğun məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx/xx-2185 saylı xx.xx.2020-ci il tarixli məktubun surətindən görünür ki, "xxxx" MMC tərəfindən inşa edilmiş ünvan 5 ünvanındakı 6 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yeləşən, Cavabdeh tərəfindən satın alınmış qeyri-yaşayış sahəsindən binanın 3-cü girişindəki ümumi istifadədə olan dəhlizə əlavə giriş təşkil edilərək qapı oyuğu açılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1 rəisi Cəbrayıl Xanlarov tərəfindən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Xətai rayon İcra Hakimiyyətinə və Xətai rayon Polis İdarəsinə ünvanlanmış xx.xx.2021-ci il tarixli telefonoqramın surətindən görünür ki, ünvan 7 ünvanında yerləşən, "xxxx" MMC-yə məxsus çoxmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindəki qeyri-yaşayış sahəsində yükdaşıyan divarda əlavə qapı oyuğu açıldığı mütəxəssislər tərəfindən aşkar edilmişdir. Aparılan işlərə dair icazəverici sənədlər təqdim edilməmişdir. İş materiallarında olan elektron məhkəmə informasiya sistemindən edilən sorğu əsasında müəyyən olunmuşdur ki, ünvan 10 ünvanında 1-ci mərtəbədə yerləşən 40 kv.metr qeyri-yaşayış sahəsi Cavabdeh adına dövlət qeydiyyatına alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 10/27 saylı ekspert və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X2 Agentliyinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəylərindən görünür ki, ünvan 1 ünvanda 1-ci mərtəbədə yerləşən Cavabdeh məxsus sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsində lift meydançasına doğru açılmış qapının yaşayış binasının layihəsində nəzərdə tutulmadığı müəyyən edilir. ünvan 1 ünvanda 1-ci mərtəbədə yerləşən Cavabdeh məxsus sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsində lift meydançasına doğru açılmış qapı daşıyıcı (ana) divarda (dəmir-beton diafraqamda) açılmışdır. Qeyd edilən qapının açılması texniki cəhətdən binaya hər hansı təhlükə yaratmasını təyin etmək üçün bina tam müayinə olunmalı, xüsusi proqram vasitəsilə təsirlərin hesabatını nəzərə almaqla müəyyən oluna bilər. ünvan 1 ünvanda 1-ci mərtəbədə yerləşən Cavabdeh məxsus sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsinə birbaşa (digər şəxslərə məxsus olan sahələrdən keçmədən) alternativ giriş-çıxış qapısının açılması texniki cəhətdən mümkündür, lakin bu məsələ “Ağ şəhər” layihəsinin rəhbərliyi, binada sakinlər tərəfindən yaradılmış Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti və layihəsinin baş mühəndisi ilə razılaşdırılmalıdır. ünvan 1 ünvanda 1-ci mərtəbədə yerləşən Cavabdeh məxsus sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsində lift meydançasına doğru açılmış qapı liftdən istifadə olunması zamanı yarana biləcək məhdudiyyətlər Azərbaycan Respublikasının müvafiq tikinti Norma və Qaydaları ilə tənzimlənir. İddia ərizəsinin məzmunundan da göründüyü kimi, iddiaçı cavabdehə qarşı mövcud iddia tələbini qeyd edilən qapının özbaşına açılması ilə əsaslandırmışdır. Halbuki, ünvan 1 ünvanda 1-ci mərtəbədə yerləşən Cavabdeh məxsus sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsində lift meydançasına doğru açılmış qapının nə zaman və kim tərəfindən açılması müəyyən olunmur. Digər tərəfdən, qeyd edilən qeyriyaşayış sahəsinə mülkiyyət hüququ cavabdehin adına dövlət qeydiyyatına alınmışdır. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, ünvan 9 ünvanında birinci mərtəbədə yerləşən Cavabdeh məxsus sahəsi 40 kv.metrdən ibarət olan qeyriyaşayış sahəsindən lift meydançasına qapı binanın daşıyıcı (ana) divarında açılmışdır. Lakin ekspert rəyi ilə həmçinin müəyyən edilmişdir ki, ünvan 10 ünvanda 1-ci mərtəbədə yerləşən Cavabdeh məxsus sahəsi 40 kv.metr olan qeyri-yaşayış sahəsinə birbaşa (digər şəxslərə məxsus olan sahələrdən keçmədən) alternativ giriş-çıxış qapısının açılması texniki cəhətdən “Ağ şəhər” layihəsinin rəhbərliyi, binada sakinlər tərəfindən yaradılmış Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti və layihəsinin baş mühəndisi ilə razılaşdırıldığı halda mümkündür. Lakin məhkəmə iclasında iddiaçı tərəfindən verdiyi izahatla müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsinin həyətə çıxan alternativ giriş-çıxış qapısının açılmasına “Ağ şəhər” layihəsinin rəhbərliyi tərəfindən icazə verilmir. Həmçinin, məhkəmə tərəfindən ünvan 1 ünvanında birinci mərtəbədə yerləşən Cavabdeh məxsus sahəsi 40 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsində yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, ünvan 1 ünvanında birinci mərtəbədə yerləşən Cavabdeh məxsus sahəsi 40 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə lift meydançasına doğru açılmış qapı vasitəsilə giriş-çıxış həyata keçirilir, sözügedən qeyriyaşayış sahəsinin daxilində yerləşən ofisdə ümumi həyətə açılan qapı mövcuddur və həmin qapı xaricdən dəmir xətlərlə bağlanmışdır, ünvan 10 ünvanında birinci mərtəbədə yerləşən Cavabdeh məxsus sahəsi 40 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsinə digər şəxslərə məxsus sahələrdən keçməklə daxil olmaq mümkündür. Göründüyü kimi, cavabdeh özünə məxsus mülkiyyətində olan qeyri-yaşayış sahəsinə birbaşa giriş-çıxış məqsədilə mübahisəli qapıdan istifadə etməli olmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü hissəsinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.4-cü maddəsinə əsasən, mülkiyyətin toxunulmazlığı mülki qanunvericiliyin prinsiplərindən biridir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Qeyd edilən Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Məhkəmə hesab edir ki, hər bir şəxsin öz mülkiyyətində olan əmlakdan maneəsiz istifadə etmək hüququ qanunla qorunur. Bir şərtlə ki, belə istifadə üçüncü şəxslərə maneə yaratmasın. Hazırda sözügedən ünvanda açılmış mübahisəli qapının bina sakinləri üçün hər hansı maneə yaratması, liftdən istifadəyə məhdudiyyət törətməsi, həmçinin daşıyıcı divarda açıldığı üçün binanın təhlükəsizliyini pozulması işin materialları ilə sübut olunmur. Bundan başqa, həmin qapının bağlanması isə mülkiyyətçi olan cavabdehin özünə məxsus daşınmaz əmlakdan sərbəst şəkildə istifadə etməsinə maneə yaratmaqla nəticələnə bilər. Sadalanan xüsusatlara əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan, təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarına əsasən, “Mülki Prosessual Məcəllədə məhkəmənin həqiqətə nail olmaq vəzifəsi yalnız tərəflər üçün lazımi şəraitin yaradılması, prosessual hüquq və vəzifələrin onlara izah edilməsi ilə məhdudlaşır...Qanunvericilikdə “formal həqiqətin müəyyən edilməsi” ayrıca prinsip kimi nəzərdə tutulmasa da, məhkəmənin yalnız işdə olan sübutlar əsasında həqiqəti müəyyən etmək vəzifəsi aydın ifadə edilmişdir...Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir...” Qərardan görünür ki, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Odur ki, hazırkı məhkəmə ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, yalnız tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirmişdir, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri sübutlarla əsaslandırmışdır və yalnız həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməli olmuşdur. Belə ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edilmədiyindən, məhkəmə xərclərinə daxil olan ekspertiza xərci olan 100 manat pul vəsaiti İddiaçı MMMC-dən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır. Buna görə, iddia təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı Mənzil Mülkiyyəçilərinin Müştərək Cəmiyyətinin Cavabdeh qarşı – ünvan 11 ünvanında birinci mərtəbədə yerləşən Cavabdeh məxsus sahəsi 40 kv.metrdən ibarət olan qeyri-yaşayış sahəsində yükdaşıyan divarda layihədən kənar dəyişiklik edərək lift meydançasına doğru özbaşına açılmış qapının onun hesabına mişar daşı ilə hörülərək bağlanması barədə iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti İddiaçı MMMC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki işlər üzrə kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar