Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3515/2024 29.05.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi ilə, İddiaçı, Cavabdeh nümayəndəsi X1, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Agentliyinin Bakı Filialının nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “hesablanmış borcun silinməsi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdeh İB-nə qarşı “hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən ona hesablanmış 5.184 (beş min yüz səksən dörd) manat borcun silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi iddiaçının adına qeydə alınmaqla onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvan abonent kodu **********50000 olmaqla Cavabdeh tərəfindən qazla təmin olunur. Tərəfindən vaxtaşırı ödənişlər olur İstdifadə etdiyi təbii qaza görə balans yükləyərkən əlavə faiz borcu çıxıldığının şahidi olmuşdur və bununla bağlı xx.xx.2023-cü il tarixdə yaşadığı ünvan üzrə təbii qazdan istifadəyə görə borcunun məbləği barədə məlumat almaq üçün ərazi üzrə Cavabdehnə müraciət etmişdir. Həmin vaxt ona məlum oldu ki, yaşadığı ünvan üzrə adına xx.xx.2022-ci il tarixdə ******* nömrəli akt tərtib edilmişdir və ona 5.184 (beş min yüz səksən dörd) manat cərimə hesablanmışdır. Hesablanmış borc qanunsuz və əsasızdır. Belə ki, “Azərqaz” İB-nin əməkdaşları tərəfindən qaz xəttinə baxış keçirərkən onun və ailə üzvlərinin xəbəri olmamışdır. xx.xx.2022-ci il tarixli, ******* saylı aktda güya onun həmin aktı imzalamaqdan imtina etdiyi göstərilmişdir. Həmin aktın tərtib olunduğu tarixdə Cavabdeh əməkdaşları yaşadığı ünvanda olmamışlar və ona aktı imzalamağı təklif etməmişlər. Həmin akt heç bir baxış keçirilmədən tərtib edilmiş və güya həmin aktı orada olmuş əməkdaşlar da imzalamışlar. Hansı ki, həmin tarixdə yaşadığı ünvanda Cavabdeh əməkdaşları olmamışdır. O, təbii qaz xəttinə müdaxilə etməmişdir və təbii qazdan qeydiyyatsız istifadə etməmişdir. 2022-ci ilin noyabr ayının 27 qaz sayğacında yaranmış texniki problemlə əlaqədar Cavabdeh İB-nin qayanar xətti ilə əlaqə saxlamışdır və sayğacda yaranmış problemlə bağlı məlumat vermişdir. Bir müddət sonra Cavabdeh İB-nin işçiləri yaşadığı ünvana gələrək qaz sayğacına baxmışlar və qeyri-iş günü olduğundan sayğacda yaranmış problemi aradan qaldıra bilməyəcəklərini bildirmişlər. O, isə onlara havanın çox soyuq olduğunu, ailədə yeni doğulmuş körpə uşağın olduğunu demişdir. Onlar akta əlavə edilmiş fotoşəkillərdə görünən borunu qaz xəttinə birləşdirərək demişlər ki, 1-ci gün gəlib sayğacı düzəldəcəklər. Lakin cavabdeh təşkilat güya 30 noyabr 2022-ci il tarixində ünvanda qaz xəttinə qanunsuz qoşulma və qaz sayğacına müdaxilə faktını aşkar etdiyini aktda göstərmişdir və itirilmiş təbii qaza görə cərimə hesablamışdır. xx.xx.2022-ci il tarixli, ******* saylı aktda güya aktı imzalamaqdan imtina olunması göstərilmişdir. Aktın tərtib olunduğu tarixdə Cavabdeh əməkdaşları iddiaçının yaşadığı ünvanda olmamışlar və ona aktı imzalamağı təklif etməmişlər. Həmin akt heç bir baxış keçirilmədən tərtib edilmişdir və həmin aktı güya orada olmuş əməkdaşlar imzalamışlar. Hansı ki, həmin tarixlərdə yaşadıqları ünvanda Cavabdeh əməkdaşları olmamışdır. Cavabdeh İB qaz xəttinə qanunsuz qoşulma və qaz sayğacına müdaxilə faktlarını sübuta yetirmədən və heç bir əsas olmadan itirilmiş təbii qaza görə cərimə hesablamışdır. Cavabdeh İB-nin işçiləri tərəfindən qoşulmuş qaz xəttinə görə 2 gün keçdikdən sonra gəlib, qanunsuz qoşulma kimi qeyd apararaq akt tərtib edilmişdir. Mülki qanunvericiliyin qeyd olunan normalarından göründüyü kimi, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Qanunvericiliyin tələblərindən göründüyü kimi, qaz xəttinə görə tərtib edilmiş aktda hər hansı mötəbər sübutlar "Azəriqaz" İB-i tərəfindən yazılamışdır. Tərtib edilmiş akt iddiaçının iştirakı olmadan tərtib edilmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq o bildirmişdir ki, o, 2022-ci ilin noyabr ayında 1-2 saat ərzində kənar xətt vasitəsilə qaz xəttinə qoşularaq qazdan istifadə etmişdir. O qeyd etmişdir ki, sayğcala bağlı nasazlıq yarandığından bunu etməyə məcbur olmuşdur. Yaşayış evində 1 ədəd üç gözlü qaz peçi, 1 ədəd iki gözlü qaz peçi, 1 ədəd kombi vardır. Cavabdehin nümayəndəsi X4 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. O bildirmişdir ki, iddiaçının yaşadığı evdə kənar xətt aşkar edilmişdir və buna görə də borc hesablanmışdır. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X2 Agentliyin nümayəndəsi X6 məhkəmə iclasında bildirmişdir ki, Cavabdeh İB tərəfindən itirilmiş qaz həcmi düzgün hesablanmamışdır. Qaz xəttinə kənar qoşulma halında iddiaçının sadaladığı cihazlar üzrə 1 ədəd üç gözlü qaz peçi üçün 0,9 m3 saatlıq qaz sərfi, 1 ədəd iki gözlü qaz peçi üçün 0,6 m3 saatlıq qaz sərfi, 1 ədəd kombi üçün 2,6 m3 saatlıq qaz sərfi hesablanmalıdır. Kombi üçün 12 saat, digər cihazlar üçün 4 saat orta günlük iş rejimi və 90 gün hesabat müddəti nəzərə alınarsa ümumi qaz sərfiyyatı 3.348 m3 təşkil edir. (12x90x2,6=2.808, 4x90x0,9=324, 4x90x0,6=2016). Həmin qaz sərfiyyatına görə ödənilməli məbləğ 401,76 manat təşkil edir. (3.348 m3 x 0.12 qəpik) Məhkəmə mülki işin materiallarını araşdıraraq və tərəflərin izahatlarını dinləyərək, hesab edir ki, borcun silinməsinə dair iddia tələbi qismən əsaslıdır. Buna görə də həmin iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, abonent təbii qazdan rezin boru vasitəsilə sayğacdan kənar qeyri-qanun istifadə edib. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 43.200 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2021-ci il tarixli, 29/1710-05197-1 saylı “Qaz sayğacının yoxlanılması” barədə aktın surətindən görünür ki, sayğaca baxış keçirilmişdir. Sayğacın elementi bitib, müvəqqəti element quraşdırılmışdır. xx.xx.2021-ci il tarixə elektron göstərici 07014 m3 olmuşdur. Klapan açıqdır, qaz keçir. Sayğac istismara yararsızdır. İş materiallarında olan İddiaçı məxsus **********50000 saylı abonentin saldosundan görünür ki, abonentin 2022-ci ilin noyabr ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 5.184 manat borcu mövcud olmuşdur. Göründüyü kimi, cavabdeh təşkilat tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evində itirilmiş 43.200 m3 qazın bərpası üçün hesabat aparılmışdır və iddiaçıya dəymiş ziyan olaraq 5.184 manat məbləğində borc hesablanmışdır. İddiaçının qaz xəttinə müdaxilə edərək qaz xəttinə kənar xətt vasitəsilə qoşulması işin mübahisəsiz halıdır. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. X5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:
1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;
2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;
3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə əsasən borcun hesablanmasına əsas olan aktı cavabdeh təşkilat qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. Məhkəmə hesab edir ki, qaz xəttinə kənar qoşulma nəticəsində ödəniləcək məbləğin 5.196,84 manat məbləğində hesablanması düzgün deyildir. Belə ki, istifadə edilən cihazların sərfiyyat göstəriciləri və sair yuxarıda sadalanmış zəruri hallar nəzərə alınmaqla, hesablama qaydası X2 Agentliyin mütəxəssisi X6 tərəfindən təklif olunan qaydada olmalıdır. Bununla da, iddiaçıya 2022-ci ilin noyabr ayı üçün hesablanmış ümumi borcun 401,76 manat hissəsi çıxılmaqla, qalan borc, yəni 4.782,24 manat məbləğində borc iddiaçının abonent hesabından silinməlidir. 401,76 manat borc məbləğinin silinməsinə dair iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 67,83 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:
İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********50000) İddiaçı 2022-ci ilin noyabr ayı üçün hesablanmış 5.184 (beş min yüz səksən dörd) manat borc məbləğindən 4.782,24 (dörd min yeddi yüz səksən iki manat iyirmi dörd qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. 67,83 (altmış yeddi manat səksən üç qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aynur Abdullayeva