Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3516/2021 07.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş 25.05.2018-ci il tarixli ******* və 29.06.2018-ci il tarixli ******* nömrəli aktlar üzrə əsassız olaraq hesablanmış cərimə borcundan qalan 1332,80 manat məbləğində borcun silinməsi, borcun hesablandığı gündən etibarən 03/2021-ci il tarixinə kimi İddiaçı tərəfindən aparılan ödənişlərdən borca tutulmuş 663 manat məbləğində pul vəsaitinin hesabına geri qaytarılması, tərəfindən vəkil xidmətinin göstərilməsi üçün 7 saylı vəkil bürosunun hesabına ödədiyi 120 manat məbləğində pul vəsaitinin Cavabdeh İB-dən tutularaq ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19.03.2018-ci il tarixdə Azəriqaz İB-in nümayəndələri ona məxsus fərdi yaşayış evindən bir neçə metr aralıda həyətdə quraşdırılmış SMART G4 markalı İTRON tipli 1002AQ**********5 nömrəli qaz sayğacını yeni smart qaz sayğacı ilə əvəz edib, ******* nğmrəli qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt tərtib etmişlər, Azəriqaz İB-in nümayəndələri əgər həmin aktı imzalamazsa yaşayış yerinə təbii qaz verilməsini dayandıracaqlarını dedikləri üçün M.İddiaçı aktı imzalamışdır, lakin sonra məlum olmuşdur ki, SMART G4 markalı İTRON tipli 1002AQ**********5 nömrəli qaz sayğacı dövlət yoxlamasına göndərilmiş, dövlət yoxlamasında da qaz sayğacının hesablama mexanizminin qoruyucu şüşəsinin deşilmiş olması barədə rəy verilmişdir, həmin rəy əsasında qəbul edilmiş akt əsasən 8316 m3 qaz itkisinin yaranma səbəbindən 1663,20 manat məbləğində borc onun hesabına yazılmışdır, eynilə 27.04.2018-ci il tarixində Azəriqaz İB-in nümayəndələri İİ dəfə ona məxsus yaşayış evinə gələrək SMART G4 markalı İTRON tipli 1702AZ**********13 nömrəli qaz sayğacı yeni tipli sayğac ilə əvəz edilərək dövlət yoxlamasına göndərilmiş qaz sayğacının hesablama mexanizmində qapağın deşilmiş olması barədə verilən rəyin əsasında tərtib edilən akta əsasən 332,60 manat məbləğində cərimə borcu onun abonent hesabına yazılmışdır, eyni zamanda İddiaçı qeyd edir ki, 8316 m3 qaz itkisinə görə 1663,20 manat və 1663 m3 qaz itkisinə görə isə 332,60 manat məbləğində borcun heç bir hüquqi əsası yoxdur. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi N.V.Vəliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının yaşadığı ünvanda Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğac yenisi ilə əvəz edilmiş, sayğaca baxış keçirilərkən qüsur aşkarlanmış və akt tərtib olunmuşdur, tərtib olunmuş akta əsasən sayğacın hesablanma mexanizminin qoruyucu şüşəsinin deşilməsi nəticəsində müdaxilə edilmişdir, bununla bağlı qeyri-qanuni istifadəyə görə itirilmiş qaz sərfiyyatı 8316 m3 üçün 1663,20 manat, 1663 m3 üçün isə 332,60 manat olmaqla ümumilikdə 1995,80 manat məbləğində borc hesablanmışdır, İddiaçı 2018-ci il may ayı üçün ödənilmiş 18 manat məbləğini nəzərə alaraq ümumi nəticədə sonuncunun abonent koduna 1977,80 manat hesablanmış və həmin məbləğ də ondan tələb edilir. Sonda N.V.Vəliyev iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, cavabdehin izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 19.03.2018-ci il il tarixli ******* saylı aktın surətindən görünür ki, G-4 İTRON markalı 1002AQ**********5 nömrəli sayğac, G-4 İTRON markalı 1702AZ**********13 nömrəli sayğac ilə əvəzləşdirilmişdir. İş materiallarında olan Bakı RQOQX Departamentindən İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və Məişət qaz sayğaclarını yoxlanması labarotoriyasına aparılmış 1002AQ**********5 nömrəli Smart G4 markalı İtron tipli qaz sayğacı Dövlət yoxlaması nəticəsində kənar izlərin aşkar edildiyi, sayğacın qoruyucu şüşəsinin deşilməsi və klapanın işlək vəziyyətdə olmaması səbəbindən yararsız hesab edilmidir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25.05.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, Azəriqaz İB-nin 29/1710- 0225 saylı rəyinə əsasən 1002AQ**********5 nömrəli sayğacın hesablanma mexanizminin qoruyucu şüşəsi deşilməsi nöqsanı qeyd edilmiş və dəymiş ziyanın hesablanması tələb edilmişdir. İş materiallarında olan “Dəymiş ziyanıın bərpasına dair Tələbnamə”-nin surətindən görünür ki, itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən AZƏRİQAZ İB-yə 8316 m3 həcmində ziyan dəymişdir. İş materiallarında olan “Dəymiş ziyanıın bərpasına dair Tələbnamə”-nin surətindən görünür ki, itirilmiş qazın bərpası üçün aparılmış hesabata əsasən AZƏRİQAZ İB-yə 1663 m3 həcmində ziyan dəymişdir. İş materiallarında olan 24.04.2018-ci il tarixli Abonentin Saldosundan görünür ki, iddiaçının **********29840 saylı abonent hesabına aktın qalıq və aktlar hissəsinə əsasən 05/2018-ci il üçün 1663,20 manat, 06/2018-ci il tarixi üçün 332,60 manat ümumilikdə 1995,80 manat məbləğində borc hesablanmış, eyni aktın ödəniş hissəsinə əsasən, iddiaçı 05/2018-ci il tarixdə 18 manat AZƏRİQAZ İB-nin xeyrinə ödəmişdir. İş materiallarında olan 24.04.2018-ci il tarixli GASREP sənədindən görünür ki, iddiaçının **********29840 saylı abonent hesabına aktlar əsasında 1995,80 manat borc hesablanmışdır, həmin məbləğdən 05/2018-ci il tarixdə 18 manat ilə birlikdə ümumilikdə 663 manat tutulmuş, 03/2021-ci il tarixə 1332,82 manat borc qalmışdır, İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 7 saylı Vəkil bürosuna xidmət haqqı kimi 120 manat pul köçürmüşdür. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac yenisi ilə əvəzləşdirilmiş, həmin ünvanda 8316 m3 təbii qazın itirilməsi barədə akt tərtib edilmiş və onun dəyəri kimi 1995,80 manat borc iddiaçının abonent hesabına yazılmış, həmin məbləğdən 663 manat cavabdeh tərəfindən tutulmuş, qalıq borc 1332,80 manat təşkil edir və bu məbləğ iddiaçıdan tələb edilir. Bununla bərabər, iddiaçının sayğaca müdaxilə etməsi halı məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu **********29840) itirilmiş qazın bərpası məqsədilə yazılmış 1995,80 manat məbləğində borcdan tutulmuş 663 manat geri qaytarılmalı və qalan 1332,80 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə, dövlət rüsumunun kimdən alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan çox olduğundan, iddia tələbi təmin edildiyindən və iddiaçı bu qəbildən olan iddia tələbləri üzrə dövlət rüsumunu ödəməkdən azad olunduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********29840 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 1995,80 manat məbləğindən 1332 (min üç yüz otuz iki) manat 80 (səksən) qəpik silinsin. İddiaçı **********29840 saylı abonent kodu üzrə tutulmuş 663 (altı yüz altmış üç) manat məbləğində pul geri qaytarılsın. Hüquqi xidmət göstərilməsi üçün Bakı şəhəri 7 saylı vəkil Bürosuna ödənilmiş xidmət haqqı kimi 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3516/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3516/2021
07.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver