Məhkəmə qərarları › İş №2(011)-3520/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3520/2021

26.07.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3520/2021 26.07.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Digah qəsəbəsində yerləşən ona məxsus evə (abonent kodu: **********21400) hesablanmış 4334,70 manat borcun Cavabdeh İB tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli 2(011)-3520/2021 saylı iddianı təmin etmə tədbiri barədə qərardadı ilə İddiaçı məxsus yaşayış evinə (abonent kodu: **********21400) təbii qazın verilməsinin dayandırılması və həmin ünvan üzrə hesablanmış borcun smart kartdan tutulması Cavabdehnə qadağan olunmuşdur. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə qabaqcadan lazımi məlumat verilsə də, onlar məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, 05.07.2021-ci il tarixdə İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mülki işin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli 2(011)-3520/2021 saylı qərardadından görünür ki, iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarında olan 02.07.2021-ci il tarixli 10/2183 saylı rəyə əlavə olunmuş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 102 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanır. Məhkəmə hesab edir ki, iddiaçı ərizənin baxılmamış saxlanması barəsində ərizə verdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalı olduğundan, iddiaçının məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyərini təşkil edən 102 manat İddiaçı aid edilməli, iddiaçıdan 102 manat alınaraq Məhkəmə ekspertizası Mərkəzinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259, 263, və 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh İstehsal Birliyinə qarşı istehlakçı hüquqlarının müdafiəsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlansın. İddiaçı məxsus yaşayış evinə (abonent kodu: **********21400) təbii qazın verilməsinin dayandırılması və həmin ünvan üzrə hesablanmış borcun smart kartdan tutulmasının Cavabdehnə qadağan olunması haqqında Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01.04.2021-ci il tarixli 2(011)-3520/2021 saylı iddianı təmin etmə tədbiri barədə qərardadı ləğv edilsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 102 (yüz iki) manat pul məbləği İddiaçı tutularaq Məhkəmə ekspertizası Mərkəzinə (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP XİİS hesabı: Dövlət xəzinadarlığı Agentliyi, kodu: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN:**********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar