Məhkəmə qərarları › İş №2(011)-3541/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3541/2022

16.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3541/2022 16.08.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Rəhimli Lalə Elxan qızının sədrliyi, Şükürzadə Aysel Qədir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “istehlakçı hüquqlarının müdafiəsi, aktların ləğvi və aktlar əsasında tətbiq edilmiş məbləğin istehlakçı hesabından silinməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı – cavabdeh “Azəriqaz" İstehsalat Birliyi tərəfindən tərtib edilmiş ******* və ******* nömrəli aktların ləğv edilməsi, həmin aktlardan irəli gələn 1281,60 manat borcun iddiaçının mənzilinə məxsus **********00000 saylı kod hesabından silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba şəhəri, Ağamalıoğlu küçəsində yerləşən 49 saylı ev Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin xx.xx.2017-ci il tarixli ******* reyestr nömrəli çıxarışı əsasında iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı faktiki olaraq həmin evdə yaşayır. xx.xx.2018 və xx.xx.2021-ci il tarixlərində Cavabdeh əməkdaşları tərəfindən iddiaçının xəbəri olmadan ona ******* və ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” əsassız aktlar yazılmışdır. İddiaçı qeyd edir ki, hər iki akt vəfat etmiş Abdul Səfərəliyevin adına tərtib edilmişdir. Aktlara əsasən “dəymiş ziyanın bərpasına dair” 2 ədəd tələbnamələr tərtib edilmiş və tələbnamələrə əsasən 2304 m3 + 8208 m3 = 10512 m3 itirilmiş qaz hesabı hesablanaraq iddiaçının abonent koduna daxil edilmişdir. Bütün bu qanunsuz hərəkətlər onun xəbəri və iştirakı olmadan həyata keçirilmişdir. Aktlara əsasən 2018ci ildə iddiaçının hesabına 460,80 manat, 2021-ci ildə isə 820,80 manat borc hesablanmışdır. Buna səbəb həmin mənzildə sayğacdan kənar əlavə xətt vasitəsilə qanunsuz qazdan istifadə olmuşdur. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi Nümayəndə qızı məhkəmə iclasında iddiaya etiraz edərək, iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. İş materiallarından görünür ki, ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı Abdul Səfərəliyevin adına olsa da, xx.xx.2012-ci il tarixli “Alqı-Satqı” müqaviləsinə əsasən X1 və xx.xx.2017-ci il tarixli “Daşınmaz Əmlakın Bağışlanması” müqaviləsi ilə İddiaçı bağışlanmışdır. Hazırda Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən, həmin yaşayış evi İddiaçı adınadır. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” ******* saylı xx.xx.2018-ci il tarixli aktın və dövlət yoxlamasının nəticələri barədə aktın surətindən görünür ki, iddiaçının yaşadığı ünvanda (ünvan 2dan keçirilməsi üçün göndərilmişdir. İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib olunan ******* saylı xx.xx.2021-ci il tarixli aktdan görünür ki, qeyd edilən ünvanda sayğacdan kənar qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Abdul Səfərəliyev göstərilən aktı imzalamaqdan imtina etmişdir. Məhkəmə hesab edir ki, Quba şəhəri, Ağamalıoğlu küçəsi, 49 saylı evdə qaz sayğacı köhnə mülkiyyətçi Abdul Səfərəliyevin adına olsa da, lakin mənzilin mülkiyyətçisi İddiaçı olduğundan, o, hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. Beləliklə, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış 1281,60 manat məbləğində borc iddiaçıdan tələb edilmişdir. İddiaçıya məxsus ünvanda qaz sayğacından kənar xətlə qazdan istifadə edilməsi qeyd edilsə də, lakin məhkəmə araşdırılması zamanı həmin halı sübut edən hər hansı dəlil cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDKnın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Göstərilən Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, o cümlədən, qaz sayğacı düzgün işləmədiyi halda, ödəniləcək məbləğin 1281,60 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13cü maddəsinin 8-ci hissəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının borcu düzgün hesablanmadığından, cavabdeh yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin iddiaçı tərəfindən ödənilməsini tələb edə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Göstərilən qanunvericiliyinin müddəalarına əsasən məhkəmə hesab edir ki, iddiaçının evində quraşdırılmış qaz sayğacının göstəricilərinə əsasən qazın dəyəri düzgün hesablanmadığından, qazın hesabı tam ödənildikdən sonra, cavabdeh tərəfindən yol verilmiş səhvə görə iddiaçı məsuliyyət daşımadığından, iddiaçı qeyd edilən ünvanda istehlak olunmuş təbii qaza görə cavabdeh qarşısında məsuliyyət daşımır. Odur ki, cavabdehin iddiaçıdan təbii qazın pulunun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Buna görə də iddia təmin edilərək, “təbii qazdan istifadə qaydalarının pozulması”na dair ******* və ******* saylı aktlar ləğv edilərək, qaz sərfinə görə göstərilən ünvana hesablanmış 1281,60 manat məbləğində borc silinməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 32,82 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 284-5.3-cü maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia təmin edilsin. Quba şəhəri, Ağamalıoğlu küçəsi, 49 saylı ev üzrə Cavabdeh İB tərəfindən tərtib edilmiş “Təbii qazdan istifadə qaydalarının pozulması”na dair xx.xx.2018-ci il tarixli ******* və xx.xx.2021-ci il tarixli ******* saylı aktlar ləğv edilsin. Quba şəhəri, Ağamalıoğlu küçəsi, 49 saylı ev (Abonent kodu: **********00000) ünvanı üzrə hesablanmış 1281,60 (min iki yüz səksən bir manat altmış qəpik) manat məbləğində borc silinsin. 32,82 (otuz iki manat səksən iki qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Lalə Rəhimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar