Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3564/2022 06.07.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı ilə bağlı Cavabdeh əməkdaşları tərəfində tərtib olunmuş akta görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 216 manat borcun silinməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır, vaxtı-vaxtında ona aid qaz sayğacından qanuna uyğun formada istifadə etmişdir, evdə quraşdırılan qaz sayğacı öz adına rəsmiləşdirilmişdir, cavabdehin əməkdaşları onun yaşadığı ünvana gəlmiş, bu ünvanda quraşdırılan qaz sayğacını yenisi ilə əvəz etmişdirlər, daha sonra ona məlum olmuşdur ki, yaşadığı evə quraşdırılan qaz sayğacının guya düzgün işləməməsi əsas gətirilərək akt tərtib olunmuş və ona itirilmiş qaz sayğacının bərpası məqsədi ilə 216 manat məbləğində əsassız borc yazılmışdır, qaz sayğacı onun evindən kənarda yerləşdiyi üçün həmin sayğacda yarana bilən nasazlıqlardan ötrü heç bir halda cavadehlik daşımamalıdır, qaz sayğacına özü və ailə üzvləri tərəfindən heç bir müdaxilə olmamışdır, ünvan 1 ünvanında yerləşən mənzili Fətullayeva Şərqiyyədən satın almışdır, mənzilin kommunal xidmətlər, o cümlədən qaz sayğacı onun adına rəsmiləşdirilmişdir, daha sonra mənzilin bütün kommunal xidmətlərini öz adına rəsmiləşdirmişdir, cavabdeh tərəfindən sözügedən akt tərtib olunduqda mənzil öz istifadəsində olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.V.Əliyev iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi əsassızdır, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərlə onun hazırda borcunun olması müəyyən olunmur. Sonda R.V.Əliyev iddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib edilmiş “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, Fətullayeva Şərqiyəyə məxsus ünvandan İtron G-4 markalı sayğac çıxarılmış, Mexaniki G-4 markalı 12531448 saylı sayğac quraşdırılmışdır. İş materiallarından görünür ki, “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2020-ci il tarixdə istehlakçı Fətullayeva Şərqiyyəyə məxsus ünvan 1 ünvan üzrə ******* saylı akt tərtib olunmuşdur, aktda sayğacın klapanının aktiv olmaması, qayka plombu üçün nəzərdə tutulmuş qulaqcığın qırıq olması, sayğacın hesablama mexanizmi üzərinə vurulan plombların rənginin qoruyucu örtüyünün rəngindən fərqli olması, sayğacın çıxış plastmas borusunun deşilməsi qeyd olunmuş, dəymiş ziyanın hesablanması tələb olunmuşdur. İş materiallarında olan dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, istehlakçı Fətullayeva Şərqiyyəyə məxsus ünvan 1 ünvan üzrə xx.xx.2020-ci il tarixli ******* saylı Akta əsasən aktda itirilmiş qazın bərpası üzrə 2160 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Gasrep sənədindən görünür ki, ünvan 1 ünvanı **********00030 saylı abonent kodu üzrə cari borc 0 təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Abonentin saldosunun Qalıq və aktlar bölməsindən görünür ki, iddiaçının **********00030 saylı abonent hesabına 06/20xxxx/2022-ci il tarixi ərzində akt əsasında borc yazılmamışdır. Tədqiq edilmiş sübutlar əsasında məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanı üzrə evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xx.xx.2020-ci il tarixdə yenisi ilə əvəz olunmuşdur, hazırda iddiaçı Elster G-4 markalı qaz sayğacı vasitəsi ilə təbii qazdan istifadə edir, həmin ünvan üzrə **********00030 saylı abonent koduna təbii qaz sərfiyyatına görə akt əsasında borc yazılmamışdır (06/20xxxx/2022), hazırda iddiaçının Cavabdeh İB-yə olan cari borcu “0” manat təşkil edir. Bununla belə, iddiaçıya məxsus abonent koduna cavabdeh tərəfindən akt əsasında əsassız olaraq borc hesablanmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsinin 8-ci bəndinə müvafiq olaraq Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, İddiaçı Cavabdehnə qarşı “ona məxsus ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı ilə bağlı Cavabdeh əməkdaşları tərəfində tərtib olunmuş akta görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 216 manat borcun silinməsinə dair qətnamə çıxarılması” barədə iddia tələbi rədd edilməlidir. Məhkəmə dövlət rüsumuna münasibətdə isə hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan və iddia tələbi rədd edildiyindən tərəflərdən dövlət rüsumu alınmamalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.2-ci maddəsinə əsasən, iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı Cavabdehnə qarşı “ona məxsus ünvan 1 ünvanında quraşdırılmış qaz sayğacı ilə bağlı Cavabdeh əməkdaşları tərəfində tərtib olunmuş akta görə ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 216 manat borcun silinməsinə dair qətnamə çıxarılması” barədə iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3564/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3564/2022
06.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver