Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3567/2021 08.05.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi Əliyev Zaur Rəhman oğlunun, Cavabdeh iştirakı ilə "xxxx" MMC-nin Cavabdeh qarşı pul tələbi barədə iddiasına dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 05.04.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********05552 olan Samsung Galaxy A30s markalı telefon üçün 568,8 manat ödənilməmiş hissə, 141,2 manat dəbbə pulu borcu, 22.04.2020-ci il tarixli müqaviləsinə əsasən, LG LED televizor üçün 613,5 manat ödənilməmiş hissə, 120,5 manat dəbbə pulu, 30.04.2020-ci il tarixli müqaviləsinə əsasən, Smart Segway üçün 478,5 manat ödənilməmiş hissə, 83,5 manat dəbbə pulu, 05.05.2020-ci il tarixli müqaviləsinə əsasən, JBL Headphones üçün 184,8 manat ödənilməmiş hissə, 40,2 manat dəbbə pulu, ümumilikdə 2231 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 2261 manat Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Z.R. Əliyev iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Cavabdeh, "xxxx" MMC ilə bağlanmış 05.04.2020-ci il, 22.04.2020-ci il, 30.04.2020-ci il və 05.05.2020-ci il tarixli müqavilələrə əsasən İMEİ Kodu **********05552 olan Samsung Galaxy A30s markalı telefon, LG LED televizor, Smart Segway və JBL Headphones almış və nəticədə 2231 manat borc yaranmışdır. Bu günədək cavabdehə edilən müraciətlər bir nəticə verməmiş, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 05.04.2020-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 606,8 manat olan (12 ay x 47 manat 40 qəpik + 38 manat ilkin ödəniş) İMEİ Kodu **********05552 olan Samsung Galaxy A30s markalı telefon üçün ümumilikdə 710 manat olmaqla, ondan 568,8 manat ödənilməmiş hissə, 141,2 manat dəbbə pulu borcu, 22.04.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 653,5 manat (15 ay x 40,9 manat + 40 manat ilkin ödəniş) LG LED televizor üçün ümumilikdə 734 manat olmaqla, ondan 613,5 manat ödənilməmiş hissə, 120,5 manat dəbbə pulu borcu, 30.04.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 510,5 manat (15 ay x 31,9 manat + 32 manat ilkin ödəniş) Smart Segway üçün ümumilikdə 562 manat olmaqla, ondan 478,5 manat ödənilməmiş hissə, 83,5 manat dəbbə pulu borcu, 05.05.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 249,8 manat (12 ay x 15 manat 40 qəpik + 65 manat ilkin ödəniş) JBL Headphones üçün ümumilikdə 225 manat olmaqla, ondan 184,8 manat ödənilməmiş hissə, 40,2 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 175 manat təşkil edir. Hesab edir ki, cavabdeh müqavilə öhdəliklərini pozduğundan onun borcu məhkəmə qaydasında tutulmalıdır. Sonda Z.R. Əliyev iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim etmiş və ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iddia tələbini qismən qəbul edir, iddia ərizəsində qeyd edilən cihaz və məişət əşyalarını almışdır, 1845,60 manat əsas borcu qəbul edir və onu ödəməyə razıdır, lakin 385,4 manat cərimə borcu hissəsini qəbul etmir. Sonda Cavabdeh qeyd olunanların nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 30.04.2020-ci il tarixdə 20249493 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Smart Segway cavabdehə satılmışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 22.04.2020-ci il tarixdə 20235762 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən LG LED televizor cavabdehə satılmışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 05.04.2020-ci il tarixdə 20213343 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən İMEİ Kodu **********05552 olan Samsung Galaxy A30s markalı telefon cavabdehə satılmışdır. İş materiallarından görünür ki, "xxxx" MMC ilə Cavabdeh arasında 05.05.2020-ci il tarixdə 20261222 saylı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən JBL Headphones cavabdehə satılmışdır. İş materiallarında olan 30.04.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, Smart Segway Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 22.04.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, LG LED televizor Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 05.04.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, İMEİ Kodu **********05552 olan Samsung Galaxy A30s markalı telefon Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan 05.05.2020-ci il tarixli bildirişdən və əşyaların təhvil-təslim aktından görünür ki, JBL Headphones Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan Cavabdeh maliyyə arayışından görünür ki, Cavabdeh iddiaçıya 05.04.2020-ci il tarixli müqavilə üzrə İMEİ Kodu **********05552 olan Samsung Galaxy A30s markalı telefon üçün borcu, ödənilməmiş məbləğ 568,8 manat, dəbbə pulu 141,2 manat, 22.04.2020-ci il tarixli müqavilə üzrə LG LED televizor üçün borcu, ödənilməmiş məbləğ 613,5 manat, dəbbə pulu 120,5 manat, 30.04.2020-ci il tarixli müqavilə üzrə Smart Segway üçün borcu, ödənilməmiş məbləğ 478,5 manat, dəbbə pulu 83,5 manat, 05.05.2020-ci il tarixli müqavilə üzrə JBL Headphones üçün borcu, ödənilməmiş məbləğ 184,8 manat, dəbbə pulu 40,2 manat təşkil edir. Hal-hazırda Cavabdeh cəmi ödənilməmiş əsas borcu 1845,6 manat, dəbbə pulu 385,4 manat ümumilikdə 2231 manat təşkil edir. İş materiallarından görünür ki, iddiaçı cavabdehə borcunu ödəməsinə dair 18.11.2020-ci il tarixdə xəbərdarlıq məktubu göndərmişdir. İş materiallarında olan 11.03.2021-ci il tarixli, ********* saylı mədaxil qəbzindən görünür ki, "xxxx" MMC tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında iddia tələbində göstərilən əşyalara dair alqı-satqı müqavilələləri bağlanmış, müqavilələrə əsasən satıcı öhdəliyini lazımınca icra edərək əşyaları alıcıya təhvil vermiş, alıcı həmin əşyaları almışdır, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmiş, buna görə onun iddiaçıya borcu qalmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğin qaytarılmasını tələb etməkdə haqlıdır. Bununla belə, iddia tələbi üzrə cavabdehin müqavilə öhdəliklərinin yerinə yetirilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə hesab edir ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqavilələri bağladığından həmin müqavilələr üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, tərəflər arasında bağlanmış müqavilələr üzrə tənasübsüz surətdə yüksək hesablanmış dəbbə məbləğinin azaldılaraq, İMEİ Kodu **********05552 olan Samsung Galaxy A30s markalı telefon üçün 15 manat, LG LED televizor üçün 15 manat, Smart Segway üçün 10 manat, JBL Headphones üçün 5 manat həddində müəyyən edilməsini məqsədəmüvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 05.04.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********05552 olan Samsung Galaxy A30s markalı telefon üçün 568,8 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu borcu, 22.04.2020-ci il tarixli müqaviləsinə əsasən, LG LED televizor üçün 613,5 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu, 30.04.2020-ci il tarixli müqaviləsinə əsasən, Smart Segway üçün 478,5 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, 05.05.2020-ci il tarixli müqaviləsinə əsasən, JBL Headphones üçün 184,8 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, ümumilikdə 1890,6 manat borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 05.04.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ Kodu **********05552 olan Samsung Galaxy A30s markalı telefon üçün 568,8 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu, 22.04.2020-ci il tarixli müqaviləsinə əsasən, LG LED televizor üçün 613,5 manat ödənilməmiş hissə, 15 manat dəbbə pulu, 30.04.2020-ci il tarixli müqaviləsinə əsasən, Smart Segway üçün 478,5 manat ödənilməmiş hissə, 10 manat dəbbə pulu, 05.05.2020-ci il tarixli müqaviləsinə əsasən, JBL Headphones üçün 184,8 manat ödənilməmiş hissə, 5 manat dəbbə pulu, ümumilikdə 1890 (min səkkiz yüz doxsan) manat 60 (atmış) qəpik borc və dövlət rüsumunun əvəzi qismində ödənilmiş 30 (otuz) manat alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-3567/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3567/2021
08.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver