Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-3570/2023 20.04.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Zamanlı Pərviz Mirsiyaf oğlu – İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏNETDİ: İddiaçı ona məxsus Sabunçu rayonu, Q.Vəzirov küçəsi, 2 saylı evinə dair qaz sərfiyyatına görə əsassız olaraq hesablanmış 432 manat cərimə borcunun silinməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənələr geri qaytarılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Sabunçu rayonu, Q.Vəzirov küçəsi, 2 saylı ev üzrə abonent kodu X1 adına alınmış, Xanqulu Abbasov xx.xx.2023-cü il tarixdə ölmüşdür. İddiaçı Xanqulu Abbasovun oğlu olduğunu qeyd etsə də, bunu təsdiq edən sənədi (doğum haqqında şəhadətnaməni), yaxud Xanqulu Abbasovun vərəsəsi olması barədə sənədi iddia ərizəsinə əlavə etməmişdir. Bundan başqa, onun evinə əsassız yazılmış borcun silinməsini tələb etsə də, yuxarıda qeyd edilən ünvanda yerləşən evin ona məxsus olmasını da təsdiq edən sənədi də iddia ərizəsinə əlavə etməmişdir. Həmçinin də iddia ərizəsində özünün yaşayış yerini Saatlı rayonu, Şirinbək kəndi kimi göstərmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüquqi olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məcəllənin 152.2.-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Qeyd edilən müddəalara və göstərilən əsaslara görə məhkəmə hesab edir ki, iddia ərizəsi qanunla müəyyən edilmiş qaydada hüququ olmayan (göstərilməyən) şəxs tərəfindən imzalandığından onun məhkəmə icraatı mümkün deyildir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-3570/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-3570/2023
20.04.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver