Məhkəmə qərarları › İş №2(011)-3598/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3598/2024

05.07.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3598/2024 05.07.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı, onun vəkili Əliyeva ŞahəstəTeyqubat qızının Cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Müstəqil tələb irəli sürən üçüncü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh1, Cavabdeh4 və 40 saylı notariat kontoruna qarşı X13 müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməklə “müqavilənin etibarsız hesab edilməsi və s. tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanında “A” tikilisi ilə ünvan 1i 76,6 kvm, yaşayış sahəsi 33,7 kvm olan evlə dəyişdirilməsinə onun adından (təmsilçi Cavabdeh1 ilə) Cavabdeh2 arasında bağlanmış və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən 4Ə-18 reyestr nömrə ilə qeydə alınaraq təsdiq edilmiş dəyişmə (dəyişdirmə) müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri, Yasamal rayon M. Muxtarov küçəsi ev 118 üvanda yerləşən evin “A” tikili hissəsinin Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında Cavabdeh2 adına ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və ixtisaslı hüquqi yardımın göstərilməsi üçün vəkillik qurumuna ödənilmiş 320 (üç yüz iyirmi) manatın və ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manatın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanında “A” tikilisi ilə ünvan 1i 76,6 kvm, yaşayış sahəsi 33,7 kvm olan evlə dəyişdirilməsinə onun adından (təmsilçi Cavabdeh1 ilə) Cavabdeh2 arasında bağlanmış və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən 4Ə-18 reyestr nömrə ilə qeydə alınaraq təsdiq edilmiş dəyişmə (dəyişdirmə) müqaviləsinin etibarsız hesab edilməsi; Bakı şəhəri, Yasamal rayon M.Muxtarov küçəsi ev 118 üvanda yerləşən evin “A” tikili hissəsinin Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında Cavabdeh2 adına ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi; ünvan 1i 76,6 kvm, yaşayış sahəsi 33,7 kvm olan evə və həmin evin yerləşdiyi 0.00932 ha torpaq sahəsinə dair onun adından (təmsilçi Cavabdeh5 ilə) Cavabdeh4 arasında bağlanmış və 06 aprel 2023-cü il tarixdə Salyan şəhəri 2 saylı notariat ofisi tərəfindən 4Ə-279 reyestr nömrə ilə qeydə almaraq təsdiq edilmiş alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh4 adına aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında Cavabdeh4 adına verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsi və ixtisaslı hüquqi yardımın göstərilməsi üçün vəkillik qurumuna ödənilmiş 320 (üç yüz iyirmi) manatın və ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manatın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə X13 ərizə ilə məhkəməyə müraciət edərək, onun hazırkı mülki iş üzrə müstəqil tələb irəli sürən üçüncü şəxs qismində cəlb edilməsini, həmçinin Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanında “A” tikilisi ilə ünvan 1i 76,6 kvm, yaşayış sahəsi 33,7 kvm olan evlə dəyişdirilməsinə X14 adından (təmsilçi Cavabdeh1 ilə) Cavabdeh2 arasında bağlanmış və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən 4Ə-18 reyestr nömrə ilə qeydə alınaraq təsdiq edilmiş dəyişmə (dəyişdirmə) müqaviləsinin etibarsız hesab edilməsi; həmin müqavilə əsasında Bakı şəhəri, Yasamal rayon M.Muxtarov küçəsi ev 118 üvanda yerləşən evin “A” tikili hissəsinin Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın və həmin qeydiyyat əsasında Cavabdeh2 adına ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2023-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməsini və ödənilmiş dövlət rüsumuna görə 100 (bir yüz) manatın cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə Cavabdeh2 məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, öz iddia ərizəsini iddiaçı onunla əsaslandırdı ki, o, Bakı şəhəri, M.Muxtarov küçəsi, ev 118in “A” tikili hissəsinin mülkiyyətçisi olmuşdur. O, Cavabdeh1 evə sərəncam verilməsi ilə bağlı 27 noyabr 2022-ci ildə Bakı şəhəri 6 saylı notariat ofisində etibarnamə vermişdir. Onu etibarnamə üzrə təmsil edən Cavabdeh1 həmin evi onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən evlə "dəyişdirmə müqaviləsi" bağlamışdır. Müqaviləyə əsasən tərəflər müvafiq evə çıxarış almışlar. İddiaçı hesab edir ki, "dəyişdirmə müqaviləsi" onun iradə ifadəsini əks etdirmir. İddiaçı MM-nin əqdin etibarsızlığı ilə bağlı bir çox maddələri sadaladı. Amma konkret olaraq əqdin etibarsızlığını müəyyən edən maddə göstərməmişdir. İddianın bir hissəsində iddiaçının əqdlə bağlı iradə ifadəsinə zidd olduğu qeyd edilir. 1) iradə ifadəsinin formalaşmaması insanın zehni geriləmənin olması ilə xarakterizə olunan bir şəxsdə xəstəliklərin diaqnozu ilə əlaqədardır. İddiaçı etibarnamə verərkən öz hərəkətlərinə cavab verə bilirdi. Bundan əlavə iddiaçı özü də "dəyişdirmə müqaviləsi" bağlayarkən notariusda iştirak edib və əqdi dəstəkləmişdi. 2) bundan əlavə iddiaçı öz iddiasını onunla əsaslandırdı ki, onu etibarnamə üzrə təmsil edən Cavabdeh1 mənzili dəyişdirmədən əvvəl digər paylı mülkiyyətçiyə təklif etməlidir. MM 228.1 -ci maddəsi pay üçüncü səxsə satarkən digər paylı mülkiyyətçiyə təklif edilməsi zəruri hesab etmişdir. Hazırki halda alqı-satqı yox, dəyişdirmə müqaviləsidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanının “A” tikili hissəsi nənəsi X12 mülkiyyətində olmuşdur. 17 dekabr 2016-cı il tarixdə nənəsi X23 həmin evin mülkiyyətində olan göstərilən hissəsini ona bağışlamışdır. Buna dair 17 dekabr 2016-cı il tarixdə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlanmışdır. Həmin müqvavilə xx.xx.2016-cı il tarixdə Bakı şəhəri 5 saylı notariat ofisində 4Ə-217 reyestr sayda qeydə alınaraq təsdiq edilmişdir. Göstərilən müqavilə əsasında Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanının “A” tikili hissəsi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq, ********** qeydiyyat nömrəli, xx.xx.2016-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Uzun müddətdir ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanınında yaşamışdır və hazırda da yaşamaqda davam edir. Göstərilən evə dair təsərrüfatın idarə edilməsini atası X34 həyata keçirmişdir. Atası Ə.Quliyev 19 dekabr 2020-ci il tarixdə vəfat etmişdir. Atası Ə.Quliyevin vəfatından sonra işləməsi ilə əlaqədar vaxtı olmadığından analığı Cavabdeh1 bir sıra təşkilatlarda mülkiyyətçi kimi onu təmsil etmək üçün 27 noyabr 2022-cı il tarixdə Bakı şəhəri 6 saylı notariat ofisində etibarnamə vermişdir. Bir neçə ay bundan əvvəl ona məlum olmuşdur ki, analığı Cavabdeh1 verdiyi etibarnamədən sui-istifadə edərək onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanının “A” tikili hissəsini Cavabdeh2 adına özgəninkiləşdirmişdir. Buna görə də ərizə ilə Bakı şəhəri 6 saylı notariat ofisinə müraciət edərək, etibarnaməyə xitam verilməsini xahiş etmişdir. Beləliklə, xx.xx.2023-cü il tarixdə onun ərizəsi əsasında etibarnaməyə xitam verilmişdir. Onun adından analığı Cavabdeh1 verilmiş etibamamə əsasında hansı hərəkətlərin edilməsini (əqdlərin bağlanıb-bağlanmamasını) müəyyən etmək üçün ona hüquqi yardım göstərilməsi ilə əlaqədar vəkillə müqavilə bağlamışdır. Vəkil tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanının “A” tikili hissəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı və həmin hissənin özgəninkiləşdirilibözgəninkiləşdirilməməsi ilə bağlı məlumatın verilməsinə dair Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə sorğu göndərildi. 1 saylı Bakı Ərazi İdarəsinin 26 fevral 2024-cü il tarixli cavab məktubu ilə bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanında “A” tikilisi Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən xx.xx.2023-cü il tarixli 4Ə-18 reyestr nömrəli dəyişmə müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Bakı şəhəri 40 saylı notariat ofisinə verilmiş sorğu əsasında əldə edilmiş sənədlərdən məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixdə onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanında “A” tikilisi ilə ünvan 1i 76,6 kvm, yaşayış sahəsi 33,7 kvm olan evlə dəyişdirilməsinə dair “Dəyişdirmə müqaviləsi” bağlanmışdır. Göstərilən dəyişdirmə müqaviləsi onun adından (əvəzindən) Cavabdeh1, digər tərəfdən isə Cavabdeh2 tərəfindən imzalanmışdır. Həmin dəyişdirmə müqaviləsi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən 4Ə-18 reyestr sayda qeydə alınaraq təsdiq edilmişdir. Göstərilən dəyişdirmə müqaviləsi əsasında 23 fevral 2023-cü il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanında “A” tikili hissəsi daşınmaz əmlaakın dövlət reyestrində Cavabdeh2 adına qeydə alınaraq Cavabdeh2 adına hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanının “A” tikili hissəsinə dair Cavabdeh1 (nümayəndə) Cavabdeh2 arasında bağlanmış dəyişdirmə müqaviləsi onun iradəsini ifadə etmir. Ona görə ki, o, Cavabdeh1 etibarnaməni mülkiyyətində olan göstərilən sahənin özgəninkiləşdirilməsi məqsəd və niyyəti ilə verməmişdir və həmin müqaviləni bəyənmir. Buna görə də həmin müqavilə onun iradəsini ifadə etmədiyindən etibarsız hesab edilməlidir. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanının “A” tikili hissəsi onun mülkiyyətində olmaqla onun yeganə yaşayış yeri olmuşdur. Göstərilən yaşayış sahəsindən başqa digər yaşayış sahəsinə malik deyil. Yəni, digər yaşayış yeri yoxdur. Bakı şəhərindən Salyan şəhərinə köçmək niyyəti olmamış və belə niyyəti hazırda da yoxdur. Həmçıinın Salyan şəhərində yaxınları və ya qohumları yoxdur. Belə olan halda onun mülkiyyətində olan yeganə yaşayış sahəsini Salyan şəhərində olan yaşayış sahəsi ilə dəyişdirmək niyyətində olmağı onun iradəsini ifadə etməməsi aşkar şəkildə görünməklə yanaşı, heç ağılabatan mühakimə də deyildir. Göstərilənlərə əsasən, Cavabdeh1 onun adından nümayəndə (təmsilçi) qismində bağladğı xx.xx.2023-cü il tarixli dəyişdirmə müqaviləsi onun iradəsini ifadə etmədiyindən həmin müqavilə etibarsız hesab olunmalıdır. xx.xx.2023-cü il tarixli dəyişdirmə müqaviləsi üzrə Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanında “A” tikilisi Cavabdeh2, ünvan 1i 76,6 kvm, yaşayış sahəsi 33,7 kvm olan ev isə təmsilçi Cavabdeh1 təhvil verilməmişdir. Odur ki, mübahisələndirilən dəyişdirmə müqaviləsi onun həqiqi iradəsini ifadə etməməklə eyni zamanda qanunla müəyyən edilmiş şərtlərin və tələblərin pozulması ilə baş tutumuşdur. Belə ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanında yerləşən ev paylı mülkiyyətdə olduğundan, dəyişdirmə zamanı onun payı pay dəyişmə müqaviləsinə əsasən özgəninkiləşdirildiyi halda belə, digər payçı X4 üstünlük hüququ olmuşdur. Lakin, ona dəyişdirmə barədə 45 gün əvvəlcədən məlumat (bildiriş) verilməmiş, bununla da digər payçı G.Qafarovanın üstünlük hüququ pozulmuşdur. Digər payçı G.Qafarova qohumluq münasibətlərinə görə onun bibisidir. Dəyişdirmə barədə ona bildirişin verildiyi halda, G.Qafarova ona bu barədə məlumat verə bilərdi və bununla da qanunsuz dəyişdirmə müqaviləsinin bağlanması baş tutmazdı. Buna görə də təmsilçi Cavabdeh1 və Cavabdeh2 digər payçı G.Qafarovaya bildiriş verməmişlər. Öz aralarında gizlin sövdələşmə ilə onun iradəsini ifadə etməyən müqavilənin bağlanmasına nail olmaqla eyni zamanda digər payçının hüquqlarının və qanunun tələblərinin pozulması ilə nəticələnən müqavilə bağlamışlar. Digər tərəfdən, toplanmış sübutlar əsasında müəyyən olunur ki, xx.xx.2023-cü il tarixdə onun mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanında “A” tikilisi ilə ünvan 1i 76,6 kvm, yaşayış sahəsi 33,7 kvm olan evlə dəyişdirilməsinə dair dəyişdirmə müqaviləsi bağlansa da, həmin dəyişdirilən daşınmaz əmlaklar müqavilə tərəflərinə təhvil verilməmişdir. Göstərilən müqavilənin bağlanmasından zaman etibarı ilə daha sonra, yəni 06 aprel 2023-cü il tarixdə Cavabdeh2 Salyan şəhəri A.Hüseynov küçəsi 138A saylı evdə qeydiyyatda olan qızı Cavabdeh5 tərəfindən ünvan 1i 76,6 kvm, yaşayış sahəsi 33,2 kvm olan ev Cavabdeh4 satılması yolu ilə özgəninkiləşdirilmişdir Göründüyü kimi, Cavabdeh5 dəyişdirmə müqaviləsi üzrə müqavilənin predmeti olmuş Salyan şəhəri A.Hüseynov küçəsi 138A ünvanında yerləşən evdə qeydiyyatdadır. Həmin evə dair müqavilə bağlamış Cavabdeh2 qızıdır. Odur ki, işin bu cür halında, yəni onun ailə üzvü olan Cavabdeh2 evə dair dəyişdirmə müqaviləsi bağlamasından sonra yenidən həmin ev üzərində sərəncam verərək, həmin evi Cavabdeh4 satılması yolu ilə özgəninkiləşdirmə barədə sərəncam verməsi həm Cavabdeh2 və həm də təmsilçi Cavabdeh1 pis niyyətlə sövdələşməsini göstərir. O, Aynurə ilə 1 dəfə getmişdir notariusa, indi isə evin həyətindəki daxmada qalır, cavabdehin qızı Xanımana ona whatsappada yazaraq demişdir ki, “sənə aid olan pulu sənə vermək istəyirəm”, özü aptekdə işləyir, Aynurə ona demişdir ki, Xanımaya etibarnamə versin ki sənədləri düzəldilsin Asan xidmətdə, sənədləri düzəltsin versin Fəqana (X19) - Nazənin bacısı oğluna. Hazırda həmin adam cəzaçəkmə müəssisəsindədir. Nazəninn ona deyib ki, Fəqandan şikayət etməsin, pulu ona qaytaracaq. Aynurə özü Fəqandan şikayət elədi. Deməli məsələni əvvəldən bilirmiş, onunla birgə gedib 26-cı polis bölməsinə. Nazəninin bacısı oğlu Fəqan onları evdən qovdu dedi ki Aynurə hər şeyi bilir. O, Xanımanaya isə etibarnaməni Aynurə dediyi üçün, sənədləşmə məqsədilə vermiş, hadisələrdən xəbəri olmamış, Salyandakı evə ümumiyyətlə getməmişdir. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Şahəstə Əliyeva iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdehlər tərəfindən Dəyişmə müqaviləsi bağlanarkən qanun pozuntusuna yol verilmiş, saxtakarlıq və aldatmadan istifadə edilmişdir. Belə ki, notarius tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Cavabdeh1 orada verdiyi ərizədə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan X15, X8, X9 və X10, X18 tanımadığını, onun ailə üzvü olmadığını və heç bir qohumluq əlaqəsi olmadığını bildirmişdir, halbuki, ən azından həmin şəxslərdən Qafarova Gülistanı tanımışdır, hansı ki, Gülistan xanım onun baldızıdır, bu isə onun məhz saxtakarlıq etməklə, həmin Dəyişmə müqaviləsini imzaladığını, niyyətinin saxtakarlıq, aldatma olduğunu göstərir, bundan əlavə həmin müqavilə üzrə notariat işində Gülistan Qafarovaya bildiriş göndərilməsi öz əksini tapsa da, Cavabdeh2 ərizə yazaraq mübahisəli mənzildə həmin şəxslərin qeydiyyatda olmasından xəbərdar olduğunu, lakin onların razılığı olmadan dəyişmənin həyata keçirilməsinə razı olduğunu göstərmişdir ki, bu da onu göstərir ki, Cavabdeh2 mübahisəli mənzilin paylı mülkiyyət olması barədə xəbərdar olsa da, bununla bağlı qanunvericiliyin tələblərinə əməl etmədən, bilərəkdən dəyişmənin həyata keçirilməsini həyata keçirmişdir, o özü verdiyi etirazda hətta qeyd etmişdir ki, onlar dəyişmə müqaviləsi imzalayıblar, paylı mülkiyyətçiyə məlumat verilməsi alqı—satqıya aid olan məsələdir. Göründüyü kimi cavabdehlər öz əməllərində saxtakarlıq, aldatma kimi hallara yol vermişlər ki, bu da onların barəsində xüsusi qərardad çıxarılmasına əsas verir. X33 qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında üçüncü şəxs Gülistan Qafarova izahat verərək bildirdi ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanı uzun müddət ancaq onun adına olmuş, sonradan anası həmin sahənin “B” tikili hissəsini ona, “A” hissəsini isə öz nəvəsinə, yəni Nigara vermişdir, “B” hissəsi daşınmaz əmlakın dövlət reyestrində onun adına qeydiyyata alınaraq, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Uzun müddət müəyyən səbəblərdən Aynurə ilə danışmamış, Aynurə isə Nigar ilə onun arasını pozmuşdur, buna də, onların nə etməsindən məlumtı olmamışdır, təxminən 2023-cü il ilin fevral ayının axırlarında Cavabdeh2 və ailə üzvləri həmin “A” tikilisinə gəlmiş, onlardan kim olduğunu soruşduqda evi aldıqlarını bildirmişlər, həmin ev paylı mülkiyyət olduğundan, evin “B” tikilisinin satılması üçün onun razılığı olmalı idi, lakin evin satılması barədə ona heç bir məlumat verilməmiş, yalnız Cavabdeh2 həmin evə köçdükdən sonra evin satılmasından xəbəri olmuşdur, belə ki, həyətdə səs-küy gəlmiş, çıxıb baxdıqda Fəqan (adını sonradan bilmişdir), bir usta və bir neçə digər şəxslərin həyətdə işlədiyini görmüş, usta evin konstruksiyasına zidd, uçmasına səbəb ola biləcək tikinti işləri aparmasına şahid olmuş, müdaxilə edərək buna mane olmuşdur. Fəqan ona həmin evi aldıqlarını, Nigar və Aynurəni axşam maşın çağıraraq evdən çıxardığını demişdir, əvvəlcə orda Fəqan, Xanımana və Fəqanın bacısı yaşamış, Nazənin mart ayından sonra gəlmişdir, əvvəlcə onlar ilə münasibətləri yaxşı olsa da, sonradan münasibətləri pozulmuş, Fəqan onu təhdid etmiş, o isə polisə müraciət etmişdir. Öyrənmişdir ki, Nigar paylı mülkiyyətdə olan evin bölünməsi üçün Aynurəyə etibarnamə vermiş, bundan sonra Bakıdakı ev ilə Salyandakı evin dəyişdirilmişdir. Sentyabr ayında Aynurə ağıayaraq onun yanına gəlmiş, Nazəningilin Salyandakı evi satıb pulunu Fəqana verdiyini, Fəqanın da tutulduğunu demişdir, onların harda qaldıqlarını soruşduqda, Aynurə kirayədə qaldıqlarını, kirayə üçün hər ay 600 manat verdiklərini demişdir, Nazənin 500 manat kirayə pulunu verdiyini demişdir, Fəqanın tutulmasını hardan öyrənməsini soruşduqda isə Aynurə kirayə pulunu Fəqanın verdiyni demişdir. Bundan sonra Nigar ilə görüşüb olanlaerı danışmış, o isə heç nədən xəbəri olmadığını demişdir, cavabdehlərin hazırda yaşadıqları evdə olam bə olan və onların istifadə etdikləri əşyalar da anasından, sonra isə Nigargildən qalan əşyalar olmuşdur. Sonda üçüncü şəxs Gülistan Qafarova iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, Nigarın hər şeydən xəbəri olub, Notarius da gəlsə, deyərdi hər şeyi onun özü gedib notariusa. Bibisi ilə danışmırdı Nigar son zamanlar bu söhbətdən sonra araları düzəlib. Noyabrdan iddiaçı evdən çıxıb qalır Bibisigilin evində. Fevraldan kirayə qalır, ev dəyişəndən sonra Salyandakı evə 40 min manatdan çox onların evə isə 70-75 min qiymət qoyulub. Pul ödənilməyib, barter olur. Ev Nigarın adına olub, nənəsi bağışlayıb, qardaşı da var onun. Nigarın başına hadisə gəldi. Nigar bir yerdə işləyirdi, 4 min manatlıq oğurluq eləmişdi. Noyabr ayı idi evdən çıxdığı aylar yəni, ondan 3 gün sonra evdən getdi bibisinin yanına sığındı, evlə bağlı hər əməldən onun xəbəri olub, alqı-satqı, dəyişmə və s. Dedilər ona ki, pul verilməsə mağazadan oğurluğa görə cinayət işin açılacaq. 1500 manat gecə ilə düzəltdi Nigar verdi pul səhərə qədər vaxt verildi. Getdi bəzi əşyaları satdı pulu verdi. Sonra da bibi apardı onu evdən. 18 yaşı olandan sonra müstəqil adam olduğunu deyib. Həmin ev ata yurdları olub. Ona deyiblər ki, pay düşmür, o isə heç nə deməmişdir. O hər yerə özü gedib. Ev barter olub. Bibi ilə düşmən idilər. Dedi ki ev satılsın. Satıla bilmirdi ev bibinin razılığı olmalı idi. Xanımanaya etibarnamə verib, ev satılıb pul verilib heç birindən xəbəri yoxdur. Evə əşyaları o almışdır, hələ də kredit ödəyir. Barter olanda əşyalar da verilib, mebellər , TV qaz peçi , xalça,kondisiyaner və s. əşyalarla veriblər evi, əşyaları sökə bilməyib deyə bir yerdə verib. O elə bil ki evdən çıxıb. Nazənin xanımın bacısının oğlunun tanımışdır, onu da vəkil tanışı ilə tanıyıb. Fəqana o deyib ki Nigar evi satmaq istəyir. Fəqan dedi ki belə bir ev var. Barter edək. Evi sata bilməmişlər orada əlavə tikililər var idi deyə. Danışıqları Nazəninlə və s. Notariusun müdiri aparırdı. Nazənini dekabrda Fəqanın yanında görmüşdür. O dedi ki xalasının evi var. Fəqan əvvəldən gəlib gedirdi onlara. X28 bir yerdə Nazənin də oturub çay içiblər. Razılaşmışlar ki alqı-satqı olsun. Gediblər notariusa. Nigar burda idi onda. Getməmişdi. Orada deyiblər Nigar da olmalıdı. Sonda o özü orada olmamışdır. O qol çəkib notariusda. Notariusda qol çəkdiyi sənədi ona verməyiblər. Deyiblər Nigar gəlsin. Təzədən gedib Nigarı götürmüşlər, maşında o, Nazənin və Xanımana idi. O notariusda Nigarla birgə olmamışdır. Noyabrdan sonra düşmən olub onunla iddiaçı. 2023-cü ilin fevralından sonra gedib o. Onlar həmin gün – 2-si fevral kirayə gediblər. Salyanla bağlı heç nə bilmir. Bilmir 18 min manat pul verilib ya yox. Xanımananı ilk dəfə çay içməyə gedəndə görüb. Məhkəmə iclasında iştirak edən Cavabdeh5 izahatında bildirdi ki, o, ilk dəfə Nigarı Notariusda görmüşdür, o, çay içəndə olmayıb. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, Aynur da Notariusda olub. Maşınla götürmüşlər Nigarı, onunla birdə Aynur da gəldi ora bir maşında. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, iddiaçı özü öz razılığı ilə gedib bu müqavilələri bağlamağa, iddiaçı onunla 2 dəfə gedibdir, ilk dəfə analığı getmişdi sonra analığı özü deyib ki “sən get” qız özü gəldi onunla. Salyandakı evlə bağlı iddiaçı qızına etibarnamə verib o da satıb. Gülüstanla iddiaçı küsülü idi. İlkin olaraq Gülüstan elə bildi ki o, kirayəçi gəlir, bu mübahisə olandan iddiaçı ilə barışıblar. 40 min pul verilib iddiaçıya Salyandakı evin barteri ilə bağlı. 2023-cü ilin aprelində ev dəyişdi. Salyandakı evi 5-6 ay sonra satdı. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh5 izahatında bildirmişdir ki, bu proseslərdə iştirak edib, Nigar ona etibarnamə verib ki evi sat, o da anası ilə birlikdə notariusa getmiş, orada anasının deməsi ilə evi satmışdır, 18 minə satıb. X29 118 olan evə. Keçən ilin mart ayında verib pulu. Nigar zəng vurmadığı üçün gəlib qapıda verib pulu. Evlərində yaşayır o, təkdir. Saylanda evi satıb gəlib. Ona etibranamə verib ki işləri görsün, öz işi çoxdur, Nigar Salyandakı evə getməyib. Ona 200 m pul verib evin satılmasından şirinlik kimi. Salyanda notaruis şəhərdədir, 18 min manatı o götürüb gəlib Bakıya, səhər Nigar gəlib onu çağırmış, o da vermişdir pulu. Evi dəyişərkən Nigardan soruşdular ki evin dəyişilməsinə razısan dedi ki hə. Nigar da o da tək vərəsəyik deyə. Digər cavabdehləri Notariusda tanıyıb. Xalası oğlu idi, Aynurə əlaqəsini bilmir. O tək gəlib Bakıya, əmisigildə qalıb əvvəl, sənət öyrənmişdir. Xalası oğlu nə ilə məşğuldur bilmir. Nigar M.Muxtarovdakı evə gəlmişdir ki, ona etibarnamə verməlidir, ona etibarnmə vermişdir. Dəyişdiriləndən sonra köçmüşdür həmin evə. Bu dəyişdirmədən 2 ay sonra fevralda dəyişmə oldu - martda ona etibarnamə verib. İddiaçı özü ona arayışlar göndərib. Hər şeydən xəbəri var. O, haqqını ona qatarmaq deyəndə Nizamidəki evi sataq Nigara da pul versin halallıq olsun deyə. Saylandakı ev satılandan sonra deyib bu sözü. Nigar ona deməyib heç zaman pul ver. Düşünüb ki haqqı tapdalanar. Nigar aylardı o, olan yerdə yaşayır, küçədə qalmışdı. Nizamidəki evə görə pul verilməyib barter olunub. O sadəcə 18 min pul vermişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, İmişlidə yaşayır, Salyanda evi var idi. Saylandakı evi iddiaçının razılığı ilə dəyişmişlər, 75 min manata dəyişmişlər, 40 min manat pul veriblər üstündə iddiaçıya, 18 min manata Salyandakı ev satılıb. O, Nigarı ilk dəfə notariusda görmüşdür, ona bacısı oğlu Fəqan demişdir ki belə bir ev var, Fəqan hazırda tutuulub başqa bir məsələ ilə bağlı. Ana – bala bir yerdə gediblər. Bibini də tanımamışlar, o, sonradan bilmişdir ki, “B” hissəsinə bibi yaşayır. Gəlib evə baxıb. Barterdə başabaş dəyişiblər, pul verməyiblər, 18 min manat Salyandakı ev satılanda əlavə olaraq olaraq da 40 min manat pul verilib, cəmi 58 min manat. 40 mini o, verib 18 min manatı qızı. İlk dəfə dəyişəndə 40 min manat verilməyib. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, evi qızı satıb, onun evi yoxdur ki, satsın. Hər şeydən iddiaçının xəbəri olub. Özü razılıq verib. Ona etibarnamə verilib sonra ləğv edib. O, satmağaa getməyib, notairusa da iddiaçı gedib, notariusda ekran qarşısına o çıxıb. Orda da ona deyiblər ki, iddiaçı gəlməlidir. Sonra imzanı iddiaçı özü çəkib. Pulu da o götürməyib, özləri həll edib. O, Nazəninin bacısı oğlunu tanıyır. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh Zülfiyə Cəfərova izahatında bildirmişdir ki, Salyanda yaşayır, sənəd alıb. Maraqlıdır ki, niyə burdadır, ona Nazənin satıb evi. Saylanda notariusda Nazənin və Xanımana var idi. 18 min manatı kassaya ödəyiblər. Maklerdən maraqlanıblar ki belə ev var. Qadın makler idi. Bu yaxınlarda Nazənin və Xanımana ilə danışmamışdır. Ev açıq idi. Qonşuda idi açar ondan götürüb baxıblar. Təxmini 5-10 gün sonra görüşüb, alıblar evi. Kupça da alıb. Oğlu ilə gedib o, evi satırdılar, dedilər ev onun, yəni Nazəninindir. Notaruisla iş görürüb deyə rahat olub. Soruşmayıb ki, niyə Xanımana qol çəkir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən İddiaçı izahatında bildirmişdir ki, Nazənin ona deyib ki, Fəqandan şikayət etmə, pulu ona qaytaracaq. Aynurə özü Fəqandan şikayət elədi. Deməli məsələni əvvəldən bilirdi. Onunla birgə gedib 26-cı polis bölməsinə. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, o, şikayət eləməmişdir Fəqandan. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh Zülfiyə Cəfərova izahatında bildirmişdir ki, Salyanda yaşayır, bütün işləri qanuni olaraq görmüşdür, evin təmirinə indi də xərc çəkir, onun iddiaçı və digər cavabdehlər arasında olan mübahisədən xəbəri belə olmayıb. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirmişdir ki, evə girəndə xalça, TV, soyuducu, 6 stul və 1 stol var idi. Vayfay var idi, paltaryuyan və çilçıraq da var idi. Geyim isə yox idi, götürüb aparmışdılar, əşya qarışıq 75 min manat idi evin qiyməti, lakin onu Salyandakı evlə başa-baş dəyişmişlər, əlavə pul verilmədi yəni. Sonra 18 min manata Xanımana satdı evi. 18 min manata satılmağını səbəbi Nigarın tələsdirməsi idi. Aynurəni evi satanda tanıyıblar, Faqan ona deyib ki, belə bir ev var. Tam adı X16r. Salyandakı ev boş idi. Bakıdakı evin “B” hissəsinə iddiaçının bibisi idi. Evə gələndə görüblər onu. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Cavabdeh5 izahatında bildirmişdir ki, 40 saylı notariusda görmüşdür iddiaçını bütün əsas işi Aynurə və Nazənin eləyirdi, onun çox şeydən xəbəri olmayıb. Bakıdakı evdə əşyalar var idi. İndi də Bakıdakı evdə yaşayır o. 18 min manata satıb evi həmin pulu da iddiaçıya verib. Özü gəlib həyətə, o da orada vermişdir. Mülki iş üzrə digər Cavabdeh4 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, onlar (nümayəndələri) məhkəmə iclasında iştirak etməmişlər və iştirak etməmələrinin üzrlü səbəbləri və ya bunun mümkünsüzlüyü barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışlardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanında yerləşən “B” tikilisi xx.xx.2022-ci il taixdən X4, “A” tikilisi xx.xx.2016-cı il tarixdən İddiaçı, xx.xx.2023-cü il tarixdən isə Cavabdeh2 adına qeydiyyata alınmışdır. İş materiallarında olan AR Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyetri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reystrindən Çıxarışdan görünür ki, Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 138A (Yeni qaydalarla: AZ5200, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2012-ci il tarixdə Cavabdeh2, xx.xx.2023-cü il tarixdə isə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarında olan Bakı şəhəri 40 saylı notariat ofisində bağlammış xx.xx.2023cü il tarixli Dəyişmə müqaviləsindən görünür ki, Cavabdeh2 məxsus olan Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 138 ünvanında yerləşən fərdi yaşaıyış evi ilə İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanında yerləşən “A” tikilisini dəyişmək barədə razılığa gəlmişlər, müqavilə Cavabdeh2 və İddiaçı əvəzinə etibarnamə əsasında Cavabdeh1 tərəfindən imzalanmışdır. Həmçinin, həmin Müqavilədən görünür ki, tərəflər dəyişdirilən daşınmaz əmlakların dəyər fərqini 140000 manat məbləğində qiymətləndirmiş, dəyişdirilən əmlakın fərqi müqabilində İddiaçı Cavabdeh2 50000 + 20000 manat, Cavabdeh2 İddiaçı 70000 manatı notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanında yerləşən “B” tikilisinin mülkiyyətçisi X6 göndərdiyi teleqramda həmin ünvandakı “A” tikilisini 70000 manata satmaq istədiyini, bununla bağlı üstünlük hüququndan istifadə edib-etməməsi barədə 45 gün ərzində məlumat verilməsi xahiş edilmişdir. Həmin teleqramın onun tərəfindən xx.xx.2022-ci il tarixdə alınması qeyd edilmişdir. İş materiallarında olan İddiaçı etibarnamə üzrə nümayəndəsi Cavabdeh1 tərəfindən Notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olan X15, X8, X9 və X10, X18 tanımadığını, onun ailə üzvü olmadığını və heç bir qohumluq əlaqəsi olmadığını bildirmişdir. İş materiallarında olan Cavabdeh1 (İddiaçı əvəzinə) və Cavabdeh2 Notariat ofisinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, Cavabdeh1 əldə etdiyi Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 138, Cavabdeh2 isə əldə etdiyi ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə qeydiyyat aparılması və çıxarış verilməsi barədə müraciət etmişdir. İş materiallarında olan Salyan rayonu 2 saylı notariat ofisində bağlammış xx.xx.2023cü il tarixli Alqı-satqı müqaviləsindən görünür ki, satıcı İddiaçı, özünə məxsus Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 138A (Yeni qaydalarla: AZ5200, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evini alıcı Cavabdeh4 mülkiyyətinə verir, daşınmaz əmlakın qiyməti 18500 manat məbləğində razılaşdırılmış, həmin məbləği alıcı satıcıya notariusun bankda açılan depozit hesabı vasitəsilə ödəyir, müqavilə Cavabdeh4 və İddiaçı əvəzinə etibarnamə əsasında Cavabdeh5 tərəfindən imzalanmışdır. İş materiallarında olan “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən çıxarışlardan görünür ki, İddiaçı tərəfindən Cavabdeh5 verilmiş etibarnaməyə xx.xx.2023cü il tarixdə, Cavabdeh1 verilmiş etibarnamələrə isə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə xitam verilmişdir. İş materiallarında olan AR-İİ seriyalı 972799 №-li xx.xx.2023-cü il tarixli Etibarnamənin surətindən görünür ki, etibar edən İddiaçı etibar edilən Cavabdeh5 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və s. səlahiyyətlərini xx.xx.2033cü il tarixədək vermişdir. Həmin etibarnamədən görünür ki, etibarnamə üzrə səlahiyyətlə başqa şəxsə verilə bilər və etibarnamə təsdiq edilməsi anına və ondan sonra əldə edilmiş əmlaklara, hüquqlara və digər əmliyyatlara şamil edilir. İş materiallarında olan AR-İİ seriyalı 882238 №-li xx.xx.2022-ci il tarixli Etibarnamənin surətindən görünür ki, etibar edən İddiaçı etibar edilən Cavabdeh1 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, onun bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (girov) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və s. səlahiyyətlərini xx.xx.2032ci il tarixədək vermişdir. Həmin etibarnamədən görünür ki, etibarnamə üzrə səlahiyyətlə başqa şəxsə verilə bilər və etibarnamə təsdiq edilməsi anına və ondan sonra əldə edilmiş əmlaklara, hüquqlara və digər əmliyyatlara şamil edilir. İş materiallarında olan “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemindən Çıxarışdan görünür ki, xx.xx.2023-cü ildə etibar edən İddiaçı, etibar edilən Cavabdeh1 harada yerləşməsindən asılı olmayaraq daşınmaz əmlaklarını idarə etməyi, onun üzərində sərəncam verməyi və s. səlahiyyətləri etibar etmişdirlər, etibarlıq müddəti xx.xx.2026-cı il tarixinədəkdir. Etibarnamə təsdiq edilməsi anına və ondan sonra əldə edilmiş əmlaklara, hüquqlara və digər əməliyyatlara şamil edilir. İş materiallarında olan Cavabdeh2 X7 ünvanladığı xx.xx.2024-cü il tarixli Bildirişdən görünür ki, Cavabdeh2 Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanında yerləşən evin ona məxsus hissəsini 85000 manata satmaq niyyətində olduğunu, göstərilənlərlərə bağlı üstünlük hüququndan istifadə edib-etməməsi barədə 45 gün ərzində məlumat verilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Ərizədən görünür ki, İddiaçı Yasamal rayon Polis idarəsinə müraciət edərək, analığı X14 atası X34 rəhmətə getdikdən sonra, onu aldadaraq və etibarından sui-istifadə edərək, Yasamal rayon, Murtuza Muxtarov 118 ünvanda onun adına olan mənzili qabaqcadan əlbir olduğu şəxsə, yəni X1 adı ilə ondan notarial etibarnamə almışdır və əldə ediləcək pulun müqabilində başqa bir mənzil alınacaq idi. Lakin sonradan müəyyən etmişdir ki, analığı X2 Fəqan Xudam oğlu ilə əlbir olaraq onun əmlakını mənimsədiklərini bildirmiş və analığı X14 əməllərinə hüquqi qiymət verilməsi və onun həyat və sağlamlığının qorunması üçün müvafiq tədbirlər görülməsi xahiş edilmişdir. İş materiallarında olan Cinayət işi başlamasının rədd edilməsi barədə xx.xx.2023-cü il tarixli Qərardan görünür ki, İddiaçı və Cavabdeh1 izahatları əsasında toplanmış materiallarda cinayət əlamətləri aşkar edilmədiyinə görə cinayət işinin başlanması rədd edilmişdir. Həmin Qərardan görünür ki, Cavabdeh1 izahat verərək bildirmişdir ki, iki dəfə ailə həyatı qurmuş, birinci nikahdan 2 qızı var, 2011-ci ildə mərhum yoldaşı X21 ilə ayrılmış, 2013-ci ildə isə mərhum yoldaşın X34 ilə ailə həyatı qurmuş və onun yaşadığı ata evinə yəni Yasamal rayonu M.Muxtarov 118 ünvanına gəlin kimi köçmüşdür. Bu nikahdan bir 9 yaşında Aydın adlı ovladı var. Həmin evdə həyat yoldaşı Əli, oğlu Aydın, 1-ci nikahdan olan 2 qızı və mərhum həyat yoldaşının birinci nikahdan olan qızı İddiaçı və onun nənəsi, X24 rayonu M.Muxtarov küçəsi 118-də yaşamışlar. Yoldaşı içki düşkünü olduğu üçün, mərhum qaynanası Quliyeva İsmiğul həmin evi öz nəvəsi birinci nikahdan olan İddiaçı adına keçirmişdir. Həyat yoldaşı Əli içki düşkünü olduqundan və bununla baqlı psixatriya xəstəxanasında yatdığından 2020-ci ilin dekabr ayında yaşadıqları ünvanda intihar etmişdir. 2022-ci ildə Nigarla həmin evi satmaq niyyətinə qəlmiş və Nigar öz razılığını könüllü vermişdir. Evin sənədi köhnə tikili olduqundan və həmin evin sənədləri iki nəfərə bölündüyü üçün (AB) yanı A hissəsi Nigara məxsus idi, B hissəsi onlarla eyni həyətdə yaşayan baldızı Qafarova Gülüstana məxsus idi. Həmin evi satmaq üçün Qafarova Gülüstandan razılığını almalıydıar, lakin Gülüstan razılıq vermədiyindən həmin evə ayrıca sənəd düzəlməli və sonra evi satmaq qərarına gəlmişlər. Bununla əlaqədar Feyziyev Fəqan adlı maklerlǝ tanış olmuş, Fəqanda bildirmişdir ki, həmin evi belə satmaq mümkün deyil, həmin evi xalası Nazənin adlı qadının Salyandaki evi ilə dəyişmək olar, əvəzinə Fəqan onlara iki ev alaçağdır, avtomaşını və banka olan borclarını qaytaracaqdır. Nigarında bu məsəllələrdən tam məlumatı vanıydı çün ki evin biri Nigara biri isə ona galacaqdır. Nigarda öz razılığıyla 2022-ci ilin noyabr ayında Xətai rayonunda yerləşən notarial kontora qedərək ona etibarnamə vermişdir ki, özü işlədiyi üçün evin sənədləşməsi üçün gedib gəlsin. Xətaidə bağladıqları etibarnaməni isə Nigar özündə saxlamışdır. Nigar sonradan bildirmişdir ki, həmin etibarnaməni itirib. Nigar özü ondan xəbərsiz Fəqanla qörüşüb danışırmış. Və özü onun xəbəri olmadan bu işləri Fəqanla görürmüş. 2022-ci ilin aprel ayında Niqar ona zəng vuararaq bildirmişdir ki, Yasamal rayonunda Nizami metrosunun yaninda 5 saylı notarusa Salyandaki evə sənəd düzətmək üçün Niqar Fəqanın xalası qızı Xanmanaya etibarnamə vermişdir. Niqar mülki etibranamə verərək Yasamaldakı mənzi Salyan daki evlə dəyişir, Xanımanada Salyanda ki evi Zülfiyə adlı xanıma satmışdır. Həmin satışdan onun heç bir məlumatı olmamışdır. Fəqan Yasamal rayonu Məhkəməsi tərəfindən ailə məşət prablemlərindən tutulmuşdur. Salyanda ki evin satıldığını Fəqanın sentyabrda tutulduqundan sonra bilmişdir. Salyanda ki ev satıldıqından Niqarın öz razılıqı ilə mənə bir saylı Asan xidmətdə özü etibarnamə vermişdir ki, gedib Salyandakı evə görə oranın sahibini müəyyən etsin. X40 xidmətə müraciyət etmiş, orada bildirmişler ki, Niqar özü olmalıdır, və sonradan Niqara demişdir, Nigar özü Salyana qetmişdir. 2023- cü ili oktyabr ayında Niqar Sabail rayonu Tarqovı deilən ərazidə Çuda peckada kassir İşlədiyi yerdən oğurluğ etdiyi üçün onun barəsində Səbail rayonu 9-ci polis bolməsində araşdırma olduğundan aralarında söz söbətlər olmuşdur. Bunla əlaqədar Niqar onunla mübaisə edərək əşyalarını qötürərək çıxıb qetmişdir. Və o qündən Niqarla hec bir əlaqəsi olmamışdır. Həmin Qərardan görünür ki, X20 Bakı BPİ İTİ tərəfindən Azərbycan Respublikası CM-nin 150.2.5, 178.3.2, 182.1-ci maddələri ilə məsuliyyətə cəlb edilmiş ve xx.xx.2023-cü il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Qəbzdən görünür ki, İddiaçı tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 18884 nömrəli Qəbzdən görünür ki, İddiaçı tərəfindən hüquqi yardıma görə 320 manat ödənilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Qəbzdən görünür ki, X27 tərəfindən Bakı şəhəri Xətai rayon Məhkəməsi üzrə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanında yerləşən fərdi yaşayış evi “B” tikilisi üzrə xx.xx.2022-ci il taixdən X4, “A” tikilisi üzrə isə xx.xx.2016-cı il tarixdən İddiaçı adına paylı mülkiyyət kimi dövlət reyestrində qeydiyyata alınmışdır, xx.xx.2023-cü il tarixli Dəyişmə müqaviləsi ilə Cavabdeh2 məxsus olan Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 138 ünvanında yerləşən fərdi yaşaıyış evi ilə İddiaçı məxsus olan Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanında yerləşən “A” tikilisini dəyişdirilmiş, mənzillərin dəyəri 70000 manat məbləğində müəyyən edilmişdir, dəyişmə müqaviləsi İddiaçı əvəzinə etibarnamə əsasında Cavabdeh1 tərəfindən imzalanmışdır, bundan sonra Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanında yerləşən “A” tikilisi xx.xx.2023-cü il tarixdən isə Cavabdeh2 adına, Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 138A (Yeni qaydalarla: AZ5200, ünvan 5 ünvanında yerləşən fərdi ev isə xx.xx.2023-cü il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır, xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə İddiaçı məxsus Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 138A (Yeni qaydalarla: AZ5200, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evi alıcı Cavabdeh4 satılmış, daşınmaz əmlakın qiyməti 18500 manat məbləğində razılaşdırılmış, alqı-satqı müqaviləsi İddiaçı əvəzinə etibarnamə əsasında Cavabdeh5 tərəfindən imzalanmış, evin qiyməti kimi razılaşdırılmış 18500 manat Cavabdeh5 tərəfindən qəbul edilmişdir, İddiaçı Cavabdeh5 verdiyi etibarnaməyə xx.xx.2023-cü il tarixdə, Cavabdeh1 verdiyi etibarnamələrə isə xx.xx.2023cü il və xx.xx.2023-cü il tarixlərdə xitam vermişdir, xx.xx.2023-cü il tarixdə ərizə ilə Yasamal rayon Polis idarəsinə müraciət edərək, analığı Cavabdeh1 onu aldadaraq və etibarından sui-istifadə etməsi, analığı Cavabdeh1 X20 ilə əlbir olaraq onun əmlakını mənimsədiklərini bildirmiş və müvafiq tədbirlər görülməsini xahiş etmişdir, xx.xx.2023-cü il tarixli Qərar ilə cinayət işinin başlanması rədd edilmişdir, İddiaçı Salyan şəhərində yerləşən evə getməmiş və həmin evi təhvil almamışdır – bunlar işin mübahisəsiz hallarıdır. İddiaçı, Cavabdeh1, ona Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanında yerləşən “A” tikilisinin sənədləşdirilməsi məqsədilə verilmiş etibarnamədən suiistifadə edərək, iddiaçının xəbəri və razılığı olmadan ona məxsus olan daşınmaz əmlakı dəyişdiyini, eyni zamanda Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanında yerləşən ev paylı mülkiyyət olduğundan dəyişdirmə zamanı digər payçı Gülistan Qafarovaya məlumat verilməməsi, həmçinin dəyişmədən sonra onun mülkiyyətinə keçmiş ünvan 10n fərdi yaşayış evinin satıldıqdan sonra ona pulun verilməməsi hallarına istinad edərək, daşınmaz əmlaklar barəsində bağlanmış müqavilələrin etibarsız hesab edilməsi və çıxarışların ləğv edilməsini tələb edir. Cavabdeh5, dəyişmə müqaviləsi bağlanarkən anası Cavabdeh2, onun özünün, İddiaçı və Cavabdeh1 notariusda olduğunu, əsas işin Cavabdeh2 və Cavabdeh1 tərəfindən aparıldığını, onun və İddiaçı evlərin dəyişdirilməsi ilə bağlı razılıq verdiyini, bundan bir müddət sonra İddiaçı ona təcili pula ehtiyacı olduğunu dediyini və Salyan şəhərini tanımadığına görə ünvan 10n evin alqı-satqısı məqsədilə etibarnamə verdiyini və anası Cavabdeh2 göstərişi ilə həmin etibarnamə əsasında alqı-satqını həyata keçirdiyini, evin satış qiymətinə Nigarın razı olduğunu, 18500 manat pulu Cavabdeh4 alaraq İddiaçı verdiyini bildirir. Cavabdeh2, dəyişmə müqaviləsi bağlanarkən qızı Cavabdeh5, onun özünün, İddiaçı və Cavabdeh1 notariusda olduğunu, dəyişmədə dördünün də iştirak etdiyini, Nigarın da hər şeydən məlumatlı olduğunu, Salyandakı ev satışından əldə edilmiş pulun üstünü düzəldərək İddiaçı pul verdiklərini bildirir. Həmçinin Cavabdeh2 əvvəlcə, evin dəyişdirilməsi ilə bağlı İddiaçı 40000 manat pul veridiyini desə də, sonradan evlərin başabaş, bərabər şəkildə dəyişdirildiyini, heç bir pul məbləğinin ödənilmədiyini bildirir. Cavabdeh1, Nigarın ona verdiyi etibarnaməni məhz evi satmaq məqsədilə verdiyini, evin dəyişdirilməsindən xəbəri və razılığı olduğunu, evlərin dəyişdirilməsi üçün notariusa gedəndə Nigarın olmadığını, buna görə də, dəyişmənin təsdiq edilmədiyini, daha sonra Nigarı notariusa gətirmək üçün getdiklərini, özünün isə notariusa qayıtmadığını, bütün əməliyyatları Nigarın özünün apardığını, həmçinin evlərin dəyişdirilməsi ilə bağlı pul məsələsindən xəbərsiz olduğunu bildirir. Cavabdeh4 Salyan şəhərində yerləşən evi 18500 manata aldığını, adına çıxarışı olduğunu, evi Cavabdeh2 satdığını, imzanı isə Cavabdeh5 çəkdiyini və pulu Cavabdeh5 verdiyini, digər şəxsləri tanımadığını bildirir. Bununla belə, İddiaçı Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanında yerləşən “A” tikilisi ilə ünvan 10n daşınmaz əmlakların dəyişdirilməsinə dair niyyətinin olması, ünvan 10n mənzilin satışından əldə olunan vəsaitin ona verilməsi, Cavabdeh4 vicdanlı alıcı olmamasına dair hallar, həmçinin xx.xx.2023-cü il tarixli Dəyişmə müqaviləsinin etibarsız hesab edilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2021-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə əsasən, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Məhkəmə, iddia tələbinin “xx.xx.2023-cü il tarixli Dəyişmə müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, dəyişdirmə müqaviləsinin etibarsız hesab edilməsi zamanı aşağıdakı hallar nəzərə alınmalıdır: işdə iştirak edən şəxslərin, o cümlədən cavabdehlərin bir-birinə zidd olan izahatları (mənzilin dəyişdirilməsində iddiaçının bilavasitə iştirak edib-etməməsi halları üzrə Cavabdeh1, İddiaçı, Cavabdeh5 və Cavabdeh2 izahatları; Cavabdeh2 öncə dəyişmə zamanı evlərin qiymətləri arasındakı fərq üçün 40000 manat ödənildiyini bildirsə də, sonradan evlərin başa-baş dəyişdirilməsini deməsi və s.); dəyişdirilən mənzillərin dəyərinin qeyri-mütənasibliyi; Salyan rayonunda yerləşən evin satılması nəticəsində əldə edilmiş 18500 manat pulun Cavabdeh5 tərəfindən qəbul edilməsi; İddiaçı məxsus olan əmlakın əvəzssiz əldən çıxması (dəyişdirilmiş əmlakın satılaraq pulunun saxlanılması nəticəsində); İddiaçı adından dəyişdirilmiş mənzilllərin təhvil alınıb-verilməməsi, o cümlədən İddiaçı Salyan rayonunda yerləşən mənzillə tanış olmaması; Cavabdeh2 iddiaçı ilə aralarında yaranmış münasibətlərdən sui-istifadə istifadə etməklə iddiaçıya məxsus 70000 manat dəyərində olan Bakı şəhərində mənzili əldə etməsi və Salyan şəhərində olan mənzili də satmaqla əhəmiyyətli dərəcədə varlanması; iddiaçının əmlak hüquqlarından məhrum olması; üçüncü şəxs Gülüstan Qafarovanın mübahisəli əmlaka paylı mülkiyyət hüququnun mövcudluğu; dəyişdirmə müqaviləsinin etibarsız hesab olunacağı təqdirdə Cavabdeh2 maddi zərərə məruz qalmayacağı. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsaslıdır və məhkəmə tərəfindən təmin olunmalıdır. Məhkəmə, iddia tələbinin “06 aprel 2023-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Cavabdeh4 satılmış və onun mülkiyyətində olan Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 138A (Yeni qaydalarla: AZ5200, ünvan 5 ünvanında yerləşən fərdi ev xx.xx.2023-cü il tarixdə isə İddiaçı adına qeydiyyata alımış, bundan sonra xx.xx.2023-cü il tarixdə İddiaçı əvəzinə etibarnamə ilə Cavabdeh5 tərəfindən alqı-satqı müqaviləsi əsasında Cavabdeh4 satılmışdır, cavabdehlər arasında xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanarkən Cavabdeh4 mənzillə bağlı mübahisədən məlumatlı olmamış, onun vicdanlı alıcı olmasını istisna edən hallara dair sübutlar (əmlaka dair başqa şəxslərin hüquqlarından xəbərinin olması, əqdin legitimsizliyi barədə şübhəsinin olması və s.) iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmiş, belə hallar məhkəmə tərəfindən də müəyyən olunmamışdır. Belə olan halda reyestrin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası nəzərə alınmaqla alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi vicdanlı alıcı kimi Cavabdeh4 mənzilə dair qanuni əsaslarla yaranmış mülkiyyət hüququnu əhəmiyyətsiz etməklə, öz növbəsində onun Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxara bilər. Bundan başqa, satılan ev etibarnamə əsasında onun keçmiş mülkiyyətçisinin özünün iştirakı ilə qızı tərəfindən satılmış və ev üçün razılaşdırılmış pul da onlar tərəfindən qəbul edilmişdir. Başqa cür desək, dəyişdirilmə müqaviləsinin etibarsız hesab edilməsi Salyan şəhərində yerləşən evin şərti olaraq öz keçmiş mülkiyyətçisinə qayıtmasını şərtləndirir ki, bu vəziyyətdə alqı-satqının Cavabdeh2 göstərişi ilə qızı Cavabdeh5 tərəfindən həyata keçirilməsi evin ilkin mülkiyyətçisi olan Cavabdeh2 iradəsi kimi təzahür olunur ki, bu da sonuncunun əmlak zərərini istisna edir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin “çıxarışların ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanında yerləşən “A” tikilisinə dair Cavabdeh2 adına verilmiş çıxarış, Dəyişmə müqaviləsi əsasında verildiyi və məhkəmə həmin müqavilənin etibarsız olması qənaətinə gəldiyindən, həmin çıxarış ləğv edilməli, Salyan şəhəri, A.Hüseynov küçəsi, ev 138A (Yeni qaydalarla: AZ5200, ünvan 5 ünvanında yerləşən evə dair Cavabdeh4 adına verilmiş Çıxarış isə alqı-satqı müqaviləsi əsasında verildiyindən, həmin müqavilənin etibarsızlığı halları müəyyən edilmədiyindən və Cavabdeh4 vicdanlı alıcı olması nəzərə alınmaqla iddia tələbi Cavabdeh4 adına verilmiş Çıxarışın ləğv edilməsi hissəsində təmin edilməməlidir. Məhkəmə, iddia tələbinin “hüquqi yardıma görə ödənilmiş 320 manat pulun cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş pulun əvəzi ağlabatan həddə müəyyən olunmalı, bu zaman iddia tələbinin qiyməti nəzərə alınmaldır. Belə olan halda məhkəmə, hüquqi xidmətlərin göstərilməsinə görə ödənilmiş 320 manat pul məbləğini, hazırki iddia tələbinə mütənasib hesab etməklə ağlabatan hədd kimi qiymətləndirir və həmin hissədə iddia tələbinin təmin olunmasını mümkün sayır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.8-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 182.1-ci maddəsinə əsasən, əşyanı özgəninkiləşdirənin onun mülkiyyətçisi olmadığı, lakin bu fakt barədə vicdanlı əldə edən olduğu hallarda da əldə edən əşyanın mülkiyyətçisi olur. Əgər əldə edən özgəninkiləşdirənin mülkiyyətçi olmadığını bilirmişsə və ya bilməli idisə, vicdanlı əldə edən sayılmır. Vicdanlılıq faktı əşya verilənə qədər mövcud olmalıdır. Həmin Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 337.5-ci maddəsinə əsasən, əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən, hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Həmin Məcəllənin 339.5-ci maddəsinə əsasən, əgər 339.1, 339.2 və 339.4-cü maddələrdə göstərilən əsaslardan biri üzrə əqd etibarsız sayılmışdırsa, bu Məcəllənin 337.5-ci maddəsinin qaydaları tətbiq edilir. Bundan başqa, digər tərəf hakimiyyətdən suiistifadə nəticəsində zərərçəkənə vurduğu real zərərin əvəzini ödəyir. Həmin Məcəllənin 339.6-cı maddəsinə əsasən, bu Məcəllənin 339.1-339.4-cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 358-ci maddəsinə əsasən, səlahiyyətsiz şəxsin əşyaya və ya hüquqa dair sərəncam verməsi, əgər səlahiyyətli şəxsin icazəsi (qabaqcadan verilmiş razılığı) ilə həyata keçirilirsə, etibarlıdır. Əşyaya və ya hüquqa dair sərəncam verilməsi, əgər səlahiyyətli şəxs bunu bəyənirsə, etibarlı olur. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Həmin Məcəllənin 364.1-ci maddəsinə əsasən, etibarnamə verilmiş şəxs vəkil edildiyi hərəkətləri şəxsən özü etməlidir. O, etibarnamə ilə buna vəkil edildikdə və ya etibarnaməni verənin mənafelərinin qorunması üçün şəraitin buna məcbur etdiyi halda həmin hərəkətlərin icrasını başqa şəxsə etibar edə bilər. Həmin Məcəllənin 364.2-ci maddəsinə əsasən, səlahiyyətləri başqa şəxsə verən bunu etibarnaməni verənə bildirməli və səlahiyyətləri verdiyi şəxs barəsində ona lazımi məlumat verməlidir. Bu vəzifənin icra edilməməsi səlahiyyəti verənin üzərinə səlahiyyətləri verdiyi şəxsin hərəkətləri üçün öz hərəkətləri üçün olduğu kimi məsuliyyət qoyur. Həmin Məcəllənin 391-ci maddəsinə əsasən, tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilə etibarsızdır, amma müqavilənin gələcək əmlakın ayrı-ayrı predmetləri barəsində bağlandığı hallar, habelə “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallar istisna təşkil edir. Həmin Məcəllənin 404.1-ci maddəsinə əsasən, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 404.2-ci maddəsinə əsasən, bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi hüquqdan sui-istifadədir. Konstitusiya Məhkəməsinin hüququi mövqeyinə görə, vicdanlı sahibin xoş niyyət, ağlabatan ehtiyatlılıq və sayıqlıq göstərməklə bağladığı əqdin başqa müdafiə vasitəsilə şübhə altına alınmasını, habelə onun nəticələrinin tətbiqini mümkün edən və faktiki olaraq onu mülkiyyətçi ilə müdafiəsiz üzbəüz qoyan hüquqi qeyri-müəyyənlik mülki dövriyənin davamlılığına, əmlakla bağlı yaranan münasibətlərin sabitliyinə mənfi təsir göstərməklə yanaşı, həmçinin tərəflərin bir-birinə olan inamının da azalmasına gətirib çıxarardı (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “X3 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli Qərarı). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2 aprel 2021-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd bağlandığı andan arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Əqdin əhəmiyyətsizliyi ilə bağlı mübahisə olarsa əhəmiyyətsizliyin təsdiqi üçün məhkəmədə iddia qaldırıla bilər. Konstitusiya Məhkəməsi Plenumunun həmin qərarındakı hüquqi mövqeyinə görə, ...qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olub-olmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqdlər baxımından etibarsızlıq ümumi hal və nəticəni ifadə edir. Lakin belə nəticəni, yəni etibarsızlıq halını yaradan səbəblər isə müxtəlif mahiyyət və xüsusiyyətə malik olur. Mülki qanunvericilikdə etibarsızlığa səbəb olan halların tabe olduğu hüquqi rejim və şərtlər də fərqli şəkildə tənzimlənir. Məsələn, əhəmiyyətsiz əqdin etibarlı hala gətirilməsi hüquqi baxımdan mümkün olmadığı halda, mübahisələndirilən əqdlərin müəyyən müddətlər ərzində mübahisə edilməklə etibarsız hala gətirilməsi mümkün olur, mübahisə edilmədikdə isə həmin əqdin bağlandığı andan etibarlı olan hüquqi vəziyyəti dəyişmir. Həmçinin mülki qanunvericiliyə nəzər yetirdikdə məlum olur ki, əqdin etibarsızlığına səbəb olan hallar yalnız əhəmiyyətsizlik və mübahisə edilən hallardan ibarət deyildir. ... Bəzən qanunvericilikdə məcburi qanun normalarına zidd olaraq bağlanan əqdlərin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunur. Əqdin etibarsız hesab olunması üçün məhkəmə qərarı tələb olunan etibarsızlıq halları əqdlərin etibarsızlığına səbəb olan digər bir növü təşkil edir. Belə əqdlər qanunvericiliyə zidd olmalarına baxmayaraq məhkəmə tərəfindən etibarsızlığa dair qərar verilməyənədək müvafiq hüquqi nəticələri, yəni hüquq və öhdəlikləri yaradan etibarlı əqd kimi qəbul olunur. Məhkəmə tərəfindən etibarsızlığa dair qərar verildiyi təqdirdə isə həmin əqdlər bağlandığı andan etibarsız hesab olunurlar. Bir sıra əqdlərin etibarsızlığının yalnız məhkəmə qərarı ilə müəyyən edilməsi həmin əqdlərin mahiyyəti ilə bağlıdır. Belə əqdlər əsasən səlahiyyətli dövlət qurumlarının iştirakı ilə və ictimai şəkildə baş verdiyindən mülki hüquq subyektlərinin həmin əqdlərin etibarlılığı ilə bağlı etimad və inamını qorumaq zərurəti yaranır. Bu səbəbdən qanunvericilikdə bəzi əqdlərin yalnız məhkəmə qərarı əsasında etibarsız hesab edilməsi ilə bağlı normalar müəyyən edilmişdir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına” dair 28 noyabr 2018-ci il Qərarında formalaşdırılan hüquqi mövqeyə görə, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə 13 iyun 1979-cu il tarixli Qərarında mülkiyyət hüququ ilə bağlı qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanında «A» tikilisi ilə ünvan 1i 76,6 kvm, yaşayış sahəsi 33,7 kvm olan evlə dəyişdirilməsinə dair bağlanmış və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən 4Ə-18 reyestr nömrə ilə qeydə alınaraq təsdiq edilmiş dəyişmə (dəyişdirmə) müqaviləsi etibarsız hesab edilməli, Bakı şəhəri, Yasamal rayon M.Muxtarov küçəsi ev 1 1 8 üvanda yerləşən evin “A” tikili hissəsinin Cavabdeh2 adına ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 23.02 2023-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın ləğv edilməli, ixtisaslı hüquqi yardımın göstərilməsi üçün vəkil qurumuna ödənilmiş 320 manat cavabdehlər Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada tutularaq ona ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimiistinad etdiyi halları sübut etməlidir. Məhkəmə dövlət rüsumunun kimdən tutulmasına münasibətdə hesab edir ki, iddia tələbi qismən təmin edildiyindən, cavabdehlərin məhkəmə xərclərindən azad olunması halları müəyyən olunmadığından, iddia tələbinin təmin edilməsi nisbətinə müvafiq olaraq, dövlət rüsumu qismində ödənilmiş 100 manat cavabdehlər Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov küçəsi, ev 118 ünvanında “A” tikilisi ilə ünvan 1i 76,6 kvm, yaşayış sahəsi 33,7 kvm olan evlə dəyişdirilməsinə dair bağlanmış və xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisi tərəfindən 4Ə-18 reyestr nömrə ilə qeydə alınaraq təsdiq edilmiş dəyişmə (dəyişdirmə) müqaviləsi etibarsız hesab edilsin. Bakı şəhəri, Yasamal rayon M.Muxtarov küçəsi ev 118 üvanda yerləşən evin “A” tikili hissəsinin Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, 23.02 2023-ci il qeydiyyat tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış ləğv edilsin. Hüquqi yardımın göstərilməsi üçün vəkil qurumuna ödənilmiş 320 manat cavabdehlər Cavabdeh2, Cavabdeh5 və Cavabdeh1 müştərək qaydada tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Dövlət rüsumu qismində ödənilmiş 100 (yüz) manat Cavabdeh2, Cavabdeh5, Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar