Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-361/2023 08.02.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Bayramova Nərmin Nizami qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçilər Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək Bakı şəhəri XDS İK-nın (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarının ərizəçiyə məxsus olması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri XDS İK-nın (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1901-cı il tarixli. 3/318 saylı qərarında ərizəçinin adı '‘Ərizəçi“ əvəzinə “X3" kimi göstərilmişdir. Hazırki ərizə ilə məhkəməyə müraciət edərək həmin sənədin ona məxsus olması faktının müəyyən edilməsini xahiş edir. Ərizəçi məhkəyə ərizə ilə ilə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyərək, iş materiallarını araşdıraraq, hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AZ-İİİ seriyalı, 049126 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx xxxxxx 1955-ci il tarixdə Balakən rayonunda dünyaya gəlmişdir. İş materiallarında Azərbaycan Respublikası Əmlakı Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən “257s” saylı torpaq sahəsinin nömrəsi bağların bölgüsünə dair sxematik xəritədə aşkar edilməmişdir. İş materiallarında olan orderin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən “257s” saylı, 0.12 ha torpaq sahəsi Bakı şəhər icrayyə komitəsinin 27 mart 1991-ci il tarixli, 3/318 saylı qərarına əsasən Ərizəçi verilmişdir. İş materiallarında olan “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi xx.xx.1955-ci il tarixdə anadan olmuşdur, atası X1r, anası isə X2r. İş materiallarında olan “Nikah haqqında Şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi və X5 arasında nikah xx.xx.1977-ci il tarixində rəsmiləşdirilmişdir. İş materiallarında olan Binəqədi rayon Bələdiyyəsinin xx.xx.2022-cu il tarixli arayışın surətindən görünür ki, Ərizəçi Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən “257s” ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Binəqədi rayon Bələdiyyəsinin xx.xx.2022-cu il tarixli arayışın surətindən görünür ki, Ərizəçi məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən “257s” saylı bağ Yerli (Bələdiyyə) vergi və ödənişlərin avtomatlaşdırılmış məlumat sistemində qeydiyyatdadır və torpaq sahəsi üçün xx.xx.2022ci il tarixinədək Binəqədi rayon Bələdiyyəsinin büdcəsinə torpaq vergi borcu yoxdur. Bakı şəhəri XDS İK-nın (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarın arxiv çıxarışından görünür ki, Ərizəçi Əhməd oğluna Görədil massivində 102 nömrəli bağ-tikinti sahəsinin verilməsi qərara alınmışdır. Mülki iş üzrə şahid qismində dindirilmiş Şahid2 verdiyi ifadəsində bildirmişdir ki, o ərizəçi Məhəmməd ilə bağ qonşusudur. Goradil bağ massivində yaşayır. Məhəmməd həmin bağı hardasa 1991-ci illərdə alıb, o da 1994-cü ildən ordadır. Həmin vaxtdan da həmin bağ evində onlar yaşayır, başqa kimisə orada görməmişdir. Mülki iş üzrə şahid qismində dindirilmiş Şahid1 verdiyi ifadəsində bildirmişdir ki, ərizəçi həm bacanağı, həm də qonşusudur. Onlar Goradil bağ massivində yaşayırlar. Məhəmməd özü 1984-cü ildən bəri orada yaşayır. Sonradan 2007-ci ildə orda hansısa qonşuları torpaq satanda o almış və ora gəlmişdir. Həmin torpaq sahəsi həqiqətən ərizəçi Məhəmmədə məxsusdur. Beləliklə ərizəçinin izahatları, işin materialları, şahid ifadələri Bakı şəhəri XDS İK-nın (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarın Ərizəçi məxsus olması faktı tam sübuta yetirildi. Belə ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki işin materiallarından görünür ki, ərizəçi Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən “257S” ünvanında yerləşən torpaq sahəsinin verilməsinə dair Bakı şəhəri XDS İK-nın (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarın Ərizəçi məxsus olması faktının müəyyən edilməsi ərizəçi üçün hüquqi əhəmiyyətə malikdir, lakin ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Buna görə də ərizəçi haqlı olaraq mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə tərəfindən baxılır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır. Buna görə də ərizə təmin edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Bakı şəhəri, Binəqədi rayonu, Göradil qəsəbəsində yerləşən “257S” ünvanında yerləşən torpaq sahəsinin verilməsinə dair Bakı şəhəri XDS İK-nın (indiki Bakı şəhər İH) arxiv fondu üzrə xx.xx.1991-ci il tarixli, 3/318 saylı qərarın Ərizəçi məxsus olmasıına dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə tərəflərə işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-361/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-361/2023
08.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver