Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-3626/2021 02.06.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərzadə Kənan Muxtar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2n qızına qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2n qızına qarşı cavabdehlərdən 3028,72 manat məbləğində və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 31 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 03.07.2013-cü il tarixdə iddiaçının oğlu ilə rəsmi nikaha daxil olmuşdur. Ailə qurduqdan sonra onlar iddiaçı ilə birlikdə Abşeron rayonu, Ceyranbatan qəsəbəsi, yeni məhəllədə yaşamağa başlamışdırlar. Cavabdeh iddiaçı ilə yaşadığı dövrdə külli miqdarda pul və qızıl-zinət əşyalarını oğurlayaraq satmışdır. Daha sonra Cavabdeh1 evi tərk etmiş və iddiaçının oğluna qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Əlavə olaraq, Cavabdeh1 iddiaçının oğlu ilə olduğu müddətdə qardaşına torpaq sahəsi almaq adı ilə iddiaçını aldadaraq, qardaşına 3500 manat məbləğində pul lazım olduğunu, qardaşının rəsmi iş yeri olmadığından kredit götürə bilmədiyini bildirərək, iddiaçıdan aldığı pensiyanın təminat kimi göstərməklə, “xxxx” ASC-dən öz adına kredit götürməyə xahiş etmişdir. İddiaçı isə “xxxx” ASC-nin Sumqayıt filialından 26.11.2018-ci il tarixdə, 48 ay müddətinə qaytarmaq şərti ilə 3500 manat məbləğində kredit götürərək, Cavabdeh1 vermişdir. Həmin məbləği tamamilə cavabdeh özü götürmüş və 2021-ci ilin yanvar ayınadək hər ay kredit borcunu və ona hesablanmış faizləri ödəmişdir. Lakin 2021-ci ilin yanvar ayında evdən oğurluq edərək, qaçdıqdan sonra aylıq ödənişləri ödəmədiyindən, 2021-ci ilin yanvar, fevral, mart ayı üzrə ödənişlər hesablanmış faizlərlə birlikdə iddiaçının pensiyasından yanvar ayında 233,20 manat, fevral ayında 286,36 manat və mart ayında 259Ş78 manat tutulmaqla, kredit borcunun ödənilməsinə yönəldilmişdir. Hal-hazırda kredit üzrə ödənilməli məbləğ 2028,72 manat təşkil edir. İddiaçının adında rəsmiləşdirilmiş 3500 manat məbləğin kredit puldan cavabdeh Niftalıyvea Gunay şəxsi məqsədləri üçün faydalandığından, ödənilməmiş 2028,72 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Digər tərəfdən, cavabdeh iddiaçı ilə eyni evdə yaşadığından, onun xalası Cavabdeh2 Zamin qızı 2021-ci ilin yanvar ayında iddiaçıya çardırılması üçün Cavabdeh1 1000 manat məbləğində pul vermiş, cavabdeh Niftalıyeva Gunay isə həmin pulu iddiaçıya çatdırmamışdır. Cavabdehin törətdiyi oğurluq hadisəsindən sonra iddiaçı öyrənmişdir ki, 1000 manat məbləğində pulun Cavabdeh2 tərəfindən Cavabdeh1 vermişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı təmin etdi və məhkəmədən iddianın qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı tərəfindən iddia tələbinin əsasını təşkil edən halları təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Avropa Məhkəməsinin Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarına istinadən, məhkəmə qeyd edir ki, məhkəmə araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Yuxarıda istinad edilən xüsusatları nəzərə alaraq məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və mülki prosesdə mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər Məhkəmə iddiaçının təqdim etdiyi 01 ədəd kompakt diskdə olan 2 ədəd fayldan ibarət səs yazıları ilə bağlı qeyd edir ki, həmin səs yazıları nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılması məlum olmadığından, o cümlədən gizli yolla əldə edildiyindən iş üzrə sübut kimi qəbul edilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95.1-ci maddəsinə əsasən elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Həmin Məcəllənin 95.2-ci maddəsinə əsasən qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia sübuta yetirilmədiyindən rədd edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddiaçı cavabdeh X2 və Cavabdeh2 qarşı cavabdeh X1 3028,72 manat borc və ödənilmiş 31 manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-3626/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-3626/2021
02.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver